Məhkəmə qərarları › İş №2-1(103)-2601/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2601/2022

20.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2601/2022 20.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məmmədov Vidadi Məmməd oğlu (sədrlik edən və məruzəçi), Qurbanov Raqib Əliddin oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, İddiaçı, iddiaçının vəkili X4, cavabdeh Bakı Şəhəri Cavabdeh nümayəndəsi X1 iştirakı ilə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin qoyulması tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5946/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qərarından iddiaçının apellyasiyasına əsasən inzibati işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 1155 saylı sərəncamında göstərilmiş məlumatların, yəni sərəncamın xx.xx.1998-ci il, orada X9 barədə məlumat uyğunluğunun müəyyən edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərarla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçının qardaşına torpaq sahəsi verilməsi barədə qərarın düzgün, tam şəkildə tərtib edilməməsi səbəbləri araşdırılmamışdır. Cavabdehin, habelə Milli Arxiv Fondunun Bakı filialının göndərdiyi mövcud sənədlərə istinad edilmişdir. Halbuki, iddia tələbi də məhz yol verilmiş bu nöqsanların məhkəmə vasitəsilə aradan qaldırılmasına yönəlmişdir. İddiaçının təqdim etdiyi sənədin əsli olduğu halda onun qərarların qeydiyyatı jurnalında məmur səhlənkarlığı üzündən yazılmaması və ya düzgün yazılmamasının günahını (səbəbini) aydınlaşdırmaq bilavasitə məhkəmənin üzərinə düşür. İşə apellyasiya qaydasında baxılarkən iddiaçı və onun vəkili şikayəti müdafiə edərək, ona uyğun izahat vermiş, cavabdehin nümayəndəsi şikayəti qəbul etməyib, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 82-ci maddəsinin tələblərinə müvafiq qaydada iş materialları ilə birlikdə araşdıraraq, aşağıdakıları qeyd edir. Şikayət mümkündür. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-in 85.1-ci maddəsi), formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət mahiyyətinə gəldikdə, ilk olaraq, birinci instansiya məhkəməsinin qərarının əsaslarına görə: “İddiaçının İE 826923 nömrəli doğum haqqında şəhadətnaməsindən görünür ki, İddiaçı Az-İİ 101323 saylı şəhadətnaməyə görə xx.xx.2020-ci il tarixdə ölmüş X5 qardaşıdır. Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamının surətində göstərilmişdir ki, “Qaradağ rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli 19/368 saylı qərarına əsasən Lökbatan qəsəbəsi Bünyadzadə küçəsi, yataqxana №5, mənzil 8-də yaşayan X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv, sahə 28-də ayrılmış 600 kv.m torpaq sahəsi etibarsız hesab edilsin. Bu torpaq sahəsi Bakı şəhər Alatava-2 yataqxanada yaşayan X7 verilsin...” Qaradağ rayon XDS İK-nin xx.xx.1998-ci il tarixli 19/368 saylı sərəncamından çıxarışın surətində göstərilmişdir ki, fərdi yaşayış evin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6cı massiv ünvanında yerləşən 28 nömrəli, ümumi sahəsi 600 kv.m. ibarət torpaq sahəsi vətəndaş X8 ayrılsın. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 09 iyul 2021-ci il tarixli, BA- 030452021 nömrəli məktubu ilə bildirilmişdir ki, keçmiş Qaradağ rayon XDS İK-nin (indiki Qaradağ rayon İH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 19/368 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin qərarın ona nə dərəcədə aid olması barədə heç bir rəsmi sənəd əlavə etmədiyindən və “informasiya əldə etmək haqqında" Azərbaycan Respublikası Qanununun 21.1.1-ci maddəsinin tələblərini nəzərə alaraq (sorğuçunun bu informasiyanı əldə etməyə səlahiyyəti çatmadıqda) həmin sərəncamın ona təqdim edilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış 09 iyul 2021-ci il tarixli, BA- 030822021 nömrəli məktubu ilə bildirilmişdir ki, Qaradağ rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vət. X9 barəsində heç bir məlumat yoxdur. Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 29 mart 2021-ci il tarixli, 533 nömrəli məktubu ilə bildirilmişdir ki, xx.xx.1947-ci il tarixdə anadan olmuş xx.xx.2020-ci il tarixdə ölmüş mərhum X3 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı 2020-ci ildə onun vərəsələrindən İddiaçı, X12 Bakı şəhər 8 saylı notariat ofisinə müraciət etmiş və 95/2020 nömrəli vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01072-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Odur ki, həmin sərəncamın təsdiq edilmiş ksero surəti və keçmiş Qaradağ Rayon XDS İK-nin (indiki Qaradağ Rayon İH) xx.xx.1988-ci il tarixli, 19/368 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışı 2 (iki) vərəqdən ibarət məlumat üçün göndərilmişdir. Qeyd edilən sərəncamda (qərarda) vət. X9 barəsində heç bir məlumat yoxdur. Həmin məktuba qoşma olaraq göndərilmiş: Bakı şəhəri Cavabdeh Başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamından görünür ki, Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrılmışdır. Qaradağ Rayon XDS İK-nin xx.xx.1988-ci il tarixli, 19/368 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışından görünür ki, fərdi yaşayış evin tikilməsi üçün Lökbatan qəsəbəsi, 6-cı massiv ünvanında yerləşən _ nömrəli, ümumi sahəsi _ ibarət torpaq sahəsi vətəndaş X8 ayrılmışdır. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış BA-01072-2022 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Odur ki, həmin sərəncamın və Qaradağ rayon İH-nin 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr tarixlərinə dair qeydlərin təsdiq edilmiş ksero surətləri 17 (on yeddi) vərəqdən ibarət məlumat üçün Sizə göndərilir. Digər tərəfdən Məhkəmənin nəzərinə çatdırılmışdır ki, qeyd edilən sərəncamlarda vətəndaş X9 barəsində heç bir məlumat yoxdur. ... İşin araşdırılan faktiki hallarından məlum olur ki, iddiaçı Cavabdeh başçısının 19 oktyabr 1998-ci il tarixli 1155 nömrəli sərəncamı ilə Qaradağ rayon XDS İK-nin xx.xx.1988ci il tarixli 19/368 saylı qərarına əsasən Lökbatan qəsəbəsi Bünyadzadə küçəsi, yataqxana №5, mənzil 8-də yaşayan X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsi 6-cı massiv, sahə 28-də ayrılmış 600 kv.m torpaq sahəsinin etibarsız hesab edilərək Bakı şəhər Alatava-2 yataqxanada yaşamış mərhum qardaşı X7 ayrıldığını və qardaşının vərəsəsi kimi həmin torpaq sahəsinə mülkiyyət hüququnun qeydiyyata alınması niyyətində oldugundan, lakin onda yalnız həmin sərəncamın kserosurətinin qaldığına istinad edərək, cavabdehə müraciət edərək həmin sərəncamın əslinin ona verilməsini xahiş etmişdir. Cavabdeh isə mövcud qanunvericiliyə əsasən rayon icra hakimiyyətinin cari arxivində sərəncamların saxlanma müddəti 5 il təşkil etdiyini və saxlanma müddəti başa çatdığı üçün verilmiş sərəncamların və onların verilməsinə əsas olan sənədlərin Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyini bildirmişdir. Məhkəmənin sorgusu ilə Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə göndərilmiş Qaradağ Rayon İH-nin arxiv fondu üzrə 1998-ci il tarixli, 1155 saylı sərəncamının xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcud oldugu, qeyd edilən sərəncamda (qərarda) vət. X9 barəsində heç bir məlumatın olmadıgı, Bakı şəhəri Cavabdeh Başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrıldıgı, əlavə olaraq Qaradağ rayon İH-nin 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr tarixlərinə dair qeydlərin təsdiq edilmiş ksero surətləri 17 (on yeddi) vərəqdən ibarət göndərilərək həmin sərəncamlarda da vətəndaş X9 barəsində heç bir məlumatın olmadıgı müəyyən olunmuşdur. ... Beləliklə də məhkəmə hesab edir ki, cavabdeh orqanın hərəkətləri qanunvericliyin tələblərinə uyğun olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ Rayon İHnin 1998-ci il tarixli, 1155 saylı sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Bakı şəhəri Cavabdeh Başçısının 1155 nömrəli, 20 oktyabr 1998-ci il tarixli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi, 1-ci massiv, ev 53-də yaşayan X2 fərdi evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600, 0 kv.metr torpaq sahəsi ayrılmışdır. Həmin Sərəncam qanunvercilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialına təhvil verilmişdir. İddiaçının istinad etdiyi Qaradağ Rayon İHnin 1998-ci il tarixli, 1155 saylı xx.xx.1998-ci il tarixli sərəncamının mərhum qardaşına aid olması və iddia etdiyi kimi qardaşına torpaq sahəsinin ayrılması müəyyən edilməmişdir. İddiaçının sübut qismində təqdim etdiyi sərəncamın kserosurəti nəinki, mötəbər, ümumiyyətlə sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Yəni, iddiaçı ilk növbədə qanundan irəli gələn hüquq və mənafelərin mövcudluğunu, cavabdehin qərar, hərəkət və hərəkətsizliyinin isə onun həmin hüquq və mənafelərinə toxunduğunu sübut edə bilməmişdir.” İPM-in 87.8-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının faktiki və qanuni əsasları ilə razılaşdığı üçün onları təkrar sadalamır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə bildirir ki, dəlillər əsassızdır. Belə ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, Qaradağ RİH başçısının 1998-ci ildə imzalanan 1155 nömrəli sərəncamı xx.xx.1998-ci il tarixli deyil, xx.xx.1998-ci il tarixli olmaqla, Dövlət Arxivinin Bakı filialında mövcuddur. Həmin xx.xx.1998-ci il tarixli 1155 nömrəli “Fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında” sərəncamla Qobustan qəsəbəsi 1-ci massiv ev 53də yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Qobustan qəsəbəsindən 600 kv.m. torpaq sahəsi ayrılmış, sərəncam qanunvercilikdə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialına təhvil verilmişdir. Qaradağ RİH-in 1998-ci ilin sərəncamların qeydiyyatı kitabından sentyabr, oktyabr aylarına dair qeydlərdən də hər hansı sərəncamda X5 barəsində heç bir məlumatın olmadıgı müəyyən olunmuşdur. Bu mənada, məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının qardaşına torpaq sahəsi verilməsi barədə qərarın düzgün, tam şəkildə tərtib edilməməsi səbəblərinin araşdırılmaması barədə dəlili razılaşmır. Belə ki, “İnzibati icraat haqqında” AR Qanununun 19-cu maddəsinə əsasən, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır (19.1). Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür (19.2). İşdən müəyyən edilir ki, iddiaçının təqdim etdiyi mübahisəli sərəncamın həqiqətə uyğun olmadığı tam sübuta yetirilir, cavabdeh həmin sənədin mötəbər olmamasının müəyyən edilməsi üçün yetərli tədbirlər görmüşdür. Eyni qaydada şikayətin yol verilmiş nöqsanların məhkəmə vasitəsilə aradan qaldırılması və qərarların qeydiyyatı jurnalında məmur səhlənkarlığı üzündən yazılmaması və ya düzgün yazılmamasının səbəbini aydınlaşdırmağın məhkəmənin üzərinə düşməsinə dair dəlil də əsaslı deyil. Belə ki, qeyd olunduğu kimi, iddiaçının təqdim etdiyi sərəncamın mötəbər olmaması iş üzrə sübuta yetirilir. Odur ki, həmin sənədin məzmununun uyğunlaşdırılması ilə bağlı cavabdehin iddiaçı qarşısında hər hansı öhdəliyi də mövcud deyil. Beləliklə, məhkəmə kollegiyasının araşdırması ilə sabit olur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxilədən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə qoyulan tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-in 14.2-ci maddəsi), qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamaqla, iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd olunması ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır (İPM-in 87.6-cı maddəsi). Göstərilənlərə əsasən və İPM-in 68, 69, 87 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5946/2022 nömrəli iş üzrə 24 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətdə Bakı Apellyasiya Məhkəməsi (AZ1073 Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ1025 Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. HAKİMLƏR Vidadi Məmmədov Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar