Məhkəmə qərarları › İş №2-1(103)-2589/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2589/2025

17.06.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2589/2025 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Talışınski Fuad Şəmsəddin oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şrtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI

1. İddiaçı (bundan sonra – iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək onun ##.##.1982-##.##.2004-cü illərdə “Bakı Alüminyum-Yayma”xxxx“xxxx ASC”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun ##.##.1982-##.##.2004-cü illərdə “Bakı Alüminyum-Yayma”xxxx“xxxx ASC”-də işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və ona hüququ yarandığı ##.##.2016-cı il tarixindən, 55 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərneftikinti” trestinin * saylı tikintiquraşdırma idarəsində ##.##.1978-ci il tarixdə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. Daha sonra ona ##.##.1980-ci il tarixdə 2-ci dərəcəli bənna peşəsi verilib. Sovet ordusuna çağırılması ilə əlaqədar olaraq, ##.##.1980-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra, Bakı Alüminium Yayma Zavodunda ##.##.1982-ci il tarixində * saylı sahəyə məftilçəkən şagirdi kimi işə qəbul edilmişdir. Həmin zavodda, ##.##.1983-cü il tarixdə ona ikinci dərəcəli məftilçəkən dərəcəsi verilmişdir. Yenə həmin zavodda, ##.##.1984-cü il tarxdə, * saylı sahəyə ikinci dərəcəli məftilçəkən vəzifəsinə keçirilmişdir. Azərbaycan SSR Nazirlər Sovetinin ##.##.1986-cı il, 205 R saylı Qərarına əsasən, Bakı Yüngül Metalların Emalı Zavodu (BYMEZ) ilə “Bakı Alüminium Prokatı Zavodu” birləşdirilərək, onların bazasında Bakı Əlvan Metalların Emalı Zavodu (BƏMEZ) yaradılmışdır. Azərbaycan SSR ƏHQ 36-cı maddəsinə əsasən, ##.##.1987-ci il tarixində, öz xahişilə tutduğu vəzifədən azad edilmişir. “xxxx” ixtisaslaşdırılmış müəssisəsində ##.##.1987-ci il tarixdə, 5-ci dərəcəli suvaqçı/rəngsaz vəzifəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 37-ci maddəsinə əsasən, ##.##.1994-cü il tarixdə, öz xahişilə işdən azad olunmuşdur. Daha sonra isə, ** saylı X2, ##.##.1995-ci il tarixdə, * saylı sahəyə qablaşdırıcı işinə qəbul edilmişdir. Azərbaycan SSR ƏHQ 37-ci maddəsinə əsasən, ##.##.1995-ci il tarixində tutduğu vəzifədən azad edilmişdir. Təkrarən, 11 sayılı X2, ##.##.1995-ci il tarixdə, * saylı sahəyə 2-ci dərəcəli qablaşdırıcı-daşıyıcı işinə qəbul edilmişdir. Azərbaycan SSR ƏHQ 38.1-ci maddəsinə əsasən, ##.##.1996-cı il tarixində sahənin ləğv edilməsi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişdir. Təkrar “Bakı Alüminium Yayma Zavodu”-na işə qayıdaraq, ##.##.1996-cı il tarixdə, * saylı məftilçəkən sexinə 4-cü dərəcəli məftilçəkən işinə qəbul olunmuşdur. Azərbaycan Respublikası İqtisadi inkişaf Nazirliyinin ##.##.2000 -ci il tarixli, *** saylı Sərəncamına əsasən Bakı Alüminium Yayma Zavodunun bazasında “xxxx” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. ##.##.2004-cü il tarixdə, öz xahişilə işdən azad olunmuşdur. Keçmiş “Bakı Alüminyum-Yayma”xxxx“xxxx” ASC-də ##.##.2013-cü il tarixində yanğın baş verdiyindən, zavodun arxiv sənədləri saxlanılan otaqda bütün sənədlər yanmışdır. İşçilərin əmək haqqları əmrləri və T 12 kartoçkaları da yanmışdır. Bu şəbədən də, zavod ona əlavə sənədlər təqdim edə bilmir.

4. Cavabdeh tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilmişdir.

5. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.

6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:

7. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.

MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi.

9. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi L.Şükürlü apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etdi.

MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR

10. ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasına əsasən iddiaçı ##.##.1978-ci ildə birinci dərəcəli fəhlə vəzifəsinə qəbul edilmişdir. ##.##.1980-ci ildə ona 2-ci dərəcəli bənna peşəsi verilmişdir. ##.##.1980-ci ildə Sovet Ordusuna çığırılması ilə əlaqədar olaraq tutduğu vəzifədən azad edilmişir. 1980-1982-ci illərdə iddiaçı Sovet Ordusu sıralarında xidmət etmişdir. ##.##.1982-ci ildə “Bakı Alüminyum-Yayma” zavodunda * saylı sahəyə məftilçəkən şagirdi kimi qəbul edilmişdir. ##.##.1983-cü ildə ikinci dərəcəli məftilçəkən dərəcəsi verilmişdir. ##.##.1984-cü ildə * saylı sahəyə ikinci dərəcəli məgtilçəkən vəzifəsinə keçirilmişdir. ##.##.1984-cü ildə üçüncü dərəcəli məftilçəkən dərəcəsi verilmişdir. ##.##.1986-cı ildə Azərbaycan SSR Nazirlər Kabinetinin 205 p nömrəli ##.##.1986-cı il tarixli qərarına əsasən BZOEM və BAPZ birləşdirilərək onların bazasında Azərbaycan SSR Bakı rəngli xxxx zavodu yaradılmışdır. ##.##.1987-ci ildə Azərbaycan SSR ƏQHM 37 maddəsinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. ##.##.1987-ci ildə “xxxx” ixtisaslaşdırılmış müəssisəsində 5-ci dərəcəli suvaqçı/rəngsaz vəzifəsinə qəbul edilmişdir. ##.##.1995-ci ildə ** nömrəli X2 * nömrəli sahəyə qablaşdırıcı vəzifəsinə qəbul edilmişdir. ##.##.1995-ci ildə Azərbaycan SSR ƏQHM 37 maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. ##.##.1995-ci ildə ** nömrəli X2 * nömrəli sahəyə 2-ci dərəcəli qablaşdırıcı – daşıyıcı vəzifəsinə qəbul edilmişdir. ##.##.1996-cı ildə sahənin ləğv edilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR ƏQHM 38.1 maddəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. НЗ seriyalı, ******* nömrəli hərbi biletin surətinə əsasən iddiaçı ## ####### 1980cı il tarixdən

11. ## ###### 1982-ci il tarixədək hərbi xidmətdə olmuşdur.

12. “xxxx” ASC tərəfindən iddiaçıya verilmiş ** nömrəli ## #### 2023-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, o, ##.##.1982-ci il tarixdən ##.##.1987-ci il tarixə kimi məftilçəkən sexdə məftilçəkən vəzifəsində işləmişdir. (Vəzifəsinin adı məftilçəkən siyahı 2 bölmə 8 kod 209230401-11487).

13. Məhkəmə sorğusu əsasında Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə Metallaurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bak Alüminium Yayma zavodunun bazasında “xxxx” ASC yaradılmış və səhmləri ##.##.2020-ci ildə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda xidmətin arxivində olan “xxxx” ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşçdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilər siyahısında iddiaçının adı aşkar edilmədi.

14. “xxxx” ASC tərəfindən iddiaçıya verilmiş ** nömrəli ## #### 2023-cü il tarixli güzəştli arayışında qeyd edilmişdir ki, o, ##.##.1982-ci ildən ##.##.1987-ci ilədək və ##.##.1996-cı il tarixdən ##.##.2004-cü il tarixədək Bakı Alüminium Yayma Zavodu da Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsiüzrə II Dövlət Proqramı”na uyğun olaraq ##.##.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. Arayış əmək kitabçasında qeyd olunmuş məlumatlar əsasında verilmişdir.

15. Apellyasiya baxışı zamanı sorğuya əsasən cavabdeh tərəfindən ##.##.2026-cı il tarixli məktub ilə X3 və X4 pensiya işinə dair sənədlərin və onun Mərkəzi Filiala müraciətinə dair inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ

16. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

17. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

18. İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir.

19. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il ####un #-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

20. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2021-ci il ####un #- dək, qadınların yaş həddi 2017-ci il ####un #-dən başlayaraq 2027-ci il ####un #-dək hər il 6 ay artırılır.

21. Həmin Qanunda həmçinin göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.1). Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir (9.8).

22. Qanunun yuxarıda qeyd edilən müddəalarından görünür ki, həmin Qanun qüvvəyə minənədək, yəni ##.##.2006-cı ilədək güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən işlərdə 12 il 06 ay stajı olan kişilərin yaşa və staja görə əvvəllər qüvvədə olan qanunvericiliklə pensiyaya çıxmaq hüquqları vardır.

23. İddiaçı 2006-cı ilədək pensiya təyini üçün ümumi və güzəştli stajı topladığını hesab edərək ona 55 yaşdan əmək pensiyası təyin edilməsini xahiş edir. Cavabdehin etirazının əsas dəlili isə ondan ibarət olmuşdur ki, iddiaçının ##.##.1982-##.##.2004-cü il tarixədək olan müddətdə “Bakı Alüminium Yayma zavodu”nda, yəni indiki “xxxx” ASC-də olan iş stajı öz təsdiqni tapmır.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ##### 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nda göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il ######ın #dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən (4.1.1.); 2006-cı il ######ın #-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən (4.1.2.) müəyyən edilir. Yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya * nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir (4.1.20.).

25. İşin müəyyən edilmiş hallarından göründüyü kimi “Bakı Alüminium Yayma zavodu” Azərbaycan Respublikası Prezidentinin ##.##.2000-ci il tarixli Sərəncamı ilə “xxxx” Dövlət Şirkəti və onun tabeliyində fəaliyyət göstərmiş digər müəssisələr kimi ləğv olunmuş, “Azərbaycan Respublikasında Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə II Dövlət Proqramı”na uyğun olaraq ##.##.2000-ci il tarixdən Dövlət Əmlakı Nazirliyinin tabeliyinə verilmişdir. İqtisadi İnkişaf Nazirliyinin ##.##.2000-ci il tarixli *** saylı sərəncamına əsasən Bakı Alüminium Yayma zavodunun bazasında “xxxx” ASC yaradılmışdır. Yəni, həmin müəssisənin hüquqi varisi mövcuddur.

26. İddiaçı ##.##.1982-##.##.2004-cü il tarixədək olan müddətdə olan stajı ilə bağlı “xxxx” ASC tərəfindən verilmiş ##.##.2023-cü il tarixli arayışlara əsaslanmışdır. Həmin arayışlarda iddiaçının ##.##.1982-ci il tarixsən ##.##.1987-ci il tarixə kimi məftilçəkən sexdə məftilçəkən vəzifəsində vəzifəsində işlədiyi göstərilmişdir. Lakin həmin arayışda onun iddiaçının əmək kitabçasına əsasən tərtib edildiyi qeyd edilmişdir.

27. Eyni zamanda iddiaçı iddia ərizəsində də bildirmişdir ki, 2013-cü ildə “xxxx” ASCdə yanğın baş vermiş və arxiv sənədləri yanmışdır. Həmin fakt iş materiallarına əlavə edilmiş digər şəxslərin hazırkı iş üzrə cavabdehə qarşı analoji iddia tələblərinə dair məhkəmə aktlarında da öz əksini tapmışdır. Yəni, 2013-cü ildə yanğın nəticəsində bütün arxiv sənədləri yanmış bir hüquqi şəxsin iddiaçıya güzəştli arayışı hər hansı mötəbər bir sənədə əsaslanaraq verməsi mümkün deyildir. Bu hal da məhz iddiaçıya verilmiş güzəştli arayışın əmək kitabçası məlumatlarına əsasən tərtib edildiyini təsdiq edir.

28. “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”nın yuxarıda istinad edilən müddəaları ilə müəyyən edilir ki, yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti əmək kitabçası ilə yanaşı işəgötürənin arayışına əsasən müəyyən edilir. Həmin staj əmək kitabçasında əks olunmaqla yanaşı işə götürənin arayışı ilə də təsdiq edilməlidir. Yəni, işə götürənin arayışı əmək kitabçasında göstərilən stajın həqiqiliyini və güzəştli şərtlərlə pensiya hüququ verən staja aid olduğunu təsdiqləməlidir. Bunun əksinə olaraq güzəştli arayış əmək kitabçası məlumatlarına əsaslanmaqla tərtib olunmamalıdır.

29. Eyni zamanda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2024-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramına uyğun olaraq keçmiş Dövlət Əmlak Nazirliyinin ##.##.2000-ci il tarixli, *** nömrəli sərəncamı ilə Metallaurgiya Dövlət Şirkətinin tabeliyində olmuş Bakı Alüminium Yayma zavodunun bazasında “xxxx” ASC yaradılmış və səhmləri ##.##.2020-ci ildə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. Eyni zamanda xidmətin arxivində olan “xxxx” ASC yaradılarkən müəssisədə fəaliyyət göstərmiş özəlləşdirmə komissiyası tərəfindən tərtib olunmuş özəlləşçdirmə planına (emissiya prospektinə) əlavə edilmiş işçilər siyahısında iddiaçının adı aşkar edilməmişdir.

30. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının ##.##.1982-ci ildən ##.##.2004-cü ilədək Bakı Alüminium Yayma zavodunda olan güzəştli iş stajı öz təsdiqini tapmır. Bu səbəbdən iddiaçının 55 yaşının tamam olduğu vaxtdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmamışdır.

31. Həmçinin qeyd olunmalıdır ki, iddiaçının əmək kitabçasının və digər sənədlərin surətinə əsasən, ümumi stajı 25 ildən azdır: ● ##.##.1978 – ##.##.1980 = 2 il 3 gün ● ##.##.1980 – ##.##.1982 = 2 il 11 gün ● ##.##.1982 – ##.##.1987 = 4 il 8 ay 23 gün ● ##.##.1987 – ##.##.1994 = 6 il 7 ay 13 gün ● ##.##.1995 – ##.##.1995 = 1 ay ● ##.##.1995 – ##.##.1996 = 1 il 2 ay ● ##.##.1996 – ##.##.2004 = 8 il 3 ay 19 gün Cəmi: 24 il 11 ay 9 gün iş stajı.

32. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları əsasında iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən dəlillər, iddianı rədd edən birinci instansiya məhkəməsinin qərarının əsaslandırmasını təşkil edirdi və birinci instansiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

34. Baxılan iş üzrə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

36. Beləliklə, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz.

37. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

38. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar