Məhkəmə qərarları › İş №2-1(103)-2613/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2613/2024

27.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2613/2024 27.06.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhəd oğlu sədrliyi və məruzəsi ilə, X2 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi ilə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə qarşı “dövlət dili biliyinin müəyyən edilməsi məqsədilə” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Azərbaycan Respublikasının dövlət dilini bilib-bilmədiklərinin müəyyən olunması məqsədilə qəbul edilməkləri öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsi xahiş etmişdirlər. Tələb onunla əsaslandırılmışdır ki, Ukrayna Respublikasının vətəndaşlığında olan İddiaçı2 və İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının Elm və Təhzil Nazirliyinə rəsmi müraciət edərək bildirmişdirlər ki, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə - anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aid edilən sənədlərdən biri də məhz Azərbaycan Respublikasının dövlət dilini bilməyə dair Elm və Təhsil Nazirliyindən verilən arayışdır. İddiaçılar hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməkləri üçün əsasları var. İddiaçılar vətəndaşı olmaq istədikləri Azərbaycan Respublikasını özlərinin əsl vətəni hesab edirlər. İddiaçıların valideynləri də məhz bu ölkədə, paytaxt Bakı şəhərində yaşamışdırlar. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı (hakim G.Sevdimalıyeva) ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan İddiaçı2 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o 15 ildən artıqdır ki, qanuni əsaslarla Azərbaycandadır və bu ölkənin vətəndaşı olmaq istəyir.Bunun üçün lazım olan proseduralardan biri dili bilmə səviyyəsi barədə müvafiq sənədin olmasıdır ki, həmin sənədi də məhz cavabdeh Təhsil Nazirliyi verir. Onların da istəyi bu ölkənin dilini bilmə səviyyələrinin müəyyən edilməsi üçün qəbul edilib yoxlanılmasıdır. Birinci instansiya məhkəməsi isə iddianı mümkünsüz sayılmasını, cavabdeh Nazirliyin üzərinə şəxsin dövlət dilini bilib bilməməsi barədə arayışın verilməsi öhdəliyinin qoyulmasının nəzərdə tutulmamaması ilə əsaslandırırb. Halbuki, şəxsin dövlət dilini bilib bilməməsini müəyyən etmək məhz Təhsil Nazirliyinin məsələsidir. Onların isə istəyi bu məsələ ilə əlaqədar qəbul edilmələridir ki, cavabdeh bu mövzuda hərəkətsizlik göstərib. Tərəflərin izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etmədiklərini və təmin olunmamasını xahiş etdiklərini, iddiaçıların dəfələrlə dəvət olunduğu halda iştirak etmədiklərini, dəvətin yazılı qaydada həyata keçirilmədiyini, telefon vasitəsi ilə əlaqə saxlanaraq dəvət olunduqlarını bildirmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iddiaçılar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İPM) 82ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. İnzibati işin araşdırılmış və mübahisələndirilməyən hallarından aydın olur ki, iddiaçılar Azərbaycan Respublikasının dövlət dilini biliyini təsdiq edən arayışın əldə olunması məqsədilə cavabdeh orqan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən qəbul edilməkləri barədə qərar qəbul edilməsini tələb etmişdirlər. Birinci instansiya məhkəməsi iddianı 2 əsasla mümkünsüz hesab etmişdir. Birincisi, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 24 iyul tarixli 2242 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi haqqında Əsasnamə”yə əsasən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin şəxsin Azərbaycan dili biliyini müəyyən edən arayışın vermək səlahiyyəti nəzərdə tutulmaması, ikincisi, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsinin izahatına əsasən müəyyən edillir ki, iddiaçılar cavabdeh orqan Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə daha əvvəl müraciət etsələr də, daha sonra inzibati orqana gəlməkdən yayınmışdırlar. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadının əsasları ilə razılaşmır. Belə ki, iddia tələbinin mümkünsüz olmasının birinci əsası ilə bağlı kollegiya bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin 2-ci hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış, nümunəsi Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir. Ərizə-anketə aşağıdakı sənədlər əlavə edilir: Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən arayış. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda, qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında” Əsasnamənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxsin Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən arayış təqdim etməsi tələb olunur. Azərbaycan Respublikasının Elm və Təhzil Nazirliyinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”nin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxs Azərbaycan Respublikası Prezidentinin adına yazılmış nümunəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilən ərizə-anketlə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət edir və Azərbaycan Respublikasının dövlət dilini bilməsi barədə Elm və Təhsil Nazirliyindən verilmiş arayışı ərizə-anketə əlavə edir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin xx.xx.2021-ci il tarixli F-413 nömrəli əmrinə əsasən Azərbaycan Respublikası vətəndaşlığını əldə etmək istəyən şəxsin Azərbaycan dilini bilmə səviyyəsinin yoxlanılması müsahibə qaydasında həyata keçirilir. Kollegiya iddia tələbinin mümkünsüz olmasının ikinci əsası olan - müsahibədə iştirak üçün xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərində müraciətçilərlə əlaqə saxlanılmasına baxmayaraq, sözügedən şəxslər müsahibədə iştirak etməməsi və bu səbəbdən müvafiq arayışla təmin olunmaması ilə bağlı bildirir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının Nazirliyə müvafiq qaydada çağırılması barədə məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Apellyasiya məhkəməsi icraatı zamanı cavabdeh inzibati orqanın nümayəndəsi izahatında iddiaçının müsahibəyə rəsmi qaydada dəvət olunmasını təsdiq edən hər hansı mötəbər sübutun mövcud olmadığını və ona müvafiq arayışın verilməsi məqsədilə Nazirliyə təkrar müraciət etdikləri təqdirdə, onunla müsahibə təşkil edilə biləcəyini bildirmişdir. Beləliklə, birinci instansiya məhkəməsi cavabdeh orqanın nümayəndəsinin yalnız izahatına əsaslanmaqla, iddiaçının müvafiq qaydada inzibati orqana çağırılıbçağırılmaması barədə əlavə sübutları araşdırmadan, həmçinin onun səlahiyyətli olubolmamasını ətraflı araşdırmadan əsassız olaraq iddia tələbinin mümkün sayılmaması barədə nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 2.3, 8.5 və 9-cu bəndləri ilə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3). İddianın mümkün sayılmaması və iddianın mahiyyəti üzrə həll edilməsi iddiaçı üçün fərqli hüquqi nəticələr yaratdığından, məhkəmələr mümkünlük şərtlərinə əməl edilməməsi əsaslarından çıxış edərək iddianı rədd etməkdə haqlı deyillər və bu cür hallarda iddia mümkün sayılmamalıdır (8.5). İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9). Yuxarıda göstərilənlərə əsasən, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ: İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2937/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. İnzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar