Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2590/2023 21.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə və iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “frdi hesabında yığılmış pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanması tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı Bakı İnzibati Məhkəməsində cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı öhdəlyin icrası haqqında (İPM m.34.1) dəqiqləşdirilmiş iddiа tələbində: - cavabdehin xx.xx.2022-ci il tarixli **********0 №-li “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarının ləğv edilməsi, pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının, fərdi şəxsi hesabında xx.xx.2019-cu iədək toplanmış pensiya kapitalı əsasında sığorta hissəsi yenidən hesablanarkən qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması, 20 ildən artıq xidmət illərinin hər ili üçün təminat xərcliyinin artım məbləğinin 2 faizlə hesablanmış hissəsinin 3 faizlə yenidən hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir İddianın əsaslarına görə iddiaçı 2002-ci ildə daxili işlər orqanları sırasından xidmətdən azad olunaraq pensiyaya çıxarkən ona Azərbaycan Respublikası Prezidentinin "2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası'nın təsdiq edilməsi haqqında 25 iyun 2018-ci il tarixli fərmanına qədər pensiya xidmət illəri (fasiləsiz, iş) üçün əlavə 3%- lə hesablanaraq ödənmiş, fərmandan sonra xidmət illəri (fasiləsiz iş) üçün əlavə 2% -lə hesablanır və bu iddiaçının pensiya təminatına müəyyən məbləğdə ziyan vurmaqla vəziyyətini pisləşdirir. Demək olar ki, 55-60 manata yaxın pul itirir. Eyni zamanda, pensiyaya çıxdıqdan sonra o, mülki sahədə müxtəlif işlərdə işləmiş və hər ay onun əmək haqqından qanunvericiliklə müəyyən olunmuş məbləğ tutularaq Dövlət Sosial Müdafiə fondunun hesabına köçürülmüş və fərdi hesabında kifayət qədər sığorta kapitalı toplanmışdır. O,cavabdeh orqana müraciət edərək pensiyasının yenidən hesablanmasını xahiş etsə də, xx.xx.2021-ci il tarixli **********3 saylı məktubunda pensiyanın yenidən hesablanmasından imtina edərək qanunvericiliyin tələblərinə uyğun hesablandığıını bildirmişdir (iş vərəqi 106-107). Cavabdeh iddiaçının dəqiqləşdrilmiş iddia tələbi ilə bağlı yazılı etirazında iddianı qəbul etməmiş, iddiaçının əmək pensiyasının qanunvericiliyə uyğun yenidən hesablandığını və “Əmək pensiyaları haqqında” Qanununda dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli Qanunla həmin Qanunun yeni redaksiyada verilmiş 29.2-ci maddəsinin 2017-ci ilin iyulun 1-dən əvvəl pensiyaya çıxmış şəxslərə şamil edilməsinin mümkünsüz olduğunu bildirərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin xx.xx.2022-ci il tarixli **********0 №-li “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ləğv edilsin, iddiaçının pensiya təyin olunduqdan sonrakı dövr üzrə 6 il və daha çox işləyərək qazandığı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış sığorta pensiya kapitalına əsasən yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsi yenidən hesablanarkən, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmamaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddianın rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunazidd və əsassızdır. Belə ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiiyi müddətdə fərdi hesabının sığorta hissəsində 30932,40 manat pensiya kapitalı qeydə alınıb. Mərkəzi Filiala müraciət etdiyi tarixdə 0932,40 manat pensiy« sığorta kapitalının "Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci ma desinin ve 45-ci maddə: inin ikinci cümləsinin tələblərinə uyğun qaydada gözlənilən pensiya öc nişi müddətinin ayla-mı ı sayına 86 (30932,40:86 (65 il-63 il 10 ay 14 ay+(144 ay-72 ay)=35 .68 manat) aya bölünərək əmək pensiyasının sığorta hissəsinin (243,30 manat) üzərinə ı avə olunmaqla pensiyasının sığorta hissəsi 602,98 (243,30+359,68) manat hesablanıb.! Eyni zamanda sözııge iən Qanunun 29.2-ci maddəsinin tələbləri nəzərə alınaraq qulluq stajını görə əlavəsinin məbləği (329,74 manat) sığorta hissəsinin artım məbləğindən (359,68 manat) az olduğundan 0 manat müəyyən edilib. İddiaçının Mərkəzi filiala təqdim etdiyi ərizəsi əsasında inzibati orqan tərəfindən inzibati icraat aparılmış və xx.xx.2022-ci il tarixli, **********0 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərar qəbul edilərək, həmin qərarda inzibati icraat aparılan zaman “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan normalarına tam riayət olunaraq iddiaçının pensiyası onun sığorta kapitalı əsasında yenidən hesablanrnışdır.” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını, iddiaçı isə onunla razılaşmamış, birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. “Əmək pensiyaları haqqında” Qanunun 9.6-ci maddəsi nəzərdə tutur ki, “hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinə, 29-cu maddəsinin İ və İV hissələrinə, 38-ci maddəsinin İ və İİİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair 2 fevral 2022-ci il tarixli Qərarında qeyd etmişdir ki: 1.Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması müraciət edildiyi gündən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinin tələblərinə uyğun olaraq yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə həyata keçirilir. Hərbi qulluqçuların əmək pensiyasına qulluq stajına görə əlavə onlar hərbi xidmətdən ilk dəfə tərxis olunarkən son təminat xərcliyinə əsasən müəyyən olunur. 2.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsi yaşa görə pensiya hüququ olan bütün şəxslərin, habelə güzəştli şərtlərlə pensiyaya çıxmış, lakin digər sahədə əmək fəaliyyətini davam etdirən hərbi qulluqçuların pensiyasının yenidən hesablanması qaydasını müəyyən edir. İddiaçının iş materiallarında olan - 00187 sayllı 22 mart 2002-ci il tarixli pensiya vəsiqəsinə ******* №-li xx.xx.2009-cu iltarixli əmək kitabçasının surətinə, fərdi hesabına dair sosial arayışa(elektron çıxarışa), habelə cavabdehin iddia ərizəsinə etirazına və apellyassiya şikayətinə və iş üzrə digər sənədlərə əsasən müəyyən olunur ki, daxili işlər orqanlarıda çalışmış hərbi qulluqçu İddiaçı 2002-ci ildə pensiyaya çıxdıqdan sonra da 2008-ci ildən etibarən digər sahələrdə 6 ildən də çox çalışmış və işlədiyi müddətdə onun fərdi hesabının sığorta hissəsində 30932,40 manat məbləğində pensiya kapitalı qeydə alınmışdır ki, bütün bunlar işin mübahisələndirilməyən hallarıdır. “Əmək pensiyaları haqqında” Qanunun 6.3-cü maddəsinə əsasən əmək pensiyasının yığım hissəsinin müəyyən edilməsi və ödənilməsi sığortaolunan fərdi hesabının yığım hissəsində müvafiq vəsait olduğu halda həyata keçirilir. Həmin Qanunun 37.3.1-ci, 37.3.2-1 və 29.1-1-ci maddəsinnin hazırda qüvvədə olan redaksiyasına görə: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (maddənin bu yeni redaksiyası 29 iyun 2022ci il tarixdə qüvvəyə minmişdir); 37.3.2-1. Bu Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında bu Qanuna uyğun olaraq həyata keçirilir (maddəyə edilən bu əlavə 29 iyun 2022-ci il tarixdə qüvvəyə minmişdir); 29.1-1-ci maddəsinə əsasən isə sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir ( maddəyə əlavə edilən bu əlavə 16 avqust 2019-cu il tarixən qüvvəyə minmişdir). Məhkəmə kollegiyası qanunvericilyin sözügedən, iddiaçının vəziyyətini yaxşılaşdıran həmin normaları və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi baxımından hesab edir ki, İddiaçı daxili işlər orqanlarından hərbi qulluqçu kimi 2002-ci ildə pensiyaya çıxdıqdan sonra, 6 ildən çox da işlədyi və işlədiyi müddət ərzində fərdi hesabının sığorta hissəsində yığılımış pensiya kapitalına görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməkdə haqlıdır. Lakin konkret halda, cavabdeh pensiya orqanı iddiaçının vəziyyətini yaxşılaşdıran həmin normaların tətbiq olunmasını mümkünsüz hesab edərək, “Əmək pensiyaları haqqında” Qanunun 15 dekabr 2022-ci il tarixdən artıq qüvvədən düşmüş 29.2-ci maddəsinin köhnə redaksiyasını tətbiq etməklə, onun pensiyasını sığorta kapitalı qədər artırıb həmin məbləğ miqdarında da pensiyasını azaltmaqla, faktiki olaraq onun fərdi hesabında işlədiyi illər ərzində sığorta kapitalını silmiş və sıfırlamışdır ki, bu da onun qanunla qorunan pensiya hüququnun pozulması deməkdir. Belə olan halda, İPM-in 73.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də qeyd olunanları nəzərə alıan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunmasını nəticə etibarı ilə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin həmin qərarın qanunsuz və əsassız olduğunu, maddi hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-708/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2590/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2590/2023
21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver