Məhkəmə qərarları › İş №2-1(103)-2599/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2599/2025

10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2599/2025 10.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X2rşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X10 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X3 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh X8 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3827/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 sentyabr 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2023-cü il tarixli Məşğulluq haqqında arayışdan görünür ki, İddiaçı 21 yanvar 2022-ci il tarixdə işsiz kimi qeydiyyatda alınmışdır. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Bakı Regional Məşğulluq filialının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin X1 sisteminin “Sığorta” altsistemində olan məlumatlarına əsasən sığorta hadisəsi baş verdiyi tarixdən əvvəlki 24 ay ərzində sığorta haqları tam ödənmədiyi üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab edilməmişdir. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Bakı Regional Məşğulluq filialının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin X1 sisteminin müvafiq altsistemlərində sonuncu iş yeriniz üzrə sığorta haqları barədə məlumat aşkarlanmadığı üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Bakı Regional Məşğulluq filialının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, onun işsizlikdən sığorta ödənişi almaq hüququ araşdırılan zaman Nazirliyin X1 sisteminin müvafiq altsistemlərində sonuncu iş yeriniz üzrə sığorta haqları barədə məlumat aşkarlanmadığı üçün sığorta ödənişinin təyin olunması qanunamüvafiq hesab olunmamışdır. Qeyd olunan imtinalardan narazı qalan iddiaçının müvafiq iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-4836/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Bakı şəhəri, İddiaçı Nazım qızına işsizlikdən sığorta ödənişinin ödənilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən qüvvədə saxlanılmışdır. Həmin qərar icra edilmişdir. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində X4 Bakı Regional Məşğulluq filialının xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, onun Bakı Regional Məşğulluq filialına qarşı “sığorta ödənişinin təyin edilməsi” tələbinə dair iddiası üzrə məhkəmə prossesi yekunlaşdıqdan sonra məhkəmə qərarına uyğun olaraq müvafiq tədbirlər görüləcəkdir. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "X1 Sistemi"nin "X12"nin Vakansiyaya Göndərişdən görünür ki, iddiaçıya "xxxx" MMC-də arxivçi (tibbi sənədlər üzrə) vəzifəsi təklif olunmuşdur. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə cavabdehin 04 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, cari ilin iyun ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti 12 iyul 2024-cü il tarixdə, iyul ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti 22 avqust 2024-cü il tarixdə, avqust ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti 02 sentyabr 2024-cü il tarixdə onun kart hesabına köçürülmüşdür. İddiaçı qeyd olunan sığorta ödənişlərinin cavabdeh qurumun süründürməçiliyə yol verdiyi üçün ona gec ödənilməsinə istinad edərək cavabdeh X8 publik hüquqi şəxsinə qarşı “zərərin ödənilməsi” tələbi ilə müraciət etmişdir. Həmin tələbi də təmin olunmadığı üçün bu barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin süründürməçiliyi nəticəsində ona ziyan dəymişdir. İşsizlikdən sığorta ödənişini almaq hüququ məhkəmə qərarları ilə təsdiq edilmişdir. İddiaçı hesab edir ki, sığorta ödənişinin verilməsi cavabdeh onunla münasibəti zamanı qanuna zidd hərəkətsizlik və 2 illik qərəzli süründürməçiliyi nəticəsində ona dəyən ziyana görə ən azı 2 milyon manat məbləğində birdəfəlik təzminat ödənilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli Qərarında göstərilmişdir ki, “Plenum izah edir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər" anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir”. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə uyğun olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkətin (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.” Beləliklə, hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün 3 şərt irəli sürülür. Yalnız aşağıdakı 3 şərti məcmu halında özündə ehtiva edən, qanunvericiliyin normalarını pozan əməl hüquq məsuliyyətinin yaranmasına səbəb ola bilən hüquq pozuntusu sayıla bilər: törədilmiş əməlin (hərəkət və ya hərəkətsizliyin) hüquqa zidd olması, törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə ziyan və ya zərər vurulması və ziyan və ya zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin mövcudluğu. Göründüyü kimi, məsuliyyətin yaranması üçün qanunazidd hərəkətlə (hərəkətsizliklə) zərər arasında səbəbli əlaqə olmalıdır. Əgər şəxs öz davranışı ilə zərər vurmamışdırsa və ya vurulmuş zərər bu davranışın nəticəsi deyildirsə, şəxsin məsuliyyəti istisna edilir. İnzibati hüququn ümumi prinsiplərinə əsasən, inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddialarda sübutetmə vəzifəsinə dair ümumi qaydalardan istifadə olunur. Bu halda iddiaçı inzibati orqanın daşıdığı vəzifə borcunu qanunsuz olaraq pozduğunu və ona həmin pozuntu ilə səbəbli əlaqədə olan zərər vurulduğunu sübut etməlidir. Apellyasiya şikayətini yuxarıda qeyd olunan hallara uyğun qiymətləndirdikdə cavabdeh inzibati orqanın qanunsuz hərəkətləri və belə hərəkətlər nəticəsində iddiaçıya mənəvi zərər vurulması halı müəyyən olunmur. Göründüyü kimi, Agentlik İddiaçı hər hansı maddi və mənəvi zərər vurmamış, iddiaçının iddia tələbi məhkəmə tərəfindən təmin edilərək Agentlik tərəfindən ona işsizlikdən sığorta ödənişi ödənilmişdir. İddia ərizəsinin sadə təhlilindən müəyyən olunmaqdadır ki, iddiaçı Agentliyin nə kimi bir hüquq pozuntusuna yol verdiyini qeyd etməyərək əsassız ittihamlar irəli sürmüşdür. Aydın məsələdir ki, maddi ziyanla bağlı iddia tələblərində baş vermiş zərərlə bu zərəri doğurduğu iddia edilən hərəkət və ya hərəkətsizlik arasında səbəb-nəticə əlaqəsi olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdeh Agentliyə qarşı ona vurulan ziyana görə ******* manat təzminatın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi ilə bağlı qərar qəbul edilməsi xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3827/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apelyasiya şikayəti verilərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X11 apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinə münasibətdə cavabdeh inzibati orqan tərəfindən hərəkətsizlik göstərilmişdir. Bununla bağlı məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin tələbləri baxımından (İPM-nin 39.1 maddəsi) hesab edir ki, iddiaçının cavabdehə qarşı hazırki iddiası mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh X8 publik hüquqi şəxsinə qarşı tələbi “ona dəyən ziyana görə 2 milyon manat məbləğində birdəfəlik təzminatın ödənilməsi” barədədir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin olunmaması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Nizamnaməsinə əsasən Agentlik aktiv məşğulluq tədbirlərinin təşkili, işsizlikdən sığorta vəsaitinin idarə edilməsi, işaxtaran və işsiz şəxslərin sosial müdafiəsi ilə bağlı tədbirlərin, “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunmasına nəzarətin, habelə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə əmək bazarının təhlili və qeyri-formal məşğulluğun aşkar edilməsi və qarşısının alınması ilə bağlı nəzarət tədbirlərinin həyata keçirilməsi, bununla bağlı maarifləndirmə, məlumatlandırma, təbliğat işinin təşkili sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinin tələbinə görə maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Mülki Məcəllənin 1100-cü maddəsində deyilir ki, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası İPM-in 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddənin mətnindən göründüyü kimi, cavabdeh inzibati orqanın qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində şəxsə vurulmuş ziyana görə kompensasiya tələbinə inzibati mühakimə icraatı qaydasında baxılır. Hazırki halda, cavabdeh tərəfindən iddiaçıya ziyan vurulmasına səbəb olan hərəkətə (hərəkətsizliyə) yol verməsi, qanunsuz qərar (inzibati akt) qəbul etməsi işin materiallarından müəyyən edilmir. Belə ki, işin faktiki hallarından görünür ki, İddiaçı 21 yanvar 2022-ci il tarixdə işsiz kimi qeydiyyata alınmışdır. İddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı cavabdehə dəfələrələ müraciət etməsinə baxmayaraq onun müraciətləri təmin olunmamış və iddiaçı inzibati orqanın həmin hərəkətlərini məhkəmə qaydasında mübahisələndirmişdir. İddiaçının tələbi təmin olunmuş və iddiaçıya işsizlikdən sığorta ödənişi ödənilmişdir. Yəni, cavabdehin xx.xx.2024-cü il tarixli 3-17-2/3-48/24 saylı Qərarı ilə xx.xx.2024-cü il tarixdən iddiaçıya 3 ay müddətinə işsizlikdən sığorta ödənişi təyin edilməsi qərara alınmışdır. Həmçinin iddiaçının işsizlikdən sığorta ödənişinin təyin edilməsi ilə bağlı müraciətinə cavabdehin 04 mart 2025-ci il tarixli cavab məktubundan görünür ki, cari ilin iyun ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti 12 iyul 2024-cü il tarixdə, iyul ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti 22 avqust 2024-cü il tarixdə, avqust ayı üçün hesablanmış 345,00 manat işsizlikdən sığorta ödənişi vəsaiti 02 sentyabr 2024-cü il tarixdə onun kart hesabına köçürülmüşdür. İddiaçı tələb etdiyi sığorta ödənişlərinin məhz cavabdeh qurumun süründürməçiliyi nəticəsində ona gec ödənilməsini əsas gətirərək ona dəymiş ziyanla bağlı müvafiq təzminatın ödənilməsini tələb edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının ona ödənilməsini tələb etdiyi işsizlikdən sığorta ödənişinin verilməsindən cavabdeh qurum imtina etsə də, iddiaçının bu imtinanı mübahisələndirməsi nəticəsində məhkəmələr tərəfindən cavabdeh qurumun həmin imtinasının qanuniliyi yoxlanılmış, onun əsassız olduğu müəyyən edilmiş, lakin bütün bu proseslər zamanı cavabdeh qurum verdiyi imtinanın əsaslı olduğuna istinad edərək inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş şikayətvermə hüququndan istifadə edərək məhkəmə qərarlarını mübahisələndirmiş və nəticədə sonuncu məhkəmə instansiyası tərəfindən işsizlikdən sığorta ödənişinin verilməli olması təsdiqləndiyi zaman artıq müəyyən müddət keçmişdir. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh qurum tərəfindən öz səlahiyyətləri daxilində vətəndaşların müraciətlərinə münasibətdə həmin tələbləri istər təmin, istərsə də onları təmin etməkdən imtina etmək qanunla inzibati orqan olaraq onun səlahiyyət dairəsinə aid edildiyindən, müvafiq imtinalar üzrə verilmiş iddialarla bağlı çıxarılmış məhkəmə qərarlarını isə yuxarı instansiya məhkəmələrində mübahisələndirmək cavabdeh qurumun prosessual hüququna aid olduğundan buna görə onun süründürməçiliyə yol verməsi barədə iddiaçı tərəfin gətirdiyi dəlilləri məhkəmə kollegiyası əsassız sayır. Odir ki hazırki işdə cavabdehin qanunsuz hərəkətləri mövcud olmadığından, buna görə iddiaçının ona vurulmuş mənəvi ziyana görə 200000 manat pul vəsaiti tələb etməsi qanunsuz və əsassızdır, odur ki, həmin tələbin təmin olunmaması ilə bağlı məhkəmə düzgün nəticəyə gəlmişdir. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərar dəyişdirilmədən saxlanılmalıdır. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir, həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3827/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3827/2025 saylı 07 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar