Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2592/2022 12.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Tanrıverdiyev Anar Vəzir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Hüseynova Arzu İsrafil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1885/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “əmrin dəyişdirilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1885/2022 saylı, 17 may 2022-ci il tarixli qərarı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qəradaddan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1885/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadının ləğv edilməsini və iddianın mümkün sayılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmrdən çıxarış verilməmiş və iddiaçıya məxsus hərbi bilet cavabdeh orqan DSX tərəfindən girov saxlanılmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddətin ötürülməsi səbəbindən işə mahiyyəti üzrə baxıla bilməz. Ümumiyyətlə onurğa fəqərəsində sınığı olan şəxs mütəxəssislərin fikrincə 6 ay fəaliyyəti məhdudlaşdırılmış şəxs hesab olunur və həyati davamiyyəti faktiki olaraq yataqda keçir. İşə baxan məhkəmə bu halları nəzərə almamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilərək iddianın mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavbadeh lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşır. İş materiallarından göründüyü kimi iddiaçının mübahisələndirdiyi xx.xx.2021-ci il tarixli əmrlə o, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-ci maddəsinə (xidməti uyğunsuzluğa) müvafiq olaraq təhqiqat-hüquq qrupunun hüquqşünas-təhqiqatçısı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Həmçinin, iş materiallarında iddiaçıya sözügedən əmrin hansı tarixdə təqdim olunması ilə bağlı məlumat olmasa da, onun mübahisələndirilən əmrin mövcudluğundan xəbərdar olmasını təsdiq edən bir neçə hal mövcuddur:
1. Əmrin elan edilmə tarixi;
2. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsi tərəfindən ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubun olması;
3. Hərbi biletdə içdən azad olması haqqında qeydlərin oması. Məhkəmə kollegiyası ilkin olaraq birinci hala münasibətdə qeyd edir ki, hərbi qanunlarda əmrin mütləq qaydada rəsmi olaraq yazılı formada təqdim edilməsi nəzərdə tutulmamışdır. Əksinə hərbi sahəni əhatə edən qanunvericiliklə əmrlərin elan edilməsi ilə bağlı kifayət sayda normalar isə mövcuddur. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun: -40.3.Zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. -41.0.6.Xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin: -115. Hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. -138. ezamiyyətlər hərbi hissə komandirinin əmri ilə hərbi hissə üzrə əmrlə elan edilməklə yerinə yetirilir. -165. Ehtiyata və ya istefaya buraxılma barədə əmrlər buraxılan hərbi qulluqçulara hərbi hissə komandirləri (rəisləri) tərəfindən elan olunur. Müəyyən edilmiş hərbi xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının buraxılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının Fərmanı Azərbaycan Respublikası Silahlı Qüvvələrinə müvafiq icra hakimiyyəti orqanının əmri ilə elan edilir. Attestasiya komissiyasının heyəti (tutduqları vəzifələrə görə) müvafiq hərbi hissə komandirinin əmri ilə elan edilir. Məhkəmə kollegiysı qeyd etməyi zəruri hesab edir ki, hazırki işdə söhbət xüsusi kateqoriya şəxs olan hərbi qulluqçudan gedir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi hərbi qulluqla bağlı işin xüsusiyyətləri nəzərə alınmaqla hərbi qanunvericiliklə hərbi qulluqçularla bağlı əmrlərin onlara rəsmi qaydada təqdim edilməsi əvəzinə elan olunması ilə bağlı xüsusi qaydalar müəyyən edilmişdir ki, nəinki vəzifə dəyişikliyi hətta yuxarıda göstərilən Əsasnamənin 165-ci maddəsi ilə ehtiyata və ya istifadəyə buraxılma barədə əmrin də rəsmi qaydada yazılı formada təqdim edilməsi nəzərdə tutulmamış, elan edilməsi qaydası müəyyən edilmişdir ki, bu səlahiyyət müvafiq olaraq hərbi hissənin səlahiyyətli şəxsinə aid edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1712/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarda qeyd olunmuşdur ki, “Qanunvericilikdə xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə onların ehtiyata buraxılması barədə əmrin təqdim edilməsi nəzərdə tutulmamışdır. Belə ki, hərbi qulluqçulara ehtiyata buraxılma barədə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur. Belə olan halda, hazırkı iş üzrə iddiaçının mübahisələndirdiyi əmrdən həmin əmr ona elan olunduğu tarixdən 30 gün şikayət vermək hüququ olmuşdur.” Göründüyü kimi həm qüvvədə olan qanunvericilik, həmçinin oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsi onu göstərir ki, xidməti uyğunsuzluğa görə hərbi xidmətdən ehtiyata buraxılmış şəxslərə münasibətdə əmrlər buraxılan hərbi hissə komandirləri tərəfindən elan olunur ki, bununla da həmin şəxslər əmrin mövcudluğundan xəbərdar olurlar. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, sabiq hərbi qulluqçu İddiaçı tərxis olunması ilə bağlı əmr 08 aprel 2021-ci il tarixində ona mobil telofunu vasitəsi ilə elan olunmuş, əmrlə tanış olması üçün dəfələrlə X1 dəvət olunmuş lakin o, xidməti yerinə gələrək təyinat vərəqəsini götürməkdən imtina etmiş və sənədlərinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə göndərilməsini xahiş etmişdir. Sözügedən akt Dövlət Sərhəd Xidməti X2 kadrlar şöbəsinin rəisi polkovnik-leytenant, X3 şəxsi heyət üzrə müavini-şəxsi heyət üzrə şöbənin rəisi polkovniki cə Kadrlar Baş İdarəsi X5 İdarəsinin baş zabiti kapitanın iştirakı ilə tərtib və təsdiq olunmuşdur. Məhkəmə kollegiyası qeyd edir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada mübahisələndirilən əmr iddiaçıya elan olunmuş və bu hal müvafiq olaraq səlahiyyətli şəxlər tərəfindən akt ilə rəsmiləşdirilmişdir. Beləliklə qeyd olunan bu hal, iddiaçının mübahisələndirilən əmrin mövcudluğundan xx.xx.2021-ci il tarixdə, yəni əmrin elan edildiyi tarixdən xəbərdar olduğunu təsdiq edən dəlillərdən biridir. İddiaçı özü də həmin əmr barəsində ona telefon vasitəsi ilə 08 aprel 2021-ci il tarixdə məlumat verildiyini qeyd etmişdir. Həmçinin, iddiaçının xx.xx.2021-ci il tarixdə ehtiyata buraxılmasından xəbərdar olmasını təsdiq digər mötəbər dəlil Dövlət Sərhəd Xidməti tərəfindən iddiaçının ünvanlanmış məktubun mövcudluğu ilə bağlıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanlandığı teleqrama baxılmış və cavab olaraq bildirilmişdir ki, T.A.X4 Xidməti rəisinin müavini-X3 xx.xx.2021-ci il tarixli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır.(məktub poçt vasitəsi ilə göndərilmişdir- SS665302372AZ) Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətinə xx.xx.2021-ci il tarixli məktub ilə cavab verilmişdir ki, bu hal onun sözügedən əmrin mövcudluğundan xx.xx.2021-xx.xx.2021-ci il tarixlər arasındaki dövr ərzində xəbərdar olduğunu təsdiq edən bir dəlildir. Bundan əlavə iddiaçı barəsində qəbul edilmiş əmr ilə bağlı məlumatlar hərbi biletinin 22-cü səhifəsində göstərilmişdir. Belə ki, iddiaçıya hərbi biletin təqdim edilməsi, onun Səfərbərlik Xidmətinin aidiyyəti Şöbəsində qeydiyyata alınması üçün əhəmiyyət kəsb edir ki, bununla da onun dolayısı yol ilə əmrdən xəbərdar olmasını təsdiq edən hallar biridir. Digər tərəfdən nəzərə alınmalıdır ki, iddiaçı barəsində qəbul edilmiş 08 aprel 2021- ci il tarixli əmr –hərbi qulluqçunun ehtiyata buraxılması ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, növbəti iş günü ərzində müvafiq olaraq öz öhdəliklərini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (pul mükafatları), onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir. Oxşar işlər üzrə formalaşmış Ali Məhkəməsinin təcrübəsinə görə hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılması ilə bağlı yaranmış mübahisələrdə müddət ilə bağlı şərtin ödənilib-ödənilməməsi yoxlanarkən, təkcə mübahisələndirilən əmrin iddiaçıya hansı tarixdə təqdim olunmasına qiymət verilmir, mühüm olaraq şəxsin əmrin mövcudluğundan xəbərdar olduğunu təsdiq edən mötəbər məlumat daşıyıcılarının olmasıda qiymətləndirilir. (2-1(102)-1809/2020)) Bundan başqa oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 495/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “iddiaçı barəsində qəbul edilmiş 25 yanvar 2017-ci il tarixli əmr – sabiq əməkdaşın daxili işlər orqanlarından xaric edilməsi ilə bağlı olduğundan, iddiaçının sözügedən əmr qəbul edildikdən sonra, müvafiq illər ərzində iş yerinə getməməsi, öz iş fəaliyyətini icra etməməsi, o cümlədən, maddi təminatının almaması (əmək haqqı və pul mükafatları),onun həmin əmrdən xəbərdar olmasını təsdiq edir.” Belə oldugu halda məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli məsələyə münasibətdə inzibati aktın ləğv edilməsinə dair tətbiq edilən 30 gün müddətinin axımı müvafiq əmrin təqdim, elan edilmə günü ilə yanaşı, əmək kitabçasının, yaxud haqq-hesab sənədlərinin təqdim edildiyi gün də hesab olunmalıdır. İş materiallarından görünür ki, iddiaçı mübahisələndirilən əmr qəbul edilməzdən əvvəl “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılacağından məlumatlı olmuşdur. Belə ki, cavabdeh inzibati orqan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 162-ci maddəsinin tələblərinə uyğun olaraq İddiaçı ilə söhbət aparmış, söhbətin sonunda “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrinin ehtiyatına buraxılacağı və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon İdarəsinə göndəriləcəyini bildirmiş və söhbətin aparıldığını müvafiq söhbət vərəqəsi ilə rəsmiləşdirmişdir. Baxmayaraq ki, iddiaçı söhbət vərəqəsini imzalamaqdan imtina etsə də, söhbət vərəqəsində əks olunan məlumatlar şübhə doğurmur. Belə ki, söhbət vərəqəsi inzibati orqanın səlahiyyətli şəxsləri tərəfindən imzalanmış, hərbi hissənin möhürü ilə təsdiq edilmişdir. Bundan başqa söhbət vərəqəsində göstərilən məlumatların əksini təsdiq edən mötəbər dəlil də məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya inzibati akt olaraq əmr özü təqdim olunmasa da, ehtiyata buraxılması barədə rəsmi məlumat daşıyıcısı (xx.xx.2021-ci il tarixli məktub, hərbi bilet) verilmişdir və həmin məlumat daşıyıcıları məzmununa etimad göstəriləcək dərəcədə mötəbər olmuşdur. Beləliklə, iddiaçı Dövlət Sərhəd Xidmətinin xx.xx.2021-ci il 151 ş/h №-li xidmətə uyğunsuzluqla ehtiyata buraxılma barədə əmrdən xx.xx.2021-ci il tarixdə xəbərdar olduğu halda, həmin əmrin dəyişdirilməsi ilə bağlı xx.xx.2021-ci il tarixdə, yəni 04 ay keçdikdən sonra iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, bununla da qanunvericilikdə nəzərdə tutulmuş 30 günlük prosessual müddəti ötürmüşdür. AR İPM-nin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 71.1. Maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. 72.1. İnzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. 79.2. Şikayət inzibati aktı qəbul etmiş inzibati orqana təqdim olunduqda, həmin orqan şikayəti və icraatla bağlı materialları şikayət instansiyasına göndərməyə borcludur. Şikayət maraqlı şəxs tərəfindən birbaşa şikayət instansiyasına təqdim olunduqda, həmin orqan şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqandan icraatla bağlı materialları tələb edə bilər. 79.3. Şikayət üzrə icraat zamanı şikayət instansiyası tərəfindən işə mahiyyəti üzrə və tam həcmdə baxılır, şikayət olunan aktın qanunauyğunluğu və məqsədəuyğunluğu araşdırılır. 79.4. Şikayət instansiyasının şikayət üzrə qərarı həm işdə olan, həm də əlavə təqdim olunmuş sübutlara əsaslanmalıdır. 79.5. Şikayət instansiyası şikayətə baxılmasını heç bir halda şikayət olunan inzibati aktı qəbul etmiş inzibati orqana və ya onun vəzifəli şəxslərinə həvalə edə bilməz. Göründüyü kimi hazırkı halda Dövlət Sərhəd Xidməti rəis müavinin əmrinə dair müraciət o zaman şikayət xarakteri daşıyır ki, şikayət şikayət instansiyasına ünvanlanmış olsun. Hazırkı halda Dövlət Sərhəd Xidməti isə əmrin qəbul edən inzibati orqana münasibətdə şikayət instansiyası hesab edilmir. Bu zaman Dövlət Sərhəd Xidməti rəisinin müavinin əmrinə dair Dövlət Sərhəd Xidməti rəisinə müraciət inzibati icraatda müəyyən edilən şikayət instansiyasına şikayət xarakteri daşımır. Belə ki, hazırkı iş üzrə cavabdehdən də göründüyü kimi müvafiq əmr məhz Dövlət Sərhəd Xidmətinin əmri hesab olunur və iddiaçı daha üst vəzifəli şəxsə əmrlə bağlı müraciət etməsi, inzibati icraat baxımından eyni quruma inzibati müraciəti xarakteri daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda 37-ci hissədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və dövlət sərhədindən buraxılış məntəqələri inzibati orqan qismində müəyyən edilmişdir. Bu isə onu ehtiva edir ki, Dövlət Sərhəd Xidməti inzibati icraatla bağlı qanunvericilik baxımından dövlət sərhədindən buraxılış məntəqələrinin hərəkətlərinə münasibətdə şikayət instansiyası qismində qəbul edilir. Xidmətin öz daxilində vəzifəli şəxslərin əmr və hərəkətlərindən daha yuxarı vəzifəli şəxsə müraciəti isə iddia müddətinin axımının dayandırılmasına əsas olan hal hesab edilmir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Kollegiya qeyd edir ki, inzibati aktda hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadığı hallarda 6 ay müddətində şikayət verilməsinin mümkünlüyü sözügedən maddəyə əsasən 06 aylıq müddət ərzində şikayətin verilə bilməsi halı inzibati aktdan şikayət instansiyasına verilən şikayətlərə şamil olunmalı olan müddəadır. İnzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı isə İPM-nin 38.1-ci maddəsi tətbiq olunur. Həmin maddənin tələbindən göründüyü kimi inzibati aktdan şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı inzibati aktın təqdim (elan) olunduğu vaxtdan başlanır. Azərbaycan Respublikası Ali Məhkəməsi də 2- 1(102)-1712/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji mövqedən çıxış etmiş və qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsinin mövqeyinə görə iddiaçının mübahisələndirdiyi əmrdən xx.xx.2019-cu il tarixindən, hərbi uçota durduğu zaman məlumatı olmuşdur. Beləliklə prosessual müddətin axımını iddiaçının hərbi qeydiyyata alındığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixindən başlanmasını nəzərə alaraq, birinci instansiya məhkəməsinin qərardadını ləğv etməklə mümkünlük şərtlərinin “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsinin tələblərinin nəzərə alınmaqla yoxlanılmalı olması qənaətinə gəlmişdir. Halbuki, sözügedən maddəyə əsasən 06 aylıq müddət ərzində şikayətin verilə bilməsi halı inzibati aktdan şikayət instansiyasına verilən şikayətlərə şamil olunmalı olan müddəadır. İnzibati aktın məhkəmə qaydasında mübahisələndirilməsi zamanı isə İPM-nin 38.1-ci maddəsi tətbiq olunur ki, apelyasiya instansiyası məhkəməsi həmin maddənin tələbi baxımından işin faktiki hallarına əsasən iddianın mümkünlük şərtlərinə qiymət verməli idi. Bundan əlavə, yardım etmə vəzifəsinin icra edilməsi ilə bağlı Məhkəmə AR İPM-nin 13 və 48-ci maddələrinin, eləcə də “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 5 nömrəli Qərarının 3.1-3.4-cü bəndlərində nəzərdə tutulmuş tələblərlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Adıçəkilən maddə və bəndlərin məzmunundan göründüyü kimi məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Sədrlik edən hakim bütün formal xətaların aradan qaldırılmasına, qeyri-müəyyən ifadələrin aydınlaşdırılmasına, işin mahiyyəti üzrə vəsatətlərin verilməsinə, natamam faktiki məlumatların tamamlanmasına, prosesin sonrakı mərhələlərində işin hallarının tam müəyyənləşdirilməsi və obyektiv qiymətləndirilməsi üçün əhəmiyyət kəsb edən bütün yazılı izahatların təqdim olunmasına yardım etməlidir. İnzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar. Sədrlik edən hakim bu məqsədlə müddət təyin edə bilər. Məhkəmə xidməti vəzifəsinə görə həmin sənədlərin surətlərini prosesin digər iştirakçılarına göndərir. Yazılı vəsatətlərə, etirazlara, izahatlara onlarda istinad olunan sənədlərin əsli və ya surəti tam və ya çıxarışlar şəklində əlavə edilməlidir. Həmin sənədlər qarşı tərəfə məlum olduğu və ya həcmcə çox böyük olduğu hallarda, onların əlamətlərini dəqiq göstərməklə, qarşı tərəfin həmin sənədlərlə məhkəmədə tanış olmasının mümkünlüyünü qeyd etmək kifayətdir (13 və 48-ci maddələr). İnzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər. Mübahisələndirmə haqqında iddia qaldırmazdan əvvəl iddiaçı yuxarı inzibati orqana inzibati şikayət verdiyi halda şikayət instansiyasının inzibati aktın dəyişdirilmədən saxlanılması barədə qərarı mübahisələndirmə iddiasının predmeti ola bilməz və bu iddia mümkün sayılmamalıdır. (3.1-3.4-cü bəndlər). Məhkəmə də qeyd olunan istiqamətdə yardım etmək vəzifəsinin mühüm elementi kimi iddianın mümkün sayılmamasına səbəb ola biləcək halı iddiaçının diqqətinə çatdırmaq üçün onunla müzakirə aparmış, iddiaçının müddətin bərpası ilə ərizə ilə məhkəməyə müraciət etməsi dəfələrlə təklif edilmiş, bununla əlaqədar məhkəmə iclasları da dəfələrlə təxirə salınmış, prosessual qənaət prinsipi baxımından işin mahiyyəti üzrə zəruri araşdırma aparılması ilə paralel iddiaçıya yardım edilməsi məqsədi ilə müddətin bərpasına dair əsaslandırılmış ərizənin verilməsi təklif edilmişdir. Lakin, bir-neçə məhkəmə iclası zəruri araşdırmanın davam etdirilməsindən əlavə, həmçinin də müddət bərpa barədə ərizənin verilməməsi ilə əlaqədar təxirə salınmış, ərizənin verilməmənin üzrlü səbəbləri müəyyən edilə bilməmiş, iddiaçı ərizənin iclasda tərtib edilməsində hüquqi yardımın da təklif edilməsinə baxmayaraq ərizənin özünə məxsus komputer informasiya sistemində hazır formada olduğunu, növbəti iclasda onun təqdim ediləcəyini bildirmiş, növbəti məhkəmə iclasında da həmin ərizənin təqdim edilmədiyi müşahidə olunmuş, daha məhkəmənin müddət bərpa barədə təklifinə müddətin ötürülməməsi səbəbindən bərpa verilməsindən imtina etdiyi qeyd edilmişdir. Məhkəmə sonluğunun müddətin bərpası da olmasa da, iddia müddətinin ötürülməmiş hesab edilməsinə dair ərizənin də qəbul edilənliyi iddiaçının diqqətinə çatdırmış, hansı səbəblərdən müddətin ötürülməmiş hesab edildiyinin əsaslandırılaraq məhkəməyə təqdim edilməsi təklif edilmişdir ki, məhkəmə hesab edir ki, iddiaçı həmin halların qeyd edilərək nəticə hissədə müddətin bərpası yox, məhz faktiki halların müddətlə bağlı nəzərə alınması kimi nəticə hissəsi qeyd edilməklə ərizənin növbəti iclasda təqdim ediləcəyini bildirmiş, növbəti məhkəmə iclasında da isə heç bir üzrlü səbəb olmadan iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə predmeti olan əmr barədə iddiaçı qəbul edildiyi tarixdə məlumatlı olmuşdur. Qüvvədə olmuş qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi və ya dəyişdirilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmiş, ən əsası isə məhkəmə icraatı zamanı prosessual müddətin bərpası barədə ərizənin verilməsini həyata keçirməmişdir. Bu səbəbdən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
qəraraaldı:
Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1885/2022 saylı, 17 may 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri Y.Səfərov küçəsi,14, 1193 cü məhəllə) İnzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.