Məhkəmə qərarları › İş №2-1(103)-2597/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2597/2022

23.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2597/2022 23.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Məmmədov Leyla Asəf qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərgin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşıkeçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərgin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayəti onnula əsaslandırılmışdır ki,iddiaçıya xx.xx.1994-cü ildən ikinci qrup əlil kimi pensiya təyin edilmiş. İddiaçı həmin qərarı heç bir zaman mübahisələndirməmiş, həmin qərar əsasında xx.xx.2017-ci il tarixinədək pensiya almışdır. İddiaçının cavabdehə yeni müraciəti əsasında xx.xx.2017-ci il tarixindən iddiaçıya hərbi qulluqçu kimi əlilliyə görə pensiya təyin edilmişdir. Bu pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2017-ci il tarixli qərarı və TSEK-in xx.xx.2016-cı il tarixli müayinə aktı təqdim olunmuşdur. Həmin sənədlərin geriyə qüvvəsi yoxdur. İddiaçının xx.xx.1994 xx.xx.2017ci ilədək hərbi qulluqçu kimi pensiya almasının heç bir qanuni əsası yoxdur. Lakin hətta əsası olsa belə, iddiaçının yalnız xx.xx.2006-cı ildən sonrakı fərqi tələb etmək hüququ ola bilərdi. Belə ki, bütün keçmiş dövr üçün pensiya fərqinin ödənilməsi heç bir dövrün qanunvericiliyində nəzərdə tutulmamışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-921/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(81)3348/2019 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Qərardan narazı qalan cavabdh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(103)-921/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarının ləvğ edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 2010/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli 21(103)-921/2020 nömrəli qərarı ləğv edilmiş və iddiaçının iddia tələbi rədd edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarı ilə İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı keçmiş dövr üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərarı Konstitusiyanın 38 və 60-cı maddələrinə və İnzibati-Prosessual Məcəllənin 96-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişvə işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikası inzibati- və mülkiprosessual qanunvericiliklə müəyyən eilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavabdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İşin materiallarında olan AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır. Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Beyləqan şəhər şöbəsinin 026489 nömrəli pensiyaçının uçot vərəqinə əsasən İddiaçı xx.xx.1994-cü ildən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin təqdim etdiyi TSEK-in 124 nömrəli Arayışın surətindən görünür ki, İddiaçı İİ qrup əlillik dərəcəsi təyin edilmiş və əlilliyin səbəbli əlaqəsi kimi Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı yaralandığı qeyd olunmuşdur. “Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan məlumat vərəqi”nə əsasən iddiaçı MAHHX əsgəri, xx.xx.1992-cü ildə (xəstəliyə görə) xidmətdən tərxis olunmuşdur, cəmi təminatı 439,00 manat təşkil etmişdir. xx.xx.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinə müraciət edərək əlilliyə görə pensiyası təyin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Beyləqan rayon şöbəsinin xx.xx.2017-ci il tarixli 28/3677 nömrəli məktubuna əsasən İddiaçı xx.xx.2017-ci il tarixədək (2007-ci ildə 92.48, 2008-ci ildə 109.90, 2009-cu ildə 135.78, 2010-cu ildə 136.47, 2011-ci ildə 151.12, 2012-ci ildə 155.00, 2013-cü ildə 155.58, 2014-cü ildə 169.87, 2015-ci ildə 165.64, 2016-cı ildə 167.87, 2017-ci ildə isə 186.05 AZN) məbləğində pensiya ödənilmişdir. Pensiya ödənişi xx.xx.2017-ci il tarixdən dayandırılmışdır. Cavabdehin təqdim etdiyi 15/2708-020331 nömrəli pensiyaçının uçot vərəqindən görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin əmək pensiyası təyin edən komissiyanınxx.xx.2017-ci il tarixli qərarı ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 20.16.1-ci maddəsinə əsasən 2-ci qrup əlil kimi əmək pensiyası xx.xx.2017-ci il tarixdən ömürlük 351.20 manat məbləğində təyin edilmiş; xx.xx.2007-ci il tarixdən isə yenidən hesablanmış və xx.xx.2016-cı ildən ömürlük 351 manat 20 qəpik məbləğində pensiya təyin olunmuşdur. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Konstitusiyasının 38 və 71-ci,“Əmək pensiyaları haqqında” Qanununun 1.0.1, 12.2, 20, 31.1 və 32.2-ci maddəsinə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 1.3-cü bəndinə əsaslanaraq iddiaçının iddia tələbi təmin edilməli, İddiaçı hərbi qulluqçu kimi əlilliyə görə əmək pensiyası keçmiş dövr (xx.xx.1994cü ildən xx.xx.2017-ci ilədək) üçün pensiyanın hesablanması və yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıolduğuna dair nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən qərar ləğv edilməli və iş üzrə yeni qərar çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair xx.xx.2020-ci il tarixli №3/2020 qərardadı ilə qərara alınmışdır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən müddətin ötürülməsinin bəzi hallarda şəxsin iradəsindən asılı olmayaraq baş verə biləcəyinin mümkünlüyü nəzərə alınmamışdır. Odur ki, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyatı inzibati orqanlara müraciət etməsinin səbəblərini (belə müraciətlərin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə ilə və yaxud onun iradəsindən asılı olamayan obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsası hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uğun olaraq qərar qəbul etməlidirlər. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu onu da göstərməyi vacib hesab etmişdir ki, işlərə baxan məhkəmələr tərəfindən o da nəzərə alınmalıldır ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsi əmək pensiyasının təyin edilməsi halını tənzimləyir. Həmin maddəyə xx.xx.2018-ci il tarixdə yeni məzmunlu 32.1-2-ci maddə əlavə edilmişdir ki, həmin norma ilə əvvəllər təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı məsələlər tənzimlənmişdir. Yeni müəyyən eilmiş normaya əsasən qeyd edilən Qanunun 22-1.1 maddəsi nəzərə alınmaqla təyin edilmiş əmək pensiyaları ötən dövr üçün 2019-cu il yanvarın 1-dən tez olmamaqla həmin Qanunun 32.1-1-ci maddəsinə uyğun ödənilir. İş materiallarında göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya hərbi qulluqçu kimi xx.xx.2017-ci il tarixdən pensiya məbləği hesablanıb ödənilməsi qərara alınmışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, O, xx.xx.2017-ci il tarixə qədərki dövrdə cavabdeh orqana müraciət etməmişdir, onlar özləri əlilliyimi müharibə əliliyinə dəyişmişdirlər. Pensiyamı yenidən hesablamaqla əvvəlki 3 ilini ödəyiblər. Məhkəmə kollegiyası bildirir ki, Azərbaycan Respublikası Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadına uyğun olaraq pensiya müraciət edilən tarixdən yalnız əvvəlki 3 il üçün hesablana bilər. Belə ki, işdə olan iddiaçının cavabdeh orqana müraciəti əsasında cavabdehin cavab məktubunda yazılmışdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq bilidiririk ki, əmək pensiyanız üzrə keçmiş müddət üçün hesablanmış 6029,80 manat məbləğində fərq xx.xx.2017-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində hissə-hissə müvafiq kart hesabınıza köçürülmüşdür.” Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, kollegiya apelyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək iddia tələbinin təmin edilməməsinə dair nəticəyə gəlir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(81)-3348/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv olunsun. İş üzrə yeni qərar qəbul olunsun. İddiaçı iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar