Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2600/2023 26.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi qarşı iş üzrə QƏRARİ İş № 2-1(103)-2600/2023 (Açar sözlər: “Bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi”) Bakı şəhəri 26 sentyabr 2023-cü il Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X4 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 26 sentyabr 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli **********36 nömrəli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişinə əsasən, qeyd olunan bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir. Belə ki, göstərilən ərazidə sxematik xəritəyə əsasən bağ nömrəsi yoxdur və ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyata alınmamışdır. Həmçinin göstərilən əraziyə digər şəxlərin müraciətləri olmuşdur. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların qeydiyyatından imtina edilmişdir.
2. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatının xx.xx.2015-ci il tarixli M-320-112 nömrəli arxiv arayışında qeyd olunmuşdur: Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamından çıxarış; Bağ sahələrinin ayrılması, ada keçirilməsi, bölünməsinə dair Bakı şəhər Soveti İcraiyyə Komiləsinin 14 iyun 1988-ci il 6/333 №-li və Azərbaycan SSR Nazirlər Kabinetinin 2 iyun 1988-ci il 195 №li Qətnaməsinə əsasən: 4. Kürdəxanı ərazisindəki yeni yaranmış 245 №-li Bağ tikinti kooperativinin tərkibi təsdiq edilsin. Əlavə 1; Kürdəxanı ərazisindəki 245 №-li Bağtikinti kooperativinin siyahısı. 4.25. İddiaçı- SP-14141.; Bakı şəhər İcra Hakimiyyətinin Başçısının birinci müavini H.S.Fətəliyev; Əsas: Fond-478, siyahı-1.saxlama vahidi- 130.
3. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və X8 bağlar sahəsindəki 245 nömrəli kooperativin 25 nömrəli orderinə əsasən, iddiaçıya Bakı şəhəri İK-nın xx.xx.1993-cü il tarixli, 531 nömrəli qərarı əsasında Ləhiş bağlar sahəsində 245 nömrəli BTK nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmışdır.
4. Kürdəxanı ərazisində 245 nömrəli Bağ-tikinti kooperativinin yaradılması haqqında siyahısına əsasən İddiaçı adı 25-ci sırada olmaqla ona 682 saylı bağ sahəsinin verilməsi göstərilmişdir.
5. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd olunmuşdur ki, sahə yeni çəkilən yolun kənarında yerləşir. Vətəndaş əvvəlcə 682 saylı bağ kimi başqa ərazi göstərmişdir. (408760 :4491098). Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 682 nömrəsi nə Pirşağı, nə də Ləhiş bağ masivinin sxematik xərtisəinə uyğun gəlmir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır.
6. Cavabdeh xx.xx.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin üç tərəfi hasar, bir tərəfi isə mişar daşı düzülərək sərhədlənmişdir, tikili mövcud deyil. Sahə yeni çəkilən yolun kənarında yerləşir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir (Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır).
7. Cavabdeh xx.xx.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağ massivi “682” saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Həmin bağ sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında, dövlət mülkiyyəti torpağıdır.
8. Cavabdeh xx.xx.2022-ci il tarixdə məktubu ilə bildirmişdir ki, Ləhiş bağ massivi 682 saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Qeyd olunan ərazi **********58 reyestr nömrəsi ilə digər fiziki şəxsin adına qeydiyyata alınmışdır. Məhkəmənin sorğusuna əsasən, cavabdeh BTK nəzdində yerləşən müvfiq torpaq sahələrinin X6, X9 və X3 məxsus olmasına dair hüquqmüəyyənedici sənədlərin təsdiq olunmuş surətlərini məhkəməyə təqdim etmişdir.
9. Ekspert “tədqiqat obyektinə dair əlavə materialların təqdim edilməsi barədə” vəsatət ilə məhkəməyə müraciət edərək, Əmlak Məsələləri Dövlət Xidməti (Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC) tərəfindən tərtib edilmiş mütəxəssis rəyi, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxemin, baza məlumatların təqdim olunmasını xahiş etmişdir.
10. Məhkəmə tərəfindən ekspertin vəsatətində göstərilən sənədlərin təqdim edilməsi cavabdehdən tələb olunmuş, lakin cavabdeh onda olan sənədlərin təqdim edilməsindən imtina etmiş, tədqiqat obyektinə baxış keçirilməsi və rəy verilməsi üçün X5 müraciət etmək məqsədəmüvafiq olması barədə bildirmişdir.
11. Cavabdeh tərəfindən “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildirişdə” imtinanın əsası kimi göstərilmiş halları sübut edən sənədlər, o cümlədən mütəxəssis rəyi, mübahisəli torpaq sahəsinin sənəd üzrə və faktiki naturada yerləşmə vəziyyətini göstərən sxem, baza məlumatları məhkəməyə təqdim edilmədiyindən, ekspert məhkəmə ekspertizanın aparılmasından imtina etmişdir.
12. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli mütəxəssis rəyində müəyyən olunmuşdur ki, göstərilən torpaq sahəsi faktiki olaraq 1648,0 kv.m təşkil edir. Torpaq sahəsinin sərhədlərinin 3 (üç) tərəfi hasar, 1 (bir) tərəfi isə şərtidir (üzərində tikili yoxdur). İddia olunan faktiki torpaq sahəsi Sabunçu rayonu, Kürdəxanı qəsəbəsinin ərazisində yerləşir. Bağların bölgüsünə dair sxematik xəritəsində bu hissədə bağ nömrəsi qeyd olunmayıb. Bundan əlavə olaraq 245 saylı BTK-nın sxemi (bölgüsü) arxiv əsaslarında olmadığı üçün bu barədə əlavə məlumatın verilməsi mümkün olmamışdır. Qərarda qeyd olunan X6 məxsus torpaq sahəsi isə iddia olunan sahədən kənarda, tam fərqli ərazidə yerləşir. Belə ki, iddiaçı əvvəlki müraciəti zamanı digər torpaq sahəsini göstərmişdir.
13. Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyi tərəfindən verilən 25 nömrəli order və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamı və qərarı əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
14. Həmçinin, İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, il tarixli 531 saylı Qərar) 4468V saylı bağ sahəsinə dair məlumat verilməsi barədə idarəyə sorğusu qeydə alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraatİ
15. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
16. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamı ilə və Bakı şəhəri X1 və İstismarı Birliyinin xx.xx.2005-ci il tarixli, 25 saylı orderi ilə ona Sabunçu rayonu, Ləhiş- Pirşağı bağ massivində, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsi ayrılmışdır. Artıq uzun illərdir ki, həmin torpaq sahəsinə sahiblik edir, oradan fasiləsiz olaraq istifadə edir. Hal-hazırda o, qanuni istifadəsində olan torpaq sahəsinə çıxarış almaq istəyir. Bununla bağlı cavabdeh idarəyə ərizə ilə müraciət etmiş, oradan imtina edilmiş və bildirilmişdir ki, bağ sahəsi sxematik xəritəyə uyğunsuzluq təşkil edir, sxematik xəritəyə əsasən bağın nömrəsi yoxdur, ətraf ərazilərdə bağ sahələri daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır, həmçinin göstərilən əraziyə digər şəxslərin müraciətləri olmuşdur. İddiaçı cavabdehin imtinası ilə razı deyil, çünki, bağ sahəsinin daş hasarı, dəmir darvazası var, koordinatları da bəllidir, bağ sahəsində ağaclar əkmişdir. Bağ sahəsinin sxematik xəritəyə uyğun olmaması, sxematik xəritədə bağın nömrəsinin olmaması, ətraf bağ sahələrinin dövlət reyestrindən qeydiyyata alınmaması onun günahı deyildir. İddiaçının bağ sahəsinə dair qanuni sənədləri vardır, cavabdeh də həmin qanuni sənədlərə əsasən bağ sahəsini sxematik xəritəyə uyğunlaşdırmalı, bağ sahəsinə yeni ünvan verməlidir. Həmin əraziyə digər şəxslərin müraciət etməsi onun qanuni torpaq sahəsinə çıxarış verilməməsinə əsas ola bilməz. Ona görə də, o, məhkəməyə müraciət etməyi qərara almışdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
17. İddiaçı Ləhiş bağlar sahəsindəki 245 nömrəli bağ tikinti kooperativinin üzvüdür, bu barədə adının 25-ci sırada qeyd olunmasına dair Ləhiş 245 №-li bağ-tikinti kooperativi üzvlərinin siyahısı mövcuddur, iddiaçıya həmin kooperativin nəzdində 0.12 ha torpaq sahəsi olan 682 nömrəli bağ sahəsi ayrılmışdır və iddiaçıya bu barədə 25 nömrəli order verilmişdir. İddiaçı həmin orderi cavabdehə təqdim edərək həmin bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etsə də müraciəti təmin edilməmişdir, cavabdeh hazırda imtinanın əsası kimi elektron kadastr məlumatlarına əsasən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etdiyini, qeyd olunan ərazinin digər fiziki şəxsin adına qeydiyyata alındığını göstərir.
18. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş-Pirşağı bağ massivində yerləşən, 245 saylı BTK nəzdində 0,12 ha torpaq sahəsindən ibarət olan 682 saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.
19. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin imtinasında istinad etdiyi uyğunsuzluğun konkret nədən ibarət olmasını nə məhkəmə sorğusuna cavablarında, nə də imtina məktubunda göstərməmişdir.Həmçinin, mübahisəli bağın nömrəsinin sxematik xəritəyə uyğunlaşdırılması cavabdehin vəzifəsidir.
20. Məhkəmənin qərardadı əsasında cavabdeh idarənin təqdim etdiyi mütəxəssis rəyindən aydın olmuşdur ki, X6 məxsus torpaq sahəsi iddia olunan sahədən kənarda, tamamilə başqa ərazidə yerləşir, cavabdeh bağ sahəsinin mübahisəli olmasını göstərməsinə baxmayaraq, belə bir mübahisəin həqiqətən də mövcud olmasına dair məhkəməyə heç bir sənəd təqdim etməmişdir. Odur ki, məhkəmə cavabdehin imtinasının dəlillərini tamamilə əsassız hesab edir.
21. Cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası ilə bağlı hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olmamışdır, cavabdeh iddiaçının xeyrinə olan halları araşdırmaqdan və nəzərə almaqdan imtina etmişdir.
22. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə, 60-cı maddəsinin İ hissəsinə, İİ hissəsinə, İİİ hissəsinə, İV hissəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1-ci maddəsinə , 139-1.1.7. maddəsinə, Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə, .8.0.7.-ci maddəsinə, 15.1-ci, 15.1.1.-ci, 15.1.2.-ci, 15.1.3.-ci, 15.1.4.-ci, 15.1.5.-ci, 15.1.6.-ci maddəsinə «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə, 10-cu maddəsinə, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə, 2.0.6-cı maddəsinə, 15.1-ci maddəsinə, 15.2-ci maddəsinə, 19.1-ci maddəsinə, 19.2-ci maddəsinə, 24.2-ci maddəsinə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 3.1-ci bəndinə, 3.1.2.-ci, 3.1.16.-ci, 3.1.22-ci bəndinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə istinad etmişdir.
b)Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
23. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-97/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarın ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, aparılan araşdırma zamanı məlum olmuşdur ki, qeyd olunan bağ sahəsi bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, sxematik xəritəyə əsasən göstərilən ərazidə bağ nömrəsi yoxdur və ətraf ərazilərdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Həmçinin digər fiziki şəxsin (X7) müraciətləri olmuşdur. Qeyd olunanlarla yanaşı İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, il tarixli 531 saylı Qərar) 4468V saylı bağ sahəsinə dair məlumat verilməsi barədə idarəyə sorğusu qeydə alınmışdır.Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd olunan halları nəzərə almamış, əsassız olaraq iddia tələbini təmin etmişdir. Bu səbəbdən də, həmin Məhkəmə tərəfindən qəbul olunmuş 23 fevral 2023-cü il tarixli, 2-1(112)-97/2023 tarixli qərarı ləğv olunmalı, iddiaçının iddia tələbinin təmin olunmaması barədə yeni qərar qəbul olunmalıdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.
e) Prosses iştirakçılarının izahatları
26. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.
27. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.Məhkəmə Kollegiyasının verdiyi suallara cavabında İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 4468V saylı bağ sahəsinə dair cavabdehə müraciət etdiyi halda, hazırda isə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsinə iddia etməklə qeyd edilən sənədlərlə bağlı ziddiyyətlə əlaqədar qeyd etmişdir ki, orderdə səhvlər olması iddiaçının təqsiri deyildir, iddiaçıda orderin surəti qalmışdır.Bu dəlillərlə bağlı birinci instansiya məhkəməsində cavabdeh heç bir etiraz irəli sürməmişdir. Tətbiq edilən hüquq
28. Azərbaycan Respublikası Konstitusiyasının: - 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. - 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir .......
29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun - 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:.. - 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;.. - 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edə bilər: - 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; - 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; - 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; - 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; - 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; - 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
30. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun - 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir, - 10-cu maddəsinə əsasən isə həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir...Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaq ayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir.
31. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun - 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
32. Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin - 3.1-ci bəndində göstərilmişdir: “Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: - 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; - 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; - 3.1.22. daşınmaz əmlakla bağlı inventarlaşdırma işləri və texniki sənədlərin tərtibi, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı və daşınmaz əmlakın kadastr məqsədləri üçün mərzçəkmə işlərini özəl hüquqi və fiziki şəxslərin həyata keçirməsini təşkil etmək və “Uyğunluğun qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq akkreditə olunmuş qurum qismində bu fəaliyyəti həyata keçirən özəl hüquqi və fiziki şəxslərin (kadastr mühəndislərinin) uyğunluğunun qiymətləndirilməsini həyata keçirmək;...”
33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1-ci məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
34. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
35. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
37. İddianın mahiyyəti və apellyasiya şikayətinin dəlilləri ilə bağlı isə məhkəmə Kollegiyası aşağıdakıları qeyd edir:
38. İddiaçı iddia edir ki, Bakı şəhər İcra Hakimiyyəti Aparatının X1 və İstismarı Birliyi tərəfindən verilən 25 nömrəli order və Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 531 saylı sərəncamı və qərarı əsasında, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsi İddiaçı istifadəsinə verilmişdir.
39. İddiaçı yuxarıda qeyd edilən hüquqverici sənədlərə istinad edərək Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, onun müraciəti təmin edilməmişdir. Odur ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
40. Lakin həmçinin məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 4468V saylı bağ sahəsinə dair cavabdehə müraciət edilmişdir, hazırda isə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsinə iddia edir.
41. Göstərilənlərlə bağlı apellyasiya baxışı zamanı iddiaçının vəkili (nümayəndəsi) həm Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 4468V saylı bağ sahəsinə, həm də eyni ünvanda Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsinə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderin (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) mövcud olmasının səbəbini hüquqi cəhətdən izah edə bilməmişdir.Beləliklə, qeyd edilən ziddiyyətlərin aradan qaldırılması mümkün olmamış və bununla da iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi hüquqi sənədlər təqdim edilməmişdir.
42. Bundan başqa Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2021-ci il tarixli müayinə aktında qeyd olunmuşdur ki, sahə yeni çəkilən yolun kənarında yerləşir. Vətəndaş əvvəlcə 682 saylı bağ kimi başqa ərazi göstərmişdir. (408760 :4491098). Bağ sahəsinin nömrəsi sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. 682 nömrəsi nə Pirşağı, nə də Ləhiş bağ masivinin sxematik xərtisəinə uyğun gəlmir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır.
43. Cavabdeh xx.xx.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, bağ sahəsinin üç tərəfi hasar, bir tərəfi isə mişar daşı düzülərək sərhədlənmişdir, tikili mövcud deyil. Sahə yeni çəkilən yolun kənarında yerləşir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə bağların bölgüsünə dair sxematik xəritəsi ilə uyğunsuzluq təşkil edir.İddia olunan sahə Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır.
44. Cavabdeh xx.xx.2021-ci il tarixdə məktubu ilə bildirmişdir ki, tədqiqat obyektinə mütəxəssislər tərəfindən texniki baxış keçirilmişdir. Elektron kadastr baza məlumatlarına əsasən Ləhiş bağ massivi “682” saylı bağın göstərilən əraziyə aidiyyəti yoxdur. Həmin bağ sahəsi Bilgəh-Kürdəxanı yolunun kənarında, dövlət mülkiyyəti torpağıdır.
45. Göründüyü kimi, iddiaçı Ləhiş bağ massivi “682” saylı bağ kimi iddia etdiyi torpaq sahəsi faktiki Ləhiş 682 saylı bağa aidiyyəti olmayan dövlət mülkiyyəti torpağıdır, Bilgəh-Kürdəxanı yolunun kənarında yerləşir. Yolun mühafizə zolağı ilə bağlı məktub təqdim olunmamışdır.
46. Beləliklə, İddiaçı etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən xx.xx.2020-ci il tarixdə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 4468V saylı bağ sahəsinə dair cavabdehə müraciət etdiyi halda, hazırda isə eyni ВТК (245 saylı) nəzdində eyni nömrəli (25) orderlə (Bakı şəhər İcra Hakimiyyətinin eyni sərəncamı xx.xx.1993-cü il tarixli, 531 saylı Qərar) Ləhiş-Pirşağı bağ massivi ünvanında yerləşən, 0.12 ha torpaq sahəsindən ibarət 682 nömrəli bağ sahəsinə iddia etməklə qeyd edilən sənədlər ziddiyyət təşkil etmiş, həmçinin ziddiyyətlərin aradan qaldırılması mümkün olmamış və bununla da iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi hüquqi sənədlər təqdim edilməmişdir.
47. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası qeyd edir ki, iddia olunan torpaq sahəsinin hüquqi qeydiyyata alınması üçün qanunvericiliyin tələb etdiyi ziddiyyət təşkil etməyən hüquqi sənədlər təqdim olunmaması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina üçün əsasdır.
48. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarı ləğv edilməli, iddia rədd edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-97/2023 saylı, 23 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.