Məhkəmə qərarları › İş №2-1(103)-2617/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2617/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2617/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “vəzifə maaşına əlavələrin ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2455/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə ona ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavə ilə ona ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ilin sentyabr ayından ehtiyata buraxıldığı xx.xx.2022-ci il tarixədək N №li hərbi hissənin tərkibinə daxil olan N №-li hərbi hissədə xidmət etmişdir. Xidmət etdiyi N №-li hərbi hissədə zirehli tank təmir tağımının komandiri vəzifəsində xidmət edərkən 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə onun xidmət keçdiyi N №-li hərbi hissə daimi dislokasiya yerinəLaçın rayonunun Hüsülü kəndinə köçürülmüşdür. 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət keçən hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xüsusi Təyinatlı Qüvvələrdə və əməliyyat briqadalarında xidmət edən hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə maaşlarına 2021-ci il iyulun 1-dən Azərbaycan Respublikası Prezidentinin əlavəsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə müəyyən edilmiş əlavənin ödənilməsi qaydaları Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 273 №-li əmri ilə müəyyən edilmişdir. Hərbi xidmət müddətinə görə (20 ildən yuxarı xidmət etdiyinə görə) ona Prezident əlavəsi vəzifə maaşının 55 faizi həcmində ödənilməli olduğu halda bu əlavə yalnız 27 faiz miqdarında ödənilmişdir. Həmçinin AR Prezidentin müvafiq Sərəncamı ilə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının vəzifə maaşları 100 faiz həcmində artırılmışdır. Lakin onun vəzifə maaşı 100 faiz həcmində yox, N faiz həcmində artırılmışdır. Göründüyü kimi onun maddi təminat hüquqları kobud şəkildə pozulmuşdur. Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək iddianın rədd edilməsini xahiş etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2455/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı ilə (hakim B.Cəlalov) iddia tələbi qismən təmin edilmiş, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə İddiaçı ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavəsi ilə İddiaçı ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq İddiaçı ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilmişdir. Qərardan hər iki tərəf apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin dəlilləri: İddiaçı apellyasiya şikayətində qərarın iddianın təmin olunmamış hissəsində ləğv edilməsi və iddianın tam təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, xx.xx.2016-cı il tarixdən xx.xx.2022ci il tarixədək N nömrəli hərbi hisssədə xidmət etmişdir. Xidmət etdiyi N nömrəli hərbi hissə xx.xx.2021-ci il tarixdə Laçın rayonunun Hüsülü kəndinə köçürülmüşdür. xx.xx.2021-ci il tarixdə Azərbacan Respublikasının Prezidenti tərəfindən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” 2727 nömrəli Sərəncam qəbul edilmiş, vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi 2021-ci il iyulun 1-dən müəyyən edilmişdir. Həmin Sərəncama əlavə edilmiş cədvələ əsasən əlavələrin ödənilməsi qaydası müəyyən edilmişdir. Belə ki, işdən göründüyü kimi, onun xidmət etdiyi hərbi hissə xx.xx.2021-ci ildə Laçın rayonu Hüsülü kəndinə köçürülmüşdür. Hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında Sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Müdafiə Nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə postmüharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidməti xüsusiyyətlərini, müvafiq sosialməişət və digər infrastrukturunun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, həmin ərazidə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir. (100 faiz və N faiz). Həmin əmrə əsasən Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə post-müharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidməti xüsusiyyətlərini, müvafiq sosial-məişət və digər infrastrukturunun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, həmin ərazidə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir. (100 faiz və N faiz). Qeyd olunmuş əmrin “işğaldan azad olunmuş və infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət edən hərbi qulluqçuların vəzifə maaşının N faizi həcmində müddətli aylıq əlavə edilsin" bəndinə 17 sentyabr 2021-ci il tarixdə dəyişikliklər edilərək onun xidmət etdiyi N nömrəli hərbi hissə (maddi-texniki təminat üzrə) daxil edilmişdir. Əmrin məzmunundan göründüyü kimi əlavələr ödənilərkən bir sıra təhdidlər, həmçinin xidməti xüsusiyyətləri, müvafiq sosialməişət və digər infrastrukturun olmaması səbəbi, qulluq şəraitinin mürəkkəbliyi də nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət etən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamının 2.3 və 3-cü bəndinə uyğun olaraq bu ödənişlərin say tərkibi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq N nömrəli hərbi hissənin (maddi-texniki təminat üzrə) hərbi qulluqçularına Azərbaycan Respublikası Müdafiə nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N faizi həcmində müddətli aylıq və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021- ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr edilmişdir. O isə tələbində Fərmanın qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən ehtiyata buraxıldığı tarixədək həmin əlavələrin ödənilməsini tələb etmişdir. Laçın rayonunun Hüsülü kəndi isə iş materiallarına əlavə olunmuş xəritədən göründüyü kimi Ermənistanla dövlət sərhədində yerləşmişdir. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının müddəaları ona da şamil olunmalıdır. Cavabdeh apellyasiya şikayətində qərarın tam ləğv edilməsini, İddiaçı ərizəsinin mümkünsüz sayılması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd olunmuş “Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərancamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə N faiz arasında olan fərqin ödənilməsinə dair”: İşğaldan azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara əlavələr "İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 2727 nömrəli Sərəncamına uyğun olaraq Ermənistanla dövlət sərhəddində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara hərbi xidmət müddətindən asılı olaraq vəzifə maaşının 35-60%-i həcmində, işğaldan azad olunmuş digər ərazilərdə yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara isə vəzifə maaşının 20-30%-i həcmində əlavə ödənilir. Göründüyü kimi xx.xx.2021-ci il tarixli 2727 nömrəli Sərəncamda heç bir şərtlərdə vəzifə maaşının 100%-i həcmində əlavə nəzərdə tutulmamışdır. İddiaçının tələbində qeyd olunmuş “Sərancama əsasən 100% ödənilməsi tələbi” və hakimin “daxili inam əsasında” qəbul etdiyi qərar tamamilə əsassız və qanunsuzdur. Əlavə olaraq Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli Sərəncamının 2.3 və 3-cü bəndinə uyğun olaraq bu ödənişlərin say və tərkibi (20-60% çərçivəsində) Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Yuxarıda yazılanları nəzərə alaraq N nömrəli hərbi hissənin (maddi-texniki təminat üzrə) hərbi qulluqçularına Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr edilmişdir. Müdafiə Nazirinin əmrinə əsasən yuxarıda qeyd olunan əlavələrin ödənilməsi bölmələrin yerdəyişməsi barədə döyüş sərəncamlarının verildiyi tarixdən ötən ay üçün cari ayda ödənilir (01 iyul 2021 ci il tarixdən etibarən). İddiaçının xidmət etdiyi hərbi hissə həmin mövqelərə qalxdığı gündən (xx.xx.2021-ci il tarixdən) onlara bu əlavələr şamil edilmiş və ödənilmişdir. Hakimin qeyd elədiyi xx.xx.2021-ci il tarixli Müdafiə Nazirinin müvafiq əmri- N nömrəli hərbi hissənin (maddi-texniki təminat üzrə) 01 iyul 2021-ci il tarixdən etibarən bu əlavələri alan hərbi hissələrin siyahısına daxil edilməsi barədədir. Həmin əmrdə hərbi hissənin həmin mövqelərə qalxdığı gündən (xx.xx.2021-ci il tarixdən) bu artımların verilməsi barədə də qeyd olunmuşdur. İddia təmin edildiyi təqdirdə, bu hal hərbi xidmətdən tərxis olunmuş (pensiya alanların pensiya təminatının artırılmasına), eləcə də hal-hazırda xidmətdə olan belə hərbi qulluqçuların çoxsaylı müraciətlərinə, məhkəmə mübahisələrinə və nəticədə külli miqdarda dövlət vəsaitinin qanunsuz və əsassız xərclənməsinə səbəb olacaqdır. 50 və ya 100% (1.5 və 2.0 qatın) əlavənin verilməsinə dair: Yuxarıda qeyd olunan kimi iddiaçının aldığı 50% həcmində əlavənin xx.xx.2021-ci il tarixli 2727 nömrəli Sərancama heç bir aidiyyatı yoxdur. Qeyd olunan əlavələrin 50% və 100% (1.5 və 2.0 qatın) verilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsi və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına üstəlik verilən pul təminatı növlərinin təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 562 № li Qərarının 2-ci bəndinə (“Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların pul təminatı həmin qurumların rəhbərləri tərəfindən müəyyən edilir”) əsasən Müdafiə Nazirinin diskresion səlahiyyətidir və Müdafiə Nazirinin əmri ilə ödənilir. Qatların ödənilməsi zamanı nəzərə alınan amillərdən biri hərbi bölmələrin yerləşdiyi yer olsa da, əsas amil xidmətin xüsusiyyətləridir (1.döyüş şəraitində və 2.döyüşə qatılmaq üçün hazır vəziyyətdə olmaları). Müdafiə Nazirinin müvafiq əmrinə əsasən hansı hərbi hissələrin (və ya hərbi hissə tərkibində bölmələrin) döyüş şəraitində və ya döyüşə qatılmaq üçün hazır vəziyyətdə olmaları təyin edilir. Hakimin “daxili inamı əsasında” qəbul etdiyi qərar xidmətdə olan və əlavəni 100% ilə alan hərbi qulluqçulara qarşı yanlış mövqedir. Belə ki, qeyd olunan qərar qüvvədə qalarsa, hal hazırda "döyüş şəraitində” xidmət edən və "döyüşə qatılmaq üçün hazır vəziyyətdə” olan hərbi qulluqçular arasında fərqin ləğv edilməsi anlamına gəlir və Müdafiə Nazirliyi tərəfindən verilən qərarlara (döyüş tapşırıqlarına) hərbi qulluqçuların şübhə ilə yanaşmasına gətirib çıxarda bilər. Əlavə olaraq qatların ödənilməsi yuxarıda qeyd edilən Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli Sərəncamından əvvəldə ödənilirdi və Müdafiə Nazirinin müvafiq əmri ilə tənzimlənirdi. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, qarşı tərəfin apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayətləri qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətlərin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayətlər birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: İddia mümkün iddiadır. Belə ki, baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İPM-in 2.2.3-cü maddəsinə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatında baxılır. İddiaçı subyektiv hüquqa malikdir. Hazırki iş üzrə iddiaçı cavabdeh orqana müraciət etmiş, cavabdeh tərəfindən imtina verildikdən sonra məhkəmədə iddia qaldırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olmaqla yanaşı, mahiyyəti üzrə də qismən əsaslı olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətlərinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir. İşin mübahisələndirilməyən hallarına görə iddiaçı Müdafiə Nazirliyinin hərbi qulluqçusu olmuş, xx.xx.2022-ci il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək N nömrəli hərbi hisssədə xidmət etmişdir. N nömrəli hərbi hissə xx.xx.2021-ci il tarixdə, Laçın rayonunun Hüsülü kəndinə köçürülmüşdür. Hərbi biletdəki məlumatlardan aydın olur ki, 20 ildən artıq hərbi xidmət müddətinə malik olmuşdur. xx.xx.2021-ci il tarixdə Azərbacan Respublikasının Prezidenti tərəfindən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” 2727 nömrəli Sərəncam qəbul edilmiş, vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi 2021-ci il iyulun 1-dən müəyyən edilmişdir. Həmin Sərəncama əlavə edilmiş cədvələ əsasən hərbi xidmət müddətindən asılı olaraq sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində xidmət edən hərbi qulluqçuların və işğaldan azad olunmuş digər ərazilərdə xidmət edən hərbi qulluqçuların aylıq vəzifə maaşına əlavələrin (faizlə) miqdarı müəyyən edilmişdir. İddiaçıya həmin Sərəncama uyğun olaraq vəzifə maaşına 27,5% əlavə pul məbləği ödənilmişdir. İddiaçı hazırkı tələbi irəli sürərək hesab edir ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək vəzifə maaşına 100% əlavə və 55 % Prezident əlavəsi ödənilməlidir. Cavabdeh iddiaya etiraz edərək bildirir ki, Sərəncama əsasən sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində xidmət edən hərbi qulluqçulara müvafiq olaraq 100% və 50% əlavələr ödənilir. İddiaçının xidmət etdiyi hərbi hissə isə, sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində deyil, digər ərazilərdə yerləşir. Həmin hərbi hissənin hərbi qulluqçularına xidmət illərindən asılı olaraq əlavə 20-30%, digər əlavə isə 50% həcmində müəyyən edilmişdir. Cavabdeh 100 % vəzifə maaşına əlavə barədə isə, Müdafiə Nazirinin 2.03.2021-ci il tarixli əmrinə və əmrə edilmiş xx.xx.2021-ci il tarixli əlavəyə istinad edir. Belə ki, həmin əmrə əsasən hərbi hissələrin hansının Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində, hansının isə digər yerlərdə yerləşməsi müəyyən edilmişdir. Əmrə edilmiş xx.xx.2021-ci il tarixli əlavəyə əsasən iddiaçının zidmət etdiyi N saylı hərbi hissədə sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində deyil, digər ərazilərdə yerləşməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi qismən təmin edilərək, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə İddiaçı ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavə ilə İddiaçın ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq İddiaçı ödənilməsinin cavabdehə həvalə edilməsini qərara alınmışdır. Hazırda iddiaçı birinci instansiya məhkəməsinin qərarını iddia tələbinin təmin edilməyən hissəsində mübahisələndirərək iddia tələbinin tam təmin edilməsini, cavabdeh isə iddia tələbinin təmin edilən hissəsində mübahisələndirərək iddianın tam rədd edilməsini xahiş edir. Məhkəmə kollegiyası ilkin olaraq iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdən göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə xx.xx.2021-ci ildə Laçın rayonu Hüsülü kəndinə köçürülmüşdür. İddiaçı tələbində və apellyasiya şikayətinin dəlillərində Fərmanın qüvvəyə mindiyi xx.xx.2021-ci il tarixdən ehtiyata buraxıldığı tarixədək həmin əlavələrin ödənilməsini tələb etsə də, iş materiallarından göründüyü kimi, iddiaçının xidmət etdiyi hərbi hissə, xx.xx.2021-ci il tarixdə Laçın rayonu Hüsülü kəndinə köçmüş, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə isə, həmin hərbi hissə N faiz həcmində müddətli aylıq əlavə edilən və xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr müəyyən edilən hərbi hissələr sırasına daxil edilmişdir. Həmin əmr mübahisələndirilməmiş, ləğv edilməmiş, geri çağrılmamışdır. Apellyasiya araşdırması zamanı iddiaçının gətirdiyi dəlillərdən biri də ondan ibarət idi ki, N nömrəli hərbi hissənin hərbi qulluqçuları hazırda qeyd edilən əlavələri tam şəkildə alırlar. Məhkəmə kollegiyası qeyd edilən dəlilin araşdırılması məqsədilə inzibati orqana müvafiq sorğu ünvanlamış, həmin sorğuya cavab məktubunda qeyd edilmişdir ki, sorğuda qeyd olunan tarixlərdə (2021-2022-ci illər üzrə) N nömrəli hərbi hissənin hərbi qulluqçuları aşağıda qeyd olunan vəzifə maaşlarına əlavələr ilə təmin edilirdilər: Uzun müddət xidmətə görə faiz əlavəsi- 5% dən 50% dək (xidmət illərindən asılı olaraq); Məharət dərəcəsi - 10% dən 35% dək (malik olduqları təqdirdə); “İşğaldan azad olunmuş ərazilərdə xidmət etdiklərinə görə” xidmət illərindən asılı olaraq xx.xx.2022-ci il tarixədək - 20% dən 30% dək, xx.xx.2022-ci il tarixdən 35% dən -60% dək; 1500 metrdən 2000 metrədək yüksəklikdə xidmətə görə -20%. AR MN xx.xx.2021 tarixli 056 N-li əmrinə əsasən xx.xx.2022-ci il tarixədək- 50%, xx.xx.2022-ci il tarixdən 100%. Göründüyü kimi, iddiaçının qeyd etdiyi kimi N nömrəli hərbi hissənin hərbi qulluqçuları sözügedən əlavələri hazırda tam şəkildə alsalar da, bu hal müvafiq əmrlə rəsmiləşdirilmişdir. İddiaçının xidmət etdiyi xx.xx.2021-ci il tarixdən ehtiyata buraxılan tarixədək isə Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri qüvvədə olmuş və əlavələr bu əmrə əsasən hesablanmışdır. Belə olan halda iddia tələbi yalnız iddiaçının xidmət etdiyi hərbi hissənin Laçın rayonu Hüsülü kəndinə köçürüldüyü xx.xx.2021-ci il tarixdən, Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmrinin verildiyi dövrə qədər əsaslıdır, həmin əmrdən sonra isə iddiaçıya qeyd edilən ələvələrin ödənilməsi əsaslı sayıla bilməz. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, xx.xx.2021-ci il tarixdə Azərbacan Respublikasının Prezidenti tərəfindən “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət edən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” 2727 nömrəli Sərəncam qəbul edilmiş, vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsi 2021-ci il iyulun 1-dən müəyyən edilmişdir. X1 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən Ermənistanla dövlət sərhədində və işğaldan azad olunmuş ərazilərdə post-müharibə dövrünün bir sıra təhdidlərini, həmçinin xidməti xüsusiyyətlərini, müvafiq sosial-məişət və digər infrastrukturunun olmaması səbəbindən qulluq şəraitinin mürəkkəbliyini nəzərə alaraq, həmin ərazidə xidmət keçən Azərbaycan Ordusunun hərbi qulluqçularının vəzifə maaşlarına əlavələr müəyyən edilmişdir. (100 faiz və N faiz). Qeyd olunmuş əmrin “işğaldan azad olunmuş və infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət edən hərbi qulluqçuların vəzifə maaşının N faizi həcmində müddətli aylıq əlavə edilsin” bəndinə 17 sentyabr 2021-ci il tarixdə dəyişikliklər edilərək İddiaçı xidmət etdiyi N nömrəli hərbi hissə (maddi-texniki təminat üzrə) daxil edilmişdir. Əmrin məzmunundan göründüyü kimi əlavələr ödənilərkən bir sıra təhdidlər, həmçinin xidməti xüsusiyyətləri, müvafiq sosial-məişət və digər infrastrukturun olmaması səbəbi, qulluq şəraitinin mürəkkəbliyi də nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli “İşğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin həqiqi hərbi xidmət etən hərbi qulluqçularının aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Prezidentinin əlavəsinin müəyyən edilməsi haqqında” Sərəncamının 2.3 və 3-cü bəndinə uyğun olaraq bu ödənişlərin say tərkibi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən müəyyən edilir. Yuxarıda yazılanları nəzərə alaraq N nömrəli hərbi hissənin (maddi-texniki təminat üzrə) hərbi qulluqçularına Azərbaycan Respublikası Müdafiə nazirinin 2 mart 2021-ci il tarixli müvafiq əmrinə əsasən N faizi həcmində müddətli aylıq və Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2021-ci il tarixli 2727 nömrəli Sərəncamına əsasən xidmət illərindən asılı olaraq 20-30 faiz həcmində əlavələr edilmişdir. Məhkəmə kollegiyası apellyasiya araşdırması zamanı sözügedən əmrlərlə tanış olmuş, məxfi material hesab edildiyindən iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 0233 nömrəli əmri ilə Azərbaycan Respublikası Müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli 056 nömrəli əmrinə dəyişiklik olunmuş və həmin əmrə 2.8-ci bəndi əlavə edilmişdir. Sadalanan sonuncu əmrin 2-ci bəndi işğaldan azad olunmuş və infrastruktur qurulmayan ərazilərdə hərbi xidmət edən hərbi qulluqçuların vəzifə maaşının N faizi həcmində müddətli aylıq əlavənin edilməsi ilə bağlı idi. İddiaçının xidmət etdiyi hərbi hissə (041) həmin siyahıya xx.xx.2021-ci il tarixli 0233 nömrəli əmrlə əlavə edilmişdir. Göründüyü kimi, Sülhməramlı qüvvələrin müvəqqəti yerləşdirildiyi ərazilərin hüdudlarında və Ermənistanla dövlət sərhədində Laçın rayonu Hüsülü kəndində yerləşməsinə və vəzifə maaşının N faizi həcmində müddətli aylıq əlavənin edilməsi əmri xx.xx.2021-ci ildən verildiyinə görə iddiaçıya hərbi hissənin xx.xx.2021-ci il tarixdə Laçın rayonu Hüsülü kəndinə köçdüyü tarixdən sonuncu əmrin verildiyi tarixədək əlavələr tam şəkildə ödənilməli idi. Odur ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üçün olmaqla, Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2021-ci il tarixli Sərəncamı ilə nəzərdə tutulmuş vəzifə maaşının 100 faizi ilə İddiaçı ödənilmiş N faizi arasında olan fərqin, həmçinin 55 faiz Prezident əlavəsi ilə İddiaçı ödənilmiş 27 faiz Prezident əlavəsi arasında olan fərqin hesablanaraq İddiaçı ödənilməsi ilə bağlı birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İPM-in 68.1 və 68.2-ci maddələrinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın qismən təmin olunması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətlərinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayətlər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayətlər təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2455/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Cahangir Yusifov Günel Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar