Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2603/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “akt qeydində milliyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X8-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “akt qeydində milliyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4238/2022 saylı 06 may 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İş materiallarında olan AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1969-cu il təvəllüdlü İddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır. AZ seriyalı ******* saylı xx.xx.1969-cu il tarixli doğum haqqında şəhadətnamənin surətinə əsasən İddiaçı xx.xx.1969-cu ildə Bakı şəhərində anadan olmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1969-cu il tarixdə 705 nömrəsi ilə qeyd edilmişdir. Atası milliyyəti rus X5, anası milliyyəti rus X1. AZ-İİ seriyalı 105008 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2020- ci ildə ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 897 nömrəsi ilə qeyd aparılmışdır. İddiaçı hazırki tələblə bağlı ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış xx/xx-4331/15 saylı xx.xx.2021ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”na əsasən uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrdəki qeydlər əsasında yazılır. Bildirilir ki, doğum haqqında akt qeydində atanızın milliyyəti “rus” olaraq qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. Bildirilir ki, sizə və atanıza məxsus olan bütün vətəndaşlıq vəziyyəti akt qeydlərində milliyyətin “rus”dan “alman”a dəyişdirilməsi imkan xaricindədir. Həmçinin soyadın dəyişdirilməsi üçün sənədlərin əsli ilə şöbəyə müraciət etməyiniz məsləhət görülür. Cavabdeh milliyyətin dəyişdirilməsi ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyinizi tövsiyə edir. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “akt qeydində milliyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun atası X5 xx.xx.2020-ci il tarixdə vəfat etmiş, atasının atası X9 milliyətcə alman olmuş, 1909-cu il tarixdə Naxçıvan şəhərində anadan olmuşdur. 17 avqust 1937-ci il tarixdə X10 represiya olunmuş və yalnız 07 may 1992-ci il tarixdə onun müraciəti əsasında bəraət almışdır. Represiya olunduqdan sonra nənəsi digər ailə üzvlərini qorumaq üçün alman soyadını rus soyadına dəyişmiş və övladlarını doğum haqda şəhadətnamələrdə rus kimi göstərmişdir. Cavabdeh xx.xx.1997ci il tarixli arayışından görünür ki, atası X4 doğum haqda qeydində ata qrafasında X9 göstərilmişdir. Habelə digər arayışa görə bibisi doğum haqda şəhadətnamədə X7 göstərilir. Hər bir şəxsə milliyəti doğma olduğu kimi onun da milliyətinin alman olması o cürdür. Bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: Cavabdeh Bakı şəhər Cavabdeh tərəfindən iddia tələbinə dair yazılı etiraz təqdim edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2022 saylı 06 may 2022-ci il tarixli qərarı ilə iddia tələbinin təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi haqda qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə tərəfindən qərarda sübutlara qiymət verilməmiş, maddi hüquq normaları düzgün tətbiq edilməmiş və digər yanlışlıqlara yol verilmiş, bu səbəbdən də onun iddia tələbi üzrə ədalətsiz qərar çıxarılmışdır. Arxivdən çıxarılmış sübutlar iş materiallarına təqdim edilsə də, məhkəmə tərəfindən bunlara düzgün qiymət verilməmişdir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddiaçının verdiyi izahatla razı olduğunu və ona heç bir əlavəsinin olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, cavabdeh Bakı şəhəri Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Bakı şəhəri Cavabdeh nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “akt qeydində milliyətin dəyişdirilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanunazidd olmamasına və iddiaçının hüquqlarının pozulmasına əsas olan hal kimi qiymətləndirilməməsinə istinad edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia tələbinin təmin edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Hazırki işdən görünür ki, iddiaçının iddia tələbi Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları və Azərbaycan Respublikası Ailə Məcəlləsinin normaları ilə tənzimlənir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 168.1-ci maddəsinə görə doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.8-ci bəndinə əsasən doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: -2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; Uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikasının vətəndaşlıq vəziyyəti aklarının arxivində, Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında “Məlumat təqdim edilməyib” sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər - vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərildiyi hallarda da edilir. Sadalanan normalardan müəyyən olunur ki, uşağın doğum haqqında akt qeydində ata və ananın milliyyəti onların xahişi ilə ata və ananın şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə ata və ananın doğum haqqında akt qeydlərinə uyğun yazılır. Birinci instansiya məhkəməsinin sorğularına cavab olaraq Bakı şəhəri Cavabdeh xx/xx-5276/13 saylı xx.xx.2021-ci il tarixli məktubu ilə təqdim edilmiş xx.xx.1969-cu il tarixli, 705 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, İddiaçı - doğulduğu tarix xx.xx.1969-cu il, doğulduğu yer Bakı şəhəri, atası X5 milliyyəti rus, anası X3 milliyyəti rus. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 05/2-1210/13 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş məlumatlar öyrənilərkən Aleksey Qetmanovun doğumu haqqında akt qeydi aşkar olunmamışdır. Məlumat üçün qeyd edilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Akt kitablarının saxlanılması qaydası və müddətləri”nin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitabları onların tərtib edildiyi vaxtdan 75 il müddətində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinin və Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətinin arxivində saxlanılır. Bu müddət qurtardıqdan sonra qeydiyyat kitabları saxlanılmaq üçün Dövlət Arxivinə təhvil verilir. Göstərilənlərə əsasən A.Qetmanovun doğumu 1945-ci ildən əvvələ təsadüf elədiyindən onun doğumu haqqında məlumatın əldə edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət etməyiniz tövsiyə olunur. Azərbaycan Respublikasının Dövlət Arxivinin DA-00559-2022 saylı xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş 1937- ci il tarixli, 5584 nömrəli doğum haqqında akt qeydindən müəyyən edilir ki, X5 - doğulduğu tarix xx.xx.1937-ci il, atası 1909-cu il təvəllüdlü X9 və anası 1910-cu il təvəllüdlü X14, milliyyəti rus qeyd edilmişdir. Hazırkı işin hallarından görünür ki, İddiaçı doğum haqqında akt qeydində atası X5 və anası X2maqla hər iki valideynin milliyyəti “rus” olaraq göstərilmişdir. İddiaçı doğum haqqında akt qeydində qeydlərin yazılmasında “ərizəçi” qrafasında “ana” qeyd edilmişdir. Eyni zamanda iddiaçının atası X4 doğum haqqında akt qeydlərindən görünür ki, X4 atası X9 və anası X12maqla milliyyət qrafasında “rus” qeyd edilmiş və qeydin yazılmasında ərizəçi kimi “ana” göstərilmişdir. X11 arzusu ilə X4 doğum haqqında akt qeydləri doldurulmuş və valideynlərin milliyyəti “rus” qeyd edilmişdir. Kollegiya hesab edir ki, nə qədər ki, qanunvericilik uşağın doğum haqqında akt qeydlərinin doldurulmasını valideynlərə aid doğum haqqında akt qeydləri əsasında, valideynlərin valideynlərinin (uşağın nənə və babası) milliyyətləri müxtəlif olduqda isə valideynin milliyyət qrafasının doldurulmasını valideynlərin seçimi ilə şərtləndirir, bu halda iddiaçının doğum haqqında akt qeydində milliyyət barədə qeydləri qeyri-düzgün hesab edilərək dəyişdirilə bilməz. Belə ki, birincisi yuxarıda da göstərildiyi kimi, iddiaçının ata və anasının doğum haqında akt qeydlərində hər iki valideynin milliyyəti “rus” göstərilib. Belə olan halda iddiaçıya aid doğum haqqında akt qeydində də iddiaçının ata və anasının milliyyətinin “rus” kimi qeyd edilməsi qanunazidd sayıla bilməz. İddiaçının istinad etdiyi atasının doğum akt qeydində milliyyətin səhv göstərilməsi halı da hazırkı halda onun doğum haqqında akt qeydində dəyişiklik edilməsinə əsas vermir. Belə ki, iddiaçı babası X6 “alman” milliyətindən olduğunu iddia etsə belə, nənəsi X14 “rus” millətindən olmuşdur və X11 öz arzusu ilə övladı X4 doğum haqqında akt qeydində valideynlərin milliyyəti “rus” olaraq yazılmışdır. Bundan əlavə, iddiaçının atası mərhum X5 öz sağlığında həmin doğum haqqında akt qeydini mübahisələndirməmiş, onun milliyyətinin “rusdan almana” dəyişdirilməsi ilə bağlı tələb irəli sürməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının “akt qeydində milliyətin dəyişdirilməsi” ilə bağlı tələbi əsassız olub rədd edildiyi üçün, həmin tələbə əlavə olaraq iddiaçının verdiyi “yeni doğum haqqında şəhadətnamənin verilməsi” barədə tələbi də rədd edilməlidir. Bununla bağlı iddiaçının hər iki tələbinin təmin edilməsi üçün qanunla nəzərdə tutulan əsasların mövcud olmadığını nəzərə alaraq hesab edir ki, onun iddiasının təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddia ərizəsində qeyd edilmiş hallarla eynilik təşkil etdiyindən qərarın ləğv edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2022 saylı 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4238/2022 saylı 06 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2603/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2603/2022
19.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver