Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2617/2025 16.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X1 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək pensiya kapitalının sığorta hissəsində 6 il ərzində yığılmış 6080,52 manat sığorta kapitalının pensiyanın hesablanmasında düzgün bölünməklə nəzərə alınması və 2023-cü ilin sentyabr ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi, dənizdə xidmətə görə güzəştli xidmət illərinin yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay 10 faiz pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü il təvəllüdlü olmaqla, Xətai rayonu, 2 saylı Zeytun sovxozu, 114A saylı evdə qeydiyyatda olmaqla yaşayır. 1982-ci ilin oktyabr ayından 1984-cü ilin oktyabr ayı ərzində sovet ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. 1981-ci ilin sentyabr ayında texnikuma daxil olub, hərbi xidmətdən qayıtdıqdan sonra orta ixtisas təhsilini davam etdirib 1985-ci ildə baytarlıq ixtisası üzrə diplom almışdır. xx.xx.1986-cı ildən Qafan rayonunun Gığı sovxozunda laborant peşəsi üzrə əmək fəaliyyətinə başlamış, xx.xx.1987-ci ildə 2 saylı süd fermasına briqadir keçirilmiş. xx.xx.1989-cu ildə isə məlum hadisələrlə əlaqədar Ermənistandan qaçqın düşüb Azərbaycan Respublikasına gəlmişdir. xx.xx.1989-cu ildə Ələt dəmiryolu stansiyasında baytar həkimi kimi fəaliyyətini davam etdirmişdir. xx.xx.1990- ci ildə öz ərizəsilə işdən azad edilmiş. xx.xx.1990-cı ildən xx.xx.1992-ci ilədək Suraxanı İaşə müəssisəsində aşbaz işləmişdir. xx.xx.1992-ci ildə “Qum adası” Dəniz Qazma işləri idarəsində 5-ci dərəcəli aşbaz, xx.xx.1993-cü ildən isə qazmaçı köməkçisi keçirilmiş və həmin idarədə xx.xx.1994-cü ildə öz ərizəsilə işdən azad edilmişdir. xx.xx.1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yanğından Mühafizə Orqanlarında xidmətə qəbul edilmiş, xx.xx.2006-cı ildə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2005-ci il tarixli 1182 saylı Sərəncamına müvafiq olaraq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin yaradılması ilə əlaqədar həmin qurumun tərkibində fəaliyyətini davam etdirmiş, xx.xx.2015-ci ildə Nazirlyin X4 xidmətində xidmət keçməyinə “Fövqəladə Hallar orqanlarında xidmət keçmə haqqında” Azərbaycan Respublikası Qanunun 33.1.11-ci maddəsinə uyğun olaraq xitam verilmiş, həmin vaxtdan iddiaçıya pensiya təyin edilmişdir. Sonrakı müddətdə isə xx.xx.2015-ci ildə “X8”nə yanğınsöndürən kimi fəaliyyətə başlamış, hazırki vaxtadək fəaliyyətini davam etdirir. 12 aprel 2023-cü ildə pensiyaya çıxdıqdan sonrakı 6 il ərzində yığılmış pensiya kapitalının da nəzərə alınmaqla yenidən hesablanması barədə cavabdeh inzibati orqana müraciət etmişdir. İddiaçıya ünvanladıqları xx.xx.2023-cü il tarixli 3-17-1/2-Q-239338/3/2023 saylı məktubla ona imtina cavabı vermiş, imtina məktubunda iddiaçıya əlavə pensiya təyin etmək əvəzinə daha da irəli gedərək təyin edilmiş pensiya məbləğini azaltmışlar. Belə ki, o, 2015-ci ildə pensiyaya 80%-lə buraxıldığı halda hazırda pensiyası 73%-ə endirmişlər. 2015-ci ildə ümumi hərbi xidmət stajı 25 il və ya daha çox olan hərbi qulluqçular 80%-lə pensiyaya buraxılırdılar. İddiaçının isə həmin dövr üzrə ümumi hərbi xidmət stajı 26 il göstərilmişdir. İddiaçı xidmətinin çox hissəsini dənizdə keçirmiş və 2001-ci ilə qədər dənizdə xidmət keçən əməkdaşların iş stajının 1 ili 1,5 il sayılırdı. Bu illərdə olan güzəştli xidmət illərini stajına əlavə etməmişlər. Əlavə olaraq onu günahkar çıxardaraq, ondan 2303,04 manat vəsaitin geri qaytarılmasını tələb etmiş və sentyabr ayından etibarən hər ay azaldılmış pensiya məbləğindən 94 manat tutulmalar aparmağa başlamışlar. Cavabdehin imtinası və iddiaçının pensiyasını artırmaq əvəzinə daha da azaltması əsassız və qanunsuz olmuşdur. İddiaçı 2015-ci ildə dövlət təşkilatı olan Fövqəladə Hallar Nazirliyindən pensiyaya çıxmış və bu zaman həmin İdarənin verdiyi məlumat vərəqəsi əsasında ona pensiya təyin edilmişdir. Ondan sonrakı 8 il müddətində hər hansı mübahisə mövcud olmamış, o sonrakı müddətdə işlədiyi 72 aylıq müddət üzrə yığılmış pensiya kapitalının da pensiya hesablanmasında nəzərə alınmasını xahiş etmiş, cavabdeh isə onun ərizəsinin aprel ayında daxil olmasına baxmayaraq, 5 aydan artıq müddət keçəndən sonra imtina cavabı vermişdir. Cаvаbdеh tərəfindən təqdim edilmiş etiraz onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. Qanunun 1.0.4-cü maddəsinə əsasən xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir. Qanunun 1.0.5-ci maddəsinə görə isə təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Qanunun 3.3-cü maddəsinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar həmin qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. Qanunun 20.14.1 -ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin-50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə-55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin-2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci hissəsinə əsasən həmin Qaydalar Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. İddiaçıya dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illərinin Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017- ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 23 il təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, iddiaçının əmək pensiyasının təyin edildiyi tarixə (1 may 2015-ci il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrə 50 yaşı (təvəllüdü: xx.xx.1964-cü il) var idi) çatmadığını və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 17 iyun 2015-ci il tarixli 25/2201393 nömrəli məktuba və ona əlavə olunmuş son 24 ay üzrə orta aylıq əməkhaqqı barədə sənədlərə əsasən Mərkəzi Filial tərəfindən ona 1 may 2015-ci il tarixindən 26 il 1 gün (təqvimi xidmət illəri 23 il, güzəştli xidmət illəri 3 il 1 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilib. Mərkəzi Filial tərəfindən verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən ona dair daxil olmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinə əsasən 2017-ci il 1 iyul tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 73 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (ona münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019- cu il və 1 sentyabr 2019-cu il tarixindən) isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 67 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 73 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla pensiyası 711,19 manat, həmçinin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 782,31 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 897,31 manat məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq ona 2303,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 2303,04 manat vəsait cari ilin sentyabr ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Eyni zamanda bildirilir ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 6080,52 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, iddiaçının Mərkəzi Filiala müraciət etdiyi 12 aprel 2023-cü il tarixinə 6080,52 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 152 aya bölünməklə (6080,52:152 (65 il-58 il 4 ay=80 ay+72 ay (144 ay-72 ay)=40,00 manat) həmin tarixədək qanuni əmək pensiyası (897,31 manat) üzərinə əlavə edilərək pensiya məbləği 937,31 (897,31+40,00) manat müəyyən edilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibati icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırır. Bu da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Qeyd olunanları nəzərə alaraq, İddiaçı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarı ilə (hakim A.Əhədova) iddianın təmin edilməsi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli, 3- 17-1/3-7-14305/2023 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda iddiaya etirazın dəlilləri ilə eyni məzmunda əsaslandırılmış apellyasiya şikayəti verərək, qərarın ləğv edilərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki; - İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, ünvan 1 ünvanında qeydiyyatdadır. - Dövlət Sosial Müdafiə Fondu HQXRŞİD-nin qərarı ilə İddiaçı 26 il xidmət illərinə görə xx.xx.2015-ci il tarixdən pensiya təyin edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Əmək pensiyası təyinatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında təqdim olunan xr80/15-185 nömrəli xx.xx.2015-ci il tarixli məlumat vərəqəsinə əsasən İddiaçı təqvim üzrə xidmət illəri 23 il, güzəştli xidmət illəri 3 il 1 gün, cəmi iş stajı və xidmət illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri) 26 il 1 gün təşkil edir. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının sorğusuna əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən Əmək pensiyası təyinatı üçün hərbi (xüsusi) rütbəli şəxs haqqında təqdim olunan xx.xx.2023-cü il tarixdə XR/00501 nömrəli Məlumat vərəqəsinə əsasən İddiaçı təqvim üzrə xidmət illəri 23 il, güzəştli xidmət illəri 3 il 1 gün, cəmi iş stajı və xidmət illəri (iş stajı, ali təhsil, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri) 26 il 1 gün təşkil edir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14305/2023 nömrəli “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarı ilə İddiaçı hazırki pensiya məbləği 968 manat 78 qəpik, təminat xərcliyinin cəmi 1001 manat 95 qəpik, yenidən hesablanmış pensiya məbləği 937 manat 31 qəpik müəyyən edildi. Yenidən hesablanmanın səbəbi: pensiya faizinin dəqiqləşdirilməsi, 37.3.2-1-ci maddəyə əsasən. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xx.xx.2024-cü il tarixli 3-18/2- 5811/2024 nömrəli məktubunda bildirilmişdir ki, X4 Xidmətinin Azərbaycan Dövlət Neft Şirkətinin obyektləri üzrə Yanğından mühafizə idarəsinin 54 nömrəli Yanğından mühafizə hissəsinin manqa komandiri vəzifəsində və daxili xidmət baş çavuşu xüsusi rütbəsində olan İddiaçı xidmətkeçməsinə xx.xx.2015-ci ildə “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 33.1.11-ci maddəsi ilə xidmətdə olmanın son yaş həddinə çatdığına görə xitam verilmişdir. “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 631 nömrəli Qərarına uyğun olaraq hesablanmaqla İddiaçı təqvimi xidmət müddəti 23 il 00 ay 00 gün, güzəştli xidmət müddəti 03 il 00 ay 01 gün, cəmi 26 il 00 ay 01 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixədək və “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 23.12-ci maddəsinin 6 mart 2018-ci il tarixədək qüvvədə olan redaksiyasına görə fövqəladə hallar orqanlarında 25 il xidmət keçmiş və həmin orqanlarda xidmətini davam etdirən əməkdaşlara aylıq pul təminatı ilə yanaşı, müvafiq qanunvericiliklə müəyyən edilmiş məbləğdə əmək pensiyası ödənilir və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. Qeyd edilən tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci maddəsi ilə pensiya təminatına dair məlumatların tərtib edilməsi qaydasının mövcud olmadığı səbəbi ilə İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.28-ci maddəsi ilə tələb olunan son 24 ay ərzindəki əmək haqqının orta aylıq məbləği və bütün xidmət dövrləri əks etdirilməklə xr80/15-185 nömrəli xx.xx.2015-ci il tarixli məlumat vərəqi (surəti əlavə edilir) Azərbaycan Respublikası FHN-nin X4 Xidməti tərəfindən tərtib edilərək Hərbi qulluqçularla və xüsusi rütbəli şəxslərlə iş departamentinə göndərilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 3 may 2023-cü il tarixli 3-17/2- 36313/2023-cü il nömrəli məktubu ilə İddiaçı ərizəsi əsasında, onun əmək pensiyasının yenidən hesablanması məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” ilə nəzərdə tutulmuş məlumat vərəqi istənilərək Nazirlik tərəfindən xx.xx.2023-cü il tarixdə XR/00501 nömrəsi ilə müvafiq elektron informasiya sisteminə daxil edilməklə sorğu edən tərəfə ötürülmüşdür. Güzəştli şərtlərlə əmək pensiyası hüququnun yaranması halı və qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi şərtlərinin müxtəlif olması məlumat vərəqləri arasındakı fərqi şərtləndirir. 2015-ci il tarixə aid Məlumat vərəqi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.7-2-ci, 20.1.20-ci və 20.28ci maddələri əsasında, əmək pensiyasına əlavələrin fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğinə, 2023-cü il tarixə aid Məlumat vərəqi isə yuxarıda qeyd edilən Qaydalara uyğun olaraq “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci, 20.1.11ci və 20.14-cü maddələri əsasında, Qanununun 1.0.5-ci maddəsi ilə nəzərdə tutulan təminat xərcliyinə (pul təminatı) istinadən pensiya təyin edilməsi məsələsinə baxılması üçün tərtib edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış əmək pensiyasının yenidən hesablanması və artıq ödənilmiş pul vəsaiti haqqında məktubda bildirilmişdir ki, ona dair vaxtilə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən son 24 ay üzrə ödənilmiş orta aylıq əməkhaqqı barədə göndərilən məlumatlarda təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edilən 25 ildən az - 23 il təşkil edir. Qanunun 20.28-ci maddəsinə əsasən Qanunun 20.1.20-ci maddəsində nəzərdə tutulan şəxslərin (xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə çalışan və qanunla müəyyən edilmiş yaş həddinə çatmış və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş fövqəladə hallar orqanlarının işçilərinin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla)) əmək pensiyasına əlavələr fövqəladə hallar orqanlarında xidmətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləği, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, əmək pensiyası təyin edilir. Göründüyü kimi, əmək pensiyanın təyin edildiyi tarixə (1 may 2015- ci il) qanunla müəyyən edilmiş yaş həddinə (həmin tarixə kişilər üçün yaş həddi 63 yaş idi, lakin iddiaçının həmin dövrə 50 yaşı (təvəllüdü: xx.xx.1964-cü il) var idi) çatmadığı və əmək pensiyası hüququnun yarandığı dövrdə tələb olunan 25 il xidmət müddəti olmadığı üçün ona Qanunun sözügedən maddəsinə uyğun əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildi. Lakin yuxarıda qeyd olunan hallar nəzərə alınmadan təqdim olunmuş 17 iyun 2015-ci il tarixli 25/2201393 nömrəli məktuba və ona əlavə olunmuş son 24 ay üzrə orta aylıq əməkhaqqı barədə sənədlərə əsasən Mərkəzi Filial tərəfindən ona 1 may 2015-ci il tarixindən 26 il 1 gün (təqvimi xidmət illəri 23 il, güzəştli xidmət illəri 3 il 1 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında yaşa görə əmək pensiyası təyin edilib. Müraciəti ilə əlaqədar tərəflərindən verilmiş sorğuya cavab olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən iddiaçıya dair daxil olmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası Qanunun 20.14.1-ci maddəsinə əsasən 2017-ci il 1 iyul tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 73 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (ona münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixindən) isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 67 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 73 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla pensiyası 711,19 manat, həmçinin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 782,31 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 897,31 manat məbləğində müəyyən edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Əmək pensiyası son üç il üzrə yenidən hesablanaraq iddiaçıya 2303,04 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 2303,04 manat vəsait cari ilin sentyabr ayından etibarən hissə-hissə əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. Bundan başqa, Qanunun 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işəməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Qanunun 37.3.2-1-ci maddəsinə əsasən Qanunun 20-ci maddəsinə uyğun olaraq əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin əmək pensiyasının sığorta hissəsinin həmin Qanunun 37.3.1ci və 37.3.2-ci maddələrinə uyğun olaraq yenidən hesablanması onların və ya ailə başçısını itirmiş ailə üzvünün müraciəti əsasında həmin Qanuna uyğun olaraq həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən Qanunun məqsədləri üçün gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ olan şəxsin yaşa görə əmək pensiyasının Qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq yenidən hesablanması zamanı sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı həmin şəxsin pensiyasının yenidən hesablanması tarixinə yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (bu yaşa çatdığı hallar istisna olmaqla) arasındakı ayların sayı qədər artırılır. Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanının 2.11-ci maddəsinə əsasən Qanunun 45-ci maddəsinin birinci cümləsinə uyğun olaraq Qanunun məqsədləri üçün gözlənilən pensiya ödəniş müddəti 144 ay (12 il) nəzərdə tutulur. Eyni zamanda qeyd olunmalıdır ki, iddiaçıya əmək pensiyası təyin edildikdən sonra müxtəlif dövrlərdə işlədiyi müddətdə fərdi hesabının sığorta hissəsində 6080,52 manat pensiya sığorta kapitalı qeydə alınıb. Qeyd olunanları nəzərə alaraq, Mərkəzi Fiiiala müraciət etdiyi 12 aprel 2023-cü il tarixinə 6080,52 manat pensiya sığorta kapitalı Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada 152 aya bölünməklə (6080,52:152 (65 il-58 il 4 ay=80 ay+72 ay (144 ay-72 ay)=40,00 manat) həmin tarixədək qanuni əmək pensiyasının (897,31 manat) üzərinə əlavə edilərək pensiya məbləği 937,31 (897,31+40,00) manat müəyyən edilib. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddaçıya pensiya təyin edilən zaman qüvvədə olan qanunvericiliyə əsasən fövqəladə hallar orqanlarında sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan son yaş həddi-50 yaşına çatmış və 25 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər. Eyni zamada, ƏPQ-nun həmin dövrdə qüvvədə olmuş 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olanların yaşa görə əmək pensiyası hüququ təsbit olunmuşdur. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili kimi nəzərə alınaraq uzun müddət xidmətə daxil edildiyi nəzərdə tutulmuşdur. Nəhayət, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na Əlavələrdə əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxsin cəmi xidmət ili dedikdə onun həm təqvim üzrə xidmət illəri, həm də güzəştli xidmət illəri aid edilmişdir. Hazırkı iş üzrə iddiaçının fövqəladə orqanlarda xidmətinə xx.xx.2015-ci il tarixdə son yaş həddinə çatması ilə əlaqədar xitam verilmiş, həmin vaxt qüvvədə olan qanunvericilik normaları əsasında iddiaçının xidmət stajı 26 il 01 gün olmaqla məlumat vərəqi tərtib edilmiş və cavabdeh orqan tərəfindən ona ƏPQ-nun 9.7-2 və 20.28-ci maddələri əsasında fövqəladə orqanları əməkdaşı kimi pensiya təyin edillmişdir. Cavabdeh 2023-cü ildə pensiyanı yenidən hesablayarkən iddiaçıya 25 il xidmət stajı olan fövqəladə orqanı əməkdaşı kimi deyil, 20 təqvim ili əsas götürməklə hərbi qulluqçu kimi pensiya hesablanmasına əsas verən hüquqi və faktiki əsaslandırmanı təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşır. Belə ki, işin istinad olunan hallarından görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xr80/15-185 nömrəli xx.xx.2015-ci il tarixli məlumat vərəqi nəzərə alınmaqla iddiaçıya Mərkəzi Filial tərəfindən 1 may 2015-ci il tarixindən 26 il 1 gün (təqvimi xidmət illəri 23 il, güzəştli xidmət illəri 3 il 1 gün) xidmət müddətinə görə təminat xərcliyinin 80 faizi miqdarında fövqəladə hallar orqanlarının əməkdaşı kimi “Əmək pensiyaları haqqındda” Qanunun 9.7-2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh inzibati orqanın mövqeyinə görə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən təqdim edilmiş məlumat vərəqində iddiaçının təqvimi xidmət illəri Qanunun 9.7-2-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən tələb edildiyi kimi 25 il deyil, 23 il təşkil edir. Bu hal əsas gətirilərək iddiaçının pensiyası yenidən hesablanmış, ona fövqəladə hallar orqanının əməkdaşı kimi deyil, 20 il xidmət etmiş hərbi qulluqçu kimi təminat xərcliyi əsas götürülməklə pensiya hesablanmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-7-14305/2023 nömrəli yenidən hesablama barədə qərarı ilə iddiaçının əmək pensiyası ƏPQ-nun 20.14.1-ci maddəsinə əsasən 2017-ci il 1 iyul tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq təminat xərcliyinin 73 faizi miqdarında müəyyən edilmiş, 1 iyul 2017-ci il tarixindən sonrakı müvafiq artımlar (ona münasibətdə 1 mart 2018-ci il, 1 mart 2019-cu il, 1 may 2019-cu il və 1 sentyabr 2019-cu il tarixindən) isə 1 yanvar 2023-cü il tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 67 faiz miqdarında hesablanmaqla həmin tarixdən əvvəlki təminat xərcliyinin 73 faizi həcmində müəyyən edilmiş əmək pensiyasının üzərinə əlavə olunmaqla pensiyası 711,19 manat, həmçinin Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 782,31 manat, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 897,31 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq cavabdeh inzibati orqanın bu mövqeyini əsassız hesab etmişdir. “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” Qanunun: 18.1-ci maddəsinə əsasən əməkdaşlar fövqəladə hallar orqanlarında aşağıdakı yaş həddinədək xidmət edirlər: 18.1.1. sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan əməkdaşlar üçün (bu xüsusi rütbələrdə olan əməkdaşlar göstərilən yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, onlar fövqəladə hallar orqanlarında xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirirlər) - 50 yaş; 19.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrindən fövqəladə hallar orqanlarına xidmətə qəbul edilmiş şəxslərin xidmət illəri fövqəladə hallar orqanlarında xidmət illərinə daxil edilir və daşıdıqları hərbi rütbələr nəzərə alınır. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 35 il xidmət stajı olan işçilər (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. 23.12. Yaş həddinə çatanadək fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulmuş vəzifələrdə azı 25 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər və onların xidmət keçməsinə öz xahişləri ilə xitam verilə bilər. (6 mart 2018-ci il tarixli 1023-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiya) “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiya) Maddə 1.0.3. hərbi qulluqçular – Azərbaycan Respublikası Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında və Azərbaycan Respublikasının qanunvericiliyi ilə yaradılmış digər silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərdir; Maddə 1.0.4. xüsusi rütbəli şəxslər – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; Maddə 1.0.5. təminat xərcliyi (pul təminatı) – hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən, artımlardan ibarət olan məbləğdir; Maddə 9.7-2. Fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olan işçilərin (xüsusi rütbələrdən məhrum edilmiş fövqəladə hallar orqanlarının işçiləri istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” 23 noyabr 1992-ci il tarixli, 631 nömrəli Qərarının 2-ci bəndinə əsasən döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ili iki xidmət ili (bir xidmət günü iki xidmət günü) kimi hesablanır. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili (bir xidmət gününün iki xidmət günü) kimi hesablanması Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin qərarı əsasında həyata keçirilir və qəbul olunmuş qərar barədə aidiyyəti orqanlar məlumatlandırılırlar. Bu halda həmin qərarda döyüş şəraitinin davam etdiyi müddət göstərilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatın təqdim olunması Qaydaları»nın 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Qaydaların 2-ci bəndinə əsasən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla) və artımlardan ibarət olan məbləğdir. Qaydaların 3-cü bəndinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların və ya həmin şəxslər vəfat etdikdə, ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvlərinin müraciətləri əsasında, qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən 15 iş günü müddətində tərtib olunur və bu Qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. Qaydaların 4-cü bəndinə əsasən hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədi ilə bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş şəxslərin təminat xərcliyində baş verən artımlar barədə məlumatlar həmin bənddə göstərilən orqanlar tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna təqdim olunur. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na Əlavədə əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxsin cəmi iş stajı və xidmət illəri (iş stajı, təqvim üzrə xidmət illəri, güzəştli xidmət illəri / il, ay, gün) aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilmişdir: ““Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsi ilə hərbi xidmətdə olan şəxslərin əmək pensiyasına əlavələrin hesablanması zamanı xidmətin güzəştli sayılan hissəsinin nəzərə alınması müəyyən edilmişdir. Yəni, xidmət illərinə güzəştli xidmət illəri daxil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 22.4-cü maddəsinə hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na Əlavədə əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan Məlumat Vərəqəsinin 7 və 8-ci bəndlərində hərbi qulluqçuların həm təqvim üzrə xidmət illəri, həm də güzəştli xidmət illərinə dair məlumatın göstərilməsi müəyyən edilmişdir. Həmçinin, təminat xərcliyinin hesablanmasını nəzərdə tutan 14-cü bənddə qeyd edilən pul təminatından pensiya hesablanarkən faiz dərəcələri şəxsin ümumi (təqvimi və güzəştlinin cəmi) xidmət illərinə münasibətdə hesablanır. Qanunvericiliyin tələbinə əsasən hərbi qulluqçuların, o cümlədən daxili işlər orqanları əməkdaşlarının əmək pensiyasına əlavələr xidmətin güzəştli sayılan hissəsi nəzərə alınaraq hesablanır. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan qanunvericiliyə əsasən (6 mart 2018ci il tarixli 1023-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə qədər qüvvədə olmuş redaksiya) fövqəladə hallar orqanlarında sıravi heyət və kiçik rəis heyəti vəzifələrində xüsusi rütbələrdə olan son yaş həddi-50 yaşına çatmış və 25 il xidmət keçmiş əməkdaşlar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq pensiya hüququna malikdirlər. Eyni zamada, ƏPQ-nun həmin dövrdə qüvvədə olmuş 9.7-2-ci maddəsinə əsasən fövqəladə hallar orqanlarında xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə azı 25 il xidmət stajı olanların yaşa görə əmək pensiyası hüququ və döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edənlərin bir xidmət ilinin iki xidmət ili kimi nəzərə alınaraq uzun müddət xidmətə daxil edildiyi qeyd edilir. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”na Əlavələrdə əmək pensiyası təminatı üçün hərbi (xüsusi) rütbəli şəxsin cəmi xidmət ili dedikdə onun həm təqvim üzrə xidmət illəri, həm də güzəştli xidmət illəri nəzərdə tutulmuşdur. İddiaçıya pensiya təyin edilən zaman qüvvədə olan qanunvericiliyə əsasən fövqəladə orqanlarda xidmət edənlərə pensiya təyin edilməsi üçün tələb olunan müddət üçün xidmət stajı əsas götürülmüşdür ki, “xidmət stajı” anlayış həm təqvim illəri, həm də güzəştli illəri ehtiva etmişdir. Göründüyü kimi, pensiya təyin edilməsi üçün cavabdeh inzibati orqanın mövqeyində ifadə etdiyi kimi “təqvim ili” anlayışı ilə məhdudlaşmamışdır. Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd edilir ki, fasiləsiz xidmət illərinə güzəştli xidmət müddətinin yenidən daxil edilməsi pensiya təyin edilərkən nəzərə alınan güzəştli dövrün təkrarən tətbiqinə şərait yaratmış olar. Belə ki, güzəştli xidmət illərinin bir daha fasiləsiz xidmət illərinin tərkibində hesablanması müvafiq güzəştin pensiya təyinatı zamanı ikinci dəfə təkrarlanması ilə nəticələnər. “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. - 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. - maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. - maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. İnzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə analoji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, iş üzrə iddiaçının fövqəladə orqanlarda xidmətinə xx.xx.2015-ci il tarixdə son yaş həddinə çatması ilə əlaqədar xitam verilmiş, həmin vaxt qüvvədə olan qanunvericilik normaları əsasında iddiaçının xidmət stajı 26 il 01 gün olmaqla məlumat vərəqi tərtib edilmiş və cavabdeh orqan tərəfindən ona ƏPQ-nun 9.7-2 və 20.28-ci maddələri əsasında fövqəladə orqanlarının əməkdaşı kimi pensiya təyin edilmişdir. Cavabdeh 2023-cü ildə pensiyanı yenidən hesablayarkən iddiaçıya 25 il xidmət stajı olan fövqəladə orqan əməkdaşı kimi deyil, 20 təqvim ili əsas götürməklə hərbi qulluqçu kimi pensiya hesablanmış, xidmət illərinə təqvimi və güzəştli illərin cəmi aid olduğu halda, yalnız təqvimi ilini əsas götürmüş, lakin bu zaman xidmət stajına güzəştli illərin də daxil edilməsini qadağan edən hər hansı norma və ya hüquqi əsasa istinad etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-520/2025 saylı, 26 fevral 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2617/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2617/2025
16.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver