Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2615/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə (Açar sözlər: məcburi köçkün statusunun bərpa edilməsi və vəsiqənin verilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, Oruczadə Aytən Pənah qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Məmmədli Aytac Mahir qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunun bərpa edilməsi və vəsiqənin verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(112)- 1792/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona təkrar məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məcburi köçkün statusunun bərpa edilməsi və vəsiqənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1975-ci il tarixdə Füzuli rayonunda doğulmuş və 1993-cü ildə məlum hadisələrlə bağlı olaraq Füzuli rayonundan məcburi köçkün düşümüş və Bakı şəhərində məskunlaşmışlar. Həmin vaxtdan da ona məcburi köçkün statusu verilmişdir və müvafiq olaraq xx.xx.2006-cı il tarixdə məcburi köçkün vəsiqəsi verilmişdir. İddiaçıya məxsus məcburi köçkün vəsiqəsinin müddəti bitmişdir, bununla bağlı olaraq ərizə ilə cavabdehə müraciət edərək təkrar məcburi köçkün vəsiqəsinin verilməsini xahiş etmiş, lakin təmin edilməmişdir
4. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş iddiaya qarşı yazılı etirazda göstərilmişdir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə yetkinlik yaşına çatsa da, 1995-ci il tarixdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçıya dəfələrlə müvafiq normativ aktla elan olunmuş səfərbərlik üzrə çağırışına möhlət verilməsinə dair halları təsdiq edən sənədləri Komitəyə təqdim etməsi izah edilsə də, iddiaçı tərəfindən müvafiq sənədlər təqdim olunmamışdır. Nəticədə, iddiaçı tərəfindən səfərbərlik zamanı möhlət hüququndan hansı əsasla istifadə etməsinə dair müvafiq təsdiqedici sənədlər təqdim olunmadığından, Qaydaların 4.2.4-cü bəndinə əsasən ona məcburi köçkün statusu və onu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.
5. Bakı İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(112)-1792/2024 nömrəli qərarı ilə iddia tələbinin təmin edilməsi, İddiaçı məcburi köçkün statusunun bərpa edilməsi və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsinə həvalə edilməsi qərara alınmışdır.
6. Qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. Apellyasiya şikayəti etiraza uyğun əsaslandırılmış və qeyd edilmişdir ki, 1994-cü ilin mayın 8-də Azərbaycan – Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış “Bişkek protokolu” elə həmin ilin mayın 12-də qüvvəyə minmiş və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılmışdır. Göründüyü kimi, atəşkəs əldə olunanadək – 1994-cü ilin mayın 12-dək aktiv hərbi əməliyyatlar davam etmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, xx.xx.1975-ci il təvəllüdlü İddiaçı 1993-cü ildə aktiv hərbi əməliyyatlar davam edərkən yetkinlik yaşına çatsa da, atəşkəs əldə edildikdən sonra 1995-ci il tarixində Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət keçmişdir. İddiaçıya dəfələrlə müvafiq normativ aktla elan olunmuş səfərbərlik üzrə çağırışına möhlət verilməsinə dair halları təsdiq edən sənədləri Komitəyə təqdim etməsi izah edilsə də, iddiaçı tərəfindən müvafiq sənədlər təqdim olunmamışdır.
MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi A.Bağırov apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLİ MƏHKƏMƏ ARAŞDİRMASİNİN ƏSASİNİ TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. İş materiallarından görünür ki, İddiaçı AA seriyalı 132527 nömrəli məcburi köçkün vəsiqəsini xx.xx.2006-cı ildə əldə etmiş, sonradan vəsiqə dolduğuna görə iddiaçı 2023-cü ildə yeni vəsiqə əldə etmək üçün Komitəyə müraciət etmişdir. İmtina məktubunda göstərilməsə də, etirazdan məlum olur ki, cavabdeh tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinə əsasən vəsiqənin verilməsindən imtina olunmuşdur.
11. İddiaçı xx.xx.1992-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində ilkin qeydiyyata alınmış. O, xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1998-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində hərbi qeydiyyata alınmış. Fəraliliyi barədə məlumat yoxdur.
TƏTBİQ EDİLƏN HÜQUQ VƏ MƏHKƏMƏNİN MÖVQEYİ
12.Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
13. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu müraciəti təmin etmədiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
14. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Bu Qanunda istifadə edilən əsas anlayışlar Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: ... məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. ... Maddə 9. Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələsini həll edən orqanlar Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. Maddə 10. Qaçqın və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətin qaldırılması qaydası Qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Maddə 12. Şəxsin qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi haqqında vəsatətə baxılması qaydası Qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (xx.xx.1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. ...
15. Qaçqınların və X2 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli, 1 №-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”: 4.2. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: ... 4.2.4. Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. ...
17. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli 187 nömrəli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”: 1.1. Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsi (bundan sonra - Komitə) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində qaçqın və məcburi köçkün olmuş şəxslərin (bundan sonra - qaçqınlar və məcburi köçkünlər) yerləşdirilməsi, məskunlaşdırılması, repatriasiyası, sosial müdafiəsi, işğaldan azad olunmuş ərazilərdə onların sosial, mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1. Komitə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, həmin statusu təsdiq edən sənəd (vəsiqə) verir və bu statusdan məhrum edir. 18.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 19.Belə ki, istinad edilmiş normaların mənasından görünür ki, məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X2 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır.
20. İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçının məcburi köçkün statusu və bunu təsdiq edən vəsiqəsi olmuş, sonradan vəsiqə dolduğuna görə iddiaçı 2023-cü ildə yeni vəsiqə əldə etmək üçün Komitəyə müraciət etmişdir. İmtina məktubunda göstərilməsə də, etirazdan məlum olur ki, cavabdeh tərəfindən “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinə əsasən vəsiqənin verilməsindən imtina olunmuşdur.
21. Cavabdehin mövqeyi ondan ibarətdir ki, iddiaçı tərəfindən səfərbərlik zamanı möhlət hüququndan hansı əsasla istifadə etməsinə dair müvafiq təsdiqedici sənədlər təqdim olunmadığından yuxarıda qeyd edilən qaydaların 4.2.4-cü bəndinə əsasən vəsiqənin verilməsindən imtina olunmalıdır.
22. Məhkəmə kollegiyası cavabdehin mövqeyini əsassız hesab edərək qeyd edir ki, iddiaçı xx.xx.1992-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində ilkin qeydiyyata alınmış və xx.xx.1995-ci il tarixdən xx.xx.1998-ci il tarixədək Azərbaycan Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.1998-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsində hərbi qeydiyyatda alınmışdır. Onun hərbi qeydiyyatdan yayınması, səfərbərlikdən boyun qaçırması və fərariliyi ilə bağlı hər hansı məlumat olmadığı halda, müddətli həqiqi hərbi xidmətə gec çağırılmasına istinad edilməsi əsassızdır. O da qeyd edilməlidir ki, iddiaçının sakini olduğu Füzuli rayonu 23 avqust 1993-cü ildə işğal olunan zaman iddiaçı 18 yaşına çatmamışdır(iddiaçının doğum tarixi xx.xx.1975-ci il). Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh ilk dəfə xx.xx.2006-cı il tarixdə iddiaçıya məcburi köçkün vəsiqəsini təqdim etdikdə hazırda istinad etdiyi hallarla bağlı iddiaçıya heç-bir irad bildirməmişdir,əksinə iddiaçını hər il qeydiyyatdan keçirməklə (məcburi köçkün statusunun təsdiqlənməsi) bununla bağlı məlumatı öz möhürü ilə təsdiqləmişdir.
23. Məhkəmə kollegiyası cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024cü il tarixli məktubuna münasibətdə qeyd edir ki, iddiaçı Füzuli rayonunun Yağlıvənd kənd(Yuxarı Yağlıvənd)sakini olduğu üçün onun məcburi köçkün statusu və sosial müdafiə tədbirləri (güzəşt və imtiyazları) ləğv edilməmişdir. Belə ki, təmas xəttində yerləşən ərazilər siyahısında Füzuli rayonunun Aşağı Yağlıvənd kəndi qeyd olunmuşdur, Yağlıvənd kəndi (Yuxarı Yağlıvənd) isə həmin siyahıda qeyd olunmamışdır. Beləliklə, İddiaçı məcburi köçkün statusu və sosial müdafiə tədbirləri (güzəşt və imtiyazları) ləğv edilən şəxslər siyahısına aid edilmədiyi müəyyən olunur. 24.Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. 25.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. 26.Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 27.Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 06 mart 2024-cü il tarixli, 2-1(112)-1792/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Aytən Oruczadə Cahangir Yusifov