Məhkəmə qərarları › İş №2-1(103)-2606/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2606/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2606/2023 22.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X33 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X18 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, Üçüncü şəxs X29 və onun vəkili X5, Cavabdehin nümayəndəsi X12 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (X29, X35, X34, X25 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) qarşı “qeydiyyatın ləğv edilməsi və çıxarışın etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarından üçüncü şəxs X29 və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X29, X35, X34, X25) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X16, X26, X20 və X13 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X16, X26, X20 və X13 adına aparılmış qeydiyyatın və DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X21, X30, X27 və X17 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X16, X26, X20 və X13 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X16, X26, X20 və X13 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X21, X30, X27 və X17 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X16, X26, X20, X13 adına olan JN 30391D kod 00400016 nömrəli, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin ləğv olunmasına baxmayaraq cavabdeh inzibati orqan tərəfindən həmin şəhadətnamə əsasında X21, X30, X27, X17 xx.xx.2016-cı ildə Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. xx.xx.2006-cı il tarixli Şəhadətnamədən göründüyü kimi, həmin Şəhadətnamənin verilməsinə əsas Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli Qərarına əsasən xx.xx.2006-ci il tarixli Şəhadətnamənin verilməsinə əsas olmuş Səbail rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli və Apellyasiya Məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnamələri və Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2006-cı il tarixli qərarı yeni açılmış hallar əsasında ləğv edilmişdir. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2008-ci il tarixli, 877 nömrəli sərancamı Badamdar qəsəbəsində, 1-ci massivdə 7 nömrəli sahə, 600 kv.m. torpaq sahəsində fərdi ev tikmək üçün X21 ayrılmışdır. Lakin, X7 rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli sərancamını saxtalaşdıraraq torpaq sahəsinin Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi 3-cü yaşayış massivindən güya ona ayrıldığını göstərmiş və bununla da həmin saxta sərəncam və onun əsasında qəbul edilmiş məhkəmə aktları ilə xx.xx.2006-ci il tarixli Şəhadətnamənin alınmasına nail olmuşdur. Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.2015-ci il tarixli, 160 nömrəli sərəncamı ilə X21 fərdi evin tikilməsi üçün Badamdar qəsəbəsində 1-ci yaşayış massivində 7 nömrəli sahə, 600 kv.m. torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Hakimiyyəti başçısının xx.xx.1994-cü il tarixli, 3193 nömrəli sərancamı ləğv edilmişdir. Həmin sərəncam cavabdehə və digər aidiyyəti qurumlara göndərilmişdir. Həmin sərəncam ləğv edildiyindən ləğv edilmiş sərəncam əsasında X16 adına hazırlanmış xx.xx.2006-cı il JN-30391D saylı şəhadətnamənin ləğv edilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə ərizə ilə müraciət edərək onun kadastr məlumatlarından çıxarılmasını iddiaçı xahiş etmişdir. Bundan sonra, Nadir Həsənovun təkidi ilə Mövlan Məcidov adlı şəxsin mülkiyyətinə verilmiş torpaq sahəsinə qarşı yönəlmiş digər bir iddia tələbi üzrə aparılan məhkəmə mübahisələri nəticəsində iddiaçıya torpaq sahəsinin ayrılması barədə mövcud olan sərəncam və həmin torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ləğv olunmuş, eləcə də Səbail rayon İcra Hakimiyyəti tərəfindən Mövlan Məcidova qarşı ona torpaq sahəsi ayrılmasına dair xx.xx.1995-ci il tarixli, 1029a nömrəli sərəncam ləğv olunmuş və həmin qərar qanuni qüvvəyə minərək icra edilmişdir. Lakin qeyd edilən torpaq sahəsi ötən müddət ərzində fasiləsiz və etirazsız olaraq iddiaçının sahibliyində və istifadəsində qalmış, torpaqdan istifadəyə görə iddiaçı tərəfindən bələdiyyəyə torpaq vergisi ödənilmişdir. 2018-ci ildə yenidən qanuni əsaslarla torpaq sahəsinin öz adına sənədləşdirilməsi üçün iddiaçı Səbail rayon İcra Hakimiyyətinə müraciət etmiş və torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün yenidən yalnız bələdiyyə orqanı tərəfindən alqı-satqı qaydasında alınması ona tövsiyyə edilmişdir. Bu məqsədlə o Badamdar bələdiyyəsinə müraciət etmiş, lakin bələdiyyə sözügedən torpağı ona satmaqdan imtina etmişdir. O bələdiyyənin imtinasını qanunsuz hesab edərək yenidən məhkəməyə müraciət etmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi tərəfindən onun mülkiyyətində olmuş şəhadətnamədə göstərilən koordinatlara uyğun torpaq sahəsinin kimin mülkiyyətində olmasına dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinə müvafiq sorğu ünvanlanmış və reyestr xidməti tərəfindən bu torpaq sahəsinin hazırda dövlət, bələdiyyə və ya hər hansı şəxsin mülkiyyətində olmasına dair məlumatın olmadığı bildirilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarına əsasən Bakı şəhəri, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 nömrəli sahədə yerləşən 800 kv.m. torpaq sahəsinin bilavasitə alqı-satqı qaydasında onun mülkiyyətinə verilməsinə dair qərarın qəbul edilməsi Badamdar bələdiyyəsinə həvalə edilmişdir. Ona satılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan Reyestr Xidmətinin 1 saylı Ərazi İdarəsinə müraciət olunmuş, lakin 1 saylı Ərazi İdarəsi ona məxsus şəhadətnamədə və yerləşmə sxemində göstərilən torpaq sahəsinin dövlət reyestrində qeydiyyatdan keçmiş digər bir torpaq sahəsi ilə 155 kv.m. hissədə üst-üstə düşdüyü barədə cavab vermişdir. Bir müddət sonra iddiaçının sahibliyində istifadəsində olan torpaq sahəsinin bir hissəsinə düşməklə bir qrup naməlum şəxslər tərəfindən bu hissədə tikintiyə hazırlıq işlərinin görüldüyünü müşahidə etdiyindən iddiaçı müxtəlif qurumlara, o cümlədən Səbail rayon Prokurorluğuna müraciət etmişdir.Səbail rayon Prokurorluğunda aparılmış ilkin araşdırma zamanı cavabdeh X16 adına olan yuxarıda qeyd olunan sərəncam və məhkəmə qətnamələrinə əsasən verilmiş olan “Torpağa mülkiyyət hüququnun verilməsinə dair şəhadətnamə”nin saxtalaşdırılması faktı müəyyən edildiyindən faktla bağlı müvafiq araşdırma aparılması üçün toplanmış sənədlər aidiyyəti üzrə Səbail rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir.Həmin şöbənin xx.xx.2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından göründüyü kimi hazırki iş üzrə üçüncü şəxs X2 “Əsli ilə düzdür” məzmunlu xx.xx.1994-cü il tarixli, 3193 saylı sərəncam və eləcə də ləğv olunmuş məhkəmə qətnamələri əsasında verilmiş xx.xx.2006-cı il tarixli hüquqi əsası olmayan JN-30391D nömrəli şəhadətnaməni reyestr xidmətinə təqdim edərək ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il tarixli çıxarış almağa nail olmuşdur.Qeyd olunanlara əsasən iddiaçı X16 adına verilmiş xx.xx.2006-cı il tarixli, **********47 reyestr nömrəli çıxarışın etibarsız hesab edilərək ləğv edilməsi barədə xx.xx.2022-ci il tarixli rəsmi ərizə ilə DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Lakin müraciəti təmin edilməmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cаvаbdеh tərəfindən təqdim olunmuş iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsi JN 30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X16, X26, X20 və X13 adına xx.xx.2016-cı ildə daşınmaz əmlakın dövlət reyestrində ilkin qeydiyatdan keçmişdir.Həmin torpaq sahəsi AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqı-satqı müqaviləsi əsasında X4, 4Ə-118 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə X19 adına özgəninkiləşdirilmişdir. Hazırda torpaq sahəsi X19 xüsusi mülkiyyətindədir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilmişdir. Qərarla razılaşmayan üçüncü şəxs X29 ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın mümkün sayılmamasını xahiş etmişdir. Qərarla razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, qərarın ləğv edilib, iddianın təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı "Müqavilələrin ləğv edilməsi və etibarsızlığı" tələbinə dair 2(009)-2546/2021 nömrəli mülki iş üzrə Səbail Rayon Məhkəməsində qaldırıdığı iddia ilə, X4 və s. adına verilmiş çıxarışların etibarsız hesab edilərək ləğv olunması və müqavilələrin ləğv edilməsini xahiş etmişdir. Səbail rayon məhkəməsinin həmin iş üzrə çıxardığı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə ona verilmiş xx.xx.2016-cı il tarixli, **********47 reystr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi hissəsində icraata xitam verilmiş, qalan hissədə iddia rədd edilmişdir. Bildirilir ki, iddia predmeti olan 800 kv.metr torpaq sahəsi iki hissədən ibarətdir. Həmin torpaq sahəsinin birinci 155 kv metr hissəsi əvvələr onun mülkiyyətində olmuş və sonradan özgəninkiləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2009-cu il tarixli qətnaməsi ilə həmin torpaq sahəsinin ikinci, 600 kv. metr hissəsinə dair İddiaçı verilmiş torpağın mülkiyyət verilməsi haqqında şəhadətnamə, şəhadətnamənin verilməsi üçün əsas olmuş Səbail Rayon İcra Hakimiyyət başçısının sərəncamı etibarsız hesab edilərək ləğv edilmişdir. Məhkəmənin qətnaməsi üçün əsas həmin 600 kv metr torpaq sahəsinin sahibi Mövlan Məcidovun adından saxta razılıq ərizəsinin tərtib edilməsi olmuşdur, X40 Rayon Məhkəməsinə iddia ərizəsi verərək hüquqlarının bərpa edilməsini xahiş etmişdir. Səbail Rayon Məhkəməsi iddianın rədd edilməsi barədə qətnamə çıxarsa da, Bakı Apellyasiya Məhkəməsi həmin qətnamənin ləğv edilməsi və Mövlan Məcidovun iddiasının təmin edilməsi barədə yeni qətnamə çıxarmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1274/10 saylı, 05.05 2010-cu il tarixli qərarı ilə həmin iş üzrə cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayət təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Nəticədə, həmin 600 kv. metr torpaq sahəsinin üzərində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının qanunun tələblərinə əsasən Mövlan Məcidovun mülkiyyət hüquqları bərpa edilmişdir. Torpaq sahəsi üzərində İddiaçı mülkiyyət, icarə və istifadə hüquqlarını təsdiq edən sənədlər olmadığı halda Badamdar bələdiyyəsinin torpaq vergisinin hesablanmasına dair tədiyyə bildirişi verməsi və iddiaçının həmin torpaq sahəsinə görə torpaq vergisi ödəməsi qanunsuzdur. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən X29, X34, X35 və X13 adına Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli, N2-1061/05 nömrəli qətnaməsi və Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli, H1M5- 7001/2005 qətnaməsi əsasında paylı mülkiyyət hüququ ilə İN-30391 saylı şəhadətnamə verilmişdir. Sözügedən şəhadətnamə əsasında torpaq sahəsi X29, X34, X36 və X13 adına ümumibirgə mülkiyyət hüququ kimi xx.xx.2016-cı il tarixində **********47 reyestr nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsi ilə X4 adına özgəninkiləşdirilmişdir. xx.xx.2021-ci il tarixdə isə torpaq sahəsi atqı-satqı müqaviləsi əsasında X19 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır, hazırda sonuncunun mülkiyyətindədir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə poçt vasitəsi ilə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq, ilk növbədə iddianın mümkünlük məsələsini yoxlamamış, mahiyyəti üzrə nəticəyə gəlmişdir. Halbuki, iddianın mahiyyəti üzrə baxılmasına əsas olan mümkünlüyü məhkəmənin xidməti vəzifəsinə uyğun olaraq ilk öncə yoxlanılmalı idi. İşin araşdırılmış hallarından aydın olur ki, birinci instansiya məhkəməsi mülki icraat qaydasında qəbul edilmiş məhkəmə qətnamələrinə (qərarlarına), həmçinin, iddiaçının mübahisəli torpaq sahəsindən istifadəyə dair bələdiyyəyə vergi ödəməsinə istinad edərək iddiaçının iddia tələbini haqlı hesab etmişdir. Halbuki, sözügedən mülki mübahisələr üzrə məhkəmə qətnamələrinin mövcudluğu hələ iddiaçının hazırki iddia tələbi üzrə çıxış etməyə subyektiv hüquqa malik olması anlamına gəlmir. Məhkəmə kollegiyası sözügedən məhkəmə qərarlarına (qətnamələrinə) nəzər yetirir: - Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli xx.xx.2008-ci il tarixli qərarından görünür ki, iddiaçı X29 cavabdehlər Səbail rayon İcra Hakimiyyətinə, X9 və 3-cü şəxs Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Səbail rayon məhkəməsində iddia qaldıraraq Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1384 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının və bunun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsi tərəfindən X8 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnmə çıxarılmasını xahiş etmişdir, işin apellyasiya baxışı zamanı X3 Nadir Hidayət oğluna, Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Səbail rayon Badamdar qəsəbə nümayəndəliyinə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 3193 saylı, xx.xx.1994-cü il tarixli X21 Badamdar qəsəbəsində fərdi ev tikintisi üçün 600 kv metr torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız hesab edilməsi, X16 mübahisəli torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.Bakı şəhər Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir, Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi ilə Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, X8 X21 və qeyrilərinə qarşı sərəncamın etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılmasına dair qarşılıqlı iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi MİUKMK-nın xx.xx.2006-cı il tarixli qərarı ilə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 13(102)-13/08 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə isə Səbail rayon məhkəməsinin xx.xx.2005-ci il tarixli qətnaməsi,onunla əlaqədar Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin MİÜMK-nın xx.xx.2005-ci il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsi MİUMK-nın xx.xx.2006-cı il tarixli qərarı ləğv edilmiş, iş prosessual qanunla müəyyən edilən qaydalara uyğun olaraq aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail rayon məhkəməsinə göndərilmişdir. - Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-944/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X16 Səbail rayon İcra Hakimiyyətinə, X9 və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə qarşı Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 1384 nömrəli, xx.xx.1998-ci il tarixli sərəncamının və bunun əsasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Şöbəsi tərəfindən X8 adına verilmiş torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddiası, X8 X21, Səbail rayon İcra Hakimiyyətinə, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər şöbəsinə və Badamdar qəsəbə nümayəndəliyinə qarşı Səbail rayon İcra Hakimiyyəti Başçısının 3193 nömrəli, xx.xx.1994-cü il tarixli X21 Badamdar qəsəbəsində fərdi evin tikintisi üçün 600 kv metr torpaq sahəsinin ayrılması barədə sərəncamın etibarsız hesab edilməsu haqqında qarşılıqlı iddiası təmin ed3d33üsüüilməmişdir,Səbail rayon İcra Hakimiyyətinin qarşılıqlı iddiası təmin edilərək X21 fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində 1-ci massivdə 7 saylı sahədə 600 kv metr torpaq sahəsinin ayrılması barədə Səbail rayon İcra Başçısının 3193 nömrəli, xx.xx.1994-cü il tarixli sərəncamı ləğv edilmişdir. - Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 8(102)-7/2021 nömrəli qərardadından görünür ki, Bakı şəhər Səbail rayon məhkəməsinin 2(009)-944/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsi qüvvəyə minmiş və qətnamənin icrası ilə bağlı icra vərəqi verilmişdir. Göründüyü kimi, yuxarıda sadalanan məhkəmə qətnamələri ilə Səbail rayon Badamdar qəsəbəsində yerləşən 600 kvm torpaq sahəsindən söhbət gedir. Hazırki iddia üzrə isə iddiaçı həmin ərazidə 800 kvm torpaq sahəsindən istifadə etdiyini, həmin torpaq sahəsinin rəsmiləşdirilməsi zamanı aidiyyəti inzibati orqan tərəfindən imtina olunaraq torpaq sahəsinin 155 kvm hissəsinin digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş sahə ilə üst-üstə düşməsinə istinad edilmişdir. İşin araşdırılmış hallarından aydın olur ki, iddiaçı sahiblik və istifadəsində olan 800 kvm torpaq sahəsinin 155 kvm hissəsinin hazırki iş üzrə 3-cü şəxslərin vaxtilə mülkiyyətində olması əsasını mübahisələndirir. Yəni ki, iddiaçının iddia etdiyi 800 kvm torpaq sahəsinin yalnız 155 kvm hissəsi mübahisəlidir, digər 600 kvm hissəsinin isə hər hansı şəxsin torpaq sahəsi ilə üst-üstə düşmə məqamı mübahisəsiz mövcud deyildir və həmin torpaq sahəsinin 3-cü şəxslərə aidiyyəti yoxdur. Bu fakt ƏMDK yanında DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin X11 xx.xx.2019-cu il tarixli müraciətinə cavab olaraq verdiyi məktubunda da aşkar şəkildə qeyd edilmişdir. İddiaçı məhz istifadəsinə və sahibliyinə verilmiş 155 kvm torpaq sahəsinin 3-cü şəxslərin adına qanunsuz qeydiyyatına alındığını, həmin torpaq sahəsinin onun sahibliyində olduğunu iddia edərək Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massivdə yerləşən 0,06 ha torpaq sahəsi ilə bağlı X16, X26, X20 və X13 adına verilmiş JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində X16, X26, X20 və X13 adına aparılmış qeydiyyatın ləğv edilməsi (çıxarılması) və həmin qeydiyyat əsasında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2016-cı il tarixdə X21, X30, X27 və X17 verilmiş 00401300 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş edir. İddiaçı bunu da onunla əsaslandırır ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(81)-2033/2018 saylı qərarı ilə Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 1666 saylı sahədə yerləşən 800 kvm torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün bilavasitə alqı-satqı qaydasında iddiaçının mülkiyyətinə verilməsinə dair inzibati akt (qərar) qəbul edilməsi vəzifəsinin Səbail rayonu Badamdar Bələdiyyəsinə həvalə edilməsi qərara alınmışdır. Həmçinin, iddiaçı sözügedən torpaq sahəsinin sahiblik və istifadəsinə görə bələdiyyə vergisi ödəyir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 6.5-ci maddəsinə görə torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərində mühəndis-kommunikasiya təminatı obyektlərinin normal fəaliyyətinin təmin olunması ilə bağlı bəzi tədbirlər haqqında” 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanının 1-ci bəndində nəzərdə tutulmuşdur ki, yerli icra hakimiyyəti orqanları tərəfindən Bakı şəhərinin ərazisində Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin ayrılması ilə bağlı bələdiyyənin qərarı qəbul edilənədək torpaq sahəsinin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma, ərazi planlaşdırılması sənədlərinə uyğunluğu baxımından rəy verilməsi 2017-ci il yanvarın 1-dən etibarən müvəqqəti dayandırılsın. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanlarına tapşırılsın və Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələrə tövsiyə olunsun ki, Bakı şəhəri üzrə ərazi planlaşdırılması sənədlərinin sifarişi ilə bağlı verilən layihə tapşırıqlarında şəhərin ərazisinin baş və müfəssəl planlarında şəhərsalma məqsədləri baxımından tikintilərin növü və miqyası ilə bağlı torpaqlardan istifadəsi təsbit edilmiş ərazilərin zonalaşdırılması zamanı həyətyanı torpaq sahələri olan yaşayış evləri tikiləcək zonaların planlaşdırılmasına yol verilməsin. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərinin inzibati ərazi vahidi hüdudlarında təşkil olunmuş bələdiyyələr tərəfindən “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin tələbləri pozulmaqla tikinti üçün mülkiyyətə bu Fərman qüvvəyə mindikdən sonra ayrılmış torpaq sahələrində tikinti obyektinin inşasının aparıldığını aşkar etdikdə, tikinti işlərinin dayandırılması üçün dövlət şəhərsalma nəzarəti qaydasında müəyyən edilmiş tədbirlər görsün və bununla bağlı rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin. Göründüyü kimi, istinad edilən məhkəmə qərarının qəbul edildiyi dövrdə və halhazırda da mövcud qanunvericiliyin tələblərinə əsasən Bakı şəhərinin ərazisində bələdiyyələr tərəfindən torpaq ayrılması barədə qərarlar qəbul olunmasını, birmənalı olaraq qabaqcadan müvafiq orqanlardan, o cümlədən yerli icra hakimiyyəti orqanlarından rəy alınması ilə şərtləndirilir. Halbuki, hazırda Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2016-cı il tarixli 1184 nömrəli Fərmanı ilə 1 yanvar 2017-ci il tarixdən müvafiq rəyin verilməsi müvəqqəti dayandırılmışdır. Bundan əlavə hətta məhkəmə qərarı ilə iddiaçının belə bir iddiası təmin olunmuş olsa belə, hazırda həmin məhkəmə qərarı mövcud deyildir. Belə ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(81)-2033/2018 saylı qərardadı ilə ərizəçi X16 vəsatəti təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2- 1(81)-2033/2018 saylı qərarı ləğv edilmiş, X29 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmiş, işə mahiyyəti üzrə baxılması təzələnmiş və işə baxılması təyin edilmişdir. Bir sıra prosessual hərəkətlər edildikdən sonra həmin iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçının ərizəsi əsasında geri qaytarılmışdır. Göründüyü kimi, iddiaçının istinad etdiyi məhkəmə qərarı ləğv edilmiş, işə mahiyyəti üzrə baxılan zamanı isə onun ərizəsi əsasında iddia geri qaytarılmışdır. Belə olan halda iddiaçının vaxtilə 3-cü şəxslərin adına qeydiyyata alınmış 600 kvm torpaq sahəsinin hətta 155 kvm hissəsini də mübahisələndirmək hüququ mövcud deyildir. İddiaçının torpaq sahəsinə görə bələdiyyəyə vergi ödənişlərin edilməsi dəlilinə gəldikdə isə Məhkəmə kollegiyası qeyd edir ki, işin mübahisəsiz halıdır ki, 800 kvm torpaq sahəsindən yalnız 155 kvm hissəsi mübahisəlidir yəni, digər torpaq sahəsinin iddiaçı tərəfindən istifadə və sahiblik edilməsi və buna görə vergi ödənişlərinin edilməsi hələ iddiaçının hazırki tələblə məhz çıxış edərək JN30391D kod 00400016 saylı, xx.xx.2006-cı il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və həmin şəhadətnamə əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsinə əsas vermir. Bundan başqa, iş materiallarına olan AN-İ ******* saylı, xx.xx.2016-cı il tarixli alqısatqı müqaviləsindən görünür ki, X16, X26, X22 və X25 ümumi birgə mülkiyyətlərində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsini X1. Həmçinin, X10 RX seriyalı 480621 nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 0,06 ha torpaq sahəsini 4Ə-118 nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə X24 satmışdır. Hazırda sözügedən 0,06 ha torpaq sahəsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 480621 nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən, X19 tam mülkiyyətindədir. Beləliklə, iddiaçının iddia etdiyi 800 kv.metr torpaq sahəsinin 155 kv metr hissəsinin hazırda X19 xüsusi mülkiyyətində olması iş materialları ilə öz təsdiqini tapır. İşin ətraflı araşdırılması nəticəsində hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia iddiaçının subyektiv hüququnun olmamması əsası ilə mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Üçüncü şəxs X29 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1622/2023 saylı, 09 fevral 2023-cü il tarixli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (X29, X35, X34, X25 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) qarşı “qeydiyyatın ləğv edilməsi və çıxarışın etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar