Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2605/2025 14.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X3 (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra – iddiaçı) məxsus AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur.
2. Diplomun surətindən görünür ki, iddiaçı xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil almışdır.
3. “Aqreqat” X9-Aqreqat Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1987 ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı Aqreqat zavodunada (indiki "xxxx" MMC-də) işləmişdir.
4. “Aqreqat” X9-Aqreqat Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən iddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1987-ci il tarixinədək Bakı Aqreqat zavodunda (indiki "xxxx" MMC-də) işləmişdir.
5. “Aqreqat” X9-Aqreqat Zavodu tərəfindən verilmiş arayışa əsasən İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1984-cü il tarixdən (əmr № 210/K xx.xx.1984-cü il) xx.xx.1987-ci il tarixədək (əmr № 225/K xx.xx.1987-ci il) və xx.xx.1987-ci il tarixdən (əmr № 234/K xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr № 155/K xx.xx.1993-cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləyir. Mövcud texnoloji prosseslərə əsasən o, zərərli və ağır əmək şəraitində XB-16, Ən-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Güzətli şərtlərlə yaşa görə pensiya hüququ verən aşğıdakı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmə. Ümumi peşələr “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kodu ilə müəyyənlədirilmişdir.
6. “Aqreqat” İstehsalat Birliyi tərəfindən verilmiş arayışa əsasən İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1987- ci il tarixdən (əmr № 234/K xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr № 155/K xx.xx.1993- cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləyir. Mövcud texnoloji prosseslərə əsasən o, zərərli və ağır əmək şəraitində XB-16, Ən-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Güzətli şərtlərlə yaşa görə pensiya hüququ verən aşğıdakı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmə. Ümumi peşələr: “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kodu ilə müəyyənləşdirilmişdir.
7. "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən İddiaçı "xxxx" ASC-də xx.xx.2002-ci il tarixindən xx.xx.2011-ci il tarixinədək 4-cü dərəcəli rəngsaz peşəsində işləmişdir. Mövcud texnoloji proseslərə əsasən o, zərərli və ağır əmək şəraitində məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan sintetik, sellülozik əsaslı boyalar, həmçinin, sintetik və sellülozik həlledicilərlə təmasda olmuşdur. Rəngsaz peşəsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 35-ci fəslinin, 11-ci bəndinin, 2-ci yarımbəndinə əsasən zərərli sahə hesab edilir. Güzəştli pensiya üçün staj: 8 il, 01 ay, 10 gün təşkil edir.
8. Azərbaycan Respublikası "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arxiv arayışına əsasən "xxxx" TASC-nin hüquqi varisi "xxxx" MMC-nin arxiv fondu sənədlərinin 1949-cu il T-2 formasına əsasən xx.xx.1963-cii il təvəllüdlü İddiaçı haqqında aşağıdakı qeydlər aparılmışdır: xx.xx.1995-ci ildə 2 saylı Mexaniki yığma sexinə 4-cü dərəcəli rəngsaz peşəsinə işlə qəbul edilmişdir. Əmr: Xs 29/k, xx.xx.1995-ci il. xx.xx.2000ci ildə Azərb. Resp. ƏM-nin 68-ci maddəsinin “a” bəndinə əsasən öz xahişi ilə işdən azad edilmişdir. Əmr X« 76/k, xx.xx.2000-ci il. xx.xx.2000-ci ildə 2 saylı Mexaniki yığma sexinə 4-cii dərəcəli rəngsaz peşəsinə işlə qəbul edilmişdir. Əmr: Xsı 50/k, xx.xx.2000-ci il. xx.xx.2002-ci ildə Azərb. Resp. ƏM-nin 75-ci maddəsinin “a” bəndinə əsasən tərəflərin qarşılıqlı razılığı ilə işdən azad edilmişdir. Əmr № 94/k, xx.xx.2002-ci il. Göstəıilən peşə üzrə işləyən İddiaçı işçilər üçün işlədiyi rəngsaz peşəsi qapalı iş şəıaitində olmaqla Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən Azərbaycan Respublikası Naziıləı Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə 1 nömrəli siyahısına, Xİ.metal emalı bölməsi(l 100000).5.Metal emalı üzrə sair peşələr hissəsi (l 1104000) a)fəhlələr(l 110400a-13450) bəndinə uyğundur.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, hüquqi şəxsin xx.xx.2001ci il tarixli nizamnaməsinə əsasən "xxxx" ASC “Azərelektroterm” X6 tabeliyində olmuş Bakı Yüksək Voltlu X1 çevrilməsi nəticəsində yaradılmışdır. Bundan başqa, hüquqi şəxsin xx.xx.2002-ci il tarixli və xx.xx.2004-cü il tarixli nizamnamələrinə əsasən "xxxx" ASC (VÖEN **********) xx.xx.2001-ci il tarixdə D-3240 nömrə ilə dövlət qeydiyyatına alınmış eyni adlı hüquqi şəxsin bazasında yaradılmış və onun hüquqi varisi hesab edilmişdir. Eyni zamanda qeyd olunur ki, nizamnaməsinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.1997-ci il tarixli D-2272 nömrə ilə dövlət qeydiyyatına alınmış “X4” Məhdud Məsuliyyətli Cəmiyyətinin “Avia-Aqreqat” Zavodunun çevrilməsi nəticəsində yaranmışdır və onun hüquqi varisidir.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3/2-2206/2025 nömrəli sorğuya cavab məktubuna əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin səhmləri xx.xx.2005-ci il tarixində 100% özəlləşdirilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən təqdim edilmiş sənədlər əsasında həmin cəmiyyət dövlət əmlakının Registrində qeydiyyata alınmışdır.
11. “Azərsilah” X7” QSC "xxxx" X2-X8 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 1/5/01/069 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1984-cü il tarixdən (əmr № 210/k xx.xx.1984-cü il) xx.xx.1987-ci il tarixədək (əmr № 225/k xx.xx.1987-ci il) və xx.xx.1987-ci il tarixdən (əmr № 234/k xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr NQ 155/k xx.xx.1993-cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləmişdir. Mövcud texnoloji proseslərə əsasən o, zərərəli və ağır əmək şəraitində astar AK- 070, şpatlyovka Əfl-00-26, həlledici P-5, P-4, qrunt AK-070 və Əfl- 140, XB-16 markalı rənglərlə rəngləmə əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən aşağıda göstərilən peşə üzrə güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ vardır. 35. Ümumi peşələr - təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar. Texnoloji proseslərə əsasən zərərli əmək şəraitində 1 əsaslı homogen tərkibli qrunt boyalarla (XB-16) və 2 əsaslı heterogen tərkibli diffuziyaya məruz qala bilən 311-140 markalı emal boyaları ilə yanaşı istehsalat zərurəti ilə əlaqədar kolioksin tərkibli boyalarla da işləmişdir. Hansı ki,həmin boyalarla birbaşa təmas işçilərin yuxarı və daxili tənəffüs orqanlarının selikli qişasının qıcıqlanmasına, aşınmasına və gələcəkdə peşə xəstəliyinə tutulmasına zəmin yaradan səbəblərdəndir. İşlədiyi müddətdə ona əmək şəraitinin zərərlilik səviyyəsinə görə (zərərlilik səviyyəsinin müəyyənləşdirilməsi iş yerlərinin attestasiyasına və ya istehsalatın sanitar-texniki pasportizasiyasına əsasən aparılır) əlavə haqq ödənilmiş və mövcud qanunvericiliyə uyğun əlavə məzuniyyətdən istifadə etmişdir.
12. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz “Aqreqat” İstehsalat Birliyi “Avia-Aqreqat” zavodunun sizə dair 052 nömrəli arayışında xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində rəngsaz peşəsində işlədiyiniz qeyd edilib. Adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməyib. Eyni zamanda, "xxxx" ASC-nin 15-BYGEA nömrəli arayışında isə xx.xx.2002- xx.xx.2011 ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyiniz qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi üçün güzəştli iş stajınızı müəyyən etmək olmayıb. Bu fakt "xxxx" ASC-nin 7 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq ediiib. Göstərilən səbəblərdən də sizin güzəştli iş stajınız 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2002ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunericiliyin tələbləri baxımından mümkün hesab edilmir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
13. İddiaçı cavabdehə qarşı məhkəməyə müraciət edərək, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1963-ci il tarixdə doğulmuşdr və xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. xx.xx.1983-cü il tarixdə X12 Təhsili Komitəsində rəngsaz peşəsi üzrə təhsil almışdır və xx.xx.1984-cü il tarixdə peşə məktəbini diplomla bitirmişdir. xx.xx.1984cü il tarixdən xx.xx.1987-ci il tarixədək Bakı Aqreqat zavodunda 3-cü dərəcəli rəngsaz, xx.xx.1987-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Bakı Aqreqat zavodunda rəngsaz peşəsində, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Keşlə Maşınqayırma zavodunda 4-cü dərəcəli rəngsaz, xx.xx.1994-cü il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək, xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək Kommunal Sənaye Təchizat idarəsində 4-cü dərəcəli rəngsaz, xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixədək Keşlə Maşınqayırma zavodunda 4-cü dərəcəli rəngsaz peşəsində, xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək Bakı Yüksək Gərginlikli Elektirik Avadanlıqları ASC-də 4-cü dərəcəli rəngsaz, xx.xx.2011-ci il tarixdən xx.xx.2013-cü il tarixədək xx.xx.2013-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Sumqayıt Texnologiyalar Parkında 3-cü dərəcəli yük daşıyan, xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-də 3-cü dərəcəli yük daşıyan vəzifəsində işləmişdir. Bakı Aqreqat zavodunun arayışına əsasən xx.xx.1984cü il tarixdən xx.xx.1987-ci il tarixədək 3-cü dərəcəli rəngsaz peşəsi üzrə onun 03 il 03 ay 21 gün əmək stajının olması qeyd edilir. Bakı Aqreqat zavodunun arxiv arayışına əsasən xx.xx.1987- ci il tarixdən xx.xx.1993-cü il tarixədək rəngsaz peşəsi üzrə 5 il 10 ay əmək stajının olması qeyd edilir. Bakı Aqreqat Zavodunun Arayışı-Açılış barədə qeyd edilən peşə zərərli və ağır əmək şəraitində XB-16, Əli-140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmağı qeyd edilir. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Keşlə maşınqayırma zavodunun Arxiv arayışına əsasən xx.xx.1995-ci il tarixdən xx.xx.2000-ci il tarixədək 4 il 3 ay, xx.xx.2000-ci il tarixdən xx.xx.2002-ci il tarixdək 2 il 7 ay 4-cü dərəcəli rəngsaz vəzifəsində işləməyi qeyd edilir. Bakı Yüksək Gərginlikli Elektirik Avadanlıqları ASC-nin arayışına əsasən xx.xx.2002-ci il tarixdən xx.xx.2011-ci il tarixədək 8 il 01 ay 10 gün stajın olması və zərərli, ağır əmək şəraitində məmulatların səthinin rəglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan sintetik, sellülozik əsaslı boyalr, həmçinin sintetik və sellülozik həlledicilərlə təmasda olmağı qeyd edilir. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
15. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
16. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə oxşarlıq təşkil etməklə əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "X4 Avıa- Aqreqat” zavodunun 052 nömrəli arayışında xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının rəngsaz peşəsində işlədiyi qeyd edilib. Adıçəkilən müəsısədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən göndərilən sorğuya cavab olaraq bildirilib kı. iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməyib. Eyni zamanda, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nın 15-BYGEA nömrəli arayışında isə xx.xx.2002-xx.xx.2011- ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyi qeyd olunub. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iddiaçının ış stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi uçün güzəştli iş stajını müəyyən etmək olmayıb. Bu fakt “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları" ASC-nın 7 mart 2024-cu ıl tarixli birgə Aktı ilə təsdiq edilib. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Həmçinin qeyd etmək olunmalıdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən, onun ümumi iş stajı 41 il 4 ay 26 gün (01.01 2006-cı il tarixinədək 24 il 26 gün (xx.xx.1981-15 05.1983-cü il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-23.11 1987-ci il, xx.xx.1987-xx.xx.1993-cü il. xx.xx.1993- xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.1995-ci il, xx.xx.1995- xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 17 il 4 ay), fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı isə xx.xx.2024-cü il tarixinə 64343,99 manat təşkil edir.
17. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir.
18. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə araşdırılması zamanı təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı xx.xx.1984-xx.xx.1987 və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındaki dövr ərzində rəngsaz işləmişdir. İddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmuş, lakin bu güzəşt 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlara aid edilmişdir.
19. Qeyd olunmuşdur ki, iddiaçının rəngsaz vəzifəsində işlədiyi müəssisə - “Aqreqat” X9-Aqreqat Zavodu olmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi rəngsaz vəzifəsinin yuxarıda göstərilən Siyahının hansı bölməsinə uyğun olması ilə bağlı yaranmış zərurət ilə əlaqədar olaraq aidiyyəti üzrə müvafiq sorğular göndərilmiş, aparılmış araşdırma zamanı iddiaçının göstərilən müddətlərdə zərərəli və ağır əmək şəraitində astar AK- 070, şpatlyovka Əfl-00-26, həlledici P-5, P-4, qrunt AK-070 və Əfl-140, XB-16 markalı rənglərlə rəngləmə əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olduğu, eyni zamanda onun zərərli iş şəraitində işlədiyinə görə əlavə əmək haqqı və məzuniyyət aldığı müəyyən olunur.
20. Göründüyü kimi müəssisə tərəfindən təsdiq olunmuşdur ki, iddiaçının yerinə yetirdiyi əmək funksiyaları məzmunca Siyahıda nəzərdə tutulan güzəştli pensiya hüququ verən vəzifələrin funksiyaları ilə eynilik təşkil etməklə 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin istifadəsi ilə bağlı olmuşdur.
21. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2789/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
22. Apellyasiya şikayətinin dəlilləri imtina məktubunun və iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
24. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
25. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
26. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
27. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:
1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:
1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;
2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;
3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;
4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;
5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;
6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;
29. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
30. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:
Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
31. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
32. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.
33. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:
3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.
34. “İnzibati icraat haqqında” Qanunun:
15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
35. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
36. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır.
38. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
39. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
41. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
42. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
43. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.
44. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.
45. Məhkəmə kollegiyası hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz.
46. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 60 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı mövcud olmalı; c. 60 yaşı tamam olmalıdır.
47. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 60 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.
48. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçının ümumi iş stajının ən azı 25 il təşkil etməsi və 60 yaşının tamam olması işin mübahisəsiz halıdır.
49. Kollegiya qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının tələb olunan müddətdən az olmasıdır. Belə ki, onun 5 il 11 ay 25 gün (xx.xx.1995xx.xx.2000-ci il, xx.xx.2000-xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2002xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər) güzəştli iş dövrü kimi nəzərə alınmış, cavabdeh iddiaçının xx.xx.1984-xx.xx.1987 (03 il 03 ay 2 gün) və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri (05 il 10 ay 1 gün) nəzərə almamış və bu halı onunla əsaslandırmışdır ki, “Mərkəzi Filiala təqdim etdiyiniz “Aqreqat” İstehsalat Birliyi “Avia-Aqreqat” zavodunun sizə dair 052 nömrəli arayışında xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində rəngsaz peşəsində işlədiyiniz qeyd edilib. Adıçəkilən müəsisədəki iş stajınıza aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğumuza cavab olaraq, rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməyib. Eyni zamanda, "xxxx" ASC-nin 15-BYGEA nömrəli arayışında isə xx.xx.2002- xx.xx.2011 ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyiniz qeyd olunub. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajınıza aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğunuz zaman tətbiq etdiyiniz zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi üçün güzəştli iş stajınızı müəyyən etmək olmayıb. Bu fakt "xxxx" ASC-nin 7 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib.
50. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir.
51. Belə ki, təqdim olunmuş əmək kitabçasının surətindən məlum olmuşdur ki, iddiaçı xx.xx.1984-xx.xx.1987 və xx.xx.1987-xx.xx.1993-cü il tarixləri arasındaki dövr ərzində rəngsaz işləmişdir. İddiaçının işlədiyi həmin peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsində nəzərdə tutulmuş, lakin bu güzəşt 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlara aid edilmişdir.
52. Qeyd olunmalıdır ki, iddiaçının rəngsaz vəzifəsində işlədiyi müəssisə - “Aqreqat” X9-Aqreqat Zavodu olmuşdur. Məhkəmə araşdırılması zamanı iddiaçının işlədiyi rəngsaz vəzifəsinin yuxarıda göstərilən Siyahının hansı bölməsinə uyğun olması ilə bağlı yaranmış zərurət ilə əlaqədar olaraq aidiyyəti üzrə müvafiq sorğular göndərilmiş, aparılmış araşdırma zamanı iddiaçının göstərilən müddətlərdə zərərəli və ağır əmək şəraitində astar AK- 070, şpatlyovka Əfl-00-26, həlledici P-5, P-4, qrunt AK-070 və Əfl-140, XB-16 markalı rənglərlə rəngləmə əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olduğu, eyni zamanda onun zərərli iş şəraitində işlədiyinə görə əlavə əmək haqqı və məzuniyyət aldığı müəyyən olunur.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.
54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
55. Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda vəya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.
56. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur.
57. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiaçı xx.xx.2024-cü il tarixdə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət etmişdir. İddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, onun Mərkəzi Filiala təqdim etdiyi “Aqreqat” İstehsalat Birliyi “Avia- Aqreqat” zavodunun 052 nömrəli arayışında xx.xx.1984-xx.xx.1987-ci il və xx.xx.1987xx.xx.1993-cü il tarixləri arasındakı dövrlər ərzində iddiaçının rəngsaz peşəsində işlədiyi qeyd edilib. Adıçəkilən müəsisədəki iş stajına aid sənədlərdə qeyd olunan məlumatların dəqiqləşdirilməsi üçün Mərkəzi Filial tərəfindən göndərilən sorğuya cavab olaraq bildirilib ki, iddiaçının rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi zərərli maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi göstərilməyib. Eyni zamanda, "xxxx" ASC-nin 15-BYGEA nömrəli arayışında isə xx.xx.2002- xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində rəngsaz peşəsində işlədiyi qeyd olunub. Mərkəzi Filialın mütəxəssisləri tərəfindən iddiaçının iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi zərərli maddələr barədə əsaslı sənədlər təqdim edilmədiyi üçün güzəştli iş stajını müəyyən etmək olmayıb. Bu fakt "xxxx" ASC-nin 7 mart 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib.Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (5 il 11 ay 25 gün (xx.xx.1995-xx.xx.2000-ci il, xx.xx.2000xx.xx.2001-ci il, xx.xx.2002-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Buna görə də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir.
58. Cavabdehin mübahisələndirdiyi hal ondan ibarətdir ki, iddiaçıya güzəştli şərtlərlə pensiya təyin olunması üçün tələb olunan (12 il 6 ay) güzəştli iş stajı yoxdur.
59. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır.
60. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır.
61. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir.
62. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər.
63. Məhkəmə kollegiyası iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, iddiaçının təqdim etdiyi sənədlərdə rəngsaz vəzifəsidə əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi barədə hər hansı məlumatın olmadığına istinad etmişdir. Halbuki iddiaçının işlədiyi peşələrin siyahıda olan peşələrə uyğunluğu “Aqreqat” İB tərəfindən təqdim olunmuş güzəştli arayışda öz təsdiqi tapmışdır.
64. Belə ki, İddiaçı güzəştli şərtlərlə pensiya almaq hüququ verən peşələrdə işləməsi “Aqreqat” İB tərəfindən verilən arayışlarla, həmçinin iddiaçıya məxsus əmək kitabçası ilə təsdiq olunur. Həmin Arayışlarda qeyd edilmişdir ki, İddiaçı Əlibala oğlu Bakı Aqreqat Zavodunda (indiki "xxxx" MMC-də) xx.xx.1984-cü il tarixdən (əmr № 210/K xx.xx.1984-cü il) xx.xx.1987-ci il tarixədək (əmr № 225/K xx.xx.1987-ci il) və xx.xx.1987-ci il tarixdən (əmr № 234/K xx.xx.1987-ci il) xx.xx.1993-cü il tarixədək (əmr № 155/K xx.xx.1993-cü il) güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması hüququ verən rəngsaz peşəsində işləyir. Mövcud texnoloji prosseslərə əsasən o, zərərli və ağır əmək şəraitində XB-16, Ən- 140 markalı rənglərlə məmulatların səthinin rənglənməsi əməliyyatlarını yerinə yetirərkən insan orqanizmi üçün zərərli olan nitro rənglərlə və orqanik həlledicilərlə təmasda olmuşdur. İşlədiyi müddətdə ona zərərli və ağır əmək şəraitinə görə əlavə haqq ödənilmiş, əlavə məzuniyyətdən istifadə etmişdir. Güzətli şərtlərlə yaşa görə pensiya hüququ verən aşağıdakı peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin vəzifələrin və göstəricilərin siyahısına əsasən 35-ci bölmə. Ümumi peşələr “Təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” kodu ilə müəyyənləşdirilmişdir.
65. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilinə münasibətdə əlavə olaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2-ci və 3.2.1-ci bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir.
66. Həmçinin, Kollegiya qeyd edir ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 70-ci maddəsinə əsasən pensiya təyin edilməsi üçün müəyyən stajın tələb olunduğu hallarda vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, həmin dövlətlərlə bağlanmış sazişlərdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta ayırmaları keçirildikdə iş stajına daxil edilir. Bu zaman 1992-ci ilin yanvarın 10-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış iş stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada iş stajına daxil edilir.
67. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən).
68. Göstərilənlərə əsasən kollegiya qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır.
69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.
70. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.
71. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-28/2024 saylı qərarında qeyd edilmişdir ki, hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan normalar baxımından şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün aşağıdakı dispozisiya şərtləri mövcud olmalıdır: şəxs müvafiq yaşa çatmalı, 25 ildən çox ümumi iş stajına, o cümlədən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmuş peşələrdə ən azı 12 il 6 ay xüsusi iş stajına malik olmalı və fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. 33. Hazırkı mübahisəyə münasibətdə işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan həmin dispozisiya şərtləri iddiaçıya münasibətdə mövcuddur. iddiaçının işlədiyi peşənin (“təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsaz”) və sahənin ümumi peşələr sahəsinə aid və bağlı olduğu işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halları ilə təsdiq olunur. Bununla bağlı iddiaçının işlədiyi müəssisə tərəfindən təqdim olunmuş arayışın mötəbərliyini şübhə altına alan hər hansı hal məhkəmə icraatı zamanı müəyyən olunmamış, cavabdeh tərəfindən də bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.Nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinin tələbləri baxımından güzəştli arayış, onun həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdirsə, mötəbər hesab olunmalı və həmin arayışda nəzərdə tutulmuş məlumatların həqiqiliyi qəbul edilməlidir. Əks təqdirdə, həmin arayışın tələb olunması bir institut kimi mahiyyətini itirmiş olardı. Bu zaman həmçinin işçinin məşğul olduğu peşə üzrə yerinə yetirdiyi funksional vəzifələrin məzmununun daha dəqiq müəyyən edilməsi imkanına məhz onun işəgötürəninin malik olduğu da nəzərə alınmalıdır. Odur ki, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını tələb etməkdə iddiaçı haqlı sayılmalıdır.
72. Bununla belə oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-503/2024 saylı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)-214/2024 saylı qərarlarında da qeyd edilmişdir.
73. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
74. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya əmək pensiyasının təyin edilməsindən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.
75. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
76. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2789/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.