Məhkəmə qərarları › İş №2-1(103)-26/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-26/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-26/2022 14.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair inzibati iş üzrə (açar sözlər: torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, üçüncü şəxs X3 vəkili və nümayəndəsi Vəkil2 işitrakı ilə iddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-3195/2018 nömrəli iş üzrə 16 noyabr 2018-ci il tarixli qərarından üçüncü şəxs N.Abbasbəylinin apellyasiyasına əsasən inzibati işə аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. X6 Sovetinin İcrayyə Komitəsi tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli Б 000369 nömrəli “X14 X30”na əsasən, 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan" Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün müddətsiz ayrılmış və həmin akt xx.xx.1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır.

2. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-6123/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına görə, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 15 ha torpaq sahəsi pulsuz və müddətsiz “Kommunist” nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) verilmiş, xx.xx.1981-ci ıl tarixdə X14 dair dövlət aktlarının qeydiyyatı kitabında qeydiyyatdan keçirilmiş “X14 dair” Dövlət Aktında göstərilən sərhədlər daxilində olan 15 ha torpaq sahəsindən oranı zəbt edən vətəndaşların həmin torpaq sahəsindən çıxarılmaları qərara alınmışdır.

3. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində göstərilmişdir ki, xx.xx.1981ci il tarixli “X14 X30”na əsasən “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan 15 ha torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə, 218,8 metr məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300, cənuba tərəf 500 metr xətti ölçülərə malik ərazidə yerləşir. Həmin torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş 6 nömrəli xəritə üzərində göstərilmiş 1 nömrəli döngəsinin koordinatları X-416049.63, Y=4492833.10, 2 nömrəli döngəsinin koordinatları X=416347.10, Y=4492886.90, 3 nömrəli döngəsinin koordinatları X=416383.96, Y= 4492388.32, 4 nömrəli döngəsinin koordinatları isə X=416086.62, Y= 4492334.47-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 302.3, 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 499 9, 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 302.2, 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 500 metrdir.

4. "xxxx" MMC-nin xx.xx.2018-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, ərazinin qərb tərəfindəki yaşayış massivinin konturları sözügedən yerquruluşu layihəsində ziddiyyətli formada əks olunur. Belə görsənir ki, xəritənin bu hissəsi kopya edilərkən şərqqərb istiqamətində xeyli açılaraq sürüşmüşdür. Bu səbəbdən də ölçülərin şərq istiqamətindən qərbə doğru hesablamaq daha düzgün hesab olunur. Təqdim olunmuş Maştağa Südçülük-tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsi “Google Earth” tətbiqindən əldə edilən eyni yerin peyk görüntüsü ilə hazırlanan layihə qarşılaşdıraraq əksər mövcud yol cizgiləri üst-üstə düşür (Peyk görüntüsü ilə hazırlanmış layihədə üst-üstə düşən yol cizgiləri işarələrlə qeyd olunmuşdur: xəritə 1). Həmin layihənin AB və CD işarələri tam sübuta yetirir ki, Maştağa südçülüktərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində əks olunan şimal-şərq nöqtəsi 19-cu dalanla uyğun gəlir (xəritə 2). Bundan əlavə, nəzərə alsaq ki, Maştağa südçülük-tərəvəzçilik sovxozu Nardaran qəsəbəsinin ərazisində yerləşmişdir və Bilgəh ərazisinə aidiyyəti olmamışdır, burada müəyyən etmək olar ki, 19-cu dalan Nardaran-Bilgəh sərhədi sözügedən layihənin şərq konturunu təsbit edir. Eyni zamanda həmin sərhəddən qərb istiqamətinə 700 metr məsafədən Hüseyniyyə məscidinə gedən yol öz əksini tapmışdır. Layihədə şərti xətlə qeyd olunsa da, hazırda asfalt örtüklü həmin yol dairəvi yolun kəsişməsindən Hüseyniyyə məscidinə qədər uzanaraq faktiki məsafə ilə uyğun gəlir (2 km). Həmin yoldan qərb istiqamətinə 240 metr məsafədən sonra layihədə Hİ işarələri də, Maştağa Südçülük-tərəvəzçilik sovxozunun qərb tərəfdən Nardaran hissəsində yerləşən konturunu təsbit edir. Layihənin şimal qərb nöqtəsindən şərqə tərəf 240 metr məsafədən sonra “Azərbaycan nəşriyyatı”na ayrılmış 15 ha torpaq sahəsinin şimal-qərb nöqtəsini müəyyən edir və həmin nöqtədən 300 metr şərqə doğru uzanaraq, sahənin enini təşkil edərək şimalşərq nöqtəsini təsbit edir. “Azərbaycan nəşriyyatı”na ayrılmış 15 ha torpaq sahəsinin qərb divarı Hüseyniyyə məscidinə gedən yolla paralel olduğu üçün layihədə həmin sahə paraleloqram şəklində işarələnmişdir. Layihənin şimal konturunu təşkil edən 940 metr məsafənin şimal-qərb nöqtədən Hüseyniyyə məscidinə gedən 240 metr və həmin yoldan 700 metr şərqə tərəf uzanan məsafə Nardaran-Bilgəh sərhəddi ilə birləşən 19-cu dalan nöqtəsi - idealdır və bu kontur peyk vasitəsi ilə digər sahələrdə uzlaşmamaqdadır. Bu səbəbdən “Azərbaycan nəşriyyatı”na ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları aşağıdakı kimidir: 1 nömrəli döngənin koordinatları X=415836.9 Y=4492819.3, 2 nömrəli döngə nöqtələrinin koordinatları X=416135.3 Y=4492854.4, 3 nömrəli döngə nöqtələrinin koordinatları X=416248.8 Y=4492381.7, 4 nömrəli döngə nöqtələrinin koordinatları X=415953.8 Y=4492337.9. 1 nömrəli döngədən 2 nömrəli döngəyə 301, 2 nömrəli döngədən 3 nömrəli döngəyə 486, 3 nömrəli döngədən 4 nörməli döngəyə 300, 4 nömrəli döngədən 1 nömrəli döngəyə 494 metr məsafə var.

5. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4870/2014 nömrəli iş üzrə xx.xx.2014-cü ıl tarixli qərarı ilə, 02/169 nömrəli xx.xx.2005-ci il tarixli qərara və taktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.500 kv.m. sahə 3 yer 132 torpaq sahəsinin X4: 02/121 nömrəli xx.xx.2005-cı il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.500 kv.m. sahə 3 yer 127 X5: 02/131 nömrəli xx.xx.2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.200 kv.m. sahə 3 yer 130 torpaq sahəsi X2: 02/156 nömrəli xx.xx.2005-ci il tarixli qərar və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.500 kv.m. sahə 3, yer 129 torpaq sahəsinin X1: 02/131 nömrəli xx.xx.2005-ci il tarixli qərara və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.500 kv.m. sahə 3, yer 131 torpaq sahəsinin X13: 02/129 nömrəli xx.xx.2005-ci il tarixli və faktiki vəziyyətə (mövcud vəziyyətdə) uyğun olaraq sahəsi 2.500 kv.m. sahə 3, yer 132 torpaq sahəsinin X3 adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və bunlara müvafiq olaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların verilməsi AR ƏMDK Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri ərazi idarəsinə həvalə edilmişdir.

6. X7 verilmiş **********15 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür kı, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 3 nömrəli sahə, yer 127-də yerləşən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=416296.19 Y=4492739.75, 2 nömrəli döngəsinin koordinatları X=416296.62, Y=4492729.7, 3 nömrəli döngəsinin koordinatları X=416296.78, Y=4492697.56, 4 nömrəli döngəsinin koordinatları X=416237.17 Y= 4492693,01-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 10.06, 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 32.14, 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 59.78, 4 nömrəli döngədən 5 nömrəli döngəyə qədər məsafə 39.04 metrdir.

7. X7 verilmiş **********18 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 3 nömrəli sahə, yer 132-də yerləşən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=416294.51 Y=4492779.76, 2 nömrəli döngəsinin koordinatları X=416296.19, Y=4492739.75, 3 nömrəli döngəsinin koordinatları X=416233.12, Y=4492731.84, 4 nömrəli döngəsinin koordinatları X=416229.08 Y= 4492769,02-dir. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 40.05, 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 63.56, 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 37.4, 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 66.31 metrdir.

8. X8 verilmiş **********18 reyestr nömrəli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 3 nömrəli sahədə, yer 132-də yerləşən torpaq sahəsinin 1 nömrəli döngəsinin koordinatları X=416229.08 Y=4492769.02, 2 nömrəli döngəsinin koordinatları X=416294.51, Y=4492779.76, 3 nömrəli döngəsinin koordinatları X=416296.19, Y=4492739.75, 4 nömrəli döngəsinin koordinatları X=416233.12 Y=4492731,84-dür. 1 nömrəli döngədən 2 nömrəli döngəyə qədər məsafə 66.03, 2 nömrəli döngədən 3 nömrəli döngəyə qədər məsafə 40.04, 3 nömrəli döngədən 4 nömrəli döngəyə qədər məsafə 63.56, 4 nömrəli döngədən 1 nömrəli döngəyə qədər məsafə 37.4 metrdir.

9. AR ƏMDK DƏDRX 1 saylı Bakı ərazi idarəsi tərəfindən “Azərbaycan” Nəşriyyatına ünvanlanmış xx.xx.2018-cı il tarixli **********97 nömrəli məktubda qeyd edilmişdir ki, “Sizin 12/03 nömrəli xx.xx.2018-ci il tarixli məktubunuza baxılmışdır. Bildiririk ki, ərizənizə əlavə olunmuş məhkəmə qərarları və icra sənədi ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə hər-hansı öhdəlik qoyulmamışdır. Həmçinin, bu qərarlar barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə rəsmi qaydada məlumat daxil olmamışdır. Bu səbəbdən ərizənizin icrası mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.3 və 2.4-cü maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydə alınmış hüquq mübahisələndirilə bilər və bu hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.

10. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-511/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il qərardadı ilə təyin edilmiş məhkəmə-mühəndislik ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021ci il tarixli 10/411 nömrəli rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2020-ci il tarixli **********84 nömrəli mütəxəssis rəyinə əsasən, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X11 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə qeydə alınmış В 000369 nömrəli “X14 aid Dövlət Aktı”nda göstərilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Həmin mütəxəssis rəyinə əsasən X7 məxsus **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatlar üst-üstə düşür. Həmin mütəxəssis rəyinə əsasən Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X11 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış В 000369 nömrəli “X14 aid Dövlət Aktı”nda göstərilən iddia edilən 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsinin mümkün olmaması, sözügedən dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən bu torpaq sahəsi ilə X7 məxsus **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələrinin üst-üstə düşüb-düşməməsini müəyyən etmək mümkün olmamışdır. Həmin mütəxəssis rəyinə əsasən X7 məxsus **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələri faktiki olaraq yaşayış məntəqəsi kateqoriyasına aid torpaqlarda yerləşir. Mütəxəssis rəyinə əsasən N.Abbasbəyliyə məxsus **********17, **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlardan əvvəllər yerləşdiyi ərazinin kateqoriyası və kateqoriyasının dəyişdirilməsi barədə məlumat aşkar edilməmişdir. Mütəxəssis rəyinə əsasən N.Abbasbəyliyə məxsus **********17, **********18 və **********15 reyestr nömrəli torpaq sahələri, ayrıldığı və ondan sonra alınan vaxtlardan əvvəldə və hazırda dövlət mülkiyyətində olmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

A) BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

11. İddiaçı cavabdehə qarşı (üçüncü şəxslər Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbə nümayəndəliyi və X15) məhkəməyə müraciət edərək, üçüncü şəxs N.Abbasbəyliyə verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X8 və X9 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

12. İddianın əsaslarına görə, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (hazırda “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Bununla bağlı Abşeron ZDS İK tərəfindən xx.xx.1981-ci il tarixli “X14 X30” verilmişdir. X29 xx.xx.1981-ci il tarixdə dövlət aktlarının qeydiyyatı kitabında 64 nömrə ilə qeydə alınmışdır. “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatı Sabunçu rayonunun inzibati ərazisində kənd təsərrüfatı təyinatlı 15 ha ölçüdə torpaq sahəsində yerləşir və həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsindədir. Yuxarıda göstərilən hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli 2(102)-6123/2016 nömrəli qərarı ilə müəyyən edilmişdir. Həmçinin, “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsi Maştağa Südçülük-Tərəvəzçilik sovxozunun torpaqdan istifadə etməsinə dair yerquruluşu layihəsində göstərilmişdir. Hazırda iddiaçıya məlum olmuşdur ki, X3 adına Nardaran qəsəbəsi 3-cü sahə, yer 132 ilkin qeydiyyata alınmış 0.25 ha, X16 tərəfindən bağışlanmış 0.25 ha və X17 tərəfindən bağışlanmış 0.25 ha torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq ona **********17, **********18 və **********15 reyestr nömrəli çıxarışlar və həmin reyestr nömrələri olan torpaq sahələrinin planı və ölçüləri verilmişdir. Cavabdeh tərəfindən verilmiş **********17, **********18 və **********15 reyestr nömrəli çıxarışlarda torpaq sahələrinin olduğu yer Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi kimi göstərilmişdir. Həmin torpaq sahələrinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları kimi göstərilməklə, xüsusi mülkiyyətə verildiyi qeyd edilmişdir. Lakin, X7 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçləri olmuş X8 və X9 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşür. Mübahisəli torpaq sahələri Sabunçu RİH Nardaran qəsəbəsi üzrə nümayəndəliyinin 2005-ci il tarixli qərarları ilə “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsindən heç bir halda ayrıla bilməzdi. Belə ki, “Torpaq islahatı haqqında” AR Qanununa əsasən xx.xx.2001-ci il tarixdən icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara bağ sahələri üçün torpaqayırma səlahiyyətləri nəzərdə tutulmamışdır. Halbuki, iddiaçıya verilmiş xx.xx.1981-ci il tarixli X14 X30nda 15 ha ölçüdə torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı torpağı kimi göstərilmişdir. Bundan başqa, həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni ıstifadəsindədir və hasara alınmışdır. Belə olan halda torpaqayırma səlahiyyəti olmayan Sabunçu RİH Nardaran qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən 2005-ci il tarixdə “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi dövlət mülkiyyətində olmaqla iddiaçının qanuni istifadəsində olan 15 ha ölçüdə torpaq sahəsindən ayrılması və həmin torpağın reyestrdə qeydiyyatı yalnız təəcüb doğurur. Cavabdehin işçilərinin texniki səhvləri və yaxud vəzifələrindən sui-istifadələri nəticəsində verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatları qanunsuz və əsassız olaraq “Azərbaycan" Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşmüşdür. Bu da öz növbəsində “Azərbaycan” Nəşriyyatının nümayəndələri ilə torpaq əldə etmiş şəxslər arasında lüzumsuz mübahisələrə, qarşıdurmalara və bir sıra xoşagəlməz halların baş verməsinə səbəb olmuşdur. Belə olan halda cavabdehin verdiyi torpaq sahələrinin planı və ölçüləri etibarsız hesab edilməlidir. Lakin, “Azərbaycan” Nəşriyyatının müraciətinə cavabdeh müxtəlif bəhanələr gətirərək yaranmış vəziyyətin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qalmışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun normalarından görünür ki, inzibati orqan hər bir müraciəti hərtərəfli, tam və obyektiv araşdırmalı, formal səbəblərə görə müvafiq qərarın qəbul olunmasından imtina etməməli və maraqlı şəxsə qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələrdən istifadə etməklə yardım göstərməli, eləcə də inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməlidir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və

13. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3195/2018 nömrəli iş üzrə xx.xx.2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, X7 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X10 və X9 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi qərara alınmışdır.

14. Qərarın əsaslarına görə, “İnzibati iş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(102)- 6123/2016 nömrəli qanuni qüvvəyə minmiş qərarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən sözügedən torpaq sahəsinin hüdudlarının (parametrlərinin) müəyyən olunması və həmin sahənin zəbt edilməsi hallarının mövcud olub-olmamasının müəyyənləşdirilməsi məqdəsilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə sorğu edilmişdir. Həmin komitənin məhkəməyə təqdim etdiyi mütəxəssis rəyində, “X14 aid Dövlət Aktı” ilə “Azərbaycan” Nəşriyyatına Abşeron rayonunun (indiki Sabunçu rayonunun) ərazisində ayrılmış 15,0 ha torpaq sahəsinin Nazirlər Kabineti tərəfindən geri alınmadığı və həmin sahənin Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə keçmiş “Kommunist” (indiki Azərbaycan) Nəşriyyatına daimi istifadə üçün ayrılmış 15 ha torpaq sahəsinin ilkin torpaqayırma sənədlərinə uyğun olduğu və cavabdehlər tərəfindən torpaq sahəsinin özbaşına zəbt olunması hallarının mövcud olduğu göstərilmişdir, birinci instansiya məhkəməsində dindirildiyi zamanda həmin rəyin müəllifi olan mütəxəssis torpaq sahəsinə baxış keçirildiyini, torpaq sahəsinin ölçülərini müəyyənləşdirildiyini və həmin torpaq sahəsinin “Azərbaycan” Nəşriyyatına Nazirlər Kabinetinin qərarı ilə ayrılmış torpaq sahəsi olduğunu, həmin sahədə torpağı zəbt edənlərə məxsus müxtəlif tikililərin olduğu bildirmişdir. Həmçinin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin məktubu ilə də müəyyən edilmişdir ki, “X14 X30” ilə verilmiş torpaq sahəsi "xxxx" MMC-nin arxiv və elektron baza məlumatlarına əsasən “Bakı şəhərinin inzibati ərazi hüdudlarında bəzi torpaqlardan istifadənin səmərəliliyinin artırılması tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli sərəncamına əsasən Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyinə qaytarılmış torpaq sahələrinə daxil deyildir. Həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin idarəçiliyində olmaqla dövlət mülkiyyəti torpağıdır. Məhkəmə araşdırması zamanı X7 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X8 və X9 verilmiş **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin planı və ölçülərində göstərilmiş torpaq sahəsinin koordinatları Azərbaycan Respublikası Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsinin koordinatları ilə ust-üstə düşməsi öz təsdiqini tapmışdır. Halbuki, N.Abbasbəyliyə verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər B.Yusubova və L.Əliyevaya verilmiş **********18 və **********15 nömrəli torpaq sahəsinin plan və ölçüləri tərtib olunarkən həmin torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin buna baxmayaraq həmin torpaq sahələrinə plan ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar “Azərbaycan” Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür. Halbuki, “Azərbaycan” Nəşriyyatına ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu üçün, əvvəllər B.Yusubov və L.Əliyevaya ayrılmış, hazırda isə N.Abbasbəylinin mülkiyyətində olan torpaq sahələri fərdi yaşayış evinin tikilməsi üçün ayrıla bilməzdi. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 12.4-cü maddəsinə əsasən kənd təsərrüfatı yerləri (uqodıyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli 818 nömrəli Fərmanının 6.3-cü bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2017-ci il tarixli 10 nömrəli qərarı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir. Məhkəmə araşdırması zamanı isə L.Əliyeva və B.Yusubova ayrılmış, hazırda isə N.Abbasbəylinin mülkiyyətində olan torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının olmadığı aşkar edilmişdir. Buna görə də L.Əliyevaya və B.Yusubova ayrılmış, hazırda isə N.Abbasbəylinin mülkiyyətində olan torpaq sahələri Nardaran qəsəbəsi ərazisində yerləşən 15 ha ölçüdə torpaq sahəsi “Kommunist” Nəşriyyatına (indiki “Azərbaycan” Nəşriyyatı) yardımçı təsərrüfat yaradılması üçün ayrılmış torpaq sahəsi ilə üst-üstə düşə bilməz və bu hal həmin torpaq sahələrinin yerləşmə sxemləri və plan-ölçüləri tərtib olunarkən yol verilmiş texniki səhv və səhlənkarlıq nəticəsində yaranmışdır.”

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 139.3-cü, “Torpaq islahatı haqqında” AR Qanununun 10-cu, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 2.1, 8.0.1, 8.0.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

B) APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

16. Bakı Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının 2-1(103)-511/2020 nömrəli iş üzrə xx.xx.2020-ci il qərardadı ilə iş üzrə məhkəmə-mühəndislik ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: - 1) Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X11 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X14 aid Dövlət Aktı”nda göstərilən 15 ha torpaq sahəsi, ümumi ərazinin yerquruluşu xəritələrində, o cümlədən Maştağa südçülük-tərəvəzçilik sovxozunun yerquruluşu xəritəsində müəyyən edilmiş sərhədlər daxilində yerləşirmi? Əgər yerləşirsə, “Kommunist” Nəşriyyatına ayrılmış torpaq sahəsi ayrıldığı vaxt şimal, şərq, cənub və qərb tərəfindən hansı torpaq sahələri (kateqoriyaları göstərilməklə) ilə əhatə olunmuşdu? “Kommunist” Nəşriyyatına ayrılmış torpaq sahəsi hazırda da eyni torpaq sahələri ilə əhatə olunurmu? - 2) X7 məxsus, **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələrinin hazırda faktiki yerləşmə koordinatları ilə həmin torpaq sahələrinin plan və ölçülərində göstərilən koordinatlar üst-üstə düşürmü? - 3) Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X11 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X14 aid Dövlət Aktı”nda göstərilən 15 ha torpaq sahəsi ilə X7 məxsus, **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələri üst-üstə düşürmü? Əgər qismən düşürsə, hansı torpaq sahəsinə (koordinatları göstərilməklə) aid hissədə və hansı ölçüdə düşür? - 4) Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarixli 195 nömrəli qərarı ilə təsdiq edilmiş Torpaq istifadəçiliyinin planı əsasında Abşeron rayon X11 İcraiyyə Komitəsi tərəfindən “Kommunist” Nəşriyyatına yardımçı kənd təsərrüfatı üçün ayrılmış və X14 aid dövlət aktlarının qeydiyyatı kitabında xx.xx.1981-ci il tarixdə 64 nömrə ilə qeydə alınmış B 000369 nömrəli “X14 aid Dövlət Aktı”nda göstərilən 15 ha torpaq sahəsi ayrıldığı vaxt hansı kateqoriya torpaqlara aid olmuşdu? Bu torpaq sahəsinin, o cümlədən onun yerləşdiyi ərazinin kateqoriyası sonradan dəyişdirilmişdirmi? Əgər dəyişdirilmişdirsə, nə vaxt və hansı kateqoriyaya keçirilmişdir? - 5) X7 məxsus, **********17, **********18 və **********15 daşınmaz əmlakın dövlət reyestr nömrəli torpaq sahələri faktiki olaraq hansı kateqoriyaya aid torpaqlarda yerləşir? Bu torpaq sahələrinin yerləşdiyi ərazi əvvəllər başqa kateqoriyaya aid olmuşdurmu yaxud torpaq sahələrinin yerləşdiyi ərazinin kateqoriyası sonradan dəyişdirilmişdirmi? Əgər dəyişdirilmişdirsə, nə vaxt və hansı kateqoriyaya keçirilmişdir? X7 məxsus, **********17, **********18 və **********15 reyestr nömrəli torpaq sahələrinin, ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda, yerləşdiyi ərazinin kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara yoxsa yaşayış məntəqələrinin torpaqlarına aid olmuşdur? X7 məxsus, **********17, **********18 və **********15 reyestr nömrəli torpaq sahələri, ayrıldığı və ondan sonra daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan vaxtlarda, hansı növ mülkiyyətdə (dövlət, bələdiyyə, xüsusi) olmuşdur?

17. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən bu Qərarın 10-cu bəndində əks olunan məzmunda xx.xx.2021-ci il tarixli 10/411 nömrəli rəy tərtib olunmuşdur.

18. Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-579/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

19. Həmin qərarla razılaşmayan üçüncü şəxs N.Abbasbəyli ondan kassasiya şikayəti vermişdir.

C) KASSASİYA İNSTANSİYA MƏHKƏMƏSİNDƏ İCRAAT

20. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2345/2019 nömrəli iş üzrə xx.xx.2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

21. Ali Məhkəmənin qərarında göstərilmişdir ki, “Hazırkı iş üzrə iddia tələbinə qiymət verilməsi baxımından müəyyən edilməli olan məsələ X7 və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş X8 və X9 verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşübdüşməməsidir. İlk növbədə iddiaçı tərəfindən təqdim edilmiş hüquq müəyyənedici sənədlərdə iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatları öz əksini tapmamışdır. İş materiallarında iddiaçıya ayrılmış torpaq sahəsinin koordinatlarını özündə əks etdirən iki mütəxəssis rəyi mövcuddur: "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyi. "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən iddiaçının istiadəsində olan torpaq sahəsi Bakı dairəvi avtomobil yolundan Hüseyniyyə Məscidinə qədər uzanan asfalt örtüklü avtomobil yolundan şərq tərəfə 218.8 m məsafədən başlayaraq, Bakı dairəvi avtomobil yolu boyu, Bakı dairəvi avtomobil yolunun cənubunda yerləşməklə şərqə tərəf 300 m, cənuba tərəf 500 m xətti ölçülərə malik ərazidə yerləşir. Həmçinin mütəxəssis rəyində 15 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları müəyyən edilmişdir. Mütəxəssis rəyinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(82)-2233/2018 nömrəli məktubuna əsasən aparıldığı qeyd olunmuşdur. Lakin iş materiallarında sözügedən məktub yoxdur. Bundan əlavə, birinci instansiya məhkəməsində aparılan iş üzrə icraatın nömrəsi 2-1(82)-3195/2018 olmuş, mütəxəssis rəyində isə iş nömrəsi kimi 2-1(82)-2233/2018 göstərilmişdir. Üçüncü şəxsin birinci instansiya məhkəməsinə təqdim etdiyi etirazında qeyd edilmişdir ki, iddiaçı eyni tələblə eyni cavabdehə, üçüncü şəxsə və digər şəxslərə qarşı daha öncə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, çıxarışların ləğv edilməsini tələb etmiş, iş E.Mustafayevin icraatına verilmiş (2- 1(82)2233/2018 nömrəli iş) və işlə əlaqədar olaraq xx.xx.2018-ci il tarixdə sərəncam göndərilmiş, üçüncü şəxs tərəfindən hətta məhkəməyə etiraz təqdim edilmiş, lakin 2-1(82)- 2233/2018 nömrəli iş üzrə icraat barədə daha sonra məlumat əldə edilməmişdir. Qeyd edilənlərə əsasən belə bir nəticəyə gəlmək olur ki, sözügedən mütəxəssis rəyi başqa icraat ilə əlaqədar əldə edilmiş, lakin iş materiallarında 2-1(82)-2233/2018 nömrəli iş üzrə icraatın nəticəsi barədə hər hansı məlumat mövcud deyildir və işə baxan apellyasiya instansiya məhkəməsi bu hala qiymət verməmişdir. Belə ki, əgər 2-1(82)- 2233/2018 nömrəli və 2-1(82)-3195/2018 nömrəli işlər üzrə icraat eyni tərəflər arasında və eyni tələblər ilə bağlı olmuşsa, bunun nəticəsi barədə məlumat əldə edilməli idi. Belə ki, iddiaçı əvvəlki iddia tələbindən imtina etmişsə və bu səbəbdən icraata xitam verilmişsə onda eyni əsasla eyni tərəflərə qarşı hazırkı iddia ilə məhkəməyə müraciət etməsi yolverilməzdir. Əgər 21(82)-2233/2018 nömrəli iş üzrə icraat davam edirsə, o zaman sözügedən icraatlar birləşdirilməli idi. İş materiallarına olan digər mütəxəssis rəyi isə üçüncü şəxs X3 vəkili Vəkil2 sorğusuna əsasən əldə edilmiş mütəxəssis rəyidir ("xxxx" MMC tərəfindən verilmiş) və həmin rəy ilə “Azərbaycan” Nəşriyyatına məxsus 15 ha torpaq sahəsinin koordinatları müəyyən edilmiş, lakin "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində və "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyində öz əksini tapmış iddiaçıya məxsus torpaq sahəsinin koordinatları arasında ziddiyyət vardır. Üçüncü şəxs X15 həm birinci instansiya məhkəməsində, həm apellyasiya instasniya məhkəməsində vəsatət verərək tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşməsinin müəyyən edilməsi, o cümlədən mütəxəssis rəyləri arasındakı ziddiyyətlərin aradan qaldırılması üçün məhkəmə torpaqşünaslıq ekspertizanın keçirilməsini, mübahisəli torpaq sahələrinə yerli baxışın keçirilməsini xahiş etmiş, lakin hər iki məhkəmə vəsatətləri təmin etməmişdir. Həmçinin iş üzrə cavabdeh də vəsatət verərək ekspertizanın keçirilməsini tələb etmişdir. Belə ki, birinci instansiya məhkəməsi xx.xx.2018-ci il tarixli məhkəmə iclasında vəsatətləri rədd etmiş və Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6123/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına istinad edərək bildirmişdir ki, qeyd olunan məsələlərə aydınlıq gətirildiyindən vəsatətin təmin edilməsinə ehtiyac yoxdur. Birinci instansiya məhkəməsi "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyini mötəbər hesab etmiş, apellyasiya instansiya məhkəməsi də bu mövqe ilə razılaşmışdır. Halbuki, məhkəmənin istinad etdiyi Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2016-cı il tarixli qərarı ilə bağlı qeyd edilməlidir ki, həmin iş üzrə tərəflər “Azərbaycan” Nəşriyyatı, X19, X20 olmuş, hazırkı iş üzrə üçüncü şəxslər və cavabdeh həmin iş üzrə tərəf olmadığından o qərarla müəyyən edilmiş hallar hazırkı iş üzrə preyudisial əhəmiyyət daşıya bilməz. Əlavə olaraq, işə baxan apellyasiya instansiya məhkəməsi öz qərarının əsaslandırmasında qeyd etmişdir ki, ““Azərbaycan” Nəşriyyatı tərəfindən həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə bağlı cavabdehə inzibati orqana müraciət edilərkən, cavabdeh **********04 nömrəli xx.xx.2017-ci il tarixli bildirişi ilə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edərək idarənin elektron kadastr baza məlumatlarına əsasən ““Azərbaycan” Nəşriyyatı göstərilən torpaq sahəsinin koordinatları daxilində digər fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələri və fərdi yaşayış evlərinin mövcudluğuna istinad edilmişdir. Göründüyü kimi, X3 adına **********17 reyestr nömrə ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş torpaq sahəsinin kənd təsərrüfatı məqsədləri ilə 1981-ci ildən ayrılmış və “Azərbaycan” Nəşriyyatının qanuni istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşdüyünü, iddiaçının və üçüncü şəxs X3 naturada eyni torpaq sahəsinə iddialı olduğunu təsdiq edir. Başqa sözlə, "xxxx" MMC tərəfindən birinci instansiya məhkəməsinə verilmiş mütəxəssis rəyində qeyd olunan hallar, faktiki olaraq cavabdeh inzibati orqan tərəfindən də təsdiq edilmişdir. Eləcə də, iş materiallarına əlavə edilmiş AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********96 nömrəli xx.xx.2017-ci il tarixli “Azərbaycan” Nəşriyyatına ünvanladığı məktubda bildirilmişdir ki, Azərbaycan SSR Nazirlər Sovetinin xx.xx.1980-ci il tarilxi 195 nömrəli qərarı ilə Б 000369 nömrəli “X14 aid Dövlət aktı” əsasında “Kommunist” nəşriyyatına yardımçı kənd təsərrüfatının yaradılması məqsədilə ayrılmış 15,0 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi barədə xx.xx.2017-ci il tarixli 7/08 nömrəli məktuba AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində baxılmışdır. Arxivdə aparılan araşdırma zamanı müəyyən olunmuşdur ki, həmin qərar əsasında “Kommunist” nəşriyyatına Б 000369 nömrəli “X14 aid Dövlət aktı”na dair ilkin sənədlər mövcuddur. Məsələ ilə bağlı DƏDRX-in müvafiq ərazi idarəsinə müraciət edilməsi məqsədəmüvafiqdir. Tərtib ediləcək çıxarışla birgə onun ayrılmaz hissəsi olan “Torpaq sahəsinin plan və ölçüsü” sənədi sizə təqdim olunacaq və həmin sənəddə torpaq sahəsinə dair məlumatlar öz əksini tapacaqdır. Göründüyü kimi, cavabdehlə bir qəbildən olan AR ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti iddiaçının adına verilmiş “X14 aid Dövlət aktı”nın, ona dair ilkin sənədlərin mövcudluğunu qəbul etmiş, dolayısı ilə X29nda iddiaçıya ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə bağlı məlumatı olduğu halda X7 verilmiş **********17 nömrəli və ona digər torpaq sahələrinin planı və ölçülərinin verilməsinə əsas olmuş əvvəllər X8 və X9 verilmiş **********18 və **********15 nömrəli torpaq sahəsinin plan və ölçüləri tərtib edilərək verilmişdir. Həmin plan-ölçülərin tərtibi zamanı həmin torpaq sahələrinin koordinatlarının müəyyən edilməsi üçün əsas olan ayrıc aktı, istinad nöqtələri göstərilmiş torpağın yerləşmə sxemi və mərz nişanları qoyulmuş torpağın təhvil verilməsi barədə akt arxiv qovluğunda aşkar edilməmişdir. Lakin buna baxmayaraq, həmin torpaq sahələrinə plan-ölçülər tərtib olunarkən həmin torpaq sahələrinə göstərilən koordinatlar Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatlarının daxilinə düşmüşdür və bu barədə (Azərbaycan Nəşriyyatına məxsus torpaq sahəsinin koordinatları) Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə arxiv sənədləri əsasında məlum idi. Göründüyü kimi, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində araşdırma aparmadan, tərəflərin verdiyi vəsatətləri əsassız olaraq rədd edərək, iş üzrə "xxxx" MMC-nin təqdim etdiyi rəyə, o cümlədən Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6123/2016 nömrəli iş üzrə xx.xx.2016-cı il tarixli qərarına, cavabdehin imtina məktubunda qeyd etdiklərinə istinad etməklə iddiaçı və üçüncü şəxslərə məxsus torpaq sahələrinin üst-üstə düşməsi nəticəsinə gəlmişlər. Halbuki, işə baxan məhkəmələr iddiaçıya məxsus torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi istiqamətində ətraflı araşdırma aparmalı, bu barədə məlumatın əldə edilməsi mümkün olan müvafiq dövlət orqanlarına sorğular verməli, torpaq sahələrinin yerləşdiyi yerlərə yerində baxış keçirməli, əldə edilmiş məlumatlar əsasında ekspertiza təyin etməli idi. Bundan əlavə, iddiaçıya məxsus olduğu iddia edilən torpaq sahəsinin kateqoriyası kənd təsərrüfatı torpaqlara aid olmuş, üçüncü şəxsə verilmiş torpaq sahələri isə yaşayış məntəqələrinin torpaqlarına aiddir. İşə baxan aşağı instansiya məhkəmələri tərəflərə məxsus torpaq sahələrinin kateqoriyalarının müəyyən edilməsi istiqmətində də hər hansı araşdırma aparmamışlar. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi öz qərarının əsaslandırmasında üçüncü şəxslər X7, X8, X9 torpaq sahəsi ayrılması barədə Sabunçu rayon icra X12 üzə Nümayəndəliyinin qərarlarına münasibətdə qeyd etmişdir ki, Sabunçu rayon Nardaran qəsəbə nümayəndəliyi səlahiyyəti qanunla nəzərdə tutulmadığı halda üçüncü şəxslərə mübahisəli torpaq sahələrini ayırmışdır. Naradaran qəsəbə nümayəndəliyi tərəfindən üçüncü şəxslərə Sabunçu rayonu Nardaran qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədləri ilə torpaq sahəsinin ayrılmasına dair qərarlar (səlahiyyətləri olmadığı halda) verilsə də, qərarlardan çıxarışlarda ayrılması nəzərdə tutulmuş torpaq sahələrinin qeyd olunan normanın tələbinə müvafiq olaraq, yerində naturada ayrılmasına və vətəndaşlara təhkim edilməsinə dair ilkin ayrıc aktları işin materiallarına əlavə edilməmişdir. Məhkəmə araşdırmasına təqdim olunmuş “Torpaq sahələrinin” yerləşmə cizgisi isə latın qrafikası ilə yazılmaqla, sonradan tərtib olunmuşdur. Halbuki, işə baxan apellyasiya instansiya məhkəməsi üçüncü şəxslər X7, X8, X9 məxsus torpaq sahələrinə dair plan-ölçü və çıxarışların 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4870/2014 nömrəli iş üzrə xx.xx.2014-cü il tarixli qərarı əsasında verildiyini nəzərə almamış, həmin məhkəmə qərarı ilə müəyyən edilmiş hallara yenidən qiymət vermişdir.”

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ

a) Apellyasiya şikayətinin dəlilləri

22. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə razılaşmayan üçüncü şəxs N.Abbasbəyli ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir.

23. Şikayətin dəlillərinə görə, torpaq sahələrinin planı və ölçüləri inzibati akt hesab edilmədiyinə görə bu iddianın inzibati- məhkəmədə baxılması mümkün sayıla bilməzdi. Belə olan halda inzibati akt hesab edilməyən torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbini icraatına götürüb qərar qəbul etməklə işə baxan hakim mümkünlüyə dair prosessual-hüquq normalarını kobud şəkildə pozmuşdur. 30 günlük iddia müddəti ötürüldüyünə görə də bu iddia təmin edilə bilməzdi. İddiaçı iddia ərizəsində qeyd edir ki, Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən və onun iddia etdiyi 15 ha torpaq sahəsindən V.Ə.Əzimovun çıxarılmasına və həmin torpaq sahəsində inşa edilmiş istixana və özbaşına tikililərin onun hesabına sökülməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi və onun əsasında Bakı Apellyasiya Məhkəməsinin MK-nin xx.xx.2016-cı il tarixli icra sənədi olmuş və bu icra sənədi tam icra olunduğuna görə Sabunçu rayonu İcra şöbəsinin xx.xx.2017-ci il tarixli qərarı ilə bu icra sənədi üzrə icraata xitam verilmişdir. Qeyd olunan icra sənədi üzrə başlanmış icraata xx.xx.2017-ci il tarixli qərarla xitam verilməsi bu mənaya gəlir ki, qətnamə tam olaraq icra edilmiş və iddiaçının iddia etdiyi 15 ha torpaq sahəsi bütünlüklə ona təhvil verilmiş iddiaçı da bu torpaq sahəsini qəbul etmişdir. Belə olan halda, üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələrinin hüdudları iddiaçının iddia etdiyi bu 15 ha torpaq sahəsinə müdaxilə etmiş olsaydı iddiaçı bu barədə ən azı xx.xx.2017-ci il tarixdən etibarən məlumatlı olardı. Lakin, iddiaçı qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük iddia müddətini ən azı 7 ay ötürmüşdür. Bundan başqa, mübahisələndirilən bu torpaq sahələrinin hələ 2005-ci il tarixdən icraata cəlb edilməmiş maraqlı şəxslərin qanuni istifadəsinə olması nəzərə alınsa əminliklə deyə bilərlər ki, iddiaçı iddia müddətini nəinki 7 ay, hətta 13 ildən çox ötürmüşdür. Belə olan halda bu işi icraatına götürüb qərar qəbul etməklə işə baxan hakim iddia müddətinə dair prosessual-hüquq normalarını kobud şəkildə pozmuşdur. Mübahisələndirilən torpaq sahələrinin ilkin mülkiyyətçiləri işə cəlb edilməyə bilməzdi. İş üzrə qəbul ediləcək məhkəmə qərarı digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə öz təşəbbüsü ilə bu şəxsləri üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb etməli idi. Mübahisələndirilən bu torpaq sahələri üçüncü şəxs N. Abbasbəylinin mülkiyyətinə keçməzdən öncə X4 və X5 mülkiyyətində olmuşdur. Mübahisələndirilən torpaq sahələrinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-4870/2014 nömrəli iş üzə qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli məhkəmə qərarı nəzərə alınmaya bilməzdi. Mübahisələndirilən torpaq sahələrinin mübahisələndirilən plan və ölçüləri qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə artıq müəyyən edilmişdir. Belə olan halda, mübahisələndirilən torpaq sahələrinin planı və ölçülərinə dair qanuni qüvvəyə minmiş 2011-ci il tarixli məhkəmə qərarını nəzərə almadan, bu halların yenidən mübahisələndirilməsinə və yenidən sübut edilməsinə şərait yaradan hakim sübut etməkdən azad olmanın əsaslarına dair prosessual-hüquq normalarını kobud şəkildə pozmuşdur. Məhkəmə qərarını işin faktiki hallarına zidd olan saxta sübutla əsaslandıra bilməzdi. Məhkəmə cavabdehə və iş üzrə üçüncü şəxslərə heç bir məlumat vermədən, müzakirə aparmadan, onların fikrini, suallarını və təkliflərini müəyyən etmədən, hətta iş üzrə hazırlıq icraatından əvvəl "xxxx" MMC-ni iş üzrə mütəxəssis qismində cəlb etmiş və onun verdiyi rəyi sübut kimi qəbul etmişdir. Bu MMC-nin cavabdehdən və iş üzrə üçüncü şəxslərdən gizli olaraq verdiyi əsassız rəyə görə üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələri iddiaçıya ayrılmış 15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Üçüncü şəxs göstərilən xüsusatlara aydınlıq gətirmək üçün "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən hazırlanmış xx.xx.2018-ci il tarixli rəyi və 4 ədəd xəritəni sübut olaraq məhkəməyə təqdim etmişdir. "xxxx" MMC-nin təqdim etdiyi bu rəy və xəritələr əsasında sübut olunmuşdur ki, "xxxx" MMC tərəfindən tərtib edilmiş xəritələr sürüşdürülmüş və bu sürüşdürülmüş xəritələrə əsasən verilmiş rəy obyektiv həqiqəti əks etdirmir və üçüncü şəxsin mülkiyyətində olan torpaq sahələri bu 15 ha torpaq sahəsi ilə üst-üstə düşmür. İşdə olan iki mütəxəssis rəyinin arasında olan ziddiyyəti aradan qaldırmaq məqsədilə üçüncü şəxs iş üzrə məhkəmə torpaqşünaslıq ekspertizasının təyin edilməsinə dair vəsatət vermiş, lakin məhkəmə əsassız olaraq bu vəsatəti rədd etmişdir. Bu məqsədlə həmçinin mübahisələndirilən torpaq sahələrinə yerli baxışın keçirməsinə dair vəsatət verilmiş, lakin bu vəsatət də rədd edilmişdir. "xxxx" MMC-nin verdiyi rəy və xəritələr işin obyektiv hallarına zidd olduğuna görə üçüncü şəxs bu MMC tərəfindən verilmiş sübutların (rəy və xəritələrin) saxta hesab edilməsinə dair ərizə vermiş, lakin məhkəmə əsassız olaraq bu ərizəni də rədd etmiş və sonradan məhz bu MMC nin təqdim etdiyi rəyi sübut kimi qəbul etmişdir. Belə olan halda "xxxx" MMC-dən aldığı sürüşdürülmüş xəritələri və buna əsasən verilmiş rəyi sübutlar içərisindən çıxarmayan və ya bu sübutun saxtalığını yoxlamaq üçün ekspertiza təyin etməyən və sonradan məhz bu rəyi və xəritələri qərarının əsasına qoymuş hakim sübutların saxtalığına, işin obyektiv araşdırmasına, sübutların mümkünlüyünə və sübutların qiymətləndirilməsinə dair prosessual-hüquq normalarını kobud şəkildə pozmuşdur. Obyektiv halları təsdiq edəcək zəruri sübutların əldə edilməsinə dair cavabdehin və üçüncü şəxsin bütün vəsatətlərini və ərizələrini əsassız olaraq rədd edən və etirazlarını nəzərə almayan hakim bu işə obyektiv baxa bilməzdi. İşə baxan hakimin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin sədrinin və bu məhkəmənin digər hakimlərinin tam analoji işlər üzrə eyni iddiaçının oxşar iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul etmələrini və bu qərarlarının əsasına məhz "xxxx" MMC-dən alınan sürüşdürülmüş xəritələri və buna əsasən verilmiş rəyin qoyulduğu diqqətdən yayınmamışdır. Məhz buna görə də "xxxx" MMC-dən alınan sürüşdürülmüş xəritələri yə buna əsasən verilmiş rəy işə baxan hakim üçün qabaqdacan müəyyən edilmiş qüvvəyə malik olmuşdur. Məhz buna görə də "xxxx" MMC-nin verdiyi rəyin saxtalığını sübut edən "xxxx" MMC-nin rəyi və koordinatları məhkəmə qərarında öz əksini tapmamş və məhkəmə bu mütəxəssis rəyinə hüquqi qiymət verməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

24. Apellyasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

25. Üçüncü şəxsin vəkili və nümayəndəsi apellyasiya şikayətini müdafiə edib, ona uyğun izahat vermişdir.

26. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçı, cavabdeh və digər üçüncü şəxs (onların nümayəndələri) məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) 62.3-cü maddəsinə əsasən işə onların iştirakı olmadan baxılıb, iş üzrə qərar qəbul edilməsi mümkün hesab edilmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

27. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanunu: Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər; Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir; Maddə 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır.

29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 12.4. Kənd təsərrüfatı yerləri (uqodiyaları) xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda həmin Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

30. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” xx.xx.2000-ci il tarixli 291 nömrəli Fərmanı: - 1. Müəyyən edilsin ki: Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 6-cı maddəsinin altıncı və on ikinci abzaslarında, 12-ci maddəsinin 4-cü bəndində, 16-cı maddəsinin 1-ci bəndində, 23cü maddəsinin 5-ci bəndində, 24-cü maddəsinin 1-ci bəndində, 38-ci maddəsinin beşinci abzasında (abzasda sadalanan sənədlərin təsdiq edilməsi hissəsində), 75-ci maddəsində (dövlət ehtiyacları üçün torpaq sahəsi üzərində mülkiyyət və icarə hüququna xitam verilməsi hissəsində), 96-cı maddəsinin 8-ci bəndində, 99-cu maddəsinin 4-cü bəndində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;.

31. İPM: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); Maddə 36.1. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər; Maddə 36.2. Müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər; Maddə 36.3. Müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər; Maddə 36.4. Hüquq münasibətlərinin müəyyən edilməsinə dair iddia, digər iddia növlərinə münasibətdə subsidiar xarakter daşıyır; Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər; Maddə 96.11. Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir; Maddə 110.1. Prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

32. Apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinin qərarının ləğvi tələb edildiyindən, məhkəmə aktı tam yoxlanılır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

33. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri).

34. Şikayət mahiyyətcə əsaslıdır.

35. Məhkəmə kollegiyası ilk öncə apellyasiya şikayətinin iddianın mümkün sayılmamalı olması ilə bağlı qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

36. Bundan sonra, İPM-də müəyyən etmə və ya tanınma haqqında iddianın üç növü təsbit edilmişdir: 1. hüquq münasibətinin mövcud olub-olmamasının müəyyən olunması (İPM-in 36.1-ci maddəsinin birinci yarımcümləsi); 2. inzibati aktın etibarsızlığının tanınması (İPM-in 36.1-ci maddəsinin ikinci yarımcümləsi); 3. artıq icra olunmuş inzibati aktın qanunsuzluğunun müəyyən olunması (İPM-in 36.2-ci maddəsi). Müəyyən etmə və ya tanınma haqqında iddia tələb hüququnun birbaşa həyata keçirilməsinə və ya inzibati hərəkətdən qorunmağa xidmət etmir. Əksinə, bu cür iddia qaldırıldıqda, ön planda hüquqi vəziyyətin aydınlaşdırılması məqsədi ilə hüquq münasibətinin müəyyən edilməsi yaxud hüquqi statusun tanınması durur. İddiaçının müəyyən etmə haqqında iddia vasitəsilə əsas iddia icraatı üzrə icra oluna bilən icra sənədinə nail olması mümkün olmadığından (sırf müəyyən etmənin icrası mümkün deyil), bu iddia növü hər hansı bir hərəkətin edilməsi və hər hansı bir vəziyyətin dəyişdirilməsi predmetinə malik olan iddialara münasibətdə ikinci dərəcəli əhəmiyyətə malikdir. Başqa sözlə, müəyyən etmə haqqında iddia, hüquqi təminata münasibətdə cəmləşdirici funksiyanı yerinə yetirir (İPM-36.4). Əgər şəxs ona icrası mümkün hüquqi nəticələr verən başqa, daha təsirli iddia növü seçmək iqtidarındadırsa, onda müəyyən etmə haqqında iddia subsidiar xarakter daşıyacaq və bununla da mümkün sayılmayacaqdır. Subsidiarlığın mahiyyəti ondan ibarətdir ki, iddiaçı müəyyən etmə haqqında iddianı seçməklə başqa iddia növlərinin işin mahiyyəti üzrə qərar çıxarılması üçün zəruri olan xüsusi mümkünlük şərtlərindən yan keçmək və ya növbəti proseslərin yaranmasına səbəb olmaq imkanına malik olmasın. İnzibati aktın etibarsızlığının tanınması haqqında iddia hüquq münasibəti baxımından müəyyən etmə haqqında iddianın xüsusi halı olduğundan, müəyyən etmə haqqında iddia növünə aid tələblər bu iddia növü üçün də eynilik təşkil edir. Bu baxımdan, inzibati mühakimə icraatı qaydasında baxılan inzibati aktın etibarsızlığının tanınması haqqında iddianın mümkün sayılması üçün: 1. mübahisə inzibati məhkəmələrin səlahiyyətinə aid olmalı; 2. iddiaçının inzibati aktın etibarsızlığının tanınması ilə bağlı kifayət qədər marağı olmalı; 3. iddiaçının bu marağı inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması ilə bağlı olmalı; 4. iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli olmalı; 5. iddiaçının hüquqlarının pozulması əsaslandırılmalıdır. İddianın mümkünlük şərtlərinin yerinə yetirilməsi ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Sözügedən iddianın sadalanan beş mümkünlük şərtlərinin təhlilindən irəli gələn nəticəyə görə, qanunverici digər ümumi mümkünlük şərtləri ilə yanaşı inzibati aktın etibarsızlığının tanınması haqqında iddiaya iki xüsusi mümkünlük şərti müəyyən etmişdir:

1. iddiaçının kifayət qədər marağının olması; 2. inzibati aktın etibarsızlığının qısa müddətdə tanınması. Ümumi mümkünlük şərtlərinə əlavə olaraq hər iki imperativ xüsusi şərt birlikdə mövcud olduğu halda bu növ iddia mümkün sayıla bilər. Nəzərə alınmalıdır ki, maraq intensiv olmalı, iddiaçı iddia ilə geniş mənada mənfəət (hüquqi, iqtisadi və ya ideya xarakterli) güdməli, iddianın mahiyyəti üzrə təmin edilməsi iddiaçı üçün maddi və ya qeyrimaddi nəticə yaratmalıdır. Əgər iddiaçı heç bir nəticə əldə etmək məqsədi olmadan iddia qaldırırsa, bu iddia hüquqi müdafiəyə ehtiyac olmadığı üçün yolverilməzdir (mümkün deyildir). İddiaçının marağı məhkəmə qərarı qəbul edilən anda da onun üçün əhəmiyyətli olmalıdır. Keçmişdə mövcud olmuş və məhkəmə qərarı qəbul edilən anda heç bir əhəmiyyət daşımayan maraq əsaslandırılmış maraq kimi qəbul edilə bilməz. Subyektiv hüququn pozulması haqqında şərt də məhz bunda ehtiva olunur.

39. İşdən görünür ki, iddiaçı cavabdeh tərəfindən tərtib olunmuş torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsini tələb edir.

40. İddia tələbinin əsasını üçüncü şəxs N.Abbasbəyli və ona məxsus torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş B.Yusubov və L.Əliyevaya verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının iddiaçıya məxsus 15 ha torpaq sahəsinin ərazisinə düşməsi faktı təşkil edir.

41. Baxmayaraq ki, iddia tələbinin əsasını qeyd olunan fakt təşkil edir, iddiaçı ona məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin döngə nöqtələrinin koordinatlarını təqdim etməmişdir. Odur ki, işə məhkəmədə baxılarkən bu yöndə araşdırma aparılmışdır. İş materiallarında iddiaçıya məxsus torpaq sahəsinin yerləşdiyi ərazinin döngə koordinatlarını ehtiva edən iki mütəxəssis rəyi mövcud olsa da, "xxxx" MMC və "xxxx" MMC tərəfindən verilmiş həmin rəylər arasında ziddiyyətlər mövcuddur. Hər iki rəydə sözügedən ərazinin döngə nöqtələrinin koordinatlarının fərqli olması görünsə də, birinci instansiya məhkəməsi bu nüansı araşdırmadan qərar qəbul edilmişdir.

42. Ali Məhkəmənin iş üzrə qərarının başlıca göstərişi də bu məsələnin araşdırılması ilə bağlı olmuşdur.

43. Ali Məhkəmənin qərarının göstərişlərinin icrası ilə əlaqədar məhkəmə kollegiyası tərəfindən N.Abbasbəyliyə və həmin torpaq sahələrinin əvvəlki mülkiyyətçiləri olmuş B.Yusubova və L.Əliyevaya verilmiş torpaq sahələrinin planı və ölçülərində göstərilən əsas döngə nöqtələrinin koordinatlarının “Azərbaycan” Nəşriyyatının yardımçı təsərrüfatının yerləşdiyi 15 ha ölçüdə torpaq sahəsinin ərazisinə düşüb-düşməməsini aydınlaşdırmaq məqsədilə iş üzrə məhkəmə-mühəndislik ekspertizası təyin edilmişdir.

44. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kollegiyasının mötəbər sübut kimi qəbul etdiyi xx.xx.2021-ci il tarixli ekspert rəyində mübahisəli 15 ha torpaq sahəsinin coğrafi yerləşməsinin müəyyənləşdirilməsi mümkün olmadığından və dövlət aktının koordinatlarının təqdim edilməməsi səbəbindən həmin sahənin üçüncü şəxsə verilmiş plan-ölçü sənədindəki torpaq sahəsi ilə üst-üstə düşüb-düşməməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir.

45. Bundan əlavə, həmin rəylə N.Abbasbəyliyə məxsus torpaq sahələrinin koordinatları ilə həmin orpaq sahələrinin planı və ölçülərində göstərilən koordinatların üstüstə düşdüyü müəyyən edilmişdir.

46. Həmçinin, iddiaçıya ayrılmış torpaq sahəsi kənd təsərrüfat təyinatlı torpaq sahəsi olduğu halda, N.Abbasbəyliyə ayrılmış torpaq sahələri fərdi yaşayış evlərinin tikilməsi üçün ayrılmışdı. Əgər iddiaçı ona ayrılmış torpaq sahəsinin sonradan üçüncü şəxsə verildiyini irəli sürürsə, o halda keçən müddət ərzində ona ayrılmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi məqsədilə verilməsi üçün torpağın kateqoriyası dəyişdirilmiş olmalı idi. Lakin məhkəmə araşdırmaları zamanı N.Abbasbəylinin mülkiyyətinə verilmiş torpaq sahələrinin bir kateqoriyadan digərinə keçirilməsi barədə Nazirlər Kabinetinin qərarının olduğu aşkar edilməmişdir.

47. Beləliklə də, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, üçüncü şəxsə verilmiş torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübut olunmur.

48. Birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normaları pozulduğu, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmədiyi üçün, apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia rədd edilməli, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat iddiaçıdan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.

49. Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3195/2018 nömrəli iş üzrə 16 noyabr 2018-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı “Azərbaycan” Nəşriyyatının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı ərazi idarəsinə qarşı torpaq sahələrinin planı və ölçülərinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməsin. Üçüncü şəxs X3 apellyasiya şikayəti təmin edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat iddiaçı “Azərbaycan” Nəşriyyatından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar