Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2614/2021 04.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «müharibə veteranı adı və vəsiqəsinin verilməsi tələbinə dair” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 5577/202N saylı 28.07.202N-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdəfiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslarına görə iddiaçı İddiaçı “...N2-ci ilin oktyabr ayından N4-cü ilin dekabr ayınadək N () və N saylı hərbi hissələrdə xidmət etmiş, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş arxiv arayışında N3.NN.N3-cü il tarixdə N saylı hərbi hissədə xidmət etməyi, N4.NN.N3-cü il tarixdə isə N saylı hərbi hissənin sərəncamına göndərilməsi barədə məlumatlar öz əksini tapmışdır. O, cavabdeh nazirliyin “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi barədə ərizə ilə müraciət etmiş, lakin nazirlik tərəfindən ona N8.03.202N-ci il tarixli məktubu ilə döyüş əməliyyatları aparan zaman N saylı hərbi hissə komandirinin əmrlər kitabında və qanuni əsaslarla ehtiyata buraxılmadığı barədə arxiv sənədlərində məlumat olmadığına görə imtina cavabı verilmişdir. İddiaçı esab edir ki, imtina tamamilə qanunsuz və əsassızdır (“Hərbi xidmətkeçmə haqqında” Azərbaycan Respublikası Qanununun N, 3, “Veteranlar haqqında” Qanunun 3, Azərbaycan Nazirlər Kabinetinin N5-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə istinad olunur)...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş, rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.09.N5-ci il tarixli 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinə istinadən, aşağıdakılarla əsaslandırmışdır. “...İddia tələbi əsassızdır. Belə ki, hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehiyata buraxılmasıdır. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçının müraciətinə baxılmış və Mərkəzi Arxivin 28.04.202N-ci il tarixli 9/2-35N7 nömrəli arxiv arayışına əsasən 702(849) saylı hərbi hissə komandirinin oktyabr N2-ci il N saylı hərbi hissə komandirinin noyabr-dekabr N3-cü il, yanvar-dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində iddiaçının xidməti barədə məlumat aşkar edilməmişdir. Bununla əlaqədar müsbət qərar qəbul edilmədiyi üçün sənədləri Müdafiə Nazirliyi Aparatı nəzdində fəaliyyət göstərən veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya tərəfindən əsaslı olaraq həmin adın verilməsindən imtina olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5577/202N saylı 28.07.202N-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi ilə bağlı qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı şikayətini aşağıdakılarla əsaslandırmışdır: “...Məhkəmə, “Müharibə veteranı” statusu hüququ verən bütün bu faktların iş materiallarında da olmasına baxmayaraq, qanunvericiliyin tələblərinin əksinə həmin arayışları yetərli sübut qismində qiymətləndirmir. Qərarda müvafiq əmrlə N nömrəli hərbi hissəyə göndərilməsi və həmin hərbi hissədə hərbi xidmət keçməsi yetərli sübut kimi dəyərləndirilmir və orada xidmət keçməsivə hərbi xidmətdən qanuni əsaslarla ehtiyata buraxılması barədə sənədlərin iş üzrə müəyyən olunmaması iddia tələbinin təmin olunmaması əsası kimi qeyd olunur. Lakin onun sözügedən hərbi hissəyə keçməsi barədə N noyabr N3-cü il tarixli N nömrəli əmrdə hərbi hissə komandirinin və qərargah rəisinin imzasının olmaması səhvi və ya təqsiri deyil. O, sıravi bir əsgər idi. Hətta, nə qədər də xidmət keçdiyi müddətin qeydə alınması üçün müraciət etsə də həmin müddət qeydə alınmamış və nəticədə xidmət keçməsi barədə və hərbi xidmətdən ehtiyata buraxılması barədə qeydlər arxiv arayışında öz təsdiqini tapmamışdır. Məhkəmənin N N-li hərbi hissə komandirinin 06.03.N3-cü il tarixli, 36 nömrəli əmri ilə manqa komandiri vəzifəsinə təyin olunaraq şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil olması barədə fakta qarşı ümumiyyətlə, hər hansı mənfi münasibət bildirməmişdir. Əksinə, öz qərarında bu faktı təsdiq edir. Bəs nə üçün doğurdan da Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə N N-li hərbi hissənin şəxsi heyətində döyüşməsi faktı və bu faktı təsdiq edən arxiv arayışı olduğu halda, məhkəmə bu faktlar barədə öz qərarında münasibət bildirməmişdir? Əlavə olaraq, məhkəmə N N-li hərbi hissəyə müvafiq əmrlə keçməsi barədə faktı sübut kimi qiymətləndirmir və qanuni əsaslarla ehtiyata buraxılması barədə sənədlərin olmamasına əsaslanır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (“İPM”) N4.3-cü maddəsinə əsasən əgər hərbi hissədən qeyri-qanuni əsasla çıxmış olsaydı, bu faktı təsdiq etmək vəzifəsi cavabdeh orqanın üzərinə düşərdi. Beləliklə də, cavabdeh qeyri-qanuni əsasla hərbi hissədən çıxması barədə hər hansı sübut təqdim etməmişsə, İnzibati qanunvericiliklə müəyyən olunmuş sübutun mötəbərliyi prezumpsiyasına əsasən hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmağım birbaşa olaraq təsdiq olunur (“İnzibati icraat haqqında” Qanunun N9-cu maddəsinə istinad olunur.) Beləliklə, iş üzrə müəyyən olunan və arxiv arayışlarında təsdiq olunan hərbi hissəyə keçməyim barədə əmrlərin həqiqətə uyğun olmadığı sübuta yetirilmədiyi və xidmət keçməsi barədə və ehtiyata buraxılması barədə qeydlər məhkəmə və cavabdeh tərəfindən aşkar edilmədiyi halda məhkəmənin və cavabdehin ümumiyyətlə, mövcud olmayan sənədlərin ondan tələb edilməsi, Qanunun imperativ tələblərini və onun prosessual və maddi hüquqlarım kobud surətdə pozulmuşdur. Məhkəmə öz qərarında hərbi xiddmət keçmə faktının müəyyən olunması üçün təkcə müvafiq əmrlə hərbi hissəyə keçməsi deyil, həm də qanuni əsaslarla ehtiyata buraxılması barədə sənədin olmasını qeyd edir. Əvvəla, hərbi hissəyə keçməyim barədə əmr mövcud olsa da, hərbi hissə komandirinin və qərargah rəisinin öz təqsiri ucbatından müvafiq imzalarının olmaması səbəbilə hərbi xidmət keçməyim barədə məlumatlar qeydə alınmamışdır və ehtiyata buraxılma barədə sənəd mövcud deyildir. Baxmayaraq ki, məhkəmənin qərarında vurğuladığı qanuni əsaslarla ehtiyata buraxılma barədə sənəd mövcud deyildir, halbuki barəmdə sözügedən N No-li hərbi hissədən xidmət yerini öz başıma tərk etməyə, fərariliyə və ya digər hər hansı əmələ görə hərbi cinayət işi və ya təqsirləndirici materialın olmaması da məhkəmə tərəfindən sübut olunmuşdur. Belə ki, məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Hərbi Prokurorluğunun verdiyi N8.05.202N-ci il tarixli, HP N2/608 nömrəli məktubunda bildirilmişdir ki, xx.xx.N968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş İddiaçı N2- N4cü illər ərzində N və N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda hər hansı bir cinayət işi və ya təqsirləndirici materialın olması müəyyən edilməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, hazırki mübahisə ilə bağlı mövcud olmamasına baxmayaraq əlavə sənədlər tələb etməklə, məhkəmə İPM-in və “İnzibati icraat haqqında” qanunvericiliyin tələblərini kobud surətdə pozmuşdur. Hər bir halda məhkəmə, mövcud olan və ona “Müharibə veteranı” statusu hüququ verən müvafiq sənədlər - cavabdehin arxiv arayışları əsasında iddia tələbimi təmin etməli idi ... ” Məhkəmə kollegiyasının iclasında iştirak nedən İddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasınının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iddiaçını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərindən aydın olur ki, iddiaçı birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq mübahisələndirir ki, müharibə iştirakçısı olması faktı işdə mövcud olan übutlarla təsdiq olunduğu halda, məhkəmə, əsassız olaraq iddia tələbini təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının qeyd olunan dəlilləri əsassızdır. Belə ki, «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin: N-ci hissəsinin 3-cü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılır; Həmin maddənin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur) tərəfindən təsdiq edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N5-ci il tarixli, 2N6 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci hissəsinin N-ci bəndinin səkkizinci yarımbəndinin hazırda qüvvədə olan müddalarına əsasən müharibə veteranı adı - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N4-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət(yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Qanunvericilyin qeyd olunan tələblərindən göründüyü kimi, müharibə veteranı adı şəxsin hərbi xidmət keçdiyi orqanlar tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Lakin konkret halda, iş materiallarına əsasən iddiaçıya veteran adı verilməsini züruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Belə ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim olunmuş, onun öz müraciətinə əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Arxivi tərəfindən verilmiş 29.06.20N6-cı il tarixli, 9/2-60N2 nömrəli Arxiv arayışında aşağıdakılar qeyd olunmuşdur: “O, Xocavənd rayonu döyüş əməliyyatları bölgəsində döyüş tapşırıqlarını yerinə yetirdiyi üçün 849№-li hərbi hissə komandirinin N3 noyabr N3-cü il tarixli əmrilə (əsas: §-2, sıra-93, əmrdə atasının adı, əmrin nömrəsi yazılmamışdır, ondan əvvəl N3 noyabr N3-cü il tarixli 283 №-li, ondan sonra N noyabr N3-cü il tarixli N №-li əmrlər verilmişdir) üçqat pul təminatı ilə təmin olunmuş və hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli N №-li əmrilə (əsas: §-2, səh-26, sıra-57, əmr hərbi hissə komandiri tərəfindən imzalanmamışdır) N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmişdir. Qeyd edilir ki, N () №-li hərbi hissə komandirinin iyun N2-ci il tarixli nizami hissə üzrə əmrlərində və N №-li hərbi hissə komandirinin noyabr N3-cü il, dekabr N4-cü il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında xidmətiniz barədə məlumat aşkar olunmamışdır...” Azərbaycan Respublikası Müdafiə Nazirinin 06.0N.N8-ci il tarixli 4 №-li əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı» «Silahlı qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı bəndinə əsasən «Müharibə seteranı» adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Tədqiq olunan Arxiv arayışından göründüyü kimi, iddiaçı N №-li hərbi hissə komandirinin N3 noyabr N3-cü il tarixli əmrilə üçqat pul təminatı ilə təmin olunsa da, həmin hərbi hissə komandirinin N noyabr N3-cü il tarixli N №-li əmrilə N №-li hərbi hissə komandirinin sərəncamına göndərilmiş, lakin N №-li hərbi hissə komandirinin N3-cü il noyabr - N4-cü il dekabr tarixli nizami hissə üzrə əmrlərində və şəxsi heyətin əlifba qeydiyyatı kitablarında, onun sonrakı xidməti barədə məlumat aşkar edilməmişdir. Yəni, faktiki olaraq iddiaçının göndərildiyi N №-li hərbi hissəyə gəldiyi və orada hərbi xidmətini davam etdirdiyi müəyyən olunmur. Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu Rayon İdarəsinin məhkəməyə ünvanlanmış 06.05.202N-ci il tarixli 984 N-li məktubunda qeyd olunan hərbi hissədə hərbi xidmətinin mövcudluğu görünmür. İş materiallarına əlavə olunmuş iddiaçının N8.06.N986-cı ildə “Jdanov”(indiki “Beyləqan”) hərbi komissarlığı tərəfindən verilmiş ******* saylı hərbi biletində də iddiaçının qeyd olunan hərbi hissədə hərbi xidməti, döyüşlərdə iştirakı və ehtiyata buraxılması ilə bağlı qeydlər mövcud deyil. Əslində, N4-cü ildə onun ehtiyata buraxulmasu da mümkün ola bilməzdi. Çünki, ən azından N4-cü ilin may ayının N2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən göyüşlər davam etmiş, səfərbərlik üzrə ehtiyata buraxılma isə N6-cı ildən həyata keçirilməyə başlamışdır. İddiaçının Azərbaycan Respublikaı Hərbi Prokurorluğun məhkəməyə ünvanlanmış N8.05.202N-ci il tarixli HP N2/608 saylı məktubuna əsasən 849, N və N saylı hərbi hissələrdə xidmət etməsi ilə bağlı barəsində cinayət işi materiallarının aşkar olunmadığına gəldikdə isə, onun qanuni əsaslarla hərbi xidmətdən ehtiyata buraxıldıbı işdə olan sübutlarla təsdiq olunduğu halda, barəsində cinayət işi materiallarının aşkar olunmaması, ona müharibə veteranı adlının verilməsi üçün əsas ola bilməz. Ən azından ona görə ki, məhz, döyüş əməliyyatları dövründə hərbi xidmətin əsasında duran mühüm meyarlardan biri şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılması təşkil edir. İddiaçı tərəfindən isə bu iki şərtin yerinə yetirildiyi sübut olunmur. Halbuki, İPM-in N4.3-cü maddəsinin tələbi baxımından müharibə veteran adı verilməsi barədə inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi məhz iddiaçının üzərinə düşür. Belə olan halda, cavabdeh tərəfindən ona veteran statusunun verilməsindən imtina olunması tam əsaslıdır. Ona görə də həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Qeyd olunanlar onu deməyə əsas verir ki, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsi faktlar nöqteyi-nəzərindən işin hallarına və maddi hüquq normalarına uyğun nəticədir. Azərbaycan Respublikasının İPM-nin 73.N-ci maddəsinin tələbindən də göründüyü kimi, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarını pozmuş olsun. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, məhkəmə tərəfindən işdə iddiaçıya veteran statusu verilməsini təsdiq edən sübutların nəzərə alınmadığını, onlara düzgün qiymət verilmədiyini, o cümlədən, barəsində cinayət işi üzrə təqsirləndirici material mövcud olmadığına istinadən məhkəmənin qərarının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5577/202N saylı 28.07.202N-ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-5577/202N saylı 28.07.202N-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən bir ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-2614/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2614/2021
04.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver