Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2594/2022 17.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, 3-cü şəxs X5 nümayəndəsi (qardaşı) X6 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə qarşı “3-cü şəxslər X10 və X5 mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 saylı 05 may 2022-ci il tarixli qərarından 3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə 17 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2021-ci il tarixli, AN ******* nömrəli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, satıcı X7 ünvan 3 ünvanında yerləşən mənzili alıcı İddiaçı satmışdır. X15 və X11 notarial qaydada təsdiq edilmiş ərizələrində ünvan 3 ünvanında yerləşən X3 məxsus mənzilin satılmasına razılıq verdiklərini bildirmişlər. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, ünvan 3 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı ona məxsus mənzildə qeydiyyatda qalan X10 və X5 ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 082-38160M-3221 saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı haqqında” Qanunun 9-cu maddəsinin tələblərinə əsasən müraciətdə göstərilən şəxslərin ünvan 5 ünvanından yaşayş yeri üzrə qeydiyyatdan çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qeydiyyatdan çıxarılma barədə qətnaməsi əsasında həyata keçirilir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X10 və X5 ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli, AN-i ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” əsasında X1 ünvan 3 ünvanında yerləşən, ümumi sahəsi 106.8 m2 olan mənzili almışdır və onun həmin mənzilə dair mülkiyyət hüququ dövlət qediyyata alınaraq ona daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış verilmişdir. Adı gedən mənzil onun keçmiş mülkiyyətçisi X2 mülkiyyətyində olduğu dövrdə həmin mənzilə qeydiyyata düşmüş X15 və X11 mənzilin alqı-satqı zamanı həmin mənzilin satılmasına etirazlarının olmamasına dair notarial qaydada təsdiq olunmuş razılıq ərizəsi vermişlər. Lakin, həmin şəxslər bu günədək həmin mənzildən qeydiyyatdan çıxmamışlar. Bununla bağlı tərəfindən Nəsimi Rayon Polis İdarəsinə müraciət edilərək X15 və X5 həmin mənzildən qeydiyyatdan çıxarılması xahiş edilsə də, cavabdeh orqan həmin şəxsləri qanunsuz olaraq həmin mənzildən qeydiyyatdan çıxarmaqdan imtina edərək ona xx.xx.2021-ci il tarixli, 082-38160M-3221 saylı imtina məktubu göndərmişdir. Bu səbəbdən də, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddia tələbi əsaslı olduğundan təmin edilərək cavabdehin üzərinə X15 və X5 mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən məzildən qeydiyyatdan çıxarılması öhdəliyi qoyulmalıdır. Belə ki, nəzərə alaraq ki, X15 və X11 adı gedən mənzilin satılmasına notarial qaydada razılıq vermişlər, onlar həmin mənzildən istifadə hüququnu itirmişlər və o, hal-hazırda həmin mənzilin mülkiyyətçisidir, onların həmin mənzildə qeydiyyatda qalması formal xarakter daşıyır və onların həmin mənzildən qeydiyyatdan çıxmaması onun mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. 3-cü şəxs R.Əhmədovun etirazları: Etiraz onunla əsaslandırılmışdır ki, Nəsimi rayonu, Azadlıq prospekti, ev 95, mənzil 33-ü 2002-ci ilin noyabr ayında almış, həmin tarixdən qeydiyyatı həmin ünvanda gedir və həmin ünvanda bu günədək ailəsi ilə birlikdə yaşayır. xx.xx.2020-ci il tarixdə həmin mənzili X3 230.000 (iki yüz otuz min) manata razılaşaraq satmışdır. Həmən puldan 150.000 (yüz əlli min) manatı alqı-satqı zamanı Fazil ödəmiş, qalan 80.000 (səksən min) manatı isə sonra ödəyəcəyi barədə razılığa gəlmişlər. Fazilin atası ilə köhnədən yaxın tanış olduğu üçün o, Fazilə inanaraq etibar etmişdir. Fazil Məmmədov mənzilin alqı-satqısından 1 ay sonra mənzili girov qoyaraq pul götürmək və biznesini genişləndirmək istədiyini bildirmiş, pul qazanaraq onun da 80.000 (səksən min) manat pulunu ödəyəcəyini bildirmişdir və evə baxış keçirilməsi üçün pul verənləri mənzilə buraxmağı xahiş etmişdir. xx.xx.2021-ci il tarixdə yəni, Fazil mənzili alandan 1 ay 20 gün sonra, Fazil Məmmədov atası Mirəli, faizə pul verən İddiaçı və bir neçə maklerlərlə onun evinə gələrək evə baxış keçirtmişdirlər və evin 300.000 (üç yüz min) manat qiyməti olduğunu bildirərək, Hikmət isə əlində 114.500 (yüz on dörd min beş yüz) manat pul olduğunu və hər ay 5 faizdən verəcəyini bildirmişdir. Bundan sonra xx.xx.2020- ci il tarixdə Hikmətdən faizə pul götürmək üçün əmlakın alqısatqı müqaviləsini bağlamışlar. Fazil isə pulun 5 faizini verə bilmədiyi üçün Hikmət həmin mənzili faizlərin hesabına Fazilin əlindən alaraq mənimsəmək fikirindədir. Hikmət iddia ərizəsində göstərir ki, guya o həmin evə qeydiyyata Fazilin mülkiyyətində olduğu dövrdə düşüb. Əslində bu yalandır, o 2002-ci ildən həmən evdə qeydiyyatdadır və həmin evdə yaşayır. İddiaçı faizə pul verdiyi üçün əvvəldən 10 nəfərin iştirakı ilə arasında gəldikləri razılığa görə xx.xx.2020-ci il tarixdə alqı-satqı edərək həmin mənzili adına keçirmişdir. Belə çıxır ki, İddiaçı əvvəlcədən bilərəkdən bu oyunları qurmuş, faizə 114.500 manat pul verdiyi halda 300.000 manatlıq mənzili aldatma yolu ilə adına keçirmiş və bu günki gün həmin mənzili aldığını bildirir. Onun iddiaları əsassız, qanunsuz, aldatma yolu ilə 114.500 manata faizə pul verərək saxda əqd bağlamış və əvəzində 300.000 manatlıq mənzili mənimsəmək olmuşdur. İddiaçı hərəkətləri bu gün ki gün bunu göstərir. Bu problemlər barədə İddiaçıla görüşüb məsələni həll etmək istəsə də, telefonuna mesaj yazaraq zəng etsə də onlara cavab vermir. İddiaçı 114.500 manatı pulu faizə verməsi barədə 10 nəfərdən çox adamın iştirakı ilə baş vermişdir. Evin faktiki sahəsi 150 kv.m. təşkil edir. Bu gün həmin evin dəyəri ekspertlər tərəfindən 300.000 manat qiymətləndirilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 saylı 05 may 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxslər X15 və X5 nümayəndəsi qismində Şirxan Əhmədov tərəfindən apellyasiya şikayəti verilmişdir. Həmin apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Rza Əhmədova münasibətdə qeyri-mümkün, Şəhla Əhmədovaya münasibətdə isə mümkün sayılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti yazılı etirazın məzmunu ilə eynilik təşkil edir və əlavə olaraq göstərilmişdir ki, məhkəmə lazımi qaydada araşdırma aparmadan, formal mülahizələr və əsassız rəylərə istinad etməklə hesab etmişdir ki, iddiaçının mülkiyyət hüquqları pozulduğuna görə idda tələbi əsaslıdır. Amma bu iş üzrə kifayət qədər şahidin olması, həmçinin alqı-satqı müqaviləsinin digər əqdi pərdələmək üçün bağlanılması məhkəmə tərəfindən nəzərə alınmamış və hüquqi qiymət verilməmişdir. Hesab edir ki, məhkəmə qüvvədə olan qanunvericiliyin tələblərini nəzərə almamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı iddiaçı və 3-cü şəxs X15 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Cavabdeh inzibati orqan tərəfindən isə xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz edilmədiyi qeyd edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının, cavabdehin nümayəndəsinin və 3-cü şəxs X10 iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin, 3-cü şəxs X10 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. 3-cü şəxs Şəhla Əhmədovanın nümayəndəsi (qardaşı) X12 oğlu apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İlk öncə qeyd edilməlidir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 saylı 05 may 2022-ci il tarixli qərarından verilmiş apellyasiya şikayəti yalnız 3-cü şəxs X9 münasibətdə mümkün sayıldığı üçün qərarın qanuniliyi və əsaslılığı yalnız həmin şəxsə münasibətdə yoxlanılır. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Bakı şəhər Nəsimi rayon Polis İdarəsinə qarşı tələbi “X10 və X5 ona məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Birinci instansiya məhkəməsi üçüncü şəxslərin sözügedən mənzildə qeydiyyatda olsalar da, qeyd edilən mənzilə dair əmlak hüquqlarının olması barədə hər hansı bir sübutun təqdim edilməməsi, qeydiyyatın formal xarakter daşıması və həmin ünvanda qeydiyyatda qalmanın iddiaçının mülkiyyətçi kimi ona məxsus olan əmlaka mülkiyyət hüququnu məhdudlaşdırmasına, iddiaçının üçüncü şəxslərin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməkdə haqlı olmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası Şəhla Əhmədovaya münasibətdə iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İş materiallarından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 100.4 m2 olan mənzil xx.xx.2020-ci il tarixdən İddiaçı xüsusi mülkiyyətindədir. İddiaçı 3-cü şəxsin hazırda həmin mənzildə yaşamadığına, onun formal qeydiyyatda qalmasına və bu halın onun mülkiyyətindən istifadəsinə maneə yaratdığına istinad edərək həmin şəxsin mənzilindən qeydiyyatdan çıxarılmasını tələb edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmçinin Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxslərin iddiaçının evində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). Baxılan iş üzrə üçüncü şəxs Şəhla Əhmədovanın iddiaçının mənzilində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyildir. Belə olan halda iddiaçı onunla birgə yaşamayan üçüncü şəxs Şəhla Əhmədovanın mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə də haqlı olmuş, cavabdeh Nəsimi rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası mülkiyyətçinin hüquqlarının pozulmasına səbəb olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın Şəhla Əhmədovaya münasibətdə təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas vermir. Kollegiya onu da qeyd edir ki, 3-cü şəxs Rza Əhmədov Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti, ev 95 ünvanında yerləşən 33 saylı mənzilə görə X2 ona 150000 manatdan əlavə 80000 manat məbləğində pul vəsaiti də ödəməli olduğuna dair aralarında razılaşmanın mövcudluğuna istinad etdiyi halda onun həmin məbləği mülki məhkəmə icraatı qaydasında göstərdiyi şəxsdən tələb etmək hüququ vardır. Başqa sözlə, belə razılaşma mövcud olsa belə, həmin hal hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından imtina üçün əsas ola bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs Ş.Əhmədova tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 saylı 05 may 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın Şəhla Əhmədovaya münasibətdə təmin edildiyi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
3-cü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3939/2022 saylı 05 may 2022-ci il tarixli qərarı mübahisələndirilən- iddianın 3-cü şəxs X9 münasibətdə təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə