Məhkəmə qərarları › İş №2-1(103)-2601/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2601/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2601/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və X7 ibarət tərkibdə, Şadiyev Namiq Ənvər oğlunun katibliyi, İddiaçı nümayəndəsi X16, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X13 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən, işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı xx.xx.2003-cü il tarixdə X12 və İstismarı Birliyi ilə bağladığı 31609 saylı müqaviləyə əsasən istifadəsində olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, sonuncu 1817 saylı bağ sahəsinin yerinin naturada dəqiqləşdirilməsinin mümkün olmaması, qeyd edilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, xx.xx.2003-cü il tarixli 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsinin həqiqiliyinin təsdiqlənməməsi, bağın ünvanında düzəliş olunması, icarə müqaviləsinin (keçmiş “X12 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

2. Bilgəh bağlar sahəsinin 38 nömrəli kooperativi tərəfindən verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, 144 nömrəli orderə əsasən, X14 Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli 544 saylı qərarı ilə Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində torpaq sahəsi 0,12 ha olan 1829 nömrəli bağ ayrılmışdır.

3. Bilgəh bağlar sahəsinin 38 nömrəli kooperativi tərəfindən verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, 144 nömrəli orderə əsasən, X14 Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli 544 saylı qərarı ilə Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində torpaq sahəsi 0,12 ha olan 1829/1817 nömrəli bağ ayrılmışdır.

4. X17, X25, Məmmədova (Heydərova) Aynur Tofiq qızı, X28 və X20 tərəfindən Bağlar İdarəsinə ünvanlanmış, notarial qaydada təsdiq olunan 24 mart 2003-cü il tarixli ərizəyə əsasən, onlar Bilgəh bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində olan 1829 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etmədiklərini bildirmişlər.

5. İddiaçı Bağlar İdarəsinə ünvanladığı 26 mart 2003-cü il tarixli ərizəsinə əsasən, o, Bilgəh bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində 1829 nömrəli bağ sahəsinin onun adına keçməsinə dair sərəncam verilməsini xahiş etmişdir.

6. X12 və İstismarı Birliyinin uçot-müqavilə şöbəsinin, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, arayışından müəyyən olunur ki, X9 Bilgəh ərazisində torpaq sahəsi 0,12 ha olan 1829/1817 nömrəli bağ sahəsinin öz adından İddiaçı adına keçirilməsinə dair sənədləri baxılması üçün komissiyaya göndərilmişdir.

7. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 239 nömrəli, xx.xx.2003-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş 78 nömrəli 08 may 2003-cü il tarixli protokola əsasən, “Vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələrinin digər vətəndaşların adlarına keçirilməsi barədə, Vətəndaşlara bağ sahələrinin ayrılması barədə” Bakı şəhər İcra Hakimiyyətinin 17.03.97-ci il tarixli 233 №-li Sərəncamına əsəsən, vətəndaşların rəsmi-notariat qaydada ərizələrinə əsasən qanuni istifadələrindəki bağ sahələri aşağıdakı vətəndaşların adlarına sənədləşdirilmişdir: ... 123. Bilgəhdəki 1829 nömrəli bağ/BTK-38/- İddiaçı.

8. X12 və İstismarı Birliyi ilə İddiaçı arasında bağlanmış 16 may 2003-cü il tarixli 31609 saylı Bilgəh ərazisindəki 1817 nömrəli bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X31 İnkişafı Departamentinin X12 və İstismarı Birliyinin 13 may 2002-ci il tarixli 239 saylı sərəncamı əsasında Birlik Bilgəh ərazisindən 0,12 hektar torpaq sahəsi olan “1817” nömrəli bağı İddiaçı istifadəsinə vermişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivi, 1817 bağ nömrə ilə qeydiyyata alınmış torpaq sahəsi barədə məlumat aşkar edilməmişdir.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1828 saylı bağ (torpaq) sahəsinin dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmiş, 38 nömrəli bağ tikinti kooperativi nəzdində Bilgəh bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1828 saylı bağ sahəsinin ayrılmasına dair X2 adına verilmiş 88 nömrəli order idarənin arxivində mövcuddur.

11. Bilgəh bağlar sahəsinin 38 nömrəli kooperativi tərəfindən verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, 88 nömrəli orderə əsasən, X5 Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli 5/353 saylı qərarı ilə Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində torpaq sahəsi 0,12 ha olan 1828 nömrəli bağ ayrılmışdır.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən, göstərilən ərazinin sxematik xəritəyə əsasən, 1828 saylı bağın yerinə uyğun gəldiyi bildirilmişdir.

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əlavə olunan daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktına əsasən, İddiaçı 31609 nömrəli icarə müqaviləsi əsasında istifadəsində olan Bilgəh bağ massivi, 1817 saylı bağ sahəsinin hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsi 1200 kv.m., faktiki 1378 kv.m. təşkil edir. Hasar daxilində olan bağ sahəsində iki mərtəbəli ev, hovuz və həyət tikililəri vardır.

14. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli məktublarından müəyyən olunur ki, bağların bölgüsünə dair sxematik xəritəyə əsasən 1817 saylı bağ göstərilən ərazinin şərqində yerləşməli olduğu halda, qeyd olunan ərazidə 1817V saylı bağ sahəsi qeydiyyata alınmışdır.

15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubu ilə məhkəməyə təqdim olunan Sabunçu rayonu, Bilgəh bağ massivində yerləşən 1817 saylı torpaq sahəsinin ortofoto görüntüsünə əsasən, İddiaçı istifadəsində olan 1817 saylı bağ sahəsinin faktiki yerləşdiyi yer müəyyənləşdirilmişdir.

16. X12 və İstismarı Birliyi ilə X27 arasında bağlanmış 30 mart 2004-cü il tarixli 32409 saylı Bilgəh ərazisindəki 1829 nömrəli bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X31 İnkişafı Departamentinin X12 və İstismarı Birliyinin 22 mart 2004-cü il tarixli 54 saylı sərəncamı əsasında Birlik Bilgəh ərazisindən 0,12 hektar torpaq sahəsi olan “1829” nömrəli bağı X18 istifadəsinə vermişdir.

17. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MH № ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X18 xüsusi mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 11829 nömrəli vərəqində qeydiyyata alınmışdır.

18. X8 ilə alıcı X19 arasında bağlanmış xx.xx.2008-ci il tarixli AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini alıcıya satmışdır.

19. Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair X10 xüsusi mülkiyyət hüququ xx.xx.2012-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 126 nömrəli reyestr kitabının 11829 nömrəli vərəqində qeydiyyata alınmışdır. Birinci instansiya məhkəməsində icraat

20. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1817” saylı torpaq sahəsində daşınmaz əmlak üzərində hüquqlarının dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1829” saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir.

22. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı təsərrüfat işləri ilə məşğul olmaq məqsədilə torpaq sahəsi əldə etmək üçün Bakı şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X31 inkişafı Departamentinə ərizə ilə müraciət etmiş, X12 və istismarı birliyinin 13 may 2002-ci il tarixli 239 saylı sərəncamına əsasən Bilgəh ərazisindən 0,12 hektar torpaq sahəsi “1817” nömrəli bağın iddiaçının istifadəsinə verilməsi üçün 16 may 2003-cü il tarixdə 31609 saylı müqavilə bağlanmışdır. Müqavilədə istifadəçi üçün nəzərdə tutulmuş tələblərə və qadağalara iddiaçı tərəfindən tam riayət etməklə bağ massivində yüksək səviyyədə abadlıq, quruculuq və yaşıllaşdırma işləri aparılmışdır. Bağlanmış müqaviləyə uyğun olaraq bağda aidiyyatı üzrə aparılan tikinti texniki və abadlıq işləri şəxsən iddiaçının öz xərci və vəsaiti hesabına aparılmışdır. Hazırda iddiaçı istifadəsində olan “1817” saylı bağ massivində olan torpaq sahəsi üzərində hüquqlarının tanınması üçün daşınmaz əmlakın dövlət reystrində qeydiyyata alınması məqsədilə xx.xx.2022-ci il tarixdə və xx.xx.2022-ci il tarixdə ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin 1 saylı Bakı Ərazi İdarəsinin rəhbərliyi iddaçıya aid olmayan əsassız iradlar irəli sürməklə güya müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəlişin olunmasını, müqavilənin möhürlə təsdiq edilməməsini, mətnlərin aydın yazılmamasını, hüquqi və fiziki şəxslərin adlarının tam şəkildə göstərilməməsini əsas gətirərək imtina etmişdir. İddiaçı 1 saylı Bakı Ərazi İdarəsinin qeyd etdiyi əsassız iradlarını qəbul etmədiyini, müqavilədə heç bir düzəliş aparılmadığını, müqavilənin bütün şərtlərinə və tələblərinə tərəfindən tam əməl edildiyini nəzərə alıb isifadəsində olan Bakı şəhər Sabunçu rayonu Bilgəh bağ massivindəki 0.12 hektar “1817” saylı torpaq sahəsindən ibarət daşınmaz əmlak üzərində 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasına dair qərar qəbul edilməsini xahiş edir.

23. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişindən müəyyən olunur ki, “qeyd edilən torpaq sahəsinin nömrəsi X4 sxemində qeyd edilməmişdir. Bundan əlavə, koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağ sahəsinin yerinə uyğun gəlir. Bundan başqa, X12 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003cü il tarixli 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş olunmuş, həmçinin icarə müqaviləsi (keçmiş “X12 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir.”

24. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, “1817 saylı bağ sahəsinə dair yerləşmə cizgisi təqdim edilmədiyi və arxiv məlumatlarında aşkar edilmədiyi üçün həmin bağ sahəsinin yerinin naturada dəqiqləşdirilməsi mümkün olmamışdır. Eyni zamanda bildirilir ki, “Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 22 may 2007-ci il tarixli Sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhər İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların yalnız arxivlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə verilməsi qərara alınmış, bu barədə iddiaçıya “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli, 3-21-3-30/2-Ə- 148339/2023 nömrəli məktubla məlumat verilmişdir.”

25. Cavabdeh iddia ərizəsinə qarşı təqdim etdiyi etirazında qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin nömrəsi X4 sxemində qeyd edilməmişdir. Bundan əlavə, koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağ sahəsinin (təqribi 1828 nömrəli bağ sahəsinin) yerinə uyğun gəlir. Bundan başqa, X12 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş olunmuş, həmçinin icarə müqaviləsi (keçmiş “X12 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir. Qeyd olunan səbəblərə görə ərizənin icrası mümkün olmamış, bununla bağlı iddiaçıya **********38 saylı, xx.xx.2023-cü il tarixli cavab məktubu ünvanlanmışdır.

26. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən, iddia təmin edilərək, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1829” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.

27. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Əraz İdarəsi apellyasiya şikayəti verərək Bakı İnzibati 2-1(112)- 828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri

28. Apellyasiya şikayəti onunla əsaslandırırlır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1817” saylı torpaq sahəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1829” saylı torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024cü il tarixli qərarına əsasən iddianın təmin edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar “1829” saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. “Yerli İcra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 2186 nömrəli sərəncamı ilə yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək onların yalnız arxivlərinin Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış təqdim edilməlidir. X12 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi təsdiqlənməmiş düzəliş olunmuş, həmçinin icarə müqaviləsi (keçmiş “X12 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Qeyd edilən torpaq sahəsinin nömrəsi X4 sxemində qeyd edilməmişdir. Bundan əlavə, koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsi bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil edir. Belə ki, torpaq sahəsi digər bağ sahəsinin (təqribi 1828 nömrəli bağ sahəsinin) yerinə uyğun gəlir. İdarənin arxivində 38 nömrəli bağ tikinti kooperativi nəzdində Bilgəh bağ massivində yerləşən, 0.12 hektar torpaq sahəsi olan 1828 saylı bağ sahəsinin ayrılmasına dair X2 adına verilmiş 88 nömrəli order mövcuddur. X11 üçüncü şəxs qəsmində məhkəmə iclasına cəlb edilmiş və iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının İdarəyə müraciəti və məhkəmədə ilkin iddia tələbi “1817” saylı bağ sahəsinin qeydiyyata alınmasına dair olmuşdur. Lakin qərar “1829” saylı bağ sahəsinin qeydiyyata alınmasına dairdir. Bununla əlaqədar olaraq bildirilir ki, inzibati icraat aparılan bağ sahəsi ilə məhkəmənin yekun qərarı ilə təmin edilən bağ sahəsi fərqli olmasına və iddia tələbi mahiyyəti üzrə dəyişdirilməsinə baxmayaraq, mümkünlük şərtləri nəzərə alınmadan yekun məhkəmə aktı çıxarılmışdır. Əlavə olaraq məhkəmənin əsaslandığı arayışda bağ sahəsinin nömrəsi “1829/1817” qeyd olunmuş, lakin qərarın qət etdi hissəsində bağ nömrəsi “1829” qeyd edilmişdir. İdarənin elektron kadastr baza məlumatlarına əsasən bağ sahəsinin digər bağ sahəsinin (təqribi 1828 nömrəli bağ sahəsinin) yerinə uyğun gəldiyi qeyd olunmuş, lakin məhkəmə tərəfindən ətraflı araşdırılma aparılmamışdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi xahiş olunur. Apellyasiya şikayətinə etirazın dəlilləri

29. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir. Tərəflərin izahatları

30. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X21 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında İddiaçı nümayəndəsi X26 apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

32. Məhkəmə iclasının yeri və vaxtı barədə üçüncü şəxs X6 lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərinə əsasən, üçüncü şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

33. Maddə 13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz.

34. Maddə 29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.

35. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

36. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.

37. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.

38. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

39. Maddə 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.2. əmlakdan istifadə hüququ;

40. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər.

41. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

42. Maddə 238.1. Daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

43. Maddə 55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.

44. Maddə 84. 1.Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.

45. Maddə 88. 1.Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. Torpaq islahatı haqqında Azərbaycan Respublikasının Qanunu

46. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.

47. Maddə 10. Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Kollektiv bağlar özəlləşdirilərkən torpaq sahəsi bağçılığın hər bir üzvünün mülkiyyətinə verilir. Dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların torpaqları hər bir icarəçinin, kooperativ bağların torpaqları hər bir kooperativ üzvünün mülkiyyətinə verilir. Bağ sahələrinin torpaqları özəlləşdirilərkən onların üzərindəki tikililər, ağaclar və digər obyektlər də əvəzsiz olaraq bağ sahiblərinin xüsusi mülkiyyətinə keçir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Torpaq üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında çıxarış vətəndaşların ərizələri və həmin torpaqlardan istifadənin qanuniliyini təsdiq edən sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanı tərəfindən verilir. Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında Azərbaycan Respublikasının Qanunu

48. Maddə 5. Dövlət torpaq kadastrı torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının aparılması geodeziya, topoqrafiya, kartoqrafiya, yerquruluşu, torpaq tədqiqatı, aqrokimya, meliorasiya, geobotanika və digər axtarış-tədqiqat işlərinin həyata keçirilməsi ilə təmin edilir. Respublika tabeli şəhərlərdə torpaq kadastrı, digər sahəvi kadastrlar ilə birlikdə şəhər kadastrının tərkib hissəsi olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır və kadastr məlumatlarının surəti müvafiq kadastrları və daşınmaz əmlakın dövlət reyestrini aparan dövlət orqanlarına təqdim edilir. Dövlət torpaq kadastrının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnamə ilə müəyyən edilir. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

49. Maddə 6. Dövlət torpaq kadastrına aşağıdakı məlumatlar daxildir: torpaq sahələrinin hüquqi statusu; torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququ; torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri; torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi; torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar. Torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri tərəfindən dövlət torpaq kadastrına daxil edilməli məlumatların torpaq-kadastr işlərini aparan müvafiq icra hakimiyyəti orqanına təqdim edilməsi məcburidir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində dövlət torpaq kadastrının məlumatları tətbiq olunur. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır.

50. Maddə 7. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır. Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu

51. Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.

52. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:

53. Maddə 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;

54. Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə “Elektron hökumət” portalında yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir.

55. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu

56. Maddə 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir.

57. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi

58. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

59. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

60. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

61. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

62. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır.

63. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

64. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

65. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

66. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

67. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra - Ali Məhkəməyə) şikayət verilə bilər. “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq olunan “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə” (Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarının struktur elementlərinin ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli 786 nömrəli Fərmanı ilə ləğv edilmişdir.)

68. Hissə 1. Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi

69. Bənd 1.1. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin (bundan sonra Xidmət) tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra - DƏDKR) daşınmaz əmlakın dövlət reyestrinin (bundan sonra - dövlət reyestri), daşınmaz əmlakın vahid dövlət kadastrının (bundan sonra - dövlət kadastrı), dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir.

70. Bənd 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq DƏDKR-in vəzifələri aşağıdakılardır: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək; Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi

71. Bənd 3.0. Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torp aqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq;

72. Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə Avropa Məhkəməsi bildirmişdir ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur.

73. “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “mülkiyyət” anlayışı müstəqil məzmuna malikdir. Maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatdan asılı deyil: burada araşdırılmalı məqam işin təfərrüatlarının ərizəçinin həmin müddəada nəzərdə tutulan hüquqa aidiyyəti olubolmamasıdır. Maddi əşyalar kimi, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” o halda qanunidir ki, o hər hansı qanunvericilik müddəasına və ya mübahisə obyektinə dair hüquqi sənədə əsaslansın (Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə 2010-cu il 27 may tarixli Qərar, § 103).” Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri

74. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

75. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya Məhkəməsinin mövqeyi

76. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilməli, iddiaçının, hazırkı işə apellyasiya instansiyasında baxılarkən təqdim etdiyi, dəqiqləşdirilmiş tələbi təmin edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməlidir.

77. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, hazırkı işə apellyasiya instansiyasında baxılarkən İddiaçı istifadəsində olan bağ sahəsinin 1817 nömrəsi ilə qeydə alınmasına dair qərar qəbul edilməsini xahiş etmiş və bu dəqiqləşmə Məhkəmə kollegiyası tərəfindən qəbul edilmişdir.

78. Göründüyü kimi İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməsində hüquqi marağı xx.xx.2003-cü il tarixdə X12 və İstismarı Birliyi ilə bağladığı 31609 saylı müqaviləyə əsasən istifadəsində və sahibliyində olan ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun qeydə alınmasından ibarətdir. İddiaçı bu tələblə cavabdehə müraciət etmiş, sonuncu apardığı araşdırma nəticəsində 1817 saylı bağ sahəsinin yerinin naturada dəqiqləşdirilməsinin mümkün olmaması, qeyd edilən bağ sahəsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsi, xx.xx.2003-cü il tarixli 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsinin həqiqiliyinin təsdiqlənməməsi, bağın ünvanında düzəliş olunması, icarə müqaviləsinin (keçmiş “X12 və İstismarı Birliyi”) səlahiyyətli qurumun möhürü ilə təsdiq edilməməsi əsası ilə müraciətin təmin edilməsindən imtina etmişdir.

79. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Bilgəh bağlar sahəsinin 38 nömrəli kooperativi tərəfindən verilmiş, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan, 144 nömrəli orderə əsasən, X14 Bakı şəhər İcrayyə Komitəsinin xx.xx.1992-ci il tarixli 544 saylı qərarı ilə Bilgəh bağlar sahəsində 38 nömrəli BTK nəzdində torpaq sahəsi 0,12 ha olan 1829 nömrəli bağ ayrılmışdır.

80. X17 ailə üzvləri ilə birlikdə 24 mart 2003-cü il tarixdə Bağlar İdarəsinə notarial qaydada təsdiq olunan ərizələr təqdim edərək Bilgəh bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində olan 1829 nömrəli bağ sahəsinin İddiaçı adına keçirilməsinə etiraz etmədiklərini bildirmişdir.

81. Bundan sonra Əliyev X22 İdarəsinə 26 mart 2003-cü il tarixli ərizə ilə müraciət edərək Bilgəh bağlar sahəsində 38 nömrəli kooperativin nəzdində olan 1829 nömrəli bağ sahəsinin onun adına keçməsinə dair sərəncam verilməsini xahiş etmiş, X12 və İstismarı Birliyinin uçot-müqavilə şöbəsinin arayışına əsasən, X9 Bilgəh ərazisində torpaq sahəsi 0,12 ha olan 1829/1817 nömrəli bağ sahəsinin öz adından İddiaçı adına keçirilməsinə dair sənədlər baxılması üçün komissiyaya göndərilmiş, X12 və İstismarı Birliyi ilə İddiaçı arasında, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X31 İnkişafı Departamentinin X12 və İstismarı Birliyinin 13 may 2002-ci il tarixli 239 saylı sərəncamı əsasında Bilgəh ərazisində 0,12 hektar torpaq sahəsi olan 1817 nömrəli bağa dair 16 may 2003-cü il tarixli 31609 saylı müqavilə bağlanmış, həmin vaxtdan 1817 nömrəli bağ sahəsi İddiaçı sahibliyində və istifadəsindədir.

82. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, X12 və İstismarı Birliyi ilə X27 arasında bağlanmış 30 mart 2004-cü il tarixli 32409 saylı Bilgəh ərazisindəki 1829 nömrəli bağın istifadəyə verilməsinə dair müqaviləyə əsasən, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı aparatının Abadlaşdırma və X31 İnkişafı Departamentinin X12 və İstismarı Birliyinin 22 mart 2004-cü il tarixli 54 saylı sərəncamı əsasında Birlik Bilgəh ərazisindən 0,12 hektar torpaq sahəsi olan 1829 nömrəli bağı X18 istifadəsinə vermiş, sonuncunun ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququ xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, daha sonra C.R.İslamov xx.xx.2008-ci il tarixdə AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən, mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsini X1, xx.xx.2012-ci il tarixli Seriya RX № ******* saylı çıxarışa əsasən ünvan 2 ünvanında yerləşən 0,12 ha torpaq sahəsi N.T.Məmmədovanın mülkiyyətindədir.

83. Göründüyü kimi birinci instansiya məhkəməsi araşdırma apararkən işin faktiki hallarını tam araşdırmamış, nəticədə inzibati işə cəlb edilməyən N.T.Məmmədovanın mülkiyyətində olan, barəsində inzibati icraat aparılmayan ünvan 2 ünvanında yerləşən, 0,12 ha torpaq sahəsinə dair iddiaçının hüquqlarını tanımış, baxmayaraq ki, işdə olan sübutlara əsasən, ünvan 1 ünvanında yerləşən 0,12 ha torpaq sahəsinin iddiaçının sahibliyində və istifadəsində olması müəyyən olunur.

84. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd edir ki, X12 və İstismarı Birliyi tərəfindən verilmiş xx.xx.2003-cü il tarixli, 31609 nömrəli müqavilədə bağ sahəsinin nömrəsində həqiqiliyi möhürlə təsdiqlənməmiş düzəlişin aparılması, qeyd edilən torpaq sahəsinin nömrəsinin X4 sxemində qeyd edilməməsi halları iddiaçının iddia tələbinin təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, tədqiq olunmuş sübutlarla iddiaçının istifadəsinə verilən və hal-hazırda istifadəsində və sahibliyində olan bağın nömrəsinin həqiqətən 1817 olması araşdırma zamanı öz təsdiqini tapmışdır.

85. Cavabdeh koordinatlarla göstərilən torpaq sahəsinin yerləşməsinin bağların bölgüsünə dair sxematik xəritə ilə uyğunsuzluq təşkil etməsini, torpaq sahəsinin digər bağ sahəsinin (təqribi 1828 nömrəli bağ sahəsinin) yerinə uyğun gəlməsini bildirsə də, bu halları təsdiq edə biləcək mötəbər, təkzib olunmaz sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Araşdırma zamanı isə 1817 saylı bağ sahəsinin faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olması öz təsdiqini tapmış, cavabdeh xx.xx.2024-cü il tarixli məktubu ilə 1817 saylı torpaq sahəsinin ortofoto görüntüsünü məhkəməyə təqdim etmiş, məhkəmənin sorğusuna əsasən təqdim olunan sənədlərdən isə 1828 saylı bağ sahəsi ilə bağlı arxiv qovluğunda, yalnız 88 saylı orderin olması, müəyyən olunmuşdur.

86. Beləliklə, Məhkəmə kollegiyası tədqiq olunan sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, hazırkı işin halları üzrə iddiaçının qanunla müəyyən edilmiş qaydada əldə etdiyi əmlaka (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar 1817 saylı torpaq sahəsinə) dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsinə qanuni əsaslar mövcud olmadığından, inzibati orqan iddiaçının 1817 saylı (hüquq müəyyənedici sənəd üzrə 1200 kv.m) bağ sahəsinə dair hüquqlarının qeydiyyatını təmin etməlidir. Belə ki, iddiaçının ona verilmiş, faktiki istifadəsində və sahibliyində olan torpaq sahəsinə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” vardır.

87. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-828/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilsin. İddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh bağ massivindəki 0.12 hektar 1817 saylı torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar