Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2593/2022 22.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Tanrıverdiyev Anar Vəzir oğlu və Şirinov İkram Sabir oğlundan ibarət tərkibdə, iddiaçının iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının və vəsiqəsinin verilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ.İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli imtinasını qanunsuz və əsassız hesab edərək ona “Müharibə veteranı adının və vəsiqəsinin” verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı xx.xx.N3-cü ildə Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış, xidmət etmək üçün Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərilmiş, xx.xx.N3-cü ildən xx.xx.N6-cı ilədək xidmət etmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N3-cü il tarixli 53 saylı əmri ilə şəxsi heyətin siyahısına daxil edilmiş, N nömrəli hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 18 saylı əmri ilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərilmiş, N saylı hərbi hissədə xidmətdə olarkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etmişdir. İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda N nömrəli hərbi hissənin tərkibində aparılan döyüş əməliyyatlarında iştirakını təsdiq edən sənədləri toplayaraq bir neçə dəfə Səbail rayon Hərbi Komissarlığına müraciətlər etmişdir, lakin onun müraciətlərinə heç bir cavab verilməmişdir. Sonuncu dəfə iddiaçıya Hərbi Komissarlığından N6-cı ildə hərbi hissəni özbaşına tərk etdiyi və bu səbəbdən onun barəsində cinayət işi olduğundan ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu və bununla bağlı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etməsini bildirdirmişlər. İddiaçı sonradan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə etdiyi müraciətə cavab olaraq xx.xx.2021-ci il tarixli 9480 nömrəli imtina məktubu verilərək guya Mərkəzi Arxiv tərəfindən verilmiş arayışa əsasən hərbi xidməti tam (N4-cü il tarixdə müalicədən sonra N saylı hərbi hissəyə xidmət yerinə qayıtmadığı və xx.xx.N6-cı il tarixdə N nömrəli hərbi hissəyə daxil olmağı) təsdiqlənmədiyindən ona veteran adının və vəsiqəsinin verilməsinin mümkünsüz olduğunu göstərmişlər. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən verilən imtina məktubunda göstərilən faktların heç biri həqiqəti əks etdirmir. O, N saylı hərbi hissə komandirinin xx.xx.N6-cı il tarixli N saylı əmrilə hərbi hissəyə qəbul edildikdən sonra xidmətdə olarkən iddiaçının aldığı güllə yarasının fəsadları sağlamlığına ciddi təsir etdiyindən iddiaçını müalicə olunması üçün Müdafiə Nazirliyinin Gəncədə yerləşən Hərbi Hospitalına yerləşdirmişlər. İddiaçı uzun müddət hospitalda müalicə aldıqdan sonra Hərbi Hospitalın rəyi əsasında hərbi xidmətdən tərxis olunmuş, amma buna baxmayaraq, o dövrdə hərbi hissə komandirlərinin səhlənkarlığı və özbaşınalığı nəticəsində iddiaçı hərbi hissəni tərk etmiş kimi qeydiyyata alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək ləğv olunmasını və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş,qanunsuz və əsassızdır .Belə ki, vəkil sorğusu əsasında Füzuli Hərbi Prokurorluğu tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubuna əsasən o, xx.xx.N3-cü il tarixdə hərbi xidmətə çağrılmış xx.xx.N4-cü il tarixə qədər N saylı hərbi hissədə, həmin tarixdən xx.xx.N6-cı il tarixə qədər isə N saylı hərbi hissədə xidmət etmişdir. Bundan əlavə, Müdafiə Nazirliyinin Mərkəzi Arxivinə göndərilmiş sorğu əsasında verilmiş siyahıda göstərilir ki, o, qeyd edilən hərbi hissələrdə hərbi xidmətdəolmuşdur. Müdafiə Nazirliyinin arxiv arayışında onun N4-cü il tarixdə müalicədən sonra N saylı hərbi hissəyə geri qayıtmadığı və xx.xx.N6-cı il tarixdə N saylı hərbi hissəni özbaşına tərk etdiyi göstərilmiş və bu əsasla ona imtina verilmiş, məhkəmə isə bu imtinanı qanuni və əsaslı hesabetmişdir.. Məhkəmənin gəldiyi bu nəticənin əsassızolduğu təqdim edilən sübutlarla təkzib olunur.Belə ki, Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının xx.xx.2009-cu il tarixli 1205 saylı qərarı ilə onun N4-gü ildə sağ budun orta,sol budun yuxarı 1/3də yumşaq toxumaların dəlibxaya kisəsinin səthi dəlib keçən güllə yaralanması və aldığı həmin yaranın Azərbaycan Respublikasının müdpfiəsi zamanı aldığı təsdiq olunur. Füzuli hərbi prokurorluğunun xx.xx.2004-cü il tarixli ginayət işinin bahlanmasının rədd edilməsi haqqında» qərarında da onun N3-N6-cı illərdə qeyd olunan hərbi hissələrdə hərbi xidmətdə olduğu və döyüş əməliyyatlarında iştak etdiyi, xəstəliyi ilə əlaqədar müalicəyə göndərildiyi və müalicədən sonra xidmət yerinə qayıtmadığı üçün xx.xx.N6-cı il tarrixli 189 saylı əmlə təminat dan azad edildiyi təsdiq olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətlinümayəndəsi) məhkəmə iclasına gəlməmiş, İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin: 1-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı: -Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Əsasnamənin qeyd olunan tələbindən göründüyü kimi, müharibə veteranı aldının verilməsinə əsas olan sənədlərin siyahısı sadalanaraq müəyyən edilmişdir ki, müharibə veteranı adı - 1988-ci il fevral ayının 1-dən N4-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə hərbi idarətetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda hərbi biletlər, şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar əsasında verilir. İddiaçının iddia ərizəsindən göründüyü kimi, xx.xx.N3-cü il tarixdə Bakı şəhəri Səbail rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə göndərildiyini, həmin hərbi hissə komandirinin xx.xx.N4-cü il tarixli 18 saylı əmri ilə xidmətini davam etdirmək üçün N saylı hərbi hissəyə göndərildiyini və N saylı hərbi hissədə xidmətdə olarkən Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyini iddia edərək hesab edir ki, ona müharibə veteranı adı və vəsiqəsi verilməlidir.. Lakin işə əlavə olunmuş Müdafiə Nazirliyinin İşlər İdarəsinin Mərkəzi Arxivinin xx.xx.2021ci il tarixli 9/2-1925 saylı arxiv arayışından görünür ki, İddiaçı N №-li hərbi hissə komandirinin N mart N4-cü il tarixli 49 №-li əmrilə hərbi hospitala müalicəyə göndərilərək xx.xx.N4-cü il tarixdən qazan təminatından çıxarılmış, lakin o, hərbi hissəyə qayıtmamış və N №-li hərbi hissə komandirinin N mart N6-cı il tarixli 92 №-li əmrilə (əsas: § 10, sıra 509, əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməmişdir) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Onun N №-li hərbi hissə komandirinin mart, iyul N6-cı il tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidməti barədə məlumat aşkar olunmamışdır (İddiaçının apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi, o, hərbi hospitalda müalicə olunduqdan sonra hərbi hissəyə qayıtmadığını, yəni dolayısı ilə döyüş şəraitindəolan hərbi hissəni özbaşına tərk etdiyi özü tərəfindən də təsdiq edilir). Eyni zamanda, iddiaçının iş materiallarında olan, AO serialı ******* nömrəli hərbi biletinin surətinə əsasən isə müəyyən olunur ki, o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Milli Ordu sıralarında bir il altı aydan artıq müddətə xidmət etməsi, Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etməsi nəzərə alınaraq və şəraitin dəyişməsi ilə əlaqədar CPM-nin 40.2.3. və 212-ci maddələrinin tələblərinə əsasən Füzuli hərbi prokurorunun xx.xx.2004-cü il tarixli qərarı ilə barəsində cinayət işi başlanması rədd edilmişdir Tədqiq olunan arxiv arayışında və hərbi biletin qeydləri üzrə üst-üstə düşən məlumatlardan göründüyü kimi, iddiaçının döyüş bölgəsində N saylı hərbi hissədə hərbi xidmətdə olarkən, fərariliyinin nəticəsi olaraq, həmin hərbi hissə komandirinin N mart N6-cı il tarixli 92 №-li əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Beləliklə də, tədqiq olunan sübutlarla müəyyən edilən hallar onu deməyə əsas verir ki, iddiaçıya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 216 nömrəli Qərarı ilə təsdiq edilmiş Əsasnamədə göstərilən hüquqmüəyyənedici sənədlərə əsasən müharibə veteran adı və vəsiqəsinin verilməsinə əsas verən hallar mövcud deyildir. Bu baxımdan, iddiaçının onun məhkumluğunun olmadığını mübmhisələndirən dəlilləri əhəmiyyətsizdir Belə olan halda, iddiaçıya, fərariliyinə görə cinayət məsuliyyətinə cəlb edilibedilməməsindən asılı olmayaraq, qanuni əsaslarla hərbi xidmətini başa vurmadığı və ehtiyata buraxılmadığı halda, cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli 9480 nömrəli məktubu ilə müharibə veteranı adı və vəsiqəsi verilməsindən imtina olunması qanuni və əsaslıdır. Qanuni və əsaslı olan imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-nin 73.1-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd olsun və iddiaçının hüquqlarını pzmuş olsun. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin rədd olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması ilə qanunsuz və əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2022 saylı xx.xx.2022-ci il tarixli dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1022/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2593/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2593/2022
22.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver