Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2606/2025 12.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Ceyhun Bəşir oğlu Məmmədov (sədrlik edən və məruzəçi), Şərafət Asif qızı Məmmədovadan və X1 ibarət tərkibdə, Səmimə Elşad qızı Əliyevanın katibliyi, İddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin mübahisələndirilməyən halları
1. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1982-ci ildən xx.xx.2000-ci ilə 7 №-li likinti İdarəsində fəhlə, daş ustası, dispetçer, təchizat İdarəsinin rəisi, tikinti ustası və iş icraçısı; xx.xx.2000-ci ildən xx.xx.2001-ci ilə qədər 23 №-li Tikinti İdarəsində iş icraçısıvə baş iş icraçısı; xx.xx.2001-ci ildən xx.xx.2005-ci ilə qədər "xxxx" MTK-da baş iş icraçısı; xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilə qədər "Təbriz” MTK-da sahə rəisi; xx.xx.2011-ci ildən xx.xx.2012-ci ilə qədər "X5” MMC-də sahə rəisi; xx.xx.2016-cı ildən xx.xx.2017-ci ilə qədər "xxxx" MMC-də iş icraçısı, baş mühəndis; xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər "ARAZ Supermarket*' MMC-də inşaat mühəndisi; xx.xx.2017-ci ildən xx.xx.2017-ci ilə qədər “Həsən lloldinq" MMC-də iş icraçısı; xx.xx.2017-ci ildən xx.xx.2020-ci qədər "xxxx" MMC-də iş icraçısı; xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilədək "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir.
2. Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1979-cu il tarixdən xx.xx.1981-ci il tarixədək orduda xidmət etmişdir.
3. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının xx.xx.1990-xx.xx.1995-ci il tarixlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində göstərilən tikinti ustası vəzifəsinə uyğundur.
4. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının xx.xx.1995-xx.xx.2001-ci il tarixlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində göstərilən iş icraçısı vəzifəsinə uyğundur.
5. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının xx.xx.2001-xx.xx.2005-ci il tarixlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində göstərilən baş iş icraçısı vəzifəsinə uyğundur.
6. Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, iddiaçının xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş Siyahının 29-cu bəndində göstərilən iş icraçısı vəzifəsinə uyğundur.
7. Cavabdeh tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və 23 №-li Tikinti İdarəsinin iddiaçıya dair 17.01,2024-cü il tarixli arayışında xx.xx.1982-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində 11 №-li Təmir-Tikinti trestinin 23 №-li Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə hər hansı əsaslı sənədin mövcud olmadığı, həmin arayışın əmək kitabçasının əsasında yazıldığı müəyyən edilib. Bu fakt 23 №-li Təmir Tikinti İdarəsinin 13 fevral 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Eyni zamanda iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin xx.xx.1990- xx.xx.2001-ci il tarixləri arasındakı dövr üzrə arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcud olmadığı bildirilib. Bu səbəbdən də xx.xx.1990- xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığı üçün həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Həmçinin sözügedən əmək kitabçasının surətində xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-də də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 8 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 2 gün (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.2016-xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28156,61 manat təşkil edir.
8. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli sorğuya cavab məktubuna əsasən 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “11 nömrəli TəmirTikinti Trestinin 23 (əvvəllər 7) nömrəli Tikinti İdarəsinə dair məlumat mövcud deyildir.
9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən müraciətdə qeyd olunan “11 nömrəli Təmir-Tikinti Trestinin 23 (əvvəllər 7) nömrəli Tikinti İdarəsi” və "xxxx" MTK barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur.
10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-2-2-1/2-2262/2025 nömrəli sorğuya cavab məktubuna əsasən İdarədə olan reyestrdə “11 nömrəli Təmir Tikinti Trestinin 23 nömrəli Tikinti İdarəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. Dövlət reyestr məlumatlarına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi (VÖEN **********) xx.xx.2002-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, məhəllə 379-dur, rəhbəri X2r. Eyni zamanda qeyd olunur ki, "xxxx" Mənzil-Tikinti Kooperativinin (VÖEN **********) ləğv edilməsi və hüquqi varisliyi barədə məlumat aşkar edilməmişdir.
11. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, Dövlət Arxivinin Bakı filialında saxlanılan BBTİ 7 saylı Tikinti İdarəsinin 11 saylı Trestinin natamam arxiv sənədlərinin əmr kitablarında 1960cı il təvəllüdlü vət. İddiaçı xx.xx.1982-ci il tarixli, 2-S saylı əmrlə xx.xx.1982-ci il tarixdən 1-ci dərəcəli fəhlə vəzifəsinə işə qəbul olunması, 1982,1983,1984,1985,1986,1987,1988 və 1990-cı illərə dair əmək haqqı cədvəllərində əmək haqqı hesablanması barədə məlumatlar mövcuddur.
a) Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının təyin edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
13. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək “iddiaçıya 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən xx.xx.2023-cü ildən əvvəlki üç il ərzində yəni xx.xx.2020-ci ildən hazırki vaxta qədər yaranmış fərqin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasıni” xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir.
14. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin ümumi iş stajının və güzəştli iş stajının olmaması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir.
15. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində və 23 №-li Tikinti İdarəsinin iddiaçıya dair 17.01,2024-cü il tarixli arayışında xx.xx.1982-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində 11 №-li Təmir-Tikinti trestinin 23 №-li Tikinti İdarəsində işlədiyi qeyd olunmuşdur. Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iş stajına aid məlumatların yerində dəqiqləşdirilməsi zamanı sözügedən müəssisədə hər hansı əsaslı sənədin mövcud olmadığı, həmin arayışın əmək kitabçasının əsasında yazıldığı müəyyən edilib. Bu fakt 23 №-li Təmir Tikinti İdarəsinin 13 fevral 2024-cü il tarixli birgə Aktı ilə təsdiq edilib. Eyni zamanda iş stajına dair məlumatların dəqiqləşdirilməsi üçün cavabdeh tərəfindən aidiyyəti üzrə sorğu göndərilib. Müvafiq sorğuya cavab olaraq sözügedən müəssisənin xx.xx.1990xx.xx.2001-ci il tarixləri arasındakı dövr üzrə arxiv sənədlərinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialında mövcud olmadığı bildirilib. Bu səbəbdən də xx.xx.1990-xx.xx.2001-ci il tarixləri arasındakı dövr ərzində əmək fəaliyyəti ilə məşğul olub-olmadığını müəyyən etmək mümkün olmadığı üçün həmin dövrü iş stajına daxil etmək mümkün deyil. Həmçinin sözügedən əmək kitabçasının surətində xx.xx.2001- xx.xx.2005-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" MTK-də də işlədiyi qeyd olunmuşdur. Adıçəkilən müəssisədə işlədiyi dövrə dair məlumatların dəqiqləşdirilməsi məqsədilə “Sığorta Alt Sistemi (monitorinq)” proqram təminatında araşdırma aparılaraq həmin müəssisənin Dövlət Sosial Müdafiə Fondunda sığortaolunan kimi qeydiyyatda olmadığı və məcburi dövlət sosial sığorta haqları ödəmədiyi müəyyən edilmişdir. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Göstərilən səbəbdən də, iddiaçının ümumi iş stajı 25 ildən az (24 il 8 ay 21 gün), güzəştli iş stajı isə 12 il 6 aydan az (4 il 2 gün (xx.xx.1990-xx.xx.1990-cı il, xx.xx.2016- xx.xx.2016-cı il, xx.xx.2017-xx.xx.2020-ci il, xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Bundan başqa fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq sizə münasibətdə 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 28156,61 manat təşkil edir.
16. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və müraciət edilən xx.xx.2023-cü ildən əvvəlki üç il ərzində yəni xx.xx.2020-ci ildən hazırki vaxta qədər yaranmış fərqin ödənilməsi vəzifəsi cavabdeh Dövlət Sosial Müdafiə X6 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilmişdir.
17. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ
b) Apellyasiya şikayətinin dəlilləri
18. Apellyasiya şikayəti iddiaya etiraza uyğun əsaslandırılmışdır. ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə dair yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatları
20. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili iddia ərizəsinə uyğun izahat verərək birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 17 fevral 2025-ci il tarixli qərarının ləğv edilməsinin məhkəmədən xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
21. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz;
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1.1-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək olan dövr üzrə sosial sığorta stajı: “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən hesablanır.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27.Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. (İPM-nin 1.1, 2.2.3 və 3.1-ci maddələrinə əsasən) 28.İşin faktiki halları və apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə Kollegiyası tətbiq edilən hüquq normalarına (Bu Qərarın 21-24-cü bəndləri) əsaslanaraq qeyd edir ki, Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. 29.Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı cavabdeh Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək ona 57 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2017-ci ildən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini və müraciət edilən xx.xx.2023-cü ildən əvvəlki üç il ərzində yəni xx.xx.2020-ci ildən hazırki vaxta qədər yaranmış fərqin ödənilməsini xahiş etmişdir. 30.Cavabdeh orqan isə müraciəti təmin etməkdən imtina etmiş və bildirmişdir ki, iddiaçının ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etdiyindən ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyildir.
31. Belə ki, cavabdeh orqan imtina üçün 3 əsas gətirmişdir:
1. İddiaçının ümumi iş stajının 25 ildən az olması;
2. İddiaçının güzəştli iş stajının 12 il 06 aydan az olması;
3. Fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsidir.
32. Birinci əsasla bağlı kollegiya qeyd edir ki, iddiaçının hərbi xidmətdə olduğu müddəti, həmçinin əmək kitabçasında əmək fəaliyyəti ilə məşğul olduğu dövrü cəmlədikdə müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 25 ildən (mübahisələndirilməyən iş stajı 24 il 08 ay 21 gün + mübahisələndirilən iş stajı 14 il 10 ay 18 gün(xx.xx.1990-xx.xx.2001; xx.xx.2001-xx.xx.2005)) çox təşkil edir.
33. Lakin, cavabdeh orqan iddiaçının 23 №-li Tikinti İdarəsində olan xx.xx.1990xx.xx.2001 müddətini arxiv sənədlərinin olmaması, "xxxx" MMC-də xx.xx.2001-xx.xx.2005 işlədiyi müddət ərzində isə məcburi sosial sığorta haqlarının ödənilməməsi əsası ilə həmin dövrləri nəzərə almamışdır.
34. Belə ki, şəxsin əmək kitabçasında onun əmək fəaliyyətini əks etdirən qeydlər, bu qeydlərə dair əsaslı şübhələr yoxdursa, mötəbər sayılır və həmin qeydlərin aid olduğu dövr şəxsin sosial sığorta stajına daxil edilir. Bu qeydlərin şübhəli olmasını sübuta yetirmək vəzifəsi cavabdehin üzərinə düşür. Lakin, cavabdeh bununla bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.
35. İşin apellyasiya baxışı zamanı müvafiq orqanlara sorğular verilmişdir.
36. Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 21 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən 11 nömrəli Tikinti Trestinin 23 nömrəli Tikinti İdarəsinin sənədləri Bakı şəhər İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir.
37. Azərbaycan Respublikası Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin X3 Qeydiyyatı İdarəsi tərəfindən 22 may 2025-ci il tarixli sorğuya cavab məktubuna əsasən “11 nömrəli Tikinti Trestinin 23 nömrəli Tikinti İdarəsi” adlı kommersiya qurumu aşkar edilməmişdir. 38.Kollegiya cavabdeh orqanın iddiaçının Bərəkət” MMC-də xx.xx.2001-xx.xx.2005 işlədiyi müddət ərzində isə məcburi sosial sığorta haqlarının ödənilməməsi dəlilinə münasibətdə bildirir ki, iddiaçının 1993-2002-ci illərdəki işlədiyin dövrün pensiya hesablanmasına əsas verən ümumi iş stajına daxil edilməsi məsələsini həll edərkən həmin dövrlə bağlı məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ümumiyyətlə tələb olunmamalıdır. 2002- 2005-ci illərə münasibətdə isə nəzərə alınmalıdır ki, “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının 06 mart 2018-ci il tarixli 1042-VQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 01 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Beləlilklə, qanunvericiliyə edilmiş tənzimləmələrlə 2006-cı ilin 01 yanvar tarixinə yaranmış məcburi dövlət sosial sığorta haqları üzrə borclar silindiyindən iddiaçının "xxxx" MMC-də işlədiyi müddətin sığorta stajına daxil edilməsi üçün məcburi sosial sığorta haqqlarının ödənilibödənilməməsi (xx.xx.2006-cı il tarixədək) mühüm rol oynamır.
39. Belə ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin səkkizinci hissəsi ilə tənzimlənmişdir. Həmin maddəyə görə, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.
40. Odur ki, iddiaçının xx.xx.2006-cı il tarixədək 25 il ümumi iş stajının olması iş materialları ilə sübut olunur.
41. Cavabdehin imtinasının ikinci əsası ilə bağlı kollegiya qeyd edir ki, iş materiallarına əsasən iddiaçının xx.xx.1990-xx.xx.1995-ci il tarixlərdə tikinti ustası, xx.xx.1995xx.xx.2001-ci il tarixlərdə iş icraçısı və xx.xx.2001-xx.xx.2005-ci il tarixlərdə baş iş icraçısı vəzifəsinin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid olması güzəştli arayış ilə təsdiq olunmuşdur.
42. Odur ki, iddiaçının işlədiyi həmin vəzifələr həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın, həm də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində göstərilmiş tikinti və quraşdırma işləri üzrə ustalar və iş icraçıları bəndinə uyğundur.
43. Göründüyü kimi iddiaçının xx.xx.2006-cı il tarixə qədər ümumi stajı ən azı 25 il, əmək şəraiti zərərli və ağır olan işlərdə stajı ən azı 12 il 06 aydır (14 il 10 ay 20 gün).
44. Eyni zamanda kollegiya iddiaçının 13 dekabr 2023-cü il tarixdən əvvəlki 3 il dövr üçün pensiya fərqinin ödənilməsi tələbinə dair qeyd edir ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuş və 57 yaşının tamam olduğu xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İddiaçı qeyd edilən tələblə inzibati orqana ilk dəfə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. İddiaçıya iddia tələbinə uyğun olaraq xx.xx.2017-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməli, pensiya təyinatı üçün müraciət etdiyi xx.xx.2023-cü il tarixdən əvvəlki 3 il dövr üçün pensiya fərqi iddiaçıya ödənilməli (xx.xx.2023-cü il tarixdən hesablanmalı), pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir.
45. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
46. Beləliklə də, iddiaçıya 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir. Belə olan halda, cavabdeh tərəfindən ona 57 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən imtina olunması onun hüquqlarını pozur.
47. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Hesab olunur ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. 48.İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 49.Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. 50.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1392/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.