Məhkəmə qərarları › İş №2-1(103)-2588/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2588/2024

25.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2588/2024 25.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2403/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının 58 yaşı tamam olduğu 19 may 2022-ci il tarixindən təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1964-cü il tarixində doğulmuşdur. Əmək kitabçası və diplomunun surətlərindən görünür ki, 01 sentyabr 1979cü il tarixdən 20 iyul 1982-ci il tarixinədək (02 il 10 ay 19 gün) 68 saylı “Bakıayaqqabıticarət” Texniki- Peşə məktəbində təhsil almış, 07 yanvar 1982-ci il tarixdən 01 sentyabr 1987-ci il tarixinədək (05 il 07 ay 24 gün) 4 №li və 13 №-li mağazalarda kiçik satıcı və satıcı vəzifələrində, 01 sentyabr 1987-ci il tarixdən 09 sentyabr 1989-cu il tarixinədək (02 il 00 ay 08 gün) həmin mağazada nəzarətçi, 13 sentyabr 1989-cu il tarixdən 02 oktyabr 1989-cu il tarixinədək (00 il 00 ay 20 gün) 5 №-li mağazada satıcı, 03 oktyabr 1989-cu il tarixdən 25 aprel 1994-cü il tarixinədək (04 il 06 ay 23 gün) 6 №-li mağazada nəzarətçi, 25 aprel 1994-cü il tarixdən 31 avqust 1994-cü il tarixinədək (00 il 04 ay 06 gün) 42 saylı uşaq bağçasında dayə-sanıtar, 01 sentyabr 1994-cü il tarixdən 17 avqust 1998-ci il tarixinədək (03 il 11 ay 16 gün) Azərbaycan Elm Komitəsində kargüzarkassir, 01 sentyabr 1998-ci il tarixdən 08 iyun 2016-cı il tarixinədək (17 il 09 ay 07 gün) “Bakmetropoliten”-nin Tunnel Qurğuları Xidməti idarəsində dezinfektor (xüsusilə zərərli əmək şəraitində) və 08 iyun 2016-cı il tarixdən 14 yanvar 2019-cu il tarixinədək (02 il 07 ay 06 gün) həmin idarədə istehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəslərində işləmişdir. Göründüyü kimi, 14 yanvar 2019-cu il tarixinədək ümumi əmək stajı, təhsil illərini də nəzərə almaqla, 39 il 06 ay 19 gün (20 ildən artıq) təşkil etmiş və həmin staj illərinin 20 il 06 ay 13 gün (10 ildən artıq) müddətini güzəştli şərtlərlə əmək pensiyası hüququ verən peşələrdə çalışmışdır. Həmin peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında dəyişiklik edilməsi barədə 24 dekabr 2022-ci il tarixli 451 nömrəli qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə) 1.4.1 (21.5.1-ci yarımbənd) (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) sətrinə aiddir. Hesab edir ki, güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ verən iş stajını (10 ildən artıq) topladığından ona yaşa görə əmək pensiyası yeni Qanunun tələblərinə uyğun olaraq yaş həddi 5 il azldılmaqla, yəni 58 (63-5=58) yaşı tamam olduğu 19 may 2022-ci il tarixindən təyin edilməlidir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

3. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə bağlı cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində "xxxx" QSC-də dezinfektor peşəsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir.

4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2403/2024 nömrəli, 08 fevral 2024-cü il qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı 58 yaşından 19 may 2022-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır.

5. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

6. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, iddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən, xx.xx.1998-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində AR "xxxx" QSC-də dezinfektor peşəsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarxili 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21), metropolitenlər bəndinin (21.5), yalnız gecə vaxtalarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də iddiaçının güzəştli iş stajı yoxdur.

MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

7. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.

8. Məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR

9. İş materiallarından görünür ki, - AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. - İddiaçıya məxsus ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən, iddiaçı xx.xx.1979-cu ildən xx.xx.1982-ci ilə qədər olan dövrdə 68 saylı TPM-də təhsil almış, xx.xx.1982-ci ildə 54 saylı mağazaya ştat təcrübəsi üçün kiçik satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə eyni vəzifə üzrə 13 saylı mağazaya keçirilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifə üzrə təsdiq edilmiş, xx.xx.1983-cü ildə həmin yer üzrə satıcı vəzifəsinə keçirilmiş, xx.xx.1987-ci ildə 13 saylı mağazaya nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.1988-ci ildə eyni yerdə baş nəzarətçi dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə İ kateqoriya nəzarətçi dərəcəsi verilmiş, xx.xx.1989-cu ildə Azərbaycan SSR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə müvafiq olaraq “Geyim” TPST keçməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1989-cu ildə “Geyim” TPST “Ayaqqabı” TPST köçürülmə ilə 5 saylı mağazaya birinci kateqoriyalı satıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.1989-cu ildə Az.SSR ƏM-nin 36-cı maddəsinin 5-ci bəndinə uyğun olaraq “Ayaqqabı” TPST-ə köçürülməsi ilə əlaqədar işdən azad edilmiş, xx.xx.1994-cü ildə 42 saylı uşaq bağçasında dayə-sanitar vəzifəsinə qəbul edilmiş, xx.xx.1994-cü ildə tutduğu vəzifədən öz xahişi ilə azad edilmiş, xx.xx.1998-ci ildə dezinfektor işinə qəbul edilmiş, xx.xx.2014-cü ildə "xxxx" QSC-nin tunel qurğuları xidmətinə idarəsində dezinfektor (xüsusilə zərərli əmək şəraitində) peşəsinə təyin edilmiş, xx.xx.2016-cı ildə hərəkət xidmətinə 3-cü dərəcə istehsalat sahələrini və xidməti otaqları yığışdıran (üzlüklərin yuyulması) peşəsinə keçirilmiş, xx.xx.2019-cu ildə AR ƏM-nin 70-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - AR "xxxx" QSC-nin A/201 nömrəli, 25 yanvar 2024-cü il tarixli arxiv arayışına əsasən, İddiaçı, xx.xx.1998-ci il tarixindən Bakı Metropoliteninin Tunel qurğuları xidmətində 4-cü dərəcə ilə dezinfektor (yalnız gecə işi, 24% xüsusi zərərli əmək şəraiti ilə), xx.xx.2016-cı il tarixindən Hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran (yeraltı, növbəli iş rejimi olan 20% xüsusi zərərli əmək şəraiti ilə) peşələrində çalışmışdır. xx.xx.2019-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən (işçilərin sayı və ya ştatları ixtisar edildikdə) əmək müqaviləsi ləğv edilmişdir. Dezinfektor peşəsinin əsas vəzifə və funksiyaları stansiyalarda, istismarda olan tunellərdə və metropoliten obyektlərində deratizasiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin infeksiya mənbəyi sayılan, həmçinin böyük iqtisadi zərər yetirən gəmiricilərlə mübarizədə həyata keçirilən tədbirlər kompleksi), dezinfeksiya (yoluxucu (parazitar) xəstəliklərin törədicilərinin keçiriciləri olan həşaratların və gənələrin, həmçinin sanitargigiyenik əhəmiyyətə malik olan və insanların fəaliyyətinə və istirahətinə maneçilik yaradan buğumayaqlıların məhv edilmə prosesi) və dezinfeksiya (yoluxucu (parazitar) xəstəlikərin törədicilərinin (patogen bakteriyalar, viruslar, rikketsiyalar, ibtidailər, göbələklər və s.) infeksiya mənbəyindən həssas şəxslərə ötürülməsi yollarında məhv edilmə prosesi) işlərinin təşkil olunması, həmin işlərin həyata keçirilməsi üçün müvafiq normalara uyğun olaraq dərman, tibb ləvazimatları və preparatlarının hazırlanması və s. işlərdən ibarətdir. Hazırlanan preparatlar geniş antimikrol aktivlik spektrinə, nisbətən tez təsir göstərmək xüsusiyyətinə malikdir, haloidtərkibli, oksigentərkibli, quanidinlər, aldehidtərkibli, səthi-aktiv maddələr, spirtlər, fenoltərkibli vasitələrdən ibarətdir. Dezinfektorun işində dust, emulsiya konsentrantları, lak, boya, aerozol, dixlofos, qeyri-üzvi birləşmələr, kerosin, şkipidar, lizol, benzin və s. 1-ci sinif təhlükəli zərərli kimyəvi maddələrdən istifadə edilir. Gecə saatlarına görə (30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 2330 -dan 0530 dək) dezinfektorun əmək haqqına 40% (qırx), peşənin təhlükəlilik dərəcəsi nəzərə alınaraq əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri barədə tərtib olunmuş protokollar və iş yerlərində əmək şəraitinin qiymətləndirilməsi xəritəsində göstərilən amillərə əsasən xüsusi zərərli əmək şəraitinə görə 24% (iyirmi dörd) əlavə ödənc hesablanır, əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əsas əmək məzuniyyətinə əlavə 6 (altı) təqvim günü verilir. İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi dezinfektor peşəsi üzrə əmək stajı 17 il 09 ay 08 gün (on yeddi il doqquz ay səkkiz gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə), 1.4.1 (21.5.1-ci yarımbənd) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filalının iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-17-1/2-İ-195392/2023 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubunda aşagıdakılar bildirilmişdir:” İddiaçının cavabdeh orqana təqdim etdiyi sənədlərə əsasən xx.xx.1998-ci il tarixdən xx.xx.2016-cı il tarixədək olan dövr ərzində "xxxx" QSC-də dezinfektor peşəsi və xx.xx.2016-cı il tarixdən xx.xx.2019-cu il tarixədək olan dövr ərzində hərəkət xidmətində istehsalat sahələrini və xidməti otaqları yığışdıran vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin iddiaçının işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın nəqliyyat bölməsinin (21) metropolitenlər bəndinin (21.5) yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr yarımbəndində (21.5.1) nəzərdə tutulmamışdır. Bu səbəbdən də, iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanlar nəzərə alınaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.”

TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ

12. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası İnzibati- Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. 14.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: - 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. - 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; - 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.

15. Məhkəmə cavabdehin mövqeyi ilə razılaşmır və qeyd edir ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün qanunvericiliyin yuxarıda sadalanan şərtlərinə cavab verir.

16. Belə ki, iş materiallarında olan "xxxx" QSC-nin A/021 nömrəli, 25 yanvar 2024-cü il tarixli arayışından məlum olur ki, İddiaçı xüsusi zərərli əmək şəraitində işlədiyi dezinfektor peşəsi üzrə əmək stajı 17 il 09 ay 08 gün (on yeddi il doqquz ay səkkiz gün) təşkil edir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda dəyişiklik edilməsi barədə xx.xx.2022-ci il tarixli 451 nömrəli Qərarın 1.4 (21.5 Metropolitenlər bəndi üzrə), 1.4.1 (21.5.1-ci yarımbənd) və 1.4.2-ci (yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr) bəndlərində əks olunan tunel fəhləsi peşəsinin iş şəraiti və funksiyaları ilə eynilik təşkil etdiyindən ona bərabər tutula bilər.

17. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərə görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısı”nın 21.5. Metropolitenlər. 21.5.1. yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daim məşğul olan fəhlələr: iddiaçının işlədiyi peşəsinə uyğundur. İddiaçının güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair "xxxx" QSC tərəfindən verilmiş arayışında, iddiaçının yalnız gecə saatlarında 30 saatlıq 2 istirahət günü olan iş həftəsi, yalnız gecə vaxtı 5 gecə 23:30dan 05:30-dək işlədiyini qeyd edilmişdir.

18. Vətəndaşların pensiya təminat məsələlərin həlli sahəsində cavabdeh öz fəaliyyətində əmək pensiyaları haqqında qanunvericiliklə yanaşı «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanunu rəhbər tutmalıdır. Belə ki, bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

19. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa və müəyyən etməyə borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 24-cü maddəsi ilə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının müraciəti üzrə bütün əlavə sübutların toplanması və iddiaçının subyektiv hüququnun təmin edilməsi üçün araşdırmanı aparmaq əvəzinə iddiaçının müraciətinin təmin edilməsindən formal olaraq əsassız imtina etmişdir. 20.İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvesiyanın 14-cü maddəsinə əsasən Bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin olunmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin ayrıseçkilik əleyhinə Avropa presedentlərinə nəzər saldıqda müəyyən edilir ki, ayrı-seçkilik əleyhinə hüququn məqsədi bütün şəxslərə cəmiyyətdə mövcud olan imkanlara bərabər çatımlılıq üçün bərabər və ədalətli imkanları təmin etməkdir. Ayrı-seçkiliyi qadağan edən hüquq, yəni seçimlərə iki yolla müdaxilə edilir: Birinci, oxşar vəziyyətdə olan şəxslərin bərabər münasibət görmələrinin zəruriliyini və sadəcə sahib olduqları müəyyən bir “qorunan” xüsusiyyət səbəbi ilə onlara daha az əlverişli bir formada davranılmamasını şərtləndirir. Bu hal, birbaşa ayrı-seçkilik adlandırılır. Birbaşa ayrı-seçkilik, AİHK çərçivəsində, ümumi obyektiv əsaslandırma üzrə müdafiə subyekti hesab olunur. İkinci, ayrı-seçkilik əleyhinə hüquq, fərqli vəziyyətdə olan şəxslərin, müəyyən fürsətlərdən başqaları ilə eyni dərəcədə istifadə edə bilmələrinə imkan verəcək həddə fərqli münasibət görmələrini şərtləndirir. Beləliklə, müvafiq təcrübələri həyata keçirərkən və ya müvafiq qaydalar yaradarkən, həmin “qorunan əsaslar” nəzərə alınmalıdır. Bu, “bilavasitə” ayrıseçkilik hesab olunur. “Bilavasitə” ayrı-seçkiliyin bütün növləri, iddianın AİHK-na və ya Aİ hüququna istinadından asılı olmayaraq, obyektiv əsaslandırmaya söykənən müdafiənin subyektidir. Aşağıdakı hallarda birbaşa ayrı-seçkilik baş vermiş sayılır: • şəxsə qarşı əlverişsiz davranıldıqda • oxşar vəziyyətdə olan şəxslərlə necə davranılması və ya davranıla biləcəyi müqayisə edilərək • və bunun səbəbi onların sahib olduqları xüsusiyyətdir ki, bu da “müdafiə olunan əsas” hesab olunur. Birbaşa ayrı-seçkiliyin əsasında bir şəxsin fərqli rəftara məruz qalması dayanır. Odur ki, birbaşa ayrı-seçkiliyin ilkin xüsusiyyəti əlverişsiz rəftarı təsdiq edən sübutdur. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, fərqli rəftara o halda haqq qazandırmaq olar ki, o, qanuni məqsəd daşısın və həmin məqsədə nail olmaq üçün istifadə edilən vasitələr münasib və zəruri olsun.

21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

22. Beləliklə, qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcuddur, yəni onun 58 yaşının tamam olduğu vaxta qədər ümumilikdə 20 ildən çox əmək stajı vardır və qanunla müəyyən edilmiş 17 il 09 ay 08 gün müddət ərzində o güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşədə işləmişdir.

23. İddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. 24.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

25. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

26. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

27. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2403/2024 nömrəli, 08 fevral 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar