Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2612/2025 29.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci il tarixdə doğulmuş, 1985-1987-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları peşə məktəbində təhsil almış, 1987-1990-ci ilədək köçürülmə yolu ilə “Azərbaycan Dəniz Balıq Sənaye” Texnikumunu bitirmişdir. 1990-1992-ci illərdə hərbi xidmət keçmişdir. xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək “Kaspneftflot”da motorist, mexanik vəzifələrində işləmişdir. xx.xx.1995-ci ildən xx.xx.2003-cü il tarixədək "xxxx" MMC-də 2-ci və 3-cü dərəcəli mexanik vəzifəsində işləmişdir. Daha sonra "xxxx" Şirkətində Sualtı mühəndis köməkçisi, xx.xx.2006-cı il tarixdən “ABB Vetko Gray” Azərbaycan nümayəndəliyinə xidmət üzrə mühəndis vəzifəsinə təyin edilib, şirkətin sahə üzrə texniki nümayəndə, daha sonra əsas servis mühəndisi, xx.xx.2015-ci ildən “X2 İnk” əsas servis mühəndisi, daha sonra “GE Oil and Gas UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı Filialında sahə üzrə baş mühəndis işləmişdir. xx.xx.2020-ci ildən şirkətin adı dəyişdirilərək X11 Technology UK Limited adlandırılmışdır. Hal-hazırda da orada işləyir. İddiaçının xx.xx.2006-cı il tarixədək 20 il ümumi stajı, 10 ildən artıq güzəştli stajı vardır. İşlədiyi mexanik peşəsi Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “A” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 nömrəli Siyahı üzrə XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********), 7-ci yarımbəndinə (kod: 23003020-23484) uyğun gəlir. Zərərli peşədə işləməsi barədə bütün iş yerlərindən arayışlar təqdim edilmişdir. Cavabdeh orqana müraciət etmiş, lakin imtina məktubu ilə bildirilmişdir ki, 1987-1990-cı illərdə əyani təhsil alması barədə arayış təqdim etməyib, iddiaçının işlədiyi zərərli peşələr barədə verilən arayışlarda qeyd edilən peşələrin Azərbacan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istahsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”na uyğun gəlmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-1157/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 52 yaşı tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.1970-ci il təvəllüdlü İddiaçı qanunvericilik normalarına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan yaş həddinə - 52 yaşına xx.xx.2022-ci il tarixdə çatmışdır. İddiaçı tələbi üzrə ona 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliyin tələbinə görə aşağıdakı şərtlər ödənilməlidir: xx.xx.2006-cı il tarixədək 20 il ümumi iş stajı; xx.xx.2006-cı il tarixədək 01 nömrəli siyahı üzrə 10 il güzəştli iş stajı. İddiaçı inzibati orqana müraciət edərkən xx.xx.1987-ci ildən xx.xx.1990-cı il tarixədək əyani təhsil alması barədə heç bir sənəd təqdim etmədiyindən həmin dövrün inzibati araşdırma zamanı iddiaçının ümumi stajına daxil edilməsi mümkün olmamışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahı”sının Nəqliyyat bölməsinin (XXVİİİ) Dəniz və çay donanması yarımbəndində (********), 23003010 kodu üzrə üzən heyət kimi: 23003010 Dəniz, çay donanmasının və balıqçılıq sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiçiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olunmaqla); 23003020 Xidməti köməkçi donanma və liman donanması gəmilərində maşın komandası, liman akvatoriyasında daim işləyənlər (xidməti gedişgəliş, şəhərətrafı və şəhərdaxili yollar istisna olunmaqla); 23003020—13156 duru yanacaqla işləyən gəmi ocaqçıları; 23003020—13502 bütün adlarda maşinistlər; 23003020—14706 bütün adlarda motorçular; 23003020—23484 mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər; 23003020—25410 elektrik mexanikləri, onların köməkçiləri, böyük elektrik mexanikləri vəzifələri nəzərdə tutulmuşdur. "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli KŞ- 23/01 nömrəli arayışında iddiaçının üzücü heyətin nəqliyyat donanması gəmilərində xx.xx.1995-ci il tarixdən xx.xx.1995-ci il tarixədək (4-cü mexanik vəzifəsində), xx.xx.1995ci il tarixdən xx.xx.1999-cu il tarixədək (3-cü mexanik vəzifəsində) və xx.xx.2000-ci il tarixdən xx.xx.2003-cü il tarixədək (2-ci mexanik vəzifəsində) işlədiyi qeyd olunmuş və qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 b) bəndinin yarımbəndinə “XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 7-ci yarımbəndinə (kod 23003020-23484) uyğunluğu və Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında 21 iyun 1993-cü il tarixli, 320 nömrəli qərara əsasən 23003020-23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) nömrəli vəzifəyə uyğunluğu göstərilmişdir. İddiaçının işlədiyi 2-ci, 3-cü və 4-cü mexanik vəzifələri sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulmamışdır. Lakin məhkəmə qərarında qeyd etmişdir ki, iddiaçının işlədiyi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavəsi ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısının 21ci bölməsində (Nəqliyyat) 2010100b—23485 kod altında mexaniklər, böyük mexaniklər vəzifəsinə uyğundur. Lakin məhkəmənin qeyd etdiyi bölmə və vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarına 1 №-li əlavəsi ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahısında, ümumiyyətlə, öz əksini tapmayıb. Göründüyü kimi, məhkəmənin gəldiyi nəticə ilə işəgötürən tərəfindən verilən arayışda ziddiyyət mövcuddur. Əlavə olaraq, "xxxx" MMC-nin iddiaçıya dair xx.xx.2024-cü il tarixli arayışında iddiaçının xx.xx.2003-cü il tarixdən xx.xx.2006-cı il tarixədək qazma qurğusunda sualtı mühəndis köməkçisi işlədiyi qeyd olunmuş və qeyd edilən iş stajı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 nömrəli Qərarına əsasən 1 saylı Siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-11588) vəzifəsinə uyğunluğu göstərilmişdir. Lakin həmin kodla verilmiş vəzifə qüllə quraşdırıcıları—qaynaqçıları vəzifəsi olmaqla iddiaçının işlədiyi vəzifəni, ümumiyyətlə, özündə əks etdirmir. Həmin vəzifə ilə bağlı məhkəmə qərarında qeyd etmişdir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-11588) güzəştli şərtlərlə pensiya hüququ verən sualtı mühəndis köməkçisi peşəsi üzrə iş stajına daxil edilməlidir. Göründüyü kimi, məhkəmə yuxarıda qeyd olunan ziddiyyətli məqama aydınlıq gətirmədən, heç bir əsas olmadan sözügedən vəzifəni güzəştli iş stajına daxil etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1970-ci ildə doğulmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunda qeyd edilir: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli siyahısı”nın Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (********) Neft-qaz və qaz kondensatının hasilatı bəndinin (********) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər (1100000b—23485) və Nazirlər Kabinetinin 23 yanvar 2007ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın Dağmədən işləri bölməsinin (1), geologiya kəşfiyyat işləri (yerüstü) bəndində (1.3) ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər və Nəqliyyat bölməsinin (21) Dəniz və çay donanması bəndində (21.2) üzən heyət: dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla) vəzifələri nəzərdə tutulmuşdur. X1 xx.xx.1987xx.xx.1990-cı il tarixləri arasındakı dövr üzrə təhsil aldığınız müddətlərin əyani olubolmamasını təsdiq edən sənəd təqdim edilməyib. Bu səbəbdən də həmin dövrü sizin iş stajınıza daxil etmək mümkün deyil. Eyni zamanda, SOCAR “Geofizika və geologiya idarəsi”nin Sizə dair 31 yanvar 2024-cü il tarixli 14-2-4/2-1-7-42/2024 nömrəli arayışında xx.xx.1992-xx.xx.1995-ci il tarixləri arasındakı dövr ərzində mexanik vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Lakin, sözügedən arayışda işlədiyiniz vəzifənin yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahının dağ mədən işləri bölməsinin geologiya kəşfiyyat işləri (yerüstü) bəndində nəzərdə tutulan ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya- geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər vəzifəsinə aid edilsə də, həmin dövrlər üzrə çöl iş şəraitində işlədiyiniz vəzifələr üzrə çöl iş günlərinin sayı barədə hər hansı məlumat göstərilməyib. Həmçinin, "xxxx" MMC-nin sizə dair 17 yanvar 2024-cü il tarixli KŞ-24/01 nömrəli arayışında xx.xx.1995-xx.xx.1999-cu il və xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövrlər ərzində sözügedən müəssisənin üzücü heyətin nəqliyyat donanması gəmilərində mexanik vəzifəsində işlədiyiniz qeyd olunub. Göründüyü kimi, işlədiyiniz sahə arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş 1 nömrəli Siyahıda qeyd olunan Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı sahəsinə aid deyil. Bundan başqa, "xxxx" MMC-nin Sizə dair 9 fevral 2024-cü il tarixli arayışında xx.xx.2003-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisənin qazma qurğusunda sulatı mühəndis köməkçisi vəzifəsində işlədiyiniz qeyd olunub. İşlədiyiniz vəzifə arayışda istinad olunan yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda qeyd olunan neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neft verməsinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifəsinə aid deyil. Göstərilən səbəblərdən də, Sizin ümumi iş stajınız 20 ildən az (18 il 2 ay 27 gün (xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1988-xx.xx.1989-cu il, xx.xx.1990xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1995-ci il və xx.xx.1995xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajınız 12 il 6 aydan az (2 ay 19 gün (xx.xx.1990-xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq, Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan SOCAR-ın Geofizika və geologiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14-2-4/2-İ-7-42/2023-59 nömrəli arxiv arayışından görünür ki, İddiaçı Mansur oğlu xx.xx.1992-ci il tarixli 108-k saylı əmrə əsasən “Akademik Nalivkin” adına X7 mexanik vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixli 170-k saylı əmrə əsasən xx.xx.1992-ci il tarixdən “Rezonans” X8 mexanik vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixli 15-k saylı əmrə əsasən xx.xx.1995-ci il tarixdən “Kaspian Geofizikl”ə keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 36-cı maddəsinin 5-ci bəndinə əsasən işdən azad edilmişdir. Cəmi güzəştli iş stajı xx.xx.1992-ci il tarixdən xx.xx.1995-ci il tarixədək 2 il 08 ay təşkil edir. İddiaçı Mansur oğlunun çalışdığı mexanik vəzifəsində işləyənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin və göstəricilərin siyahısı”nda 1.3. kodundakı Geologiya kəşfiyyat işləri (yerüstü) - ekspedisiyaların, qrupların, dəstələrin, sahələrin və briqadaların çöl geoloji kəşfiyyat, axtarış, topoqrafiya-geodeziya, geofizika, hidroqrafiya, meşə quruluşu və axtarış işlərində çalışan işçilər ilə eyni əmək funksiyasını yerinə yetirir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, KŞ- 23/01 nömrəli arayışa əsasən İddiaçı Mansur oğlu "xxxx" MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-cü il tarixindən xx.xx.1995-ci il tarixinədək (4cü mexanik vəzifəsində) və xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (3-cü mexanik vəzifəsində), xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (2-ci mexanik vəzifəsində) X6 tərkibində çalışmışdır. Onun işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzintisəyahət, şəhərəatrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Mansur oğlunun üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 8 il 8 ay 3 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qəran ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın, 21.2 b) bəndinin yarımbəndində, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı“nın XXVİİİ hissəsinin 3-cü bəndinin (kod ********) 7-ci yanmbəndinə (kod 23003020-23484) uyğun göstərilmişdir. «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərara əsasən çalışdığı vəzifənin şifrə nömrəsi: 23003020-23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər). İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən İddiaçı Mansur oğlu xx.xx.2003-xx.xx.2006 tarixlərində "xxxx" MMC (xx.xx.2008-ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində, dənizdə yarımdalma üzən X9 Qurğusunda sualtı mühəndis köməkçisi kimi çalışmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarına əsasən, 1 saylı siyahı X bölmə, Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün, kod-1100000a-11588) güzəştli şərtlərlə pensiya hüququ verən sualtı mühəndis köməkçisi peşəsi üzrə iş stajı 2 il 11 ay təşkil edir. İş materiallarında olan "xxxx" QSC Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışa əsasən İddiaçı Mansur oğlu 1985-1987-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani formada təhsil almışdır. İş materiallarında olan "xxxx" QSC Azərbaycan Dövlət Dəniz Akademiyası Azərbaycan Dənizçilik Kolleci tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 14 nömrəli arayışa əsasən İddiaçı Mansur oğlu xx.xx.1987-ci il tarixli 30 saylı əmrlə Bakı Dəniz Yolları Məktəbindən köçürülmə yolu ilə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna (2016-cı ildən etibarən Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci adlanır) “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə qəbul edilmişdir. xx.xx.1990cı il tarixli 157 saylı əmrlə texnikumu bitirmiş və ona HT-İ №574728 seriyalı, 144 qeydiyyat nömrəli diplom verilmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, KŞ- 24/02 nömrəli arayışına əsasən İddiaçı Mansur oğlunun işlədiyi mexanik vəzifələri “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 b) bəndinin yarımbəndinə (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) və «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında» 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərara əsasən çalışdığı vəzifənin: kod 23003000 3. Dəniz və çay donanması bəndininin 1. Üzən heyət (kod ********) yarımbəndinin kod 23003020—23484 (mexaniklər, onların köməkçiləri, baş və böyük mexaniklər) şifrə nömrəsinə uyğun gəlir. "Caspian Geophysical” MMC-nin fəaliyyəti Azərbaycan Respublikasının ərazisində və onun xaricində Azərbaycan, xarici, fiziki və hüquqi şəxlərə seysmik məlumatların (Geofiziki İşlər) toplanması, işlənməsi, şərh edilməsi və satışı sahəsində geofiziki xidmətlərin göstərilməsi; seysmik-kəşfiyyat məlumatlarının işlənməsi üzrə Mərkəzin yaradılması onun üçün dünya standartlarına uyğun olaraq aparat və proqram təminatının alınması və istifadə edilməsi və bu cür məlumatların işlənməsi məqsədilə Azərbaycan Respublikasının ərazisində və onun xaricində olan fiziki və hüquqi şəxslərlə müvafiq hökümət orqanların tərəfindən xüsusi icazə (lisenziya) alındıqdan sonra müqavilələrin bağlanması; seysmik kəşfiyyatın təşkili və strateji planlaşdırmasından ibarətdir." İddiaçı işlədiyi vəzifə və çalışdığı gəmilər üzücü heyətə və nəqliyyat donanmasının yük daşıyan gəmilərinə aid edilir. O gəmilər liman akvatoriyasında daim fəaliyyət göstərən liman gəmiləri, habelə xidmətçi-yardımçı, gəzinti-səyahət, şəhərəatrafı və şəhərdaxili su yollarında işləyən gəmilər hesab edilmir. İddiaçı Mansur oğlunun üzücü heyət üzrə nəqliyyat donanması gəmilərində güzəştli iş stajı 8 il 8 ay 3 gün təşkil edir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, KŞ- 24/01 nömrəli arayışa əsasən iddiaçı İbrahimov X4 Geiphysical MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində xx.xx.1995-ci il tarixindən xx.xx.1995-ci il tarixinədək (4cü mexanik vəzifəsində) və xx.xx.1995-ci il tarixindən xx.xx.1999-cu il tarixinədək (3-cü mexanik vəzifəsində), xx.xx.2000-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək (2-ci mexanik vəzifəsində) çalışmışdır. İddiaçı Mansur oğlunun heyət üzrə güzəştli iş stajı 08 il 08 ay 03 gün təşkil edir. Qeyd edilən iş stajı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 21.2 b) bəndinin yarımbəndinə, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəşli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın XXVİİİ hissəsinin 10-cu bəndinin (kod 11000000b-23485) 10.1 b yarımbəndində (kod 11000000b-23485) uyğun göstərilmişdir. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahılarının təsdiq edilməsi haqqında” 1993-cü il 21 iyun tarixli, 320 nömrəli Qərara əsasən çalışdığı vəzifənin şifrə nömrəsi: 11000000b-23485 (mexaniklər və böyük mexaniklər). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya 52 yaşından güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün onun xx.xx.2006-cı il tarixədək 20 ildən çox ümumi iş stajı olmalı və bundan 10 ildən çoxunu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nda nəzərdə tutulan peşə və ya vəzifədə işləməlidir. İşin faktiki hallarından göründüyü kimi iddiaçı X3 xx.xx.1970-ci il təvəllüdlüdür. İddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (xx.xx.1985-xx.xx.1987 və xx.xx.1987-xx.xx.1990 (təhsil), xx.xx.1990-xx.xx.1990, xx.xx.1990-xx.xx.1992 (hərbi xidmət), xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2006 cəmi 20 il 10 gün). xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının qeyd olunan dövrlərdəki iş stajı iddiaçıya məxsus əmək kitabçası ilə təsdiqlənir, öz növbəsində nəzərə almaq lazımdır ki, əmək kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, "xxxx" QSC Azərbaycan Dövlət Dəniz Akademiyası PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 01 nömrəli arayışa əsasən iddiaçı 1985-1987-ci illərdə Qafur Məmmədov adına Bakı Dəniz Yolları məktəbində əyani formada təhsil almış, daha sonra Bakı Dəniz Yolları Məktəbindən köçürülmə yolu ilə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumuna “Gəmi güc qurğularının istismarı” ixtisası üzrə qəbul edilmiş və xx.xx.1990-cı il tarixdə texnikumu bitirmiş və ona HT-İ №574728 seriyalı, 144 qeydiyyat nömrəli diplom verilmişdir. Bundan başqa, iddiaçının 1987-1990-cı illərdə Azərbaycan Dəniz Balıq Sənayesi Texnikumunda təhsil dövrü iddiaçıya məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında da (3-cü qeyd) qeyd olunmuşdur. Həmçinin o da qeyd olunmalıdır ki, iddiaçı hərbi xidmətə məhz təhsilini başa vurduqdan sonra 1990-cı ilin noyabr ayında çağırılmışdır. Göstərilənlərə əsasən iddiaçı əyani təhsil aldığı üçün qeyd olunan dövrlər iddiaçının ümumi stajına daxil edilməlidir. Beləliklə, iddiaçının təhsil və hərbi xidmət dövrü də daxil olmaqla ümumi stajı 20 ildən çoxdur (20 il 10 gün). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1992-ci ildən xx.xx.1995-ci ilədək «Xəzərdənizneftgeofizikikəşfiyyat» Trestində (“Akademik Nalivkin” adına X7 və “Rezonans” X7) mexanik vəzifəsində, xx.xx.1995-cü ildən xx.xx.2003-cü ilədək "xxxx" MMC-nin üzücü heyətinin nəqliyyat donanması gəmilərində X6 tərkibində mexanik vəzifəsində, xx.xx.2003-cü ildən xx.xx.2006-cı ilədək "xxxx" MMC şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində dənizdə yarımdalma üzən X9 Qurğusunda sualtı mühəndis köməkçisi vəzifəsində çalışmışdır. Həmin vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı»nda nəzərdə tutulmuşdur: X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı; 1100000b—17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları; 1100000b—23485 quyuların qazılması üzrə istehsalat proseslərində quyuların əsaslı təmiri ilə, qüllə quraşdırılmasında, quyuların sınaqdan keçirilməsində məşğul olan mexaniklər və böyük mexaniklər. Göründüyü kimi, iddiaçının işlədiyi sahə və vəzifələr qeyd olunan Siyahıya uyğundur və xx.xx.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 10 ildən çoxdur (cəmi 13 il 10 ay 01 gün). İddiaçı tərəfindən təqdim edilmiş ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 20 ildən artıq ümumi əmək stajı olduğuna və onun 10 ildən artıq müddətini güzəştli şərtlərlə pensiya hüququ verən sahə və vəzifələrdə işlədiyinə görə onun 52 yaşından (xx.xx.2022-ci ildən) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Eyni zamanda qeyd olunmalıdır ki, həmin dövrdə qüvvədə olan qanunvericilik normalarında güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya kapitalının olması tələbi müəyyən edilməmişdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1157/2025 nömrəli, 06 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2612/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2612/2025
29.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver