Məhkəmə qərarları › İş №2-1(103)-2586/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2586/2022

17.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2586/2022 17.08.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə ( hazırki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı) və AR Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ( hazırki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə) qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə iddiasına dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/20217 saylı, xx.xx.2019-cu il tarixli qərardadından (icra vərəqəsindən) cavabdeh tərəfindən verilmiş şikayətin mümkünlüyünü Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) məhkəmə iclasında yoxlayaraq müəyyən etdi: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə və AR Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarənin 31 avqust 2016-cı il tarixli, 03/89/02-471 saylı inzibati akt hesab olunan məktubunda göstərilənlərin qanuna zidd hesab edilməsi, iddiaçının əlilliyin cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində üz verdiyindən müharibə əlilləri kateqoriyasına aid edilərək İİ qrup müharibə əlili hesab edilməsi vəzifəsinin Xidmətə həvalə edilməsi və İİ qrup müharibə əlili kimi pensiyamın yenidən hesablanması, hərbi qulluqçu kimi xidmətdən buraxıldığı günə aldığı aylıq vəzifə və rütbə maaşından hesablanan əlavə kmi döyüş bölgəsinə görə pul təminatının təminat xərcliyinin tərkibində yenidən hesablanaraq ödənilməsi vəzifəsinin İdarəyə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-il tarixli 2-1 (81)-3445/2017 nömrəli qərarı ilə iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə (hazırki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı) apellyasiya şikayət verərək şikayətin təmin olunmasını, 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-il tarixli 2-1 (81)- 3445/2017 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1 (103)-05/2018 nömrəli qərardadı ilə apellyasiya şikayəti təmin edilmiş və cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə ( hazırki Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı) aid hissədə iddia mümkün sayılmamışdır. İddiaçı müharibə əlilləri kateqoriyasına aid edilməsi hissəsində isə qərar dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. xx.xx.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2017-il tarixli ,2-1 (81)-3445/2017 nömrəli iş üzrə icra vərəqəsi verilmişdir. Bakı şəhər Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1 (81)-3445/2017 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraat təzələnmişdir. Daha sonra cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə ( hazırki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi) 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinin 2-1 (81)-3445/2017 saylı xx.xx.2019-cu il tarixli icra vərəqəsindən apellyasiya şikayəti verərək, icra vərəqəsinin ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş şikayət mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 1.2ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Kollegiya qeyd edir ki, apellyasiya şikayəti qeyri-mümkün sayılmalıdır. Belə ki, AR Konstitusiyasının 129-cu maddəsinə əsasən Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Kollegiya, həmçinin qeyd edir ki, həmin apellyasiya şikayətinə əvvəl baxılaraq hüquqi qiymət verilmiş və qərardad qəbul edilmişdir. Həmin qərardad qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı MPM-in tətbiqi məsələlərinə dair” xx.xx.2020-ci il tarixli 04/2020 nömrəli qərardadının 43-cü bəndinə əsasən verilmiş yeni şikayət artıq daha əvvəl baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğundan, həmin şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsasların mövcud olmadığından məhkəmə bildirir ki, apellyasiya şikayəti mümkün sayılmamlıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, şikayət mümkün sayılmamalı və şikayətin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı pensiyanın yenidən hesablanaraq ödənilməsi barədə iddiasına dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3445/20217 saylı, xx.xx.2019-cu il tarixli qərardadından ( icra vərəqəsindən) cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apelyasiya şikayəti mümkün sayılmasın və bu şikayətin qəbulundan imtina edilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar