Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2596/2023 10.07.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X7 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X6 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi ödənişinin qaytarılması barədə rəyin verilməsi tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2 şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı vergi ödənişinin qaytarılması barədə rəyin verilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 14 saylı Notariat X1 ilə arasında ünvan 3 ünvanında yerləşən 23 nömrəli mənzilə dair 4Ə/372 reyestr nömrəsi ilə alqı-satqı müqaviləsi bağlanmışdır. Sözügedən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə mənzilin alıcısı X5 və onun arasında bağlanmış alqı-satqı müqaviləsi ərizələri əsasında Bakı şəhəri 14 saylı Notariat Kontoru tərəfindən ləğv edilmişdir. Müqavilə ləğv edildikdən sonra tərəfindən Vergilər Nazirliyinə ödənilmiş verginin qaytarılması barədə müxtəlif tarixlərdə elektron bildiriş göndərilsə də, Vergilər Nazirliyi tərəfindən Notariat orqanı tərəfindən müqavilənin ləğv edilməsinin qanunvericiliyə uyğun aparılmadığı və bu düzəlişin icrasından sonra yenidən müraciət edilməsi bildirilmişdir. Qeyd etmək istəyir ki, tərəfindən xx.xx.2019-cu il tarixdə Bakı şəhəri 14 saylı notariat kontoruna müraciət edərək Vergilər Nazirliyinin tələblərinə riayət edilməsi xahiş edilsə də, notariusun xx.xx.2019-cu il tarixli cavab məktubunda bildirilmişdir ki, sözügedən alqı-satqı müqaviləsinin xx.xx.2018-ci il tarixə onların tələb etdiyi formada ləğv edilməsi mümkünsüz idi, belə ki, müqavilənin ləğv edilməsi həmin zaman qüvvədə olan AR-də notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinə uyğun həyata keçirilmişdir. Notariusun cavab məktubunda göstərdiyi xüsusatdan belə anlaşılır ki, həm Dövlət Vergi Xidmətinin, həm də onun tələb etdiyi alqı-satqı müqaviləsinin ləğv edilməsinin həmin forması AR-də notariat hərəkətlərinin aparılması qaydalarına Nazirlər Kabineti tərəfindən xx.xx.2018-ci il tarixli qərarı ilə dəyişiklik edilsə də, sözügedən alqı-satqı müqaviləsinin ləğvi isə xx.xx.2018-ci il tarixdə icra edilmişdir. X9 Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə artıq ödənilmiş rüsumun qaytarılması barədə etdiyi müraciətə cavab verilmədiyi üçün həmin idarəyə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərardadı ilə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ləğv edilərək, onun qaldırmış olduğu iddia tələbi mümkün sayılmamışdır. Belə ki, apellyasiya instansiyası iddia tələbini o səbəbdən mümkünsüz saymışdır ki, birinci instansiya məhkəməsi işə baxan zaman iddianın dəqiqləşdirilməsi barədə ərizə almadan yəni tərəflərindən qaldırılmış iddia tələbi ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə olsa da məhkəmə ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə rəy verilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarmış, bu hal da yuxarı instansiya məhkəməsi tərəfindən prosessual pozuntu kimi qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə gətirib çıxarmışdır. Belə olan təqdirdə təkrar olaraq tərəfindən xx.xx.2022-ci il tarixdə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ödədiyi 3311.55 manat pulun geri qaytarılmasına dair rəy verilməsi barədə müraciət etmişdir, cavabdeh ona müraciətindən 45 gündən artıq vaxt keçməsinə baxmayaraq heç bir cavab verməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ilə (hakim O.Həsənov) iddia mümkün sayılmamışdır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslanmışdır ki, hazırki iş üzrə cavabdeh qismində çıxış edən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddia tələbi üzrə cavabdehlik daşımadığından, iddia tələbi üzrə cavabdehlik daşıyan Bakı şəhəri 14 saylı Notariat Ofis ilə iddiaçı arasında yaranan mübahisə publik hüquqa aid olmayan mübahisə olduğundan, hazırki iddia tələbinə inzibati məhkəmə tərəfindən baxılması mümkün deyildir. Qərardaddan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddianın yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, Bakı İnzibati Məhkəməsi iş üçün əhəmiyyət kəsb edən əsas halı, yəni Bakı şəhər 14 saylı Dövlət Notariat Kontorunun Dövlət Vergi Xidmətinə Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar üzrə tərəfindən artıq ödənilmiş 3311.55 manat vergi ödənişinin geri qaytarılması barədə 4 dəfə göndərdiyi elektron ərizəsini, eyni zamanda Dövlət Vergi Xidməti orqanının həmin müraciətlərə xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli, xx.xx.2018-ci il tarixli və xx.xx.2018-ci il tarixli cavablarını nəzərə almamışdır, belə ki, işin hazırki halından görünür ki, Bakı şəhəri 14 saylı Dövlət Notariat Kontoru Nazirlər Kabinetinin müəyyən etdiyi qaydalar əsasında üzərinə düşən vəzifəni icra etməklə artıq ödənilmiş verginin qaytarılması barədə səlahiyyətli orqana bir neçə dəfə müraciət göndərsə də, qarşı tərəf öz vəzifəsini icra etməkdən eyni əsaslarla imtina etmişdir. Halbuki Nazirlər Kabinetinin məlum qaydalarına əsasən, belə bir müraciət edildikdən sonra Vergi orqanı 45 gün müddətində artıq ödənilmiş verginin vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaları 4.9-cu bəndində nəzərdəə tutulmuş qaydada rəy tərtib etməlidir. İddia tələbinə diqqət yetirilsə, tərəfindən cavabdehə qarşı qaldırılmış iddia vergi ödənişinin qaytarılması barədə rəyin verilməsidir, hesab edir ki, tələbi üzrə cavab verməli olan şəxs hazırki vəziyyət üzrə birbaşa Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsidir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi iddianı mümkünsüz hesab edərkən yalnız Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarındakı hüquqi mövqeyə istinad etməklə qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh vergi orqanı arasında hüquq münasibəti olmamış, hüquq münasibəti məhz iddiaçı ilə Bakı şəhəri 14 saylı Notariat Ofisi arasında yaranmışdır, odur ki, cavabdeh qismində vergi orqanı deyil, Bakı şəhəri 14 saylı Notariat Ofisi olmalı idi. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyini qanunsuz və əsassız hesab edir. Belə ki, mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kmi cavabdehin iddiaya cavab verməli olub-olmaması inzibati məhkəmə icraatında iddiaya mahiyyəti üzrə baxılmasından əvvəl onun mümkünlüyünün yoxlanılması çərçivəsində müəyyən edilməli, cavabdeh iddiaya cavab verməli olan inzibati orqandırsa iddianın digər mümkünlük şərtləri də ödəniləcəyi təqdirdə işə mahiyyəti üzrə baxılmalı, iddiaya cavab verməli olmayan inzibati orqandırsa bununla bağlı dəqiqləşdirmə aparılması, düzgün cavabdehin müəyyən edilməsi üçün tədbirlər görülməli, əks təqdirdə iddia cavabdehin düzgün müəyyən edilməməsi səbəbindən mümkün sayılmamalıdır. İlk növbədə qeyd edilməlidir ki, cavabdeh iddia tələbinin yönəldiyi şəxsdir. İddianın irəli sürülməsi, adətən, cavabdehin özünün hərəkət və ya hərəkətsizliyi ilə bağlı olur. Başqa sözlə desək, iddiaçının hüquqlarının pozulma ehtimalı yarandığı anda, iddiaçı həmin hüquqlarının müdafiəsi və ya bərpası üçün müvafiq olaraq cavabdeh qismində inzibati orqanı göstərərək iddia ilə məhkəməyə müraciət edir. Zəruri olan hal isə ondan ibarətdir ki, Məhkəmə irəli sürülmüş tələb üzrə inzibati orqanın cavabdehlik daşıyıbdaşımamasını müəyyən etməlidir. İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, AN-İ ******* nömrəli, xx.xx.2017-ci il tarixli Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinə əsasən İddiaçı ünvan 4 ünvanında yerləşən 23 nömrəli mənzili X2, qeyd edilən alqı-satqı müqaviləsi üzrə satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi vergi məbləği olaraq 3311.55 manat ödənilmişdir. xx.xx.2018-ci il tarixdə X5 və İddiaçı aralarında bağlanmış alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair ərizələrlə Bakı şəhəri 14 saylı Notariat Ofisinə müraciət etmişlər. Bakı şəhəri 14 saylı Notariat Ofisinin xx.xx.2019-cu il tarixli məktubuna əsasən, alqı-satqı müqaviləsinin ləğv edilməsi Azərbaycan Respublikaında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatın 42-ci bəndinin qüvvədə olduğu vaxt, yəni 05 yanvar 2018-ci il tarixə təsadüf etdiyindən tərəflərin yazılı ərizəsinə əsasən qüvvədə olmuş təlimatın tələblərinə uyğun olaraq ləğv edilmiş, reyestr kitabında və elektron notariat informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Həmçinin müəyyən edilir ki, sözügedən alqı-satqı müqaviləsi ləğv edildikdən sonra iddiaçı ona məxsus daşınmaz əmlakı başqa şəxsə alqı-satqı müqaviləsi əsasında satmış və satıcı olaraq İddiaçı tərəfindən mənzilin dəyərindən dövlətin müəyyən etdiyi məbləğdə vergi məbləği ödənilmişdir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri 14 saylı Notariat Ofisi yalnız İddiaçı ilə X5 arasında alqı-satqı müqaviləsinin rəsmiləşdirilməsi və ödənilmiş verginin dövlət büdcəsinə ödənilməsi üzrə agent kimi çıxış etmiş, alqı-satqı müqaviləsi ləğv edildikdən sonra artıq ödənilmiş 3311.55 manat vergi ödənişinin geri qaytarılması barədə müraciət etmiş, cavabdeh inzibati orqan isə eyni əsaslarla, yəni alqı-satqı müqaviləsinin ləğvinin qanunvericiliyə uyğun aparılmaması əsası ilə artıq ödənilmiş vergi məbləğinin geri qaytarılmasından imtina etmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 150.3-1-ci maddəsinə əsasən notarius və ixtisaslaşdırılmış hərrac təşkilatları bu Məcəllənin 220.8 və 220.8-1-ci maddələrinə uyğun olaraq sadələşdirilmiş vergini hesablayaraq 1 (bir) bank günü ərzində dövlət büdcəsinə ödəyir və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə bəyannaməni vergi orqanına verməyə borcludur. Həmin Məcəllənin 150.1.9-cu maddəsinə görə fiziki şəxslər tərəfindən torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi (fiziki şəxsin azı 3 (üç) təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi, bu Məcəllənin 102.1.3.2, 102.1.18, 144.1.2 və 144.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda təqdim edilməsi, həmçinin bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən təqdim edilməsi halları istisna olmaqla) üzrə müqavilələri təsdiq edən notarius ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Qeyd olunan qanunvericilik normalarından da görünür ki, notariusun işi agent kimi sadəcə ödənilmiş vergini dövlət büdcəsinə ödəmək və bununla bağlı bəyannaməni vergi orqanına təqdim etməkdir. Hazırda isə iddiaçının tələbi alqı-satqı müqaviləsinin ləğvi ilə əlaqədar dövlət büdcəsinə ödənilmiş verginin geri qaytarılmasına dair rəyin tərtib edilməsi ilə bağlıdır, belə rəyin tərtib edilməsi isə hazırki iş üzrə cavabdehin vəzifə səlahiyyətlərinə daxildir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması” Qaydalarının 3.1-ci bəndində əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə ilə vergi orqanına, sığortaedən isə Artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, onlara hesablanmış faizlərin, habelə məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarının qaytarılması barədə ərizə ilə vergi orqanına müraciət etməlidir. Həmin Qaydaların 3.2-ci bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin və ya sığortaedənin qeydiyyatda olduğu vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 4.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: -4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər. Həmin Qaydaların 1.2.1-ci yarımbəndinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar dedikdə tutulması gömrük orqanlarının səlahiyyətlərinə aid edilmiş yol vergisinə, ƏDV və aksizlərə münasibətdə gömrük orqanları, digər vergilərə, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına, hesablanmış faizlərə, habelə vergi və məcburi dövlət sosial sığorta qanunvericiliyinin pozulmasına görə tətbiq edilmiş maliyyə sanksiyalarına münasibətdə vergi orqanları nəzərdə tutulur. Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinə cavab verməli olan orqan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olduğundan birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1059/2023 saylı, 30 yanvar 2023-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-2596/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2596/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver