Məhkəmə qərarları › İş №2-1(103)-2590/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2590/2025

21.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2590/2025 21.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: “torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın verilməsi”) QƏRARİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X4 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçının vəkili Vəkil Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşdən görünür ki, iddiaçı xx.xx.1962-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. Cavabdehin xx.xx.2024-cü il tarixli imtina məktubunda Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyindən Sizə ayrılmış torpaq sahəsinə cizginin verilməsi mümkün olmadığı bildirilmişdir.

3. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivinin 16 may 2024-cü il tarixli məktubu ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli, 933 saylı Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X3 06 saylı 17 fevral 2000-ci il tarixli əmrinin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

4. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X3 06 saylı 17 fevral 2000ci il tarixli əmrinə əsasən İddiaçı fərdi ev tikmək üçün Badamdar qəsəbəsində 600 kv.metr torpaq sahəsi ayrılmışdır.

5. Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X3 06 saylı 17 fevral 2000ci il tarixli əmrindən çıxarışa Abşeron rayon İcra Hakimiyyətinin 12 yanvar 1995-ci il tarixli 25 №li qərarına əsasən Sovxozda işləyən fəhlə və mütəxəssislərə fərdi yaşayış evlərinin tikintisi üçün ayrılmış asudə həyətyanı torpaq fondundan vətəndaş İddiaçı 0,1 hektar torpaq sahəsi ayrılmışdır.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0,0823 ha təşkil edir. Torpaq sahəsinin bir hissəsi qonşu istifadə etmək üçün keçidə verilib. 11,5 metr məsafədən çirkab sular axan kanal (arx) keçir, torpaq sahəsinin yerləşməsinə idarənin aidiyyatı şöbələrində baxılması məqsədəuyğun olardı. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin iddiaçıya ünvanladığı imtina məktubuna əsasən bildirilmişdir ki, Abşeron rayon, S.Əliyev adına südçülükmaldarlıq sovxozu ünvanında yerləşən torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinin tərtib olunması və ya belə sənədlər təqdim olunmadan torpaq sahəsi üzərində hüquqların qeydə alınması “ Daşınmaz Əmlakın Dövlət Kadastrı Reyestri” X9 səlahiyyəti xaricindədir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli cavab məktubuna əsasən bildirilmişdir ki, İddiaçı adına Bakı şəhəri, Sabunçu rayonu, X6 ərazisində qeydiyyatdan keçmiş torpaq sahəsi aşkar ediməmişdir.

8. Daşınmaz əmlakın dövlət kadastrı və reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21-3-30/2-2869/2025 nömrəli məktubu ilə verilmiş mütəxəssis rəyində bildirilmişdir ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi mübahisələndirilən əraziyə baxış keçirilib, naturada koordinatları müəyyən edilməklə ölçülmüşdür. Vahid elektron baza məlumatlarına əsasən sahə keçmiş S.Əliyev adına Südçülük Maldarlıq və Damazlıq sovxozundan Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2008-ci il tarixli 2866 nömrəli müvafiq sərəncamı əsasında Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış hissəsində yerləşir.Həmçinin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir (Az Gerneft MM) sahənin bir hissəsi yüksək gərginlikli (6kVt-lıq) elektrik xəttinin mühafizə zonasında yerləşir. Bunda əlavə torpaq sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyindən sənədlə sahəni müəyyənləşdirmək mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra - iddiaçı) Bakı şəhəri Cavabdehnə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrlə ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

10. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, S.Əliyev adına Südçülük- Maldarlıq üzrə X8 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrinə əsasən iddiaçıya 0,10 ha torpaq sahəsi ayrılmışdır. Bundan sonra iddiaçı Abşeron Rayon İcra Hakimiyyətinə müraciət edərək 17 fevral 2000- ci il tarixli, 06 saylı sərəncamla ona ayrılmış 0,10 ha torpaq sahəsinin yerləşmə sxeminin hazırlanıb verilməsi xahiş etmiş, cavabdehin xx.xx.2022-ci il tarixli cavab məktubunda fərdi həyətyanı torpaq sahəsinin qanuni istifadəyə verilməsini təsdiq edən sənədlərlə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti müraciət edilmişdir. Daha sonra iddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 01 saylı Bakı Ərazi İdarəsinə Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrlə ona ayrılmış 0,10 ha torpaq sahəsinin texniki kadastr sənədinin verilməsinə dair müraciət etmiş, müraciətə xx.xx.2023-cü il tarixli cavab məktubunda torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verən sənədlərin olmaması səbəbindən imtian edilmişdir. İddiaçı cavabdehə müraciət edərək Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmrlə ona ayrılmış 0,10 ha torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb ona verilməsini xahiş etmişdir. Cavabdehin 20 iyul 2024-cü il tarixli cavab məktubu məktubu ilə Abşeron Rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları,baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatlarının onlara təhvil verilmədiyindən torpaq sahəsinə cizginin verilməsinin mümkün olmamasını bildirərək imtina etmişlər. Cavabdehin imtinası onun hüquqlarını pozduğundan iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

11. Cavabdeh tərəfindən iddia ərizəsinə dair yazılı etirazda göstərilmişdir ki, hər hansı formada xəritəçəkmə, planaalma və mərz nöqtələrinin yerə köçürülməsi yerli icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid deyil. Torpaq sahəsi ayrılarkən torpaq sahəsinə dair yerləşmə sxemi verilməli idi. Ayrılmış torpaq sahəsinə dair torpaq sahəsinin baş planı, ayrıc aktı və kordinatlar barədə məlumat Cavabdehndə yoxdur. İddiaçıya ayrılmış həmin torpaq sahəsinə dair ayrıc aktı, baş plan və kordinatlar olmadığından hesab edilir ki, imtinamız əsaslı olmuşdur. Belə olan halda yalnız iddiaçının ifadəsinə əsasən iddia tələbinin təmin edilməsi yolverilməzdir. Odur ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı ilə iddianın qismən təmin edilməsi qərara alınmışdır.

13. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, işdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X1 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyi bildirilmişdir.

14. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin 12 mart 2024-cü il tarixli məktubu ilə Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı 17 fevral 2000-ci il tarixli əmrinin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına və mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0,0823 ha təşkil edir.

16. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində iddiaçının istifadəsində olan sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia iddiaçının həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı deyil. Ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlıdır. Bu səbəbdən torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi hazırkı iddianın təmin edilməsi üçün maneə ola bilməz.

17. Göründüyü kimi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Bu səbəbdən iddia qismən təmin edilməli, Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri ilə iddiaçıya ayrılmış 0,0823 hektar torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

18. b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

19. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2456/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda olmaqla onunla əsaslandırılmışdır ki, iddiaçıya torpaq sahəsi 25 il bundan öncə yəni 2000- ci ildə ayrılmışdır. Torpaq sahəsi ayrılan zaman plan ölçülər həmin torpağı ayıran idarə tərəfindən təqdim edilməli idi. Artıq həmin vaxtdan uzun müddət ötdüyündən və hazırda iddiaçının iddia etdiyi torpaq sahəsinin harada yerləşməsi barədə Cavabdehndə məlumat olmadığından həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi mümkün deyil. Ümumiyyətlə iddia tələbində də torpaq sahəsinə dair yerləşəmə sxeminin hansı ərazidə verilməli olduğu qeyd edilməmişdir. Qanunvericiliyin tələbindən də açıq aydın görünür ki, torpaq sahəsi vətəndaşa ayrılmamışdan öncə torpaq sahəsinin planı və ölçüsü hazırlanmalı onun sərhədləri naturada müəyyən edilməli idi. Həmçinin bildirilir ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamədə və Azərbaycan Respublikasının Torpaq Məcəlləsində digər qurum tərəfindən ayrılmış torpaq sahəsinə dair Rayon İcra Hakimiyyətinin həmin torpaq sahəsinə yerləşmə cizgisinin verilməsi barədə müddəa öz əksini tapmayıb. Buna baxmayaraq məhkəmə qərar qəbul edərkən yuxarıda qeyd olunan faktları nəzərə almamış və torpaq sahəsinin konkret olaraq harada yerləşməsi barədə ekspertiza təyin etmədən torpaq sahəsinin kordinatlarını müəyyən etmədən iddia tələbini təmin etmişdir. ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

24. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”də göstərilmişdir ki, yerli icra hakimiyyəti orqanları müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil edir (3.16.2.). “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən şəhər inzibati ərazi vahidlərində dövlət torpaq kadastrının aparılmasını təmin edir (3.16.3.). Azərbaycan Respublikasının 2006-cı il 8 dekabr tarixli 195-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikasının 2009-cu il 29 dekabr tarixli 936- İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında Əsasnamə”yə uyğun olaraq, ərazi vahidlərinin Dövlət reyestrinin və bələdiyyələrin Dövlət reyestrinin formalaşdırılmasında, habelə ərazi vahidlərinin və bələdiyyələrin xəritələrinin hazırlanmasında iştirak edir (3.16.4.).

25. Qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsində göstərilmişdir ki, yerquruluşu - torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə dövlətin müvafiq hüquqi, iqtisadi və texniki tədbirlər sistemidir (43.1). Yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibini ehtiva edir (43.3). Yerquruluşu müvafiq icra hakimiyyəti orqanlarının qərarı, bələdiyyələrin təşəbbüsü və ya torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə aparılır (43.4). Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir (65.1). Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (65.2). Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (65.5). Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır (68).

26. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

27. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

28. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

30. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, tətbiq edilən hüquq normalarının məzmunudan görünür ki, hazırkı iş üzrə cavabdeh dövlət mülkiyyətində olmaqla onun idarəçiliyində olan və ayrı-ayrı fiziki və hüquqi şəxslərə ayrılmış torpaq sahələrinə dair yerləşmə sxeminin tərtib edilməsində məsuldur.

31. İşdən göründüyü kimi iddiaçının yerləşmə sxeminin verilməsini xahiş etdiyi torpaq sahəsi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X1 17 fevral 2000ci il tarixli, 06 saylı əmri ilə iddiaçıya ayrılmışdır. İddiaçı həmin torpaq sahəsinə dair yerləşmə sxeminin verilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh tələbdən imtina etmişdir. Buna əsas kimi isə Abşeron rayon İcra Hakimiyyəti və onun tabeçiliyində olmuş qurumlar tərəfindən vətəndaşlara ayrılmış torpaq sahəsinin ayrıc aktları, baş planları və ayrılmış sahənin döngə nöqtələrinin koordinatları Cavabdehnə təhvil verilmədiyi bildirilmişdir.

32. Halbuki, Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Abşeron rayon Dövlət Arxivinin 12 mart 2024-cü il tarixli məktubu ilə Abşeron rayon S.Əliyev adına südçülük-maldarlıq üzrə X10 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı 17 fevral 2000-ci il tarixli əmrinin təsdiq edilmiş ksero surəti məhkəməyə təqdim edilmişdir.

33. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına və mütəxəssis rəyinə əsasən göstərilən torpaq sahəsi faktiki olaraq 0,0823 ha təşkil edir.

34. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X9in 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəssis rəyində iddiaçının istifadəsində olan sahənin yüksək gərginli elektrik xəttinin mühafizə zonasında yerləşməsi barədə göstərilənlərlə bağlı məhkəmə qeyd edir ki, hazırkı iddia iddiaçının həmin torpaq sahəsinin üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı deyil. Ayrılmış torpaq sahəsinə yerləşmə sxeminin verilməsi ilə bağlıdır. Bu səbəbdən torpaq sahəsinin elektrik xəttinin mühafizə zonasında yerləşməsi hazırkı iddianın təmin edilməsi üçün maneə ola bilməz.

35. Göründüyü kimi Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri qüvvədədir, yəni mübahisəli torpaq sahəsi iddiaçıya qanuni əsaslarla ayrılmışdır. Bu səbəbdən iddia qismən təmin edilməli, Abşeron rayonu, S.Əliyev adına südçülük-maldarlıq üzrə X8 X2 17 fevral 2000-ci il tarixli, 06 saylı əmri ilə iddiaçıya ayrılmış 0,0823 hektar torpaq sahəsinə dair cizgi və xəritədən çıxarışın hazırlanıb verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir.

36. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əsaslandırılmışdır və həmin dəlillərə hüquqi qiymət verilmişdir.

37. Məhkəmə Kollegiyası onu da qeyd edir ki, iddiaçıya torpaq sahəsi 25 il bundan öncə yəni 2000-ci ildə ayrılması hazırkı iddianın rəddinə əsas deyildir, belə ki, nəzərə alınmalıdır ki, iddiaçının həmin daşınmaz əmlaka gözlənti hüququ vardır.

38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.

39. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2456/2025 saylı, 19 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar