Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2593/2025 01.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3217/2025 saylı 19 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 oktyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya məxsus ГЕ 36360 nömrəli hərbi biletə əsasən iddiaçı xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olmuşdur. İddiaçının APM seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərə əsasən o, xx.xx.1981-ci ildə Xaçmaz rayon X4 İdarədənkənar mühafizəsi bölməsinə gözətçi qəbul edilmişdir. xx.xx.1982-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1982-ci ildə fəhlə vəzifəsinə qəbul edilir. xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1983-cü ildə OKC-yə müvəqqəti işçi qəbul edilir. xx.xx.1983-cü ildə müvəqqəti işçi olduğundan şəxsi ərizəsi əsasında işdən azad edilib. xx.xx.1983-cü ildə Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozuna işə qəbul edilir. xx.xx.1988-ci ildə öz arzusu ilə işdən azad edilmişdir. xx.xx.1989-cu ildə 1№-li sexə soyutma üzrə mütəxəssisin hazırlıq şagirdi qəbul edilir. xx.xx.1989-cu ildə soyutma üzrə mütəxəssisə 2-ci dərəcə verilir. xx.xx.1990-cı ildə həmin sexdə 2-ci dərəcə ilə həlledici qatışıqlar maşinisti vəzifəsinə keçirilir. xx.xx.1991-ci ildə həlledici qatışıqlar maşinistinə 4-cü dərəcə verilir. xx.xx.1991-ci ildə həmin sexdə növbə ustası vəzifəsinə keçirilir. xx.xx.1994-cü ildə yeni əməyin ödənilməsi şərtləri və tarifləşməyə keçmə ilə əlaqədar, növbə ustasına 8-ci dərəcə verilir. xx.xx.1995-ci ildə Azərbaycan Respublikası ƏQhM-nin 37-ci maddəsinə əsasən, öz arzusu ilə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.1996-cı ildən xx.xx.1997-ci ilə qədər bədən tərbiyəsi üzrə metodist işləmişdir. xx.xx.2007-ci ildən xx.xx.2009-cu ilə qədər Azərbaycan Dövlət Dəmiryolu Həkim Sanitar xidməti yol sanitar karantin müfəttişliyinin dezinfektoru vəzifəsində işləyib. xx.xx.2009-cu ildən xx.xx.2017-ci ilə qədər təsərrüfat işləri üzrə direktor müavini işləmişdir. xx.xx.2017-ci ildən xx.xx.2024-cü ilə qədər Gənclərin bədii yaradıcılıq evində təsərrüfat müdiri işləmişdir. İddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçıya cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023cü il tarixdə yaşa əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması ilə bağlı ərizə ilə onun əmək pensiyasının hesablanması ilə bağlı müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/1-V- 219177/2023 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış, ona 280 manat əmək pensiyası təyin olunmuşdur. Qərarın qeyd hissəsində iddiaçıya 25 il faktiki (16 il 7 ay) sosial sığorta stajı və 12509.9 psk əsasında olan qaydada təyin olunmuş pensiyanın məbləği yenidən hesablama zamanı düzgün müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-215766/2023 saylı məktub ünvanlayaraq bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-cı maddəsinə əsasən sizə 02 08.2023-cü il tarixindən 280.00 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı ıl yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22- 1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarıxınədək 25 il sığorta stajı və xx.xx.2017-ci il tarixindən xx.xx.2023- cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 12.509,90 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyiniz sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajınız 12 il 2 ay 13 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrinin nömrəsi və tarixi yoxdur) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildiririk ki, yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72 1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-V-188315/2024 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən 311.36 manat məbləğində olan əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanmış əmək pensiyasının məbləği 318.49 manat müəyyən olunmuşdur. Təkrar iddiaçının əmək pensiyası yenidən hesablanmış və cavabdehə münasibətdə xx.xx.2024-cü il tarixli 3-17-1/1-V-191378/2024 saylı qərar qəbul olunmuş, iddiaçının əmək pensiyası 318.49 manat müəyyən olunmuşdur. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövrü əmək stajına hesablanmaqla, pensiyanın yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilsə də, verilmiş əmək pensiyasının düzgün hesablanması ilə bağlı ərizə ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin ərizəsi təmin edilməmişdir. Belə ki, onun xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövr nəzərə alınmamışdır. Halbuki, xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi illər və buna dair müvafiq əmrlər əmək kitabçasına qeyd edilmişdir. Belə olan təqdirdə cavabdeh orqanın imtinası əsassızdır və iddia tələbi təmin edilməməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əmək kitabçası araşdırılarkən orada qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranmışdır. Belə ki, xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına (işə daxilolma əmrinin nömrəsi və tarixi yoxdur) riayət olunmamışdır. Bu səbəbdən xx.xx.1986-cı il tarixdən xx.xx.2001-ci il tarixədək olan dövrlər sığorta stajına daxil edilməmişdir. Nəticədə İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Məlumat üçün bildirilir ki, İddiaçı xx.xx.2006-cı il tarixədək 25 il sığorta stajı və xx.xx.2006-cı il tarixdən xx.xx.2023cü il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 12602,99 manat pensiya kapitalı (2023-cü il tarixədək indeksləşdirilmiş) əsasında xx.xx.2024-cü il tarixdə iddiaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün xx.xx.2003-cü il tarixdən xx.xx.2024-cü il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış 941,50 manat (2024-cü il tarixə indeksləşdirilmiş) pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq xx.xx.2024-cü il tarixdən 318,49 manat müəyyən edilmişdir. İddiaçının xx.xx.2006-cı il tarixədək faktiki iş stajı 12 il 2 ay 13 gün təşkil edir (xx.xx.1977-ci il tarixdən xx.xx.1979-cu il tarixədək hərbi xidmətdə olduğu müddət də nəzərə alınmaqla. İddiaçının əmək kitabçasının həqiqiliyinə əsaslı şübhələr olduğundan ona yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş, cavabdeh tərəfindən verilmiş imtina qanunauyğun olmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3217/2025 saylı 19 fevral 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilərək, İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixədək işlədiyi dövrün əmək stajına hesablanmaqla, onun əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması və iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazla eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Hazırda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3217/2025 saylı 19 fevral 2025-ci il tarixli qərarından yalnız cavabdeh inzibati orqan tərəfindən şikayət verildiyindən həmin qərarın qanuniliyi və əsaslılığı iddianın təmin edildiyi hissədə- ”İddiaçı xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixədək işlədiyi dövrün əmək stajına hesablanmaqla, onun əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin iddiaçıya ödənilməsi öhdəliyinin cavabdeh qurumun üzərinə qoyulması” hissəsində yoxlanılır. Belə ki, iddia tələbinin təmin edilmədiyi hissədə məhkəmə qərarı iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı tələbində müvafiq dövrlərdəki əmək stajının nəzərə alınmaqla pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə “öhdəliyin icrası haqqında” iddiadır. Bu baxımdan iddianın həm ümumi, həm də xüsusi mümkünlük şərtləri yoxlanılarkən müəyyən olunur ki, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh inzibati orqana müraciət etmişvə imtina almışdır. Bu səbəbdən iddiaçının iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, iddiaçıya məxsus pensiya işindən görünür ki, iddiaçıya cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixdə yaşa əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə əvvəllər təyin edilmiş əmək pensiyalarının bərpa edilməsi və ya yenidən hesablanması ilə bağlı ərizə ilə onun əmək pensiyasının pensiyasının hesablanması barədə müraciət etmiş və cavabdehin xx.xx.2023-cü il tarixli 3- 17-1/1-V-219177/2023 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərara əsasən iddiaçının əmək pensiyası yenidən hesablanmış və iddiaçıya 280 manat əmək pensiyası təyin olunmuşdur. Qərarın qeyd hissəsində iddiaçıya 25 il faktiki (16 il 7 ay ) sosial sığorta stajı və 12509.9 psk əsasında qaydada təyin olunmuş pensiyanın məbləği yenidən hesablama zamanı düzgün müəyyən olunmuşdur. Cavabdeh inzibati orqan iddiaçıya xx.xx.2023-cü il tarixli 3-17-1/2-V-215766/2023 saylı məktub ünvanlayaraq bildirmişdir ki, "Əmək pensiyaları haqqında' Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 22-1.1-cı maddəsinə əsasən sizə 02 08.2023-cü il tarixindən 280.00 manat məbləğində avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin edilmişdir. Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006- cı ıl yanvarın 1-dək faktiki sığorta stajı həmin Qanunun 22- 1.2.1-22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. xx.xx.2006-cı il tarıxınədək 25 il sığorta stajı və xx.xx.2017-ci il tarixindən xx.xx.2023- cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində qeydə alınan 12.509,90 manat pensiya kapitalı əsasında əmək pensiyanız yenidən hesablanmış və pensiyanızın məbləğində (280,00 manat) dəyişiklik olmamışdır. Təqdim etdiyiniz sənədlərin surətinə əsasən əmək fəaliyyəti dövrünüz, o cümlədən xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğunuz müddət də nəzərə alınmaqla xx.xx.2006-cı il tarixinədək faktiki sığorta stajınız 12 il 2 ay 13 gün olduğu halda, sizə Qanunun 22-1.1-ci maddəsinin tələblərinə əsasən 25 il sığorta stajı nəzərə alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “işçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları"na əsasən əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixindən 15.09 1987-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrinin nömrəsi və tarixi yoxdur) həmin dövrlərin sığorta stajınıza daxil edilməsi qanunvericiliklə nəzərdə tutulmayıb. Qeyd olunanlara əsasən bildiririk ki. yaşa görə əmək pensiyanızın məbləği qanunvericiliyin tələbləri baxımından düzgün hesablanmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72 1-ci və 73-cü maddələrinə əsasən qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. Cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-1/1-V-188315/2024 saylı Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında qərarına əsasən 311.36 manat məbləğində olan əmək pensiyası yenidən hesablanmış, yenidən hesablanmış əmək pensiyasının məbləği 318.49 manat təşkil etmişdir. Bundan sonra iddiaçının əmək pensiyası yenidən hesablanmış və ona münasibətdə xx.xx.2024-cü il tarixli 3-17-1/1-V-191378/2024 saylı qərar qəbul olunaraq əmək pensiyasının məbləği 318.49 manat müəyyən olunmuşdur. İş materiallarında olan xidməti məktublardan görünür ki, İddiaçı təqdim etdiyi ******* nömrəli əmək kitabçasının surətində olan məlumata əsasən xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək (işə daxilolma əmrinin nömrəsi və tarixi olmadığından və işdən çıxma tarixində qaralama olduğundan) Ermənistan SSR Vardenis rayonu "Dərə” kolxozunda olan əmək fəaliyyəti dövrləri üzrə əmək kitabçasının doldurulma qaydalarına riayət olunmamışdır. Bu səbəbdən qeyd edilən dövrlərin iddiaçının sığorta stajına daxil edilməsi mümkün olmamışdır. Məlumat üçün bildirilmişdi ki, İddiaçı yenidən xx.xx.1987-ci il tarixində sözügedən kolxozda işə daxil olmuş, xx.xx.1988-ci il tarixində isə işdən azad olunmuşdur. Qeyd edilən hər iki əmək fəaliyyəti dövrü eyni kolxozda olsa da, xx.xx.1987-ci il tarixindən xx.xx.1988-ci il tarixinədək olan dövrün mötəbərliyinə şübhə yaradan hər hansı hal aşkarlanmadığından həmin dövr iddiaçının sığorta stajında nəzərə alınmışdır. İddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1988-ci il tarixədək Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozunda işlədiyini iddia edir. Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli 3- 17-1/2-V-208785/2024 nömrəli məktubuna əsasən xx.xx.1987-ci il tarixdən xx.xx.1988-ci il tarixədək olan dövr İddiaçı sosial sığorta stajına daxil edilmiş, lakin xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrün daxil edilməsinin mümkün olmadığı bildirilmişdir. Belə ki, iddiaçının əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işə daxilolma əmrinin nömrəsi və tarixi yoxdur) həmin dövrün sığorta stajına daxil edilməsi mümkün hesab edilməmişdir. Halbuki İddiaçı işdən xaricolma tarixi xx.xx.1988-ci il qeyd edilmiş və həmin vaxtadək müxtəlif vəzifələrə təyin edilmişdir. İddiaçının birinci instansiya məhkəməsindəki tələbi “ona xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövrün əmək stajına hesablanmaqla, pensiyasının yenidən hesablanması və yaranacaq fərqin birdəfəyə ödənilməsi” barədə olmuşdur. Onun iddiası məhkəmə tərəfindən qismən, yəni “onun xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövrün əmək stajına hesablanmaqla, əmək pensiyasının yenidən hesablanması və yaranacaq fərqin ödənilməsi” hissəsində təmin edilmiş, qalan hissədə tələbi təmin edilməmişdir. Qərar yalnız cavabdeh qurum tərəfindən mübahisələndirildiyindən iddianın təmin olunmayan hissəsi iddiaçıya münasibətdə qanuni qüvvəsini almışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin “iddianın təmin edildiyi” hissədə gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. İş materiallarından görünür ki, cavabdeh iddiaçının əmək pensiyasını yenidən hesablayarkən -xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi dövrü əmək stajına daxil etməmişdir. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.2- ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda həmçinin göstərilir ki, sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi şəxsi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi şəxsi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi şəxsi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınır (27.1. ). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.1-ci bəndində göstərilmişdir ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı 2006-cı il yanvarın 1-dək olan dövr üzrə: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən müəyyən edilir. İddiaçıya məxsus APM seriyalı, ******* nömrəli əmək kitabçasındakı qeydlərdən görünür ki, iddiaçı xx.xx.1981-ci ildə Xaçmaz rayon X4 İdarədənkənar mühafizəsi bölməsinə gözətçi qəbul edilmiş, xx.xx.1982-ci ildə öz arzusu ilə işdən azad edilmiş, xx.xx.1982-ci ildə fəhlə vəzifəsinə qəbul edilmiş, xx.xx.1982-ci ildə tutduğu vəzifədən azad edilmiş, xx.xx.1983-cü ildə OKC-yə müvəqqəti işçi qəbul edilmiş, xx.xx.1983-cü ildə müvəqqəti işçi olduğundan şəxsi ərizəsi əsasında işdən azad edilmiş, xx.xx.1983-cü ildə Ermənistan SSR Vardenis rayonu Dərə kənd kolxozuna işə qəbul edilmiş və xx.xx.1988-ci ildə öz arzusu ilə işdən azad edilmişdir.. Pensiya işinin materiallarından məlum olur ki, cavabdeh qurum iddiaçının əmək pensiyasını sonuncu dəfə yenidən hesablayarkən həqiqətən də iddiaçının xx.xx.1983-cü il tarixdən xx.xx.1987-ci il tarixədək işlədiyi müddəti nəzərə alımamışdır. Halbuki, 1992-ci ildə qəbul edilmiş və 01 yanvar 2006-cı ilə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinə (iş stajına daxil edilən əmək fəaliyyətinin növləri) əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh qurum tərəfindən iddiaçının xx.xx.1983-cü il tarixindən xx.xx.1987-ci il tarixinədək işlədiyi dövrün onun əmək stajına daxil edilərək əmək pensiyası yenidən heasblanmalı və qalan fərq məbləği iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh qurum tərəfindən verdiyi imtinanın əsaslı olması ilə bağlı hallar sübuta yetirilmədiyi üçün məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qərarın mübahisələndirilən hissəsində iddianın təmin edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. O ki qaldı apellyasiya şikayətinin dəlillərinə, məhkəmə kollegiyası həmin dəlilləri bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qəbul etmir və hesab edir ki, həmin dəlillər qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi və iddianın rəddi üçün əsas yaratmır. İnzibati Prosessual Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3217/2025 saylı 19 fevral 2025-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3217/2025 saylı 19 fevral 2025-ci il tarixli qərarı mübahisələndirilən- iddianın təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X5 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2593/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2593/2025
01.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver