Məhkəmə qərarları › İş №2-1(103)-2616/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2616/2022

11.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2616/2022 11.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati mübahisəyə dair inzibati iş X7 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Vidadi Məmməd oğlu Məmmədovdan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı, iddiaçının nümayəndəsi (qızı) Nümayəndə və cavabdehin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi barədə inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.İddiaçı xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. 2.İddiaçının əmək kitabçasının surətindən görünür ki, İddiaçı xx.xx.1978-ci il tarixdən xx.xx.1980-ci il tarixədək Bakı Tikiııti-Quraşdırılma İdarəsi “İttifaq Telefon Tikinti” Birliyində 2-ci dərəcəli kabel lehimləyicisi, xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər hərbi xidmətdə olmuşdur, xx.xx.1982-ci il tarixdən xx.xx.1986-cı il tarixədək Bakı Tikinti-Quraşdırılma idarəsi “İttifaq Telefon Tikinti”Birliyində rabitə kabel quraşdırıcısı, avto çilingər, xx.xx.1987ci il tarixdən xx.xx.1992-ci il tarixədək "xxxx" Müəssisəsində briqadir köməkçisi, dəstənin rəisi, baş mühəndis, xx.xx.1992-ci il tarixdən xx.xx.2004-cü il tarixədək 1 №-li Tikinti Quraşdırma idarəsi “Azərrabitətikinti” Lahiyə Tikinti Biriyində kabelçi, avtoçilingər, mühəndis, şöbə rəisi, baş mütəxəssis, xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək Bakı Telekom Tikinti MMC-də iş icraçısı, mühəndis, xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək "xxxx" MMC-də direktor köməkçisi, xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək "xxxx"MMC-də iş icraçısı, xx.xx.2017-ci il tarixdən hal-hazıradək "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir. 3.İddiaçının hərbi biletinin surətindən görünür ki, o xx.xx.1980-ci ildən xx.xx.1982-ci ilə qədər həqiqi hərbi xidmətdə olmuşdur.

4. İddiaçı xx.xx.2017-cı il tarixədək 15 il 08 ay 15 gün güzəştli olmaqla 38 il 20 gün ümumi stajının olduğunu əsas gətirərək, ona 60 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiya təyin edilməsini xahiş edir.

5. Bununla bağlı cavabdehə müraciət etsə də, cavabdeh tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İmtina əsası kimi qeyd edilmişdir ki, “iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də iş icraçısı işlədiyi qeyd edildiyi halda, X3 Sistemində həmin dövr ərzində direktor köməkçisi və menecer vəzifələrində əmək fəaliyyəti ilə məşğul olduğu göstərilmişdir. Göründüyü kimi, ona dair məlumatlarda uyğunsuzluqlar mövcuddur. Bu səbəbdən də onun güzəştli iş stajı yoxdur.”

Birinci instansiya məhkəməsində icraat

6.İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2021-ci il tarixdən hesablanmaqla iddiaçıya güzəştli şərtlərlə pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 7.İddia tələbi onunla əsaslandırmışdır ki, əmək fəaliyyətinə keçmiş “İttifaq telefon tikinti Birliyinin” “Bakı tikinti quraşdırma” idarəsində xx.xx.1978-ci il 192 saylı əmri ilə qurğuşunlaşdırılmış kabellərin politilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlə məşğul olan kabel-lehimləyicisi peşəsinə qəbul edildikdən sonra başlamışdır. Həmin peşədə xx.xx.1980-ci il tarixə qədər işləmişdir. Hərbi xidmətə çağırılması ilə əlaqədar xx.xx.1980-ci il 280/k saylı əmrlə işdən azad edilmişdir. xx.xx.1980-xx.xx.1982-ci il tarixlərdə hərbi xidmət etmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra -xx.xx.1982-ci il tarixli əmrlə xx.xx.1982- ci il tarixdən yenidən “İttifaqtelefontikinti Birliyinin” “Bakı tikinti quraşdırma” idarəsində 3-cü dərəcəli kabel quraşdırıcı vəzifəsində işləmiş, sonradan başqa işə keçirilərək müxtəlif vaxtlarda 2-ci, 3-cü və 4-cü dərəcədə avtoçilingər peşsi üzrə əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1986-cı il tarixli əmrlə xx.xx.1986-cı il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Gürcüstan Respublikasına qayıdaraq əmək fəaliyyətini orada davam etdirmişdir. xx.xx.1987-ci il tarixli əmrlə elə həmin tarixdən Dmanisi rayonu Təmir və X5 2-nömrəli briqadada briqadir köməkçisi peşəsi üzrə işləmişdir. xx.xx.1988-ci il tarixli 30 nömrəli əmrlə mexanikləşdirilmiş dəstənin rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.1989-cu il tarixli, 41 saylı əmrlə həmin idarənin baş mühəndisi vəzifəsinə keçirilmişdir. xx.xx.1992-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. Yenidən Bakıya qayıdaraq orada yaşayıb işləmişdir. xx.xx.1992-ci il tarixdə 49 saylı əmrlə 1 nömrəli Azərrabitətikinti Birliyinin 1 nömrəli tikinti quraşdırma idarəsində kabelçi peşəsi üzrə işə qəbul edilmişdir. xx.xx.1993-cü il tarixdə isə 6-cı dərəcəli avtoçilingər, xx.xx.1993-cü il tarixdə isə əməyin mühafizəsi və təhlükəsizlik texnikası mühəndisi vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci il tarixdən əməyin mühafizəsi və təhlükəsizlik texnikası və kadrlar üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.1995-ci ildə həmin idarənin kadrlar Şöbəsinə rəis vəzifəsinə keçirilmişdir. xx.xx.1999-cu il tarixdən "xxxx" Açıq Səhmdar Cəmiyyətin Kadrlar Şöbəsinin rəisi vəzifəsində işləmişdir. xx.xx.2002-ci ildə "xxxx" ASC-nin Hüquq və Kadlar Şöbəsinin rəisi vəzifəsinə keçirilmiş və müəssisədə hərbiləşdirilmiş fəaliyyət də ona həvalə edilmişdir. xx.xx.2003-cü ildən Səhmdar Cəmiyyətin Kadrlar Şöbəsinə mütəxəssis vəzifəsinə keçirilmiş və eynilə cəmiyyətin mükəlləfiyyətlərlə iş aparması ona həvalə edilmişdir. xx.xx.2004-cü ildən Cəmiyyətin Kadrlar üzrə baş mütəxəssisi vəzifəsinə keçirilmişdir. xx.xx.2004-cü ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2004-cü il tarixdə Bak Telefon Tikinti MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş və xx.xx.2004-cü il tarixdən xx.xx.2014-cü il tarixədək iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2014-cü il tarixdə isə həmin MMC-də Kadrlar üzrə mühəndis vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü ildə şəxsi təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2014-cü ildən başlayaraq xx.xx.2015-ci il tarixədək ABŞL MMC-də direktor köməkçisi işləmişdir. xx.xx.2015-ci ildən xx.xx.2017-ci il tarixədək BAk Telefon Tikinti MMC-də iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2017-ci il tarixdən hal-hazıradək Rabitə Telekom MMC-də iş icraçısı işləməyə başlamış, hal-hazıradək də əmək fəaliyyətini davam etdirir. Qeyd etdiyi iş yerləri onun əsas iş yeri olmuş, müəyyən müddətdlərdə başqa idarələrdə də əlavə işləmişdir. xx.xx.2006-cı il tarixli, 7 k saylı əmrlə ABŞ MMC-də Kadrlar üzrə mütəxəssis vəzifəsinə əlavə iş yeri kimi qəbul edilmiş (həmin müddətdə Bak Telefon Tikinti MMC-də əsas iş yeri iş icraçısı vəzifəsi üzrə idi), xx.xx.2007-ci il tarixdə ABŞL MMC-də əlavə iş yeri kimi direktor köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli 11/k saylı əmrlə əlavə iş yeri kimi əmək müqaviləsinə xitam verilmiş, elə həmin tarixdə də 18/k saylı əmrlə əsas iş yeri kimi direktor köməkçisi vəzifəsinə təyin edilmiş, ümumilikdə xx.xx.2015-ci il tarixədək ABŞL-MMC-də fəaliyyət göstərmiş, xx.xx.2015-ci il tarixli, 6/k saylı əmrlə öz xahişi ilə işdən azad edilmişdir. Elə həmin tarixdən də ABŞL MMC-də əlavə iş yeri kimi direktor köməkçisi vəzifəsi üzrə fəaliyyətimi davam etdirmiş, xx.xx.2016-cı il tarixdə 4 k saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. Eyni zamanda xx.xx.2012-ci il tarixdə fiziki şəxs kimi fəaliyyət göstərən (əmlak üzrə agentlik) X6 yanında menecer vəzifəsi uzrə əlavə iş veri) işləmiş, həmin müqaviləyə xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. xx.xx.2019-cu il tarixdən-xx.xx.2021-ci il tarixədək isə Rabitə Tikinti- Quraşdırma MMC-də əlavə iş yeri kimi iş icraçısı vəzifəsi üzrə işləmişdir. Göründüyü kimi, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən əmək stajı kitayət qədərdir. Bununla bağlı güzəştli şərtlərlə pensiyanın təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına rəsmi qaydada müraciət etsə də, xx.xx.2021-ci il tarixində cavabdeh müraciətinə rəsmi qaydada imtina etmişdir

8. Bakı İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(112)-2750/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmişdir. 9.Məhkəmə hesab etmişdir ki, cavabdehin imtinası əsassız olmuşdur. Müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçasında qeyd edilən iş stajı, həmçinin hərbi xidmət dövrü də nəzərə alınmaqla, 25 ildən artıq (38 il 20 gün) ümumi iş stajı mövcud olmuşdur.

10. "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı həqiqətən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətdə 02.02,2004-cü il tarixli, 1/k saylı əmrlə tikinti üzrə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü il tarixə qədər iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixdən 5/k sayli əmrlə yenidən "xxxx" MMC-də iş icraçısı vəzifəsinə qəbul edilmiş və 17,04.2017-cı il tarixə qədər iş icraçısı vəzifəsində çalışmışdır. xx.xx.2017-ci il tarixdən 1/k saylı əmrlə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləməyə başlamışdır. Halhazırda qeyd edilən təşkilatda iş icraçısı vəzifəsində işləyir. İddiaçı 15 il, 11 ay, 23 gün iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin zərərli işə görə qərarına uyğun olaraq İddiaçı güzəştli təqaüd hüququ qazanmışdır. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə uyğun olaraq Nazirlər Kabinetinin 21 iyul 1993- cü il, 320 saylıgüzəştli şərtlərlə təqaüd hüququ verən peşələrə müvüfıq olaraq 2290000b - 24441 koduna əsasən İddiaçı zərərli işə görə güzəştli təqaüd almaq hüququna malikdir. İddiaçı ümumi iş stajı 42 il.l ay, 26 gün təşkil etmişdir. Yuxarıda qeyd edilənlər əmək kitabçasında öz əksini tapmışdır. 11.İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən keçmiş “İttifaqtelefontikinti Birliyinin” “Bakı tikinti quraşdırma” idarəsində xx.xx.1978-ci il 192 saylı əmri ilə qurğuşunladırılmış kabellərin politilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlə məşğul olan kabel-lehimləyicisi peşəsinə qəbul edilmişdir. Həmin peşədə xx.xx.1980- ci il tarixə qədər işləmişdir. Hərbi xidmətə çağırılmağı ilə əlaqədar xx.xx.1980-ci il 280/k saylı əmrlə işdən azad edilmişdir. "xxxx" MMC-də xx.xx.2004-cü il tarixdən 1/k saylı əmrilə tikinti üzrə iş icraçısı vəzifəsinə qəbul edilmişdir. xx.xx.2014-cü ilə qədər iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.2015-ci il tarixindən 5/k saylı əmrlə yenidən “Bakı Telefon-Tikinti" MMC-də tikinti üzrə iş icraçısı vəzifəsinə işə qəbul edilmişdir. xx.xx.2017-ci il tarixinə qədər iş icraçısı vəzifəsində çalışmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin zərərli işə görə qanuna uyğun olaraq İddiaçı güzəştli təqaüd almaq hüququ vardır. “Vətəndaşların pensiya təminatı” haqqında qanununun 13-cü maddəsinə uyğun olaraq AR Nazirlər Kabinetinin xx.xx.1993cü il tarixli 320 saylı güzəştli şərtlərlə təqaüd hüququ verən kabel letimləyicisi peşəsinə uyğun 23100000-14624 koduna iş icraçısı vəzifəsinə uyğun olaraq ******* b .24441 koduna əsasən. xx.xx.2007-ci il tarixli 12 №-li qərarın 1.2.1 bəndinə uyğun olaraq İddiaçı zərərəli işə görə güzəştli təqaüd almaq hüququna malikdir. Yuxarıda qeyd edilənlər əmək kitabçasında öz əksini tapmışdır. 12.İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2017-ci tarixindən 1/k saylı əmri ilə “Rabitə Telekom MMC”-də tikintidə iş icraçısı vəzifəsində işləməyə başlamışdır. Hal-hazırda da tikintidə iş icraçısı vəzifəsində işləyir. İddiaçı ümumilikdə 18 il, 1 ay 14 gün güzəştli iş stajı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin zərərli işə görə qanuna uyğun oiaraq İddiaçı güzəştli təqaüd almaq hüququ vardır. xx.xx.2007-ci il tarixli 12 №-li qərarın 1.2.1 bəndinə uyğun olaraq İddiaçı zərərəli işə görə güzəştli təqaüd almaq hüququna malikdir. İddiaçı ümumi stajı 42 il, 4 ay təşkil etmişdir. 13.İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı həqiqətən də xx.xx.2006-cı il tarixli, 7 k saylı əmrlə "xxxx" MMC-də kadrlar üzrə mütəxəssis vəzifəsinə əlavə iş yeri kimi qəbul edilmişdir. xx.xx.2007- ci il tarixdə ABŞL MMC-də əlavə iş yeri kimi başqa işə- direktor köməkçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2014-cü il tarixli 11/k saylı əmrlə əlavə iş yeri əmək müqaviləsinə xitam verilmiş, elə həmin tarixdə də 18/k saylı əmrlə əsas iş yeri kimi direktor köməkçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə 6/k saylı əmrlə öz istəyilə əmək müqaviləsinə xitam verilmişdir. Elə həmin tarixdən də "xxxx" MMC-də əlavə iş yeri kimi direktor köməkçisi vəzifəsi üzrə fəaliyyətini davam etdirmiş, xx.xx.2016-cı il tarixdə 4 k saylı əmrlə əmək müqaviləsinə xitam verilmişdir. 14.İşdə olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdə 1 /k saylı əmrlə "xxxx" MMC- də iş icraçısı vəzifəsinə (əsas iş yeri olmaqla) qəbul edilmiş, xx.xx.2014-cü il tarixdə 3/k saylı əmrlə kadrlar üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2014-cü il tarixdə 11/k saylı əmrlə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir. Sonradan - xx.xx.2015-ci il tarixdə 5/k saylı əmrlə İddiaçı "xxxx" MMC arasında yenidən əmək müqaviləsi bağlanmış, iş icraçısı vəzifəsinə (əsas iş yeri kimi) qəbul edilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. 15.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” təsdiq edilmişdir. Siyahının “XXİX. Rabitə” bölməsində “qurğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər — lehimləyicilər” (kod 23100000—12624) və “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində “iş icraçıları” (kod 2290000b—24441) nəzərdə tutulmuşdur. 16.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarı qüvvədən düşmüş hesab edilmişdir. Siyahının (xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarla təsdiq edilmiş) “30. Rabitə” bölməsində “urğuşunlaşdırılmış kabellərin, polietilen və polixlorvinil üzlüklü kabellərin lehimlənməsi üzrə işlərdə məşğul olan kabelçilər-lehimləyicilər” və “29. Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində iş “icraçıları” nəzərdə tutulmuşdur. 17.Məhkəmə cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili ilə bağlı qeyd etmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.2004-cü il tarixdən "xxxx" MMC-də iş icraçısı vəzifəsində əsas iş yeri olmaqla, xx.xx.2006-cı il tarixdən isə "xxxx" MMC-də əlavə iş yeri olmaqla müvafiq vəzifələrdə işləmişdir.

18.Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi lehimləyici və iş icraçıları peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulmuş, iddiaçı həmin peşələrdə 15 il 08 ay 15 gün işləmiş, tələb olunan güzəştli iş stajına malik olmuşdur.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

19.Cavabdehin nümayəndəsi X9 məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. 20.İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə iclasında iştirak edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri: 21.Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 26 may 2022-ci il tarixli, 2-1(112)-2750/2022 saylı qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. 22.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Mərkəzi filiala xx.xx.2021ci il tarixli ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsini xahiş etmişdir. İddiaçının Mərkəzi filialına daxil olmuş müraciətinə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılaraq, iddiaçının əmək kitabçası ilə yoxlamaların X1 əmək fəaliyyəti barədə uyğunsuzluqlar mövcud olduğundan ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdeh inzibati orqan tərəfindən verilən imtina əsaslı və qanuni olmuşdur. İddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixli ИТ-02228050 nömrəli əmək kitabçasında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də iş icraçısı işlədiyi qeyd edildiyi halda, X2 Sistemində həmin dövr ərzində direktor köməkçisi və menecer vəzifələrində əmək fəailiyyəti ilə məşğul olduğu göstərilmişdir. İddiaçıya dair məlumatlarda uyğunsuzluqlar mövcud olduğundan onun güzəştli iş stajı cavabdeh tərəfindən qəbul edilməmişdir.

23. Tətbiq edilən hüquq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu 9.8-ci maddə- bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 31.1-ci maddə- əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 32.1-ci maddə- yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. 37.7-ci maddə- keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği müddətindən asılı olmayaraq ödənilir. 87-ci maddə- işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən Qanunun 7-ci maddəsinə uyğun olaraq yaşa görə pensiya təyin edilməsi üçün şəxs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, sığorta stajından asılı olmayaraq fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli və ya azı 25 il sığorta stajına malik olmalıdır. Həmin Qaydaların 4.1.9-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə əsasən, Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il) 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar əvvəllər qüvvədə olmuş qanunla yaşa və staja görə müəyyən edilmiş tələblərə müvafiq təyin edilir. Qanunun 9.8-ci maddəsinə əsasən pensiya təyin olunması üçün müraciət edən şəxslərin pensiya hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş və xx.xx.2006-cı ilədək qüvvədə olan “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” əsasında müəyyən edilir. Həmin Qaydaların 4.1.10-cu bəndinə əsasən Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Həmin Qaydaların 4.1.11-ci bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək Qanunun 7-9cu maddələrinə əsasən yaşa görə pensiya hüququ qazanmış, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə pensiya həmin tarixədək qüvvədə olmuş normalar əsasında təyin edilir. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “ğ” yarımbəndinə əsasən iş stajına bunlardan başqa ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti də daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına hərbi (alternativ) xidmət müddəti də daxil edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Apellyasiya məhkəməsinin mövqeyi

24.Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. 25.Məhkəmə kollegiyası tərəfi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 26.Məhkəmə birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır ki, iddiaçının işlədiyi lehimləyici və iş icraçıları peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş müvafiq siyahıda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahıda nəzərdə tutulduğundan və iddiaçı həmin peşələrdə 15 il 08 ay 15 gün işlədiyindən tələb olunan güzəştli iş stajına malik olduğu üçün iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən cavabdehin imtinası əsassız olmuşdur. 27.Cavabdeh apellyasiya şikayətində iddiaya etirazında qeyd etdiyi hala istinad edərək göstərmişdir ki, iddiaçının Mərkəzi filiala təqdim etdiyi xx.xx.1980-ci il tarixli ИТ- 02228050 nömrəli əmək kitabçasında xx.xx.2004-xx.xx.2014-cü il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də iş icraçısı işlədiyi qeyd edildiyi halda, X2 Sistemində həmin dövr ərzində direktor köməkçisi və menecer vəzifələrində əmək fəaliyyəti ilə məşğul olduğu göstərildiyindən İddiaçıya dair məlumatlarda uyğunsuzluq mövcuddur. 28.Apellyasiya instansiyası məhkəməsində işə baxılarkən iddiaçının nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş sosial arayışlara əsasən müəyyən edilmişdir ki, iddiaçı 2006-cı ilin iyun ayından eyni vaxtda həm "xxxx" MMC-dən, həm də "xxxx" MMCdən əmək haqqı almış, hər iki hüquqi şəxs tərəfindən iddiaçıya ödənilmiş əmək haqlarından məcburi dövlət sosial sığorta haqları ödənilmişdir. 29.Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, obların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə mötəbər hesab olunur. 30.Məhkəmə qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının ərizəsinin təmin edilməsindən cavabdehin imtinası əmək kitabçasındakı "xxxx" MMC və "xxxx" MMC-də işlədiyi dövrlərə aid qeydlərin mötəbər hüsab edilməməsi ilə əlaqədar olduğundan, bu qeydlərin həqiqəyə uyğun olduğuna dair iddiaçı tərəf məhkəməyə sübutlar təqdim etdiyi halda, təqdim edilmiş sübutların həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən sübut edilmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır.

31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

Nəticəvi hissə: 32.Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya

qərara aldı:

Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2750/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar