Məhkəmə qərarları › İş №2-1(103)-2596/2019

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2596/2019

03.12.2019 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2596/2019 03.12.2019 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Baxışova Vüsalə Ələkbər qızı və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X4 (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı (xx.xx.1952-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X1rşı “pensiyasının yenidən hesablanaraq ödənilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3264/2018 nömrəli qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2018-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin xx xxxx 2018-ci il tarixli, xx/xx-3290 nömrəli inzibati aktı hesab olunan məktubunda göstərilənlərin qanunazidd hesab edilməsini, çalışdığı Bakı Şəhər Xalq Deputatlar Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələrinin Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X6 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələri isə Bakı şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmasını, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləğindən ibarət pul ilə ödənilən haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında xx xxx 2016-cı il tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsini (sonrakı artımlar nəzərə alınmaqla) pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan müddətdə ASSR Bakı şəhər X8 İcraiyyə Komitəsinin (BŞXDSİK) «BakıBaşTikinti» İdarəsində baş əmtəəşünas, sonuncu tarixdən xx.xx.1979-cu il tarixədək X6 müvəqqəti rəisi, sonuncu tarixdən xx.xx.1980-ci il tarixədək baş əmtəəşünas, sonuncu tarixdən xx.xx.1981-ci il tarixədək kompektləşdirmə üzrə mühəndis, sonuncu tarixdən xx.xx.1982-ci il tarixədək Tikinti Materialları şöbəsinin rəisi, sonuncu tarixdən xx.xx.1984cü il tarixədək Tikinti Materialları şöbəsinin mühəndisi, sonuncu tarixdən xx.xx.1985-ci il tarixə kimi baş mühəndis, sonuncu tarixdə İdarənin statusunun dəyişib Trestə keçməsi ilə bağlı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi BŞXDSİK-nin Bakı Baş Tikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə rəisi, sonuncu tarixdən xx.xx.1990-cı il tarixə kimi həmin təşkilatda idarə rəisi, bu tarixdən xx.xx.1990-cı il tarixə kimi isə fasiləyə yol verib göstərilən tarixdən xx.xx.1991-ci il tarixə kimi həmin Trestin tabeliyindəki Xalis kompleks kooperativində sədr müavini, xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi BŞXDSİK-nin Təsərrüfatlararası Layihə mənzil tikinti birliyində baş mühəndis, sonuncu tarixdən xx.xx.1992-ci il tarixə kimi həmin təşkilatda müdir işləmişdir. Bu da ümumilikdə 16 il 2 ay 24 gün olmaqla 5 ildən artıq müddətə dövlət qulluğu vəzifəsi mövcud olmadığı dövrə görə dövlət, sovet, partiya orqanlarında çalışmasını göstərir. BŞXDSİK-də fasiləsiz çalışdığı vəzifələri BŞİH başçısının Aparatında inzibati vəzifələrə uyğunlaşdırılmaqla pensiyanın hesablanaraq ödənilməsi təmin edilməlidir. Belə ki, Prezidentin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanmasıQaydaları»na görə əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi AR Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır (6-cı bənd). Həmçinin, Prezidentin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda (bundan sonra Təsnifat Toplusu) göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.20-ci bəndinə görə BŞXDSİK-nın idarə rəisi, müstəqil şöbənin müdiri Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Habelə, BŞXDSİK-nın aparatında deyil, onun tabeliyindəki struktur qurumların vəzifələri də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmalıdır. Çünki «Dövlət qulluğu haqqında» Qanunun 11-ci maddəsinin Qeyd hissəsində qeyd edilir ki, “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Göstərilən müddəadan aydın olur ki, təkcə dövlət orqanlarının aparatı deyil, onların fəaliyyətini təmin edən qurumlar və bölmələri də dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət dövlət orqanının struktur vahidi hesab edilir. Buna dair vahid məhkəmə təcrübəsi üzrə Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-408/18 №-li qərarı da mövcuddur. Eyni zamanda, ona BŞİH başçısının təminedici şöbə müdiri vəzifəsi məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun tələbinə görə «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş AR vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11). Dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün əsas ən azı 5 il dövlət qulluğu stajına malik olmaqdır ki, bu da dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmış dövlət, sovet, partiya orqanlarındakı vəzifəsinə uyğun gəlir. xx xxxxxx 2016-cı il tarixdə də «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə və bu maddənin qeyd hissəsinə əsasən azı 12 il sığorta stajı olan və 64 yaşına çatmış kişi kimi ona Şöbə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 15 il dövlət qulluğu vəzifəsində qulluq stajı olan şəxs kimi ona dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir ki, bu halda dövlət məvacibinin orta aylıq məbləği dövlət qulluğunun istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinə uyğun müəyyən edilməlidir. BŞXDSİK-nın idarə rəisi, müstəqil şöbənin müdiri BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırıldığından, həmin vəzifələrdə ardıcıl gələn 60 ay ərzində çalışdığından (ümumilikdə 5 il 4 ay 14 gün olmaqla 2 il 9 ay 29 gün BŞXDSİK-nin BakıBaşTikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, 2 il 6 ay 15 gün həmin təşkilatda idarə rəisi) bu vəzifəyə uyğun olaraq ona dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilərək ödənilməlidir. İddiaçıya BŞİH başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsinin məvacibinə uyğun pensiya təyin edilərək ödənilməlidir. Çünki Prezidentin 2013cü il 02 dekabr tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 3 nömrəli Əlavə kimi “ARda dövlət qulluqçularının aylıq vəzifə maaşları” Siyahısı BŞİH başçısının Aparatında təminedici və yardımçı şöbə müdiri vəzifələrinin vəzifə maaşını differensasiya edir. Təsnifat Toplusunun 1.6-cı bəndinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) təminedici bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının tapşırığı ilə onların vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirən, habelə həmin bölmələrin səlahiyyətinə aid edilmiş məsələləri özləri həll edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 1.7-ci bəndinə əsasən isə yardımçı bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirməyə yardım edən, habelə təminedici bölmələrin işinin təşkilinə kömək edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 1.10-cu bəndin tələbinə əsasən dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur: baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər). Rəhbərlik etdiyi şöbə və idarələr mühəndislər vəzifələrindən (BŞİH başçısının Aparatında məsləhətçi) təşkil edildiyindən (özünün də həmin şöbədə mühəndis vəzifələrində çalışması bunu təsdiq edir), bu vəzifələr isə yardımçı deyil, inzibati vəzifələr hesab edildiyindən məvacibi təminedici şöbə müdiri vəzifə maaşına uyğun nəzərə alınmalıdır. «Dövlət qulluğu haqqında» Qanunun 22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir. Prezidentin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları»nın 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Prezident tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin qaydaların 6-cı bəndinə əsasən isə, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Prezidentin xx xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd edilən qanunvericilik aktlarının tələblərindən irəli gələrək ona dövlət qulluqçusu vəzifəsinin dövlət məvacibi üzrə pensiya təyin edilərkən vəzifə maaşı, mükafatlar, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və Prezident tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği nəzərə alınmalıdır. İddiaçı tələbinə dair belə dəlil irəli sürmüşdür ki, pensiyasının dövlət qulluğu vəzifəsinə uyğun hesablanması barədə Şöbəyə müraciət etsə də, əldə etdiyi xx xxxx 2018-ci il tarixli xx/xx-3290 nömrəli məktubla müraciəti təmin edilməmişdir və cavab məktubunda işlədiyi sahələrin əsasən tikinti sahələri olması bildirilmişdir. Tikinti sahəsi də əsasən, təsərrüfat hesablı özünü maliyyələşdirən təşkilat olduğundan, kooperativlər isə şəxsi kapital əsasında qurulduğundan dövlət qulluğu statusuna malik deyildir. Cavab məktubundan belə məna hasil olur ki, icra, qanunverici və məhkəmə hakimiyyətləri orqanlarının tabeliyində tikinti sahəsi üzrə qurum, yaxud özünü maliyyələşdirən təşkilat mövcud ola bilməz, dövlət büdcəsi vəsaitindən maaş verilməyən vəzifələrdə çalışan şəxslərin dövlət qulluqçusu olması istisna edilir. Halbuki, dövlət hakimiyyət orqanının da tabeliyində tikinti fəaliyyəti ilə məşğul olan qurum, habelə mülki hüquq münasibətinin iştirakçısı olan hüquqi şəxs ola bilər. Məhz “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti, Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti, BŞİH-nin Memarlıq və Şəhərsalma Baş İdarəsi, Təhsil Nazirliyinin təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi buna misal ola bilər. Belə ki, Prezidentin xx.xx.2016-cı il tarixli 858 nömrəli Fərmanı ilə təsdiq edilmiş “xxxx” MMC-nin Nizamnaməsinə əsasən Cəmiyyət AR-da çoxmənzilli yaşayış binalarının tikintisinə rəvac vermək, AR vətəndaşlarının güzəştlə mənzillər əldə etmələrinə şərait yaratmaq, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsini təşkil və təmin etmək məqsədi ilə yaradılmışdır və bütün payları dövlətə məxsusdur. İşlədiyi sovet orqanlarındakı vəzifələrin yerləşdiyi qurumların özünü maliyyələşdirən təşkilat olduğu qeyd edilsə də, bu barədə nəticənin nəyə söykənməsi (hansı Əsasnamə və ya Nizamnamədə işlədiyi qurumların özünü maliyyələşdirən qurum olduğunun qeyd edilməsi), hansı normativ sənədin tələbindən irəli gəlməsi qeyd edilməmişdir. Bu isə yalnız həmin dəlilin subyektiv mülahizəyə söykəndiyini göstərir. Yəni cavabdeh tərəf sözügedən dövlət qurumlarının dövlət büdcəsindən maliyyələşmədiyini təsdiq edən hər hansı bir konkret sübut təqdim etməmişdir. Bu isə həmin halın sübut olunmadığını göstərir. Dövlət büdcəsindən maliyyələşmə qulluğun dövlət qulluğu hesab edilməsinin əsas meyarı deyildir. Məhz bununla əlaqədardır ki, Mərkəzi bankın işçilərinə də bu qanun şamil olunmaqla onlar da dövlət qulluqçusu kimi hesab edilir. Hansı ki, bu qurum dövlət büdcəsindən maliyyələşmir. Belə ki, hazıradək qəbul edilmiş «Dövlət büdcəsi haqqında» Qanunun xərclər üzrə maddəsində Mərkəzi Bankın saxlanılması xərcləri nəzərdə tutulmur. Bununla belə, hazırda dövlət büdcəsindən maliyyələşmə dövlət qulluğu hesab edilmənin yeganə və əsas meyarı olduğu halda belə, həmçinin çalışdığı sözügedən vəzifələr dövlət büdcəsindən əvvəllər maliyyələşmədiyi halda belə, həmin vəzifələrdə işlədiyinə görə dövlət qulluqçu hesab edilməklə bu statusa uyğun olaraq pensiyası hesablanıb ödənilməlidir. Belə ki, Siyahıda nəzərdə tutulmuş uyğunlaşdırılmalı olan vəzifələrin yalnız dövlət büdcəsindən maliyyələşdiyi, başqa cür desək dövlət büdcə vəsaitindən maaş aldıqları halda dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bildiyinə dair hər hansı bir müddəa nə həmin normativ sənəddə, nə də başqa sənəddə nəzərdə tutulmamışdır. Bu isə siyahıda nəzərdə tutulan dövlət, sovet və partiya vəzifələrinin təkcə dövlət büdcə vəsaiti hesabına maliyyələşdiyi halda deyil, həm də öz hesabına maliyyələşdiyi halda cari dövlət qulluğu vəzifələrinə uyğunlaşdırıla bildiyini təsdiq edir. Məhz bununla bağlıdır ki, Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda dəyişiklik edilməsi haqqında xx xxxxx 2017-ci il tarixdə NK tərəfindən 121 nömrəli qərar qəbul etmiş və həmin dəyişikliyə görə dövlət büdcə vəsaiti hesabına maliyyələşməyən qurumlar da dövlət qulluğu vəzifəsini uyğunlaşdırılmışdır. Belə ki, həmin qərara görə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin, şəhər (rayon) komitələrinin nomenklaturuna daxil olan və müxtəlif təşkilatların yerli partiya komitələrində katib (müvafiq şəhər (rayon) komitələrindən əməkhaqqı almış) vəzifəsi rayon, şəhər və şəhərdə rayon icra hakimiyyəti başçısının (BŞİH başçısı istisna olmaqla) aparatında böyük məsləhətçi vəzifəsini uyğunlaşdırılmışdır. Qeyd olunanlara əsasən iddiaçı mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 10-cu hissəsinə və X10 Məhkəməsinin (AİHM) Ceyms B.Krallığa qarşı 8793/79, Seriya A, 98, 21.2.86 nömrəli iş üzrə qərarında yer almış «qanunun şəxsin hüquqlarını məhdudlaşdıran şəkildə təfsirinin yolverilməzliyi» prinsipinə istinad etmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı Azərbaycan Respublikası İPM-nin 13-cü maddəsinin tələblərinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, İddiaçı çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələri Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X6 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələri isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında xx xxx 2016-cu il tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə İddiaçı əmək pensiyasına əlavələr təyin edilməsi (sonrakı artımlar nəzərə alınmaqla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2018-ci il tarixdə cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3264/2018 saylı qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, İddiaçı çalışdığı Bakı Şəhəri Xalq Deputatları Soveti İcraiyyə Komitəsində mühəndis, baş əmtəəşünas və baş mühəndis vəzifələri Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, X6 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələri isə Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılması, Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsi dövlət məvacibinin (vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqq) orta aylıq məbləğinin 80 faizi miqdarında xx xxx 2016-cı il tarixdən dövlət qulluqçusu olaraq qulluq stajına görə İddiaçı əmək pensiyasına əlavələr təyin edilməsi (sonrakı artımlar nəzərə alınmaqla) və pensiyanın yenidən hesablanmaqla yaranmış fərq məbləği ilə birgə birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu Rayon Şöbəsinə həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh xx.xx.2018-ci il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3264/2018 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibatı və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılıması siyahısı verilmişdir. Həmin Qanunun 20.1.7-ci maddəsinə görə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan , habelə 1991-ci il oktyabrın 18-dən “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşlarına (Azərbaycan Respublikasının vətəndaşlığından çıxması ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla) qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.2-ci maddəsinə əsasən bu qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.3-cü maddəsinə əsasən prokurorluq, ədliyyə, milli təhlükəsizlik, müdafiə, fövqəladə hallar, sərhəd xidməti, miqrasiya xidməti , daxili işlər, gömrük, vergi, xarici işlər və feldyeger rabitəsi orqanlarında, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İstintaq Təcridxanasında dövlət qulluğunda çalışan şəxslərin dövlət qulluğu keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir və bu orqanlarda qulluq dövlət qulluğunun xüsusi növüdür. Həmin qanunun 23-cü maddəsinə görə dövlət qulluqçularının pensiya təminatı üçün əsas və onun qaydası bu maddənin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikasının müvafiq Qanunu ilə müəyyən edilir. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğunda xidmət illərində və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət pensiyası verilməsi üçün lazım olan xidmət illərinin minimum həddi 15 ildir. Müvafiq qanunvericiliyə uyğun olaraq pensiya yaşına çatmasına, əlilliyinə və ya sağlamlıq imkanlarının məhdudluğuna görə könüllü işdən çıxmış, dövlət qulluğunda xidmət illərinin minimum həddinə və əmək pensiyası almaq hüququna malik olmayan dövlət qulluqçusuna qanunvericiliklə müəyyən edilmiş miqdarda ömürlük müavinət təyin edilir. Dövlət qulluqçusunun pensiyasının və müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Dövlət qulluqçusu, yaxud pensiyaçı öldükdən sonra onun ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinə pensiyanın müvafiq qanunvericiliklə müəyyən edilən faizi ödənilir. Vətəndaş ərizəsinə qoşma kimi əlavə etdiyi əmək kitabçasının sürətindən də görünür ki, işləmiş olduğu sahələrin əsasən tikinti sahələridir. Tikinti sahəsi də əsasən, təsərrüfat hesablı özünü maliyyələşdirən təşkilat olduğundan, kooperativlər isə şəxsi kapital əsasında qurulduğundan dövlət qulluğu statusuna malik deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı (hakimlər A.Nuriyeva, V.Ağayev, C.Yusifov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3264/2018 saylı qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia təmin edilməmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 2265/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər İ.Hüseynov, N.Rəsulbəyova, A.Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-223/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. İşin apellyasiya icraatı zamanı məhkəmənin qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsi ilə əvəz edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. Eyni zamanda əvvəlki məhkəmə iclaslarında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin nümayəndəsi X5 cavabdehin apellyasiya şikayətini müdafiə etdiyini, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Əlavə olaraq, imtinanın əsası kimi şəxsin işlədiyi müəssisənin dövlət tərəfindən maliyyələşdirilməməsinin olduğunu qeyd etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.Əlavə olaraq, o, 2015-ci il dekabrından 63 yaşdan pensiyaya çıxdığını, Bakı Baş Tikinti İdarəsində əmtəəşünas işlədiyini, işlədiyi ştatların Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təsdiq edildiyini, 3 il əmtəəşünas, daha sonra şöbə rəisi, tikinti materialları şöbəsində baş mühəndis kimi vəzifələrdə işlədiyini, yoldaşı ilə bir yerdə işlədiyini qeyd etmişdir. İddiaçı məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə, habelə, məhkəməyə gəlmədiyi təqdirdə onun iştirakı olmadan işə baxılacağı barədə xəbərdar edilsə də, məhkəməyə gəlməmişdir. Məhkəmə bildirişləri iddiaçının – Bakı şəhəri, Xətai rayonu, M.Rüstəmov küçəsi, ev 12, mənzil 175 (ştrix kod SS601716283AZ) və Bakı şəhəri, ünvan 2 (ştrix kod SS601716297AZ) ünvanlarında göndərilmiş, hər iki bildiriş “imtina edilib” qeydi ilə geri qaytarılmışdır. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3264/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan iddiaçıya məxsus olmaqla xx.xx.1971-ci il tarixdə tərtib edilmiş əmək kitabçasının təsdiq olunmuş surətindən müəyyən olunur ki, iddiaçı xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək olan müddətdə ASSR BŞXDSİK «BakıBaşTikinti» İdarəsində baş əmtəəşünas (2 il 5 ay 4 gün), sonuncu tarixdən xx.xx.1979-cu il tarixədək X6 müvəqqəti rəisi (11 ay 6 gün), sonuncu tarixdən xx.xx.1980-ci il tarixədək baş əmtəəşünas (8 ay 20 gün), sonuncu tarixdən xx.xx.1981-ci il tarixədək kompektləşdirmə üzrə mühəndis (1 il 5 ay 18 gün), sonuncu tarixdən xx.xx.1982-ci il tarixədək Tikinti Materialları şöbəsinin rəisi (1 il 3 ay 28 gün), sonuncu tarixdən xx.xx.1984-cü il tarixədək Tikinti Materialları şöbəsinin mühəndisi (2 il 3 ay 4 gün), sonuncu tarixdən xx.xx.1985-ci il tarixə kimi baş mühəndis (3 ay 11 gün), sonuncu tarixdə İdarənin statusunun dəyişib Trestə keçməsi ilə bağlı xx.xx.1985-ci il tarixdən xx.xx.1988-ci il tarixə kimi BŞXDSİK-nin BakıBaşTikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə rəisi (2 il 09 ay 29 gün), sonuncu tarixdən xx.xx.1990-cı il tarixə kimi həmin təşkilatda idarə rəisi (2 il 6 ay 15 gün), bu tarixdən xx.xx.1990-cı il tarixə kimi isə fasiləyə yol verib göstərilən tarixdən xx.xx.1991ci il tarixə kimi həmin Trestin tabeliyindəki Xalis kompleks kooperativində sədr müavini (7 ay 5 gün), xx.xx.1991-ci il tarixdən xx.xx.1991-ci il tarixə kimi BŞXDSİK-nin Təsərrüfatlararası Layihə mənzil tikinti birliyində baş mühəndis (21 gün), sonuncu tarixdən xx.xx.1992-ci il tarixə kimi həmin təşkilatda müdir (9 ay 2 gün) işləmişdir. Göründüyü kimi, iddiaçı cəmi 16 il 2 ay 14 gün BŞXDSİK-da müxtəlif vəzifələrdə işləmişdir. İş materiallarında olan iddiaçı X3 (qərarın mətninə əsasən) (bildirdiyinə görə iddiaçının arvadı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Sabunçu rayon şöbəsinə qarşı “iddiaçıya dövlət qulluqçusu kimi pensiyanın yenidən hesablanması və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)- 408/18 saylı, xx xxxxxx 2018-ci il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, N.Rəsulbəyova, İ.Hüseynov) cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxx 2017-ci il tarixli, 2-1(103)- 1873/2017 nömrəli qərarı (hakimlər H.Həmidov, E.Nağıyeva, M.Məmmədov) dəyişdirilmədən saxlanılmışdır. İddiaçıya xx.xx.2016-cı il tarixdən pensiya hüququ yarandığından yaşa görə əmək pensiyası təyin edilmiş və hazırkı dövrədək ödənilir. İddiaçı 16 il 2 ay 24 gün (fasiləsiz iş stajı ilə birlikdə) BŞXDSİK-da mühəndis, baş əmtəəşünas və baş mühəndis, X6 müvəqqəti müdiri, Tikinti Materialları şöbəsinin müdiri, Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, həmin təşkilatda idarə rəisi, müdir vəzifələrində çalışmışdır. Həmin orqanlarda çalışanların vəzifələri isə pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadığına görə cari dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2005-ci il tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması Qaydaları»nın 6-cı bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Prezidentin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2005-ci il tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş ”Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısının 1.20-ci bəndinə görə BŞXDSİK-nın aparatında bütün ixtisaslardan olan böyük mühəndislər, bütün ixtisaslardan mühəndislər Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatında məsləhətçi vəzifəsinə, BŞXDSİK-nın aparatında idarə rəisi, müstəqil şöbənin müdiri BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmışdır. Qeyd edilməlidir ki, BŞXDSİK-nın aparatında deyil, onun tabeliyindəki struktur qurumların vəzifələri də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmalıdır. İş materiallarına əlavə edilmiş vahid məhkəmə təcrübəsi üzrə Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-408/18 №-li qərarının surətindən də görünür ki, X7 BŞXDSİK-nın aparatında deyil, onun tabeliyindəki struktur qurum olan «BakıBaşTikinti» İdarəsində çalışmışdır və onun çalışdığı vəzifələr də aparat vəzifələrinin uyğunlaşdırıldığı vəzifələrə uyğunlaşdırılmışdır. İddiaçı BŞXDSİK-da mühəndis (3 il 11 ay 22 gün), baş əmtəəşünas (3 il 1 ay 24 gün) və baş mühəndis (5 ay 03 gün) vəzifələrində çalışdığından həmin vəzifələr Siyahının 1.20ci bəndinə uyğun olaraq BŞİH başçısının Aparatında məsləhətçi, X6 müvəqqəti müdiri (11 ay 6 gün), Tikinti Materialları şöbəsinin müdiri (11 ay 27 gün), Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri (2 il 09 ay 29 gün), həmin təşkilatda idarə rəisi (2 il 6 ay 15 gün), müdir (10 ay 2 gün) vəzifələrində çalışdığından həmin vəzifələr isə Siyahının eyni bəndinə uyğun olaraq BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırılmalıdır. Qeyd edilənlərlə yanaşı, İddiaçı BŞİH başçısının təminedici şöbə müdiri vəzifəsi məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Belə ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun tələbinə görə «Dövlət qulluğu haqqında» Qanuna uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Qanun qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş AR vətəndaşlarına qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilir (20.1.7). Bu qanunun 20.1.7-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: dövlət qulluğu vəzifəsində 5 il qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında; dövlət qulluğu vəzifəsində 5 ildən 10 ilə qədər qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 45 faizi miqdarında, 5 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 2 faizi miqdarında əlavə olunmaqla; dövlət qulluğu vəzifəsində 10 ildən yuxarı qulluq stajı olan şəxsə—dövlət məvacibinin orta aylıq məbləğinin 55 faizi miqdarında, 10 ildən yuxarı qulluq stajının hər ili üçün dövlət məvacibinin orta aylıq məbləğinin 5 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir (20.11). Dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi üçün əsas ən azı 5 il dövlət qulluğu stajına malik olmaqdır ki, bu da iddiaçının dövlət qulluğu vəzifəsinə uyğunlaşdırılmış dövlət, sovet, partiya orqanlarındakı vəzifəsinə uyğun gəlir. İş materiallarına əsasən müəyyən edilir ki, xx xxxxxx 2016-cı il tarixdə də «Əmək pensiyaları haqqında» Qanunun 7-ci maddəsinə və bu maddənin “Qeyd” hissəsinə əsasən azı 12 il sığorta stajı olan və 64 yaşına çatmış kişi kimi iddiaçıya Şöbə tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. 15 il dövlət qulluğu vəzifəsində qulluq stajı olan şəxs kimi iddiaçıya dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarında dövlət qulluqçusu kimi pensiya təyin edilməlidir. Bu halda dövlət məvacibinin orta aylıq məbləği dövlət qulluğunun istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğinə uyğun müəyyən edilməlidir. BŞXDSİK-nın idarə rəisi, müstəqil şöbənin müdiri BŞİH başçısının Aparatında şöbə müdiri vəzifəsinə uyğunlaşdırıldığından, həmin vəzifələrdə ardıcıl gələn 60 ay ərzində çalışdığından (ümumilikdə 5 il 4 ay 14 gün olmaqla 2 il 9 ay 29 gün BŞXDSİK-nin BakıBaşTikinti Baksantexnoelektrikquraşdırma trestində şöbə müdiri, 2 il 6 ay 16 gün həmin təşkilatda idarə rəisi) bu vəzifəyə uyğun olaraq ona dövlət qulluqçusu kimi əmək pensiyasını təyin edilərək ödənilməlidir. Həmçinin, iddiaçıya BŞİH başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsinin məvacibinə uyğun pensiya təyin edilərək ödənilməlidir. Çünki Siyahı uyğunlaşdırılmış vəzifələrin təminedici, yoxsa yardımçı şöbə müdiri kimi differensasiya etməsə də, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 02 dekabr tarixli 135 nömrəli Sərəncamı ilə təsdiq edilmiş 3 nömrəli Əlavə kimi “AR-da dövlət qulluqçularının aylıq vəzifə maaşları” Siyahısı BŞİH başçısının Aparatında təminedici və yardımçı şöbə müdiri vəzifələrinin vəzifə maaşını differensasiya edir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nun 1.6-cı bəndinə əsasən dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) təminedici bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının tapşırığı ilə onların vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirən, habelə həmin bölmələrin səlahiyyətinə aid edilmiş məsələləri özləri həll edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 1.7-ci bəndinə əsasən isə yardımçı bölmələri dedikdə, müvafiq dövlət hakimiyyəti orqanlarının vəzifə, funksiya və səlahiyyətlərini həyata keçirməyə yardım edən, habelə təminedici bölmələrin işinin təşkilinə kömək edən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. 1.10-cu bəndin tələbinə əsasən dövlət orqanlarında aşağıdakı yardımçı vəzifələr nəzərdə tutulur: baş mütəxəssis, böyük mütəxəssis, aparıcı mütəxəssis, mütəxəssis (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilər). İddiaçının rəhbərlik etdiyi şöbə və idarələr mühəndislər vəzifələrindən (BŞİH başçısının Aparatında məsləhətçi) təşkil edildiyindən (iddiaçının həmin şöbədə mühəndis vəzifələrində çalışması bunu təsdiq edir), bu vəzifələr isə yardımçı deyil, inzibati vəzifələr hesab edildiyindən məvacibi təminedici şöbə müdiri vəzifə maaşına uyğun nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 7 fevral tarixli 194 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət qulluqçularına əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibinin hesablanması qaydaları»nın 2-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi üçün dövlət məvacibi dövlət qulluqçusunun vəzifə maaşının, məcburi dövlət sosial sığortasına cəlb olunan mükafatların, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələrin və Prezident tərəfindən müəyyən edilən digər pul ödənişlərinin məbləği əsasında bu Qaydaların 3-12-ci bəndlərinə müvafiq olaraq hesablanır. Həmin Qaydaların 6-cı bəndinə əsasən isə, əmək pensiyasının təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularına pensiya təyin edilməsi üçün dövlət məvacibi onların həmin dövrdəki gəliri əsasında müəyyən edildikdə, dövlət məvacibi Prezidenti tərəfindən təsdiq edilən vəzifələrin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli 911 nömrəli Fərmanında nəzərdə tutulmuş dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısına müvafiq olaraq mövcud dövlət qulluğu vəzifəsi üzrə nəzərə alınır. Qeyd edilən qanunvericilik aktlarının tələblərindən irəli gələrək iddiaçıya dövlət qulluqçusu vəzifəsinin dövlət məvacibi üzrə pensiya təyin edilərkən vəzifə maaşı, ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr və hakimiyyət səlahiyyətinin icrasına görə əlavə haqqın məbləği nəzərə alınmalıdır. Belə ki, “Dövlət qulluğu haqqında Qanunun” 22.7-ci maddəsinə və Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2002-ci il tarixli, 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə əlavə haqqın məbləğlərinin müəyyənləşdirilməsi Qaydaları”nın 2-ci bəndinə əsasən dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə xidmətin ikinci ilindən başlayaraq əlavə haqq verilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2008-ci il tarixli 776 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularının Siyahısı”nın 1-ci bəndinə əsasən “Dövlət qulluğu haqqında” Qanuna və Təsnifat Toplusuna uyğun olaraq ali - 5-ci kateqoriya dövlət orqanlarında şöbə müdirləri və şöbə müdirlərinin müavinləri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularına aiddir. Həmin Fərmanın 2-ci bəndinə əsasən hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçusu üçün hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşının 15 faizi məbləğində əlavə haqq təyin edilir. “Dövlət qulluğu haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən dövlət orqanları ali-5-ci kateqoriya orqanlar kimi təsnif edilmişdir. Qeyd edilənlərə əsasən, BŞİH ali - 5-ci kateqoriya dövlət orqanları sırasına aid edildiyindən bu orqanda şöbə müdiri hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularına aiddir. Odur ki, iddiaçıya təyin edilməli olan BŞİH başçısının Aparatında təminedici şöbə müdiri vəzifəsinin hakimiyyət səlahiyyəti verilən dövlət qulluqçularına aid edilməsinə görə iddiaçıya pensiya təyin edilərkən həm qulluq stajına görə əlavə, həm də hakimiyyət səlahiyyətinin icrasına görə aylıq vəzifə maaşına əlavə haqq nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxxxx 2001-ci il tarixli 569 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi Qaydaları”nın tələbinə əsasən inzibati vəzifələrin üçüncü – altıncı təsnifat vəzifələri tutan dövlət qulluqçusunun həmin təsnifat üzrə daha yüksək (növbəti) ixtisas dərəcəsi alması üçün müvafiq vəzifə də daxil olmaqla, həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı olmalıdır. Üçüncü – beşinci təsnifat vəzifələri üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etməlidir. İddiaçı uyğunlaşdırılmalı olan inzibati vəzifələrin dördüncü təsnifatına aid edilən BŞİH-nin Aparatında şöbə rəisi vəzifəsində 5 ildən artıq çalışdığından, bununla onun həmin təsnifata daxil olan vəzifələrdə azı 4 il qulluq stajı tamamlandığından, dördüncü təsnifat vəzifələr üçün – ixtisas dərəcəsində qulluq müddəti 3 il təşkil etdiyindən, həmin təsnifat üzrə ən kiçik ixtisas dərəcəsində (1-ci dərəcə dövlət qulluqçusu) olma müddəti tamamlandığından onun vəzifəsinə dövlət qulluğunun kiçik müşaviri ixtisas dərəcəsi uyğunlaşdırılmalıdır. Sadalananlarla yanaşı, cavabdehin apellyasiya şikayətində irəli sürülən dəlillərə (tikinti sahəsinin əsasən təsərrüfat hesablı özünü maliyyələşdirən təşkilat olduğundan, kooperativlər isə şəxsi kapital əsasında qurulduğundan dövlət qulluğu statusuna malik deyildir) münasibətdə qeyd olunur ki, dövlət hakimiyyət orqanının da tabeliyində tikinti fəaliyyəti ilə məşğul olan qurum, habelə mülki hüquq münasibətinin iştirakçısı olan hüquqi şəxs ola bilər. Həmçinin, “Dövlət qulluğu haqqında” Qanunun 7.1-ci maddəsinə xx xxxxx 2018-ci il tarixli Qanunla edilmiş dəyişikliyə əsasən dövlət orqanı AR-nın qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, AR-nin dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, AR-nın Konstitusiya və qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır.” Həmin müddəanın məzmunundan müəyyən edilir ki, dövlət orqanı təkcə dövlət büdcəsinin vəsaitindən deyil, həm də işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşən dövlət təsisatıdır, buna uyğun olaraq da dövlət qulluqçusu həm də sonuncu qeyd edilən mənbədən maaş alan şəxslərdir. Bu baxımdan dövlət büdcəsindən maliyyələşmə qulluğun dövlət qulluğu hesab edilməsinin əsas meyarı deyildir. Digər tərəfdən isə «BakıBaşTikinti» İdarəsində vəzifələrin dövlət qulluğu vəzifələri hesab edilməsinə dair vahid məhkəmə təcrübəsini formalaşdıran Ali Məhkəmənin xx xxxxxx 2018-ci il tarixli 2-1(102)-408/18 №-li qərarı mövcuddur. Həmin qərarla BŞXDSİKdəki mühəndis vəzifəsinin BŞİH-nin Başçısının Aparatında dövlət qulluğu vəzifəsi kimi məsləhətçi vəzifəsinə uyğunlaşdırılması tanınmışdır. Bu da nəticə etibarilə təcrübədə oxşar məsələlərin eyni qaydada tənzimlənməsini şərtləndirir. Yəni Ali Məhkəmənin hüquqi mövqeyinə uyğun olaraq BŞXDSİK-dəki vəzifələr yuxarıda qeyd edilən qaydada BŞİH-nin Başçısının Aparatında Siyahıya uyğun dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmalıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən,apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)-3264/2018 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X9 İdarəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(82)- 3264/2018 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar