Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2605/2024 06.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə QƏRARDADİ (Açar sözlər: “əmrin ləğv edilməsi və işə bərpa”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X3 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil və cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin nümayəndəsi X2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə nazirinin 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmrinin baş leytenant X1 "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin "e” bəndinə əsasən (xidməti uyğunsuzluğa görə) həqiqi hərbi xidmətdən ehtiyata buraxılması hissəsində ləğv edilməsi, N nömrəli hərbi hissənin rabitə bölüyünün komandiri vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsinin məzmunundan göründüyü kimi, o, N12-N15-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə orta təhsili aldıqdan sonra N15-ci ilin iyun ayında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olunmuş və N19-cu ildə həmin məktəbi "rabitə” ixtisası üzrə bitirmiş, ona "leytenant” hərbi rütbəsi verilmişdir. Zabit kimi hərbi xidmətə başladıqdan sonra Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələrin ixtisas hazırlığı kursuna qəbul olunmuş, kursu bitirdikdən sonra 18 oktyabr N19-cu il tarixdə Xüsusi Təyinatlı Qüvvələrin N nömrəli hərbi hissəsində qərargah və təchizat taborunun rabitə bölüyünün rabitə (EKM) taqımının komandiri vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Xüsusi Təyinatlı Qüvvələrin komandanı (N nömrəli hərbi hissə komandirinin) N iyun N22-ci il tarixli, 06r nömrəli əmri ilə ona növbəti "baş leytenant” hərbi rütbəsi verilmişdir. N22-ci ilin oktyabr ayının 22-də daha yüksək hesab olunan vəzifəyə - N nömrəli hərbi hissənin rabitə bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir. Hərbi xidmətdə əldə etdiyi nailiyyətlərə və 44 günlük Vətən müharibəsində iştirak etdiyinə görə xidmət etdiyi müddətdə bir neçə (5 dəfə) dövlət təltifinə layiq görülmüşdür. Azərbaycan Respublikası Müdafiə nazirinin 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmrinə əsasən 156-ci maddənin "e” bəndi ilə ehtiyata buraxılmışdır. Onun xidməti uyğunsuzluqla hərbi xidmətdən ehtiyata buraxılmağı haqqında inzibati aktın (AR Müdafiə nazirinin əmrinin) əsası hərbi hissədə keçirilmiş "kiçik zabitlərin şərəf məhkəməsi”nin Qərarı və hərbi hissə komandanlığın Müdafiə Nazirliyinə ünvanlandırılan təqdimatı olmuşdur. Belə ki, hərbi hissənin "kiçik zabitlərin şərəf məhkəməsi” tərəfindən barəsində olan qərar onun guya tabeliyimdə olan (tərxis olunan) əsgər X4 müsbət xasiyyətnamə verməsi üçün ondan 150 manat pul tələb etməsi və almağı haqqında məlumat əsasında qəbul edilmişdir. Lakin, hərbi hissənin "kiçik zabitlərin şərəf məhkəməsi” tərəfindən onun xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması haqqında Qərarın qəbul edilməsi Azərbaycan Respublikası Müdafiə nazirinin 30 may N15-ci il tarixli 24 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi qulluqçuların (müddətli həqiqi hərbi qulluqçulardan başqa) şərəf məhkəmələri haqqında Əsasnamə”nin 3.3, 5.4 və 5.5-ci bəndlərinin tələblərinə zidd olmuşdur. Hərbi hissə komandanlığı tərəfindən qanunamüvafiq qaydada təyin edilmiş araşdırma nəticələri gözlənilmədən, "təqsirsizliq prezumpsiyası” hüququ pozularaq etmədiyi bir əmələ görə təqsirli bilinmiş və barəsində qanunsuz və əsasız qərar qəbul edilmişdir. Hazırda qüvvədə olan (ləğv edilməyən) Bakı Hərbi Prokurorluğunun qərarında göstərilmişdir ki, aparılmış araşdırma nəticəsində fakt təsdiqini tapmadığından, onun barəsində toplanmış materiallar üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası CinayətProsessual Məcəlləsinin 39.1.1-ci (cinayət hadisəsi olmadığından) 03 oktyabr N23cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir.
3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır.
4. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan Azərbaycan Respublikası Müdafiə nazirinin 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmri haqqında məlumat iddiaçının özünün bildirdiyini əsas götürsək 30 avqust N23-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. Qüvvədə olan qanunvericilik belə aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddət müəyyən etmişdir. Lakin iddiaçı həmin müddətdən istifadə etməmişdir. Bu imkanı mümkünsüz edən və iddiaçının iradəsindən aşkar kənara çıxan hər hansı hal müəyyən olunmamışdır. İddiaçı həmin müddətin buraxılmasına səbəb olmuş hal kimi cinayət təqibi üzrə icraatın nəticəsini gözləməsi, şikayət ərizələri ilə müraciət etməsini bildirmişdir. Lakin qeyd edilən hallar məhkəmədə iddia qaldırılmasını mümkünsüz edən hallar deyildir. İddiaçı iddia müddətinin bərpa edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qərardadına əsasən ərizə təmin edilməmişdir Məhkəmə bir daha vurğulayır ki, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçını üzərinə düşür. Lakin iddiaçı prosessual müddətin hər-hansı üzrlü səbəbdən ötürüldüyünü iddia ərizəsində əsaslandıra bilməmişdir.
Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
5. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin (sədrlik edən hakimi Həmid Ağalarov) xx.xx.N24-cü il tarixli, e-2- 1(112)-4950/N24-019 saylı qərardadın ləğv edilməsi, buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməsi, iddianın mümkün sayılması və hazırki işin mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, “İnzibati icraat haqqında” Qanunun 62-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən akta qarşı mümkün hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxsin şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. Hazırki işdən görünür ki, iddiaçı qeyd olunan hüquq normalarının tələblərinə uyğun olaraq AR Müdafiə nazirinin 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmrin qəbul edilidiyi tarixdən 6 ay ərzində, xx.xx.N23-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinə, Azərbaycan Respublikası Azərbaycanın Birinci Vitse-Prezidentinə və Azərbaycan Respublikası Müdafiə nazirinə həmin əmrlə bağlı müraciət etmişdir. Şikayəti ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyindən cavab göndərilmiş, xx.xx.N23-cü il tarixli, 3-25-14/2-Q/N15169-1/N23 nömrəli məktubu ilə onun müraciətinə imtina cavabı verilsə də, ona mübahisələndirdirdiyi inzibati aktla bağlı mümkün hüquqi müdafiə vasitələri barədə məlumat verilməmişdır. Mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlı mümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixi, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixi, bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırılmalı və müəyyən edilməli, yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlı məsələyə qiymət verilə bilər. 1-ci instansiya məhkəməsi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrini düzgün tətbiq etməyib. Yəni o, mübahisələndirilən əmrlə bağlı Müdafiə Nazirliyinə xx.xx.N23-cü il tarixdə müraciət etmiş, həmçinin bundan əvvəl də şikayət instansiyasına etdiyi müraciətləri ilə bağlı cavabdehin ona ünvanlandırdığı xx.xx.N23-cü il tarixli məktubda (xx.xx.N23- cü il tarixdə poçt vasitəsi ilə ona çatdırılmış) məktubda əks olunmuş iddiaçının iradə ifadəsi şikayət instansiyasına şikayət kimi qiymətləndirilməli idi. “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında o, müraciət hüququndan istifadə etmiş, şikayət instansiyasının xx.xx.N23-ci il tarixli cavabını xx.xx.N23-cü il tarixdə poçt vasitəsi ilə aldıqdan sonra xx.xx.N24-cü il tarixdə məhkəmədə iddia qaldırdığından “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində göstərilmiş və İPM-nin 38-ci maddəsində göstərilmiş müddətə riayət etmişdir. Bu səbəbdən hesab edirik ki, 1-ci instansiya məhkəməsi tərəfindən qərardad qəbul edilərkən qeyd olunan Qanunun müvafiq maddələrini düzgün tətbiq etməmişdir. İPM-nin 38ci maddəsində qeyd olunan müddət 30 günlük müddət ötürülməmişdir. İPM-nin 38.3-cü maddəsində qeyd edilir ki, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan RespublikasıQanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. “İnzibati icraat haqqında” Qanununun 73.1-ci maddəsinə əsasənQanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati aktda ona qarşımümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər (Maddə 73.2). Qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi qanunverici maraqlı şəxsin inzibati aktdan şikayət verməli olduğu müddəti aktda ona qarşımümkün hüquqi müdafiə vasitələri ilə bağlıməlumat nəzərdə tutulmadıqda inzibati aktın qüvvəyə mindiyi gündən 6 ay müddətində müəyyən etmişdir. Hazırkımübahisə üzrə də “İnzibati icraat haqqında” Qanunun 62-ci və 59.1.5-ci maddələrinə uyğun olaraq mübahisələndirilən akta qarşımümkün hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti, eləcə də bununla bağlı şəxsin şikayət verə biləcəyi orqan haqqında iddiaçıya məlumat verilməsi barədə iş materiallarında hər hansı sübut yoxdur. İşdən görünür ki, iddiaçı qeyd olunan hüquq normalarının tələblərinə uyğun olaraq AR Müdafiə nazirinin 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmrin qəbul edilidiyi tarixdən 6 ay ərzində, xx.xx.N23cü il tarixdə Azərbaycan RespublikasıPrezidentinə, Azərbaycan RespublikasıAzərbaycanın Birinci VitsePrezidentinə və Azərbaycan RespublikasıMüdafiə nazirinə həmin əmrlə bağlımüraciət etmiş, şikayəti ilə bağlı yalnız Azərbaycan RespublikasıMüdafiə Nazirliyindən cavab göndərilmiş, xx.xx.N23-cü il tarixli, 3-25-14/2-Q/N-15169-1/N23 nömrəli məktubu ilə onun müraciətinə imtina cavabı verilsə də, ona mübahisələndirdirdiyi inzibati aktla bağlımümkün hüquqi müdafiə vasitələri barədə məlumat verilməmişdır. Mübahisələndirmə haqqında iddialar üzrə müddətlə bağlımümkünlük şərtinə əməl olunmasının yoxlanılması zamanı, məhkəmə obyektiv araşdırma prinsipinin tələblərinə uyğun olaraq mübahisələndirilən inzibati aktın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixi, eləcə də iddiaçının şikayət instansiyasına müraciəti üzrə qəbul olunmuş qərarın iddiaçıya təqdim olunması və ya bu barədə ona məlumat verilməsi tarixi, bunun üzərindən məhkəmədə iddia qaldırma müddətinin axımının başlandığı anı araşdırılmalı və müəyyən edilməli, yalnız bundan sonra iddia müddətinin buraxılması ilə bağlıməsələyə qiymət verilə bilər. Hesab edirik ki, hazırkımübahisəyə münasibətdə birinci instansiya məhkəməsi yuxarıda qeyd edilən qaydaya əməl etmədən və iddiaçının inzibati orqana müraciətinə əmrdən verilmiş şikayət anlamında qiymət vermədən müddətin buraxılması barədə əsassız qənaətə gəlmişdir. Halbuki, iddiaçının əmrlə bağlı Müdafiə Nazirliyinə müraciəti, məzmun baxımından həmin əmrə yenidən baxılması və onun üçün yeni, əlverişli qərarın qəbulu ilə bağlı gözləntiləri və hüquqi marağı kontekstində qiymətləndirilməli idi. İddiaçının iş üzrə materiallara əlavə olunmuş mübahisələndirilən əmrlə bağlıMüdafiə Nazirliyinə xx.xx.N23-cü il tarixli müraciəti, həmçinin bundan əvvəl də şikayət instansiyasına etdiyi müraciətləri ilə bağlı cavabdehin iddiaçıya ünvanlandığı xx.xx.N23-cü il tarixli məktubda (iddiaçıya xx.xx.N23- cü il tarixdə poçt vasitəsi ilə çatdırılmış), yəni iddiaçının müraciətində və cavabdehin məktubunda əks olunmuş iradə ifadəsi şikayət instansiyasına şikayət kimi qiymətləndirilməli idi. Belə ki, işdən görünür ki, iddiaçı onun barəsində qəbul edilmiş əmrdən məhz narazı qaldığı üçün və hüquqlarınımüdafiə etmək məqsədilə “İnzibati icraat haqqında” Qanunun 71-ci maddəsi anlamında müraciət hüququndan istifadə etmişdir. Əmrin iddiaçıya təqdim edilməsi tarixi barədə iş materiallarında hər hansı sübut olmasa da, iddiaçı şikayət instansiyasının xx.xx.N23-ci il tarixli cavabını xx.xx.N23-cü il tarixdə poçt vasitəsi ilə aldıqdan sonra xx.xx.N24-cü il tarixdə məhkəmədə iddia qaldırdığından İPM-nin 38- ci maddəsində qeyd olunan müddət 30 günlük müddət ötürülməmişdir. Belə olan halda, hesab edirik ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını nəzərə almadan prosessual müddətin bərpa edilməsinə dair ərizəni təmin etməməklə və iddianımümkün saymamaqla haqlı olmamışdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.
Prosses iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil qərardadın ləğv edilməsini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 qərardadın qüvvədə saxlanılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
11. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olanmüəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir;...
12. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 2.1. məhz inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Maddə 32.1. mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 35.1 Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 38.1. Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Maddə 38.3. İnzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1 inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
13. Apellyasiya şikayətində qərardad tam hissədə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
14. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas müəyyən olunmamışdır.
16. Birinci instansiya məhkəməsinin qərardadına və apellyasiya şikayətinə münasibətdə qeyd edilir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Apellyasiya şikayətinin mahiyyətcə iddia ərizəsi ilə eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək onun qəbul etdiyi qərardadın nəticələri ilə razılaşmaq və həmin qərardadın təsdiqi ilə kifayətlənmək mümkündür.
17. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də iddia ərizəsinin dəlillərindən irəli gələn işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
18. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətini araşdıraraq qeyd edir ki, yuxarıda istinad olunan normaların tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur.
19. Hazırki iş üzrə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmrinin ləğv edilməsi, vəzifəsinə bərpa olunması və məcburi işburaxma dövrü üçün əmək haqqının hesablanaraq ödənilməsidir. N. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayaraq qeyd edir ki, “mübahisələndirilən əmrlə bağlı Müdafiə Nazirliyinə xx.xx.N23-cü il tarixdə müraciət etmiş, həmçinin bundan əvvəl də şikayət instansiyasına etdiyi müraciətləri ilə bağlı cavabdehin ona ünvanladığı xx.xx.N23-cü il tarixli məktubda (xx.xx.N23- cü il tarixdə poçt vasitəsi ilə ona çatdırılmış) əks olunmuş iddiaçının iradə ifadəsi şikayət instansiyasına şikayət kimi qiymətləndirilməli idi”.
21. İddiaçı apellyasiya şikayətində qeyd etdiyi tarixi, yəni onun cavabdehin xx.xx.N23-cü il tarixli məktubunu xx.xx.N23-cü ildə alması barədə hər hansı mötəbər sübut yoxdur. Həmin sübut olsa belə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, işin mübahisəsiz halıdır ki, iddiaçının mübahisə predmeti olan inzibati aktdan 30 avqust N23-cü ildə məlumatı olmuşdur, iddiaçı həmin müddətdən 30 gün sonra, yenidən xidmətə qəbulla bağlı müraciət etmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, xx.xx.NN4-cü il tarixli məhkəmə iclasında iddiaçının və onun vəkilinin verdiyi izahatdan da müəyyən olunur ki, iddiaçının apellyasiya şikayətində qeyd etdiyi kimi əvvəlcə inzibati orqana müraciəti “inzibati aktın ləğv edilməsi ilə bağlı” olmamış, müraciətinin məzmunu “yenidən həqiqi hərbi xidmətə qəbul olunmaqla” bağlı olmuşdur. Beləliklə də, iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillər təkzib olunur.
22. Bundan əlavə iddiaçının apellyasiya şikayətində bildirdiyi tarixdən yəni xx.xx.N24-cü il tarixində məhkəmədə iddia qaldırması müddətin axımının hesablandığı halda belə iddiaçı qanunvericiliklə müəyyən edilmiş müddəti ötürmüş hesab edilir (xx.xx.N23-cü il tarixli əmrdən xx.xx.N23-cü il tarixində məlumatlı olmuşdur).
23. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası müdafiə nazirinin 23 avqust N23-cü il tarixli 0592 nömrəli əmri haqqında məlumat iddiaçının iddia ərizəsində qeyd etdiyinə əsasən, 30 avqust N23-cü il tarixdə iddiaçıya təqdim edilməsi müəyyən olunur və beləliklə iddiaçı aktların mübahisələndirilməsi (ləğv edilməsi) ilə bağlı iddiaların irəli sürülməsi üzrə 30 gün müddəti ötürmüş hesab olunur.
24. Məhkəmə kollegiyası qeyd edir ki, müddət məhdudiyyəti konsepsiyası inzibati idarəçilikdə hüquqi təhlükəsizliyin və sabitliyin, habelə mülki dövriyyənin təhlükəsizliyinin və sabitliyinin təmin edilməsi məqsədlərinə xidmət edir. Belə ki, hüquqi müəyyənlik və hüquqi sabitlik prinsipləri mübahisəli hüquq münasibətlərinə müəyyən müddətlər çərçivəsində aydınlıq gətirilməsini və həmin münasibətlərin sabitləşməsini tələb edir.
25. Həmçinin, müddət məhdudiyyətinin hüquq münasibətləri sistemində rolu və əhəmiyyəti ondan ibarətdir ki, həmin hüquq institutu hüquq münasibətləri iştirakçılarını məsuliyyətli olmağa, pozulmuş hüquqlarının müdafiəsi üçün hüquqi müdafiə vasitələrindən və imkanlarından müəyyən olunmuş zaman kəsiyində istifadə etməyə sövq edir. Həmin tələblərə əməl edilməməsinin riski və bununla bağlı nəticələr hüququnun pozulduğunu iddia edən şəxsin məsuliyyət sferasına aiddir. Qeyd olunmalıdır ki, belə şəxslər qanunla müəyyən olunmuş müddətləri üzrsüz səbəblərdən buraxaraq, uzun zaman kəsiyindən sonra iddia qaldırmaqda, nəticədə mülki dövriyyənin sabitliyini və təhlükəsizliyini təhdid altına almaqda haqlı sayıla bilməzlər.
26. Məhkəmə qeyd edir ki, analoji mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-222/N23 nömrəli xx.xx.N23-cü il tarixli, 2- 1(102)-931/N23 nömrəli xx.xx.N23-cü il tarixli və 2-1(102)-1642/N23 nömrəli xx.xx.N23-cü il tarixli) qərarlarında kassasiya instasiyası məhkəməsinin mövqeyi eyni olaraq göstərilmişdir.
27. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel N15-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”.
28. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1602/N23 nömrəli xx.xx.N23-cü il tarixli qərarında qeyd edilmişdir ki,müddətlə bağlı iddianın mümkünlüyünə dair işində qeyd edilmişdir ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilmiş olmalıdır.
29. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası.
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4950/N24 nömrəli, xx.xx.N24-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, Kassasiya şikayəti məhkəmə qərardadının tam formada təqdim olunduğu gündən 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.