Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2607/2022 02.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə Şirinova Gülyar Elman qızının katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili X6 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs X4) qarşı “koordinatlarda yol verilmiş xətaların aradan qaldırılması, plan-ölçünün və çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2811/2022saylı,xx.xx.2022-ci il tarixli qərardadından iddiaçılar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək X2 adına verilmiş mülkiyyət hüquqlarının dövlət reyestrində qeydə alınmasına dair xx.xx.2020-ci il tarixli **********29 reyestr nömrəli çıxarışın koordinatlarında yol verilən xətaların aradan qaldırılması, Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008ci il tarixli 188 saylı qərarı və xx.xx.2008-ci il tarixli 116 saylı müqavilə ilə mülkiyyətə verilən X10 600 kv.m bağ torpaq sahəsinin sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də torpaq sahəsi və üzərində inşa edilən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq İddiaçı1 adına müvafiq reyestrdən çıxarışın verilməsi öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10937/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə X4 məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2811/2022 saylı,xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat iddiaçı X2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı cavabdeh Bakı şəhəri X3 Sevda Həsən qızının mülkiyyətinə Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ərazisində 600 kv.m. torpaq sahəsinin verilməsi haqqında xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarının ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin icaatında olan 2-1(112)-6800/2022 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmışdır. Qərardaddan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci ildə X7 verilmiş Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ sahəsindəki 1290J saylı 0,12 ha torpaq sahəsi ilə İddiaçı1 torpaq sahəsi arasında 1018 bağ fərqi var. Buna görə də İddiaçı X2 cavabdeh Bakı şəhəri Binəqədi rayonunun Binəqədi Bələdiyyəsinə qarşı “qərarın ləğv olunması” tələbinə dair e-2-1(112)-6800/2022 saylı inzibati işin baxılması X1 olması üçün hazırkı inzibati iş üzrə yekun məhkəmə qərarı qəbul edilməlidir. Belə ki, hazırki mülki iddia uğurlu olacağı təqdirdə X2 Bakı şəhəri Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli 188 saylı Qərarı və 116 saylı Müqaviləsinin mübahisələndirilməsinə dair iddiası əsasında qəbul ediləcək məhkəmə qərarı qanuni və əsaslı olmaması və ədalətli məhkəmə araşdırması pirinsipini pozulmasına gətirib çıxaracaqdır. Qeyd edilənlərdən də görünür ki, xx.xx.2020ci il tarixli **********29 reyester nömrəli Çıxarış verilərkən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra DƏDRQ-nin) tələbləri kobud şəkildə pozulmuş, çıxarışda göstərilən kordinatlarda texniki səhvə yol verilmişdir. Belən olan halda X2 Bələdiyyə qərarını mübahisələndirmək səlahiyyəti hazırkı iş üzrə yekun məhkəmə qərarı qəbul edilməyənədək yocdur onun üçündə hazırkı inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2811/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ləğv edilməli inzibati iş qaldığı mərhələdən davam etdirilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndə və vəkili İmanov Xaqani apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdeh və 3-cü şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir və gəlməmə səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxslərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2811/2022 saylı, xx.xx.2022-ci il tarixli tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan : - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-3645/2019 nömrəli, 21 noyabr 2019-cu il tarixli qərarına əsasən iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, Göradil bağ sahəsində yerləşən 0.12 ha sahəsi olan 1290 J saylı bağ sahəsinin X5 adına sxematik xəritəyə yerləşdiyi yer üzrə uyğunlaşdırılmaqla plan və ölçünün, eləcə də xüsusi mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha ölçüdə 1290 J saylı bağ sahəsi X5 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha ölçüdə 1290 J saylı bağ sahəsi X2 adına xx.xx.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmışdır. - Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndində yerləşən 0.12 ha ölçüdə 1290 J saylı bağ sahəsi ilə bağlı X2 adına xx.xx.2020-ci il tarixdə torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarına əsasən Binəqədi rayonu, X10 vət. İddiaçı1 tərəfindən istifadə olunan 600 kv.m bağ torpaq sahəsi əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə (hər kv.m üçün YAN ilə 2 man. 24 qəp.) ödəmək şərti ilə onun mülkiyyətinə ayrılmışdır. - xx.xx.2008-ci il tarixli, 116 nömrəli müqaviləyə əsasən Binəqədi rayonu Binəqədi Bələdiyyəsi (satan) X10 uzun müddət istifadə etdiyi 600 kv.m torpaq sahəsini Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin ümumi iclaısnın 16 noyabr 2007-ci il tarixli Pr N 15 iclasının qərarına əsasən fərdi bağ evinin tikintisi üçün İddiaçı1 (alıcı) təklif edir. - AAE 466620 nömrəli kassa mədxail orderinin qəbzinə əsasən İddiaçı1 X10 600 kv.m torpaq sahəsinin alqı-satqısı məbləği 1344 manat kassaya mədaxil edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçı Nağızadə X9 rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarına əsasən Binəqədi rayonu, X10 600 kv.m torpaq sahəsinin əlavə edilmiş cizgi əsasında alqı-satqı yolu ilə onun mülkiyyətinə ayrıldığını, həmin torpaq sahəsində fərdi yaşayış evi tikərək iddiaçının yaşadığını, üçüncü şəxs X2 adına 1290 J saylı bağ sahəsi ilə bağlı reyestrdən çıxarış və plan-ölçü verilərkən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 0.12 ha torpaq sahəsinin koordinatlarının sürüşdürmə edilərək ona məxsus torpaq sahəsinə verildiyini iddia edərək üçüncü şəxsin adına verilmiş sənədlərdə yol verilmiş koordinatla bağlı xətanın aradan qaldırılmasını və eyni zamanda ona ayrılmış və faktiki istifadəsində olan torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evinə xüsusi mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş edir. İş üzrə müəyyən olunmuşdur ki, X4 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Bakı şəhəri X3 Sevda Həsən qızının mülkiyyətinə Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ərazisində 600 kv.m. torpaq sahəsinin verilməsi haqqında xx.xx.2008-ci il tarixli 188 nömrəli qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (inzibati iş 2-1(112)-6800/2022). Məhkəmə kollegiyası hesab edir ki, nə qədər ki, hazırkı iş üzrə üçüncü şəxs X4 İddiaçı1 iddia tələbi üzrə əsaslandığı hüquqmüəyyənedici sənədi - Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarını inzibati məhkəmə icraatında mübahisələndirmiş, həmin iş üzrə yekun məhkəmə aktı çıxarılmamış, belə olan halda 21(112)-6800/2022 saylı inzibati işin hüquqi nəticəsi hazırkı 2-1(112)-2811/2022 saylı işin gedişatına təsir edə biləcəyindən iş üzrə icraat dayandırılmalıdır. İnzibati-Prosessual Məcəllənin 7.1-ci maddəsinə görə mübahisənin həllinin tamamilə və ya qismən həmin dövrdə baxılan digər inzibati mübahisənin predmetini təşkil edən və ya inzibati orqan tərəfindən baxılmalı olan hüquq münasibətinin mövcud olmasından və ya olmamasından asılı olduğu hallarda, məhkəmə iş üzrə icraatı həmin mübahisə həll edilənə kimi və ya inzibati orqan tərəfindən müvafiq qərar qəbul edilənə kimi dayandıra bilər. İş üzrə icraatın dayandırılması haqqında məsələni həll edərkən, məhkəmə onun davam etdirilməsinin məqsədəuyğunluğu ilə bağlı halları nəzərə almalıdır. Kollegiya apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, şikayət iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab edir ki, hazırkı iş üzrə icraat iddiaçı X2 cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinə qarşı cavabdeh Bakı şəhəri X3 Sevda Həsən qızının mülkiyyətinə Bakı şəhəri, Binəqədi rayonu, Görədil bağ massivi ərazisində 600 kv.m. torpaq sahəsinin verilməsi haqqında xx.xx.2008-ci il tarixli, 188 nömrəli qərarının ləğv olunması tələbinə dair Bakı İnzibati Məhkəməsinin icaatında olan 2-1(112)- 6800/2022 saylı inzibati işə baxılıb yekun məhkəmə aktı qəbul edilənədək dayandırılmalıdır. Beləliklə, kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticədə haqlı olmuşdur. Ona görə də şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2811/2022saylı,xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2607/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2607/2022
02.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver