Məhkəmə qərarları › İş №2-1(103)-2608/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2608/2021

03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2608/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, XN-Yusiflinin katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-582N/202N saylı 30 iyun 202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 03 noyabr 202N-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarıqəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı Həbulla oğlu xx.xx.N966-cı il təvəllüdlüdür. AA seriyalı 265925 saylı 30.05.20N2-ci il tarixli vəsiqədən görünür ki, o, Cəbrayıl rayonundan məcburi köçkündür və ünvan 3 ünvanında müvəqqəti qeydiyyatdadır. AO seriyalı ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 20.NN.N984-cü ildən N2.N2.N986-cı ilədək sovet ordusunda, 29.07.N3-cü ildən 30.0N.N4-cü ilə kimi 896 nömərli hərbi hisədə xidmət etmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar cinayət işinin başlanması rədd edilmişdir. Hərbi xidmət zamanı hərbi bileti (NZ ******* seriyalı) itdiyinə görə təkrar hərbi bilet verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cəbrayıl rayon hərbi komissarlığı tərəfindən verilmiş 352 saylı 0N.06.20NN-ci il tarixli və 86 saylı 24.02.20N2-ci il tarixli arayışlardan görünür ki, İddiaçı Həbulla oğlu 25.05.N989-cu il tarixdən Cəbrayıl rayon hərbi komisarlığında qeydiyyatda olmuş, 29.07.N3-cü il tarixdən 30.0N.N4-cü il tarixədək səfərbərliklə Azərbaycan Ordusunda hərbi xidmətdə olmuş, 28.0N.2004-cü il tarixdə Azərbaycan Respublikası HP tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar hərbi qeydiyyata bərpa edilmişdir. Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivinin 9/2-2N38 №-li, NN.03.202N-ci il tarixli arxiv arayışından görünür ki, Cəbrayıl RHK-dan səfərbər olunmuş, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin N iyul N3cü il tarixli 0N46 №-li əmrilə (əsas: səh.-N85, §4, sıra-N8; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. Uzun müddət hərbi hissədən yayındığı üçün pulemyotçu, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli, 0208 №-li əmrilə (əsas: səh.-74, §9, sıra-54N; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. Qeyd edilmişdir ki, N №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Həbulla oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən İddiaçı xidməti barədə 24.05.20N9-cu il tarixli, 9/2-7004 №-li məktubla Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya cavab göndərilmişdir. Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi İşlər İdarəsinin Mərkəzi Arxivi tərəfindən Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya ünvanlanmış 9/2-7004 №-li, 24.05.20N9-cu il tarixli məktubdan görünür ki, Cəbrayıl RHK tərəfindən səfərbər olmuş sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli, 0N46 №-li əmrilə əsas: səh.-N85, §4, sıra- N8; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmişdir. Uzun müddət hərbi hissədən yayındığı üçün pulemyotçu, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli, 0208 №-li əmrilə (əsas: səh.-74, §9, sıra-54N; qeyd: əmrdə atasının adı “Qəybulla” yazılmışdır) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Həbulla oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. İddiaçı ona müharibə veteranı adının verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Müdafiəsi Nazirliyi Şəxsi Heyət Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış N/M-7975 saylı NN.06.20N9-cu il tarixli intina məktubda qeyd edilmişdir ki, iddiaçı Mərkəzi Arxivin 9/2-7004 saylı 24.05.20N9- cu il tarixli arayışına əsasən döyüş əməliyyatları aparılan zaman hərbi hissəni özbaşına tərk etdiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli, 2N6 №-li Qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən ona “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi mümkün deyildir. Qeyd olunan imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “ona müharibə veteranı adının verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, o, N iyul N2-ci ildən 30 yanvar N4-cü ilə qədər Cəbrayıl rayonundan Azərbaycan Respublikası Silahlı Qüvvələrinə çağırılmışdır. N saylı hərbi hissədə Qarabağ torpağı uğrunda erməni işğalçılarına qarşı mərdliklə bir atıcı kimi vuruşmuşdur. Hərbi xidməti dövründə onunla vuruşmuş əsgər yoldaşları X5, X4, X3 şahiddir. N iyul N2-ci ildən 30 yanvar N4-cü ilə qədər əzəli Qarabağ torpaqlarının erməni işğalçılarından azad olunmasında qəhrəmancasına mərd bir döyüşkən əsgər kimi vuruşmuşdur. Ona görə də ona müharibə veteranı adı verilməlidir. Cavabdehin etirazları: İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı etiraz verərək bildirmişdir ki, ərizəçinin hərbi xidmət keçməsini sübut edən məlumat mövcud olmadığından “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi tələbinə dair iddia tələbi təmin edilə bilməz. Belə ki, Arxiv idarəsindən verilən NN.03.202N-ci il tarixli, 9/2-2N38 nömrəli məktubda bildirilmişdir ki, Cəbrayıl RHK-dan səfərbər olunmuş, sıravi İddiaçı Qəybulla oğlu N nömrəli hərbi hissə komandirinin N iyul N3-cü İİ tarixli 0N46 nömrəli əmrilə (əsas; səh.-N85, §4. sıra-N8; qeyd: əmrdə atasının adı “Qəybulla" yazılmışdır) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxili edilərək “pulemyotçu" vəzifəsinə təyin edilmişdir. Uzun müddət hərbi hissədən yayındığı üçün pulemyotçu, sıravi İddiaçı Qəybulla oğlu N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli 0208 nömrəli əmrilə (əsas: səh.-74, §9, sıra-54N; qeyd: əmrdə atasının adı “Qəybulla" yazılmışdır) vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. N №-li hərbi hissə komandirinin yanvar N4-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı Həbulla oğlunun xidməti barədə məlumat aşkar olunmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 20N8-ci il tarixli, 422 saylı Qərara əsasən “Müharibə veteranı” adə və vəsiqəsinin verilməsi üçün zəruri olan (hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxvi arayışları, döyüşlərdə iştirakı sübut edən) sənədlər təqdim olunmalıdır. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun N saylı hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etməsinə dair və ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması barədə heç bir təsdiqedici sənəd yoxdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-582N/202NN saylı 30 iyun 202N-ci il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: İddiaçı iddia ərizəsini və apellyasiya şikayətini müdafiə edərək və onların məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. 03.NN.202N-ci il tarixdə keçirilən məhkəmə iclasında cavabdehin nümayəndəsi iştirakını təmin etməmiş, işdə iştirak edən iddiaçı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası İPMnin 62.3-cü maddəsini nəzərə alaraq hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi NN.06.20N9-cu il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən nə vaxt alınmasını təsdiq edən sübut iş materiallarında mövcud deyildir. İddiaçı həmin imtina məktubunu daha öncə məhkəmə qaydasında mübahisələndirsə də, işə mahiyyəti üzrə baxılmamışdır. Buna görə də məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunduğu üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı Həbu oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “ona müharibə veteranı adının verilməsi barədə inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Belə ki, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılmasının, qoşun hissəsinin siyahılarından çıxarılmasının təsdiqini tapmamasına, əksinə onun hərbi xidmət yerini özbaşına tərk etməsinə, şəraitin dəyişməsi ilə əlaqədar barəsində cinayət işinin bağlanmasının rədd edilməsinin müəyyən edilməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası «Veteranlar haqqında» Qanunun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Həmin maddənin qeyd hissəsinə əsasən isə bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hissəsinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Prezidentinin 25.04.2006-cı il tarixli Fərmanına əsasən «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsi və 7-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti, 7-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində (müharibə veteranı, Silahlı Qüvvələr veteranı adlarının verilməsi ilə əlaqədar) Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti həyata keçirirlər. Həmin bəndin NN-ci yarımbəndinə görə «Müharibə veteranı» adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi, Dövlət Sərhəd Xidməti, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin (28 sentyabr 20N8-ci il tarixə olan dəyişikliyə əsasən) N-ci bəndinin tələbinə görə “N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N4-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteranı” adı verilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 aprel 2006-cı il tarixli 396 №li Fərmanında göstərilmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısını, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısını təsdiq etsin və bu siyahılara uyğun olaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər sırasından müharibə veteranı olanların yenidən qeydiyyata alınmasını təmin etsin (bənd N.3). Müəyyən edilsin ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin ikinci hissəsində, 7-ci maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir (bənd 2.N.). Həmin Qanunun 7-ci maddəsinin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı orqanlar öz səlahiyyətləri daxilində həyata keçirirlər-müharibə veteranı, Silahlı Qüvvələrin veteranı adlarının verilməsi ilə əlaqədar-Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (bənd 2.2). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli 2N6 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin tələblərinə görə, hərbi biletdə olan qeydlər, müharibə veteranı vəsiqəsinin verilməsi üçün kifayət etmir, şəxsin hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları cavabdeh inzibati orqana təqdim edilməlidir. Hazırki işdə İddiaçı N №-li hərbi hissə komandirinin N iyul N3-cü il tarixli 0N46 №-li əmrilə şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək, “pulemyotçu” vəzifəsinə təyin edilmiş, uzun müddət hərbi hissədən yayındığı üçün N №-li hərbi hissə komandirinin 0N noyabr N3-cü il tarixli, 0208 №-li əmrilə vəzifəsindən azad edilməklə bütün növ təminatlardan çıxarılaraq, ştatdan kənar hesab edilmişdir. Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən şəraitin dəyişməsi ilə əlaqədar İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. “Hərbi cinayətlər törətmiş şəxslər barəsində Dövlət müstəqilliyi günü münasibətilə amnistiya haqqında” Azərbaycan Respublikası Milli Məclisinin N7 oktyabr N7-ci il, 383-İ QR №-li Qərarının 9-cu bəndinə əsasən bu Qərarın qüvvəyə mindiyi günədək hərbi hissədən, qulluq yerindən özbaşına getmiş, fərarilik etmiş şəxslər hərbi uçota qəbul edilməli, onların xidmət müddətləri Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət müddətinə hesablanmamalıdır. 25 dekabr NN-ci ildə qəbul edilmiş “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 3-cü maddəsində qeyd edilir ki, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. Qeyd olunan Qanunun N8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən olunmuş xidmət müddətini başa çatdıran, habelə həqiqi hərbi xidmətdə olmadığın son yaş həddinə çatan, yaxud səhhətinə görə dinc dövrdə hərbi xidmətə yararsız sayılan hərbi qulluqçuların ehtiyata və ya istefaya buraxılmaq hüququ vardır. Beləliklə, müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün zəruri şərtlərdən biri şəxsin nəinki döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsi, həm də qanuni əsaslarla tərxis olunması və hər iki halın qanunda sadalanmış müvafiq sənədlərdə əks edilməsidir. Lakin iş materiallarında mövcud olan sənədlərdə iddiaçının qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidmətdən buraxılması, qoşun hissəsinin siyahılarından çıxarılması təsdiqini tapmamış, əksinə İddiaçı hərbi xidmət yerini özbaşına tərk etməsi, şəraitin dəyişməsi ilə əlaqədar barəsində cinayət işinin bağlanmasının rədd edilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N4.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.N-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.N-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin N2-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İnzibati Prosessual Məcəllənin N2.N-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 582N/202N saylı 30 iyun 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-582N/202N saylı 30 iyun 202N-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar