Məhkəmə qərarları › İş №2-1(103)-2618/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2618/2022

17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2618/2022 17.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-1897/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 17 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının şəxsi hesab vərəqəsinə yazdığı vergi borcuna əsas olmuş vergilərin hesablanması barədə qərar(lar)ın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2-1(82)-1146/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2427/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2- 1(82)-1146/2018 saylı, 28 iyun 2018-ci il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 156/2019 saylı, 09 aprel 2019-cu il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2427/2018 saylı, 25 sentyabr 2018-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2-1(82)-2308/2019 saylı, 26 sentyabr 2019cu il tarixli qərardadı ilə iddia geri götürülmüş hesab edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2766/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2- 1(82)-2308/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 895/2021 saylı, 18 may 2021-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-2766/2019 saylı, 27 noyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1913/2021 saylı, 02 iyul 2021-ci il tarixli qərardadı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəsinin 2-1(82)- 2308/2019 saylı, 26 sentyabr 2019-cu il tarixli qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddiaçının direktoru sonradan məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin xx.xx.2017-ci il tarixli, **********497900 nömrəli, xx.xx.2017-ci il tarixli **********338400 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2021-ci il tarixli Qərardadına əsasən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə iş üzrə icraatın dayandırılması barədı yazılı vəsatət təqdim edərək ərizənin təmin edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin cavabdeh ləğv edilmiş Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Departamentin xx.xx.2017-ci il tarixli **********497900 nömrəli, xx.xx.2017-ci il tarixli **********338400 nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh bildirir ki, yoxlama nəticəsində vergi ödəyicisinin hərəkətlərində (hərəkətsizliyində) Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş cinayət xarakterli faktlar aşkar olunduğundan, iş üzrə materiallar müvafiq tədbirlər görülməsi üçün iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsin göndərilmiş və Azərbaycan Respublikası CM-nin 213.1ci maddəsi ilə 21298007 nömrəli cinayət işi başlanılmışdır. Cinayət iş üzrə xx.xx.2021-ci il tarixli ittiham aktı tərtib olunaraq, baxılması üçün Nizami rayon Məhkəməsinə göndərilmişdir. Cavabdeh bildirir ki, qeyd olunan iş üzrə aparılan cinayət təqibinin icraatınızda olan mübahisənin həllinə təsir etməsi halları mövcuddur və hesab edirlər ki, həmin hallar cinayət təqibi zamanı araşdırılmadan məhkəmə mübahisəsi üzrə obyektiv və düzgün qərarın çıxarılması qeyri-mümkündür. Belə ki, vergi ödəyicisi tərəfindən aparılan əməliyyatların xarakterini, göstərilən xidmətlərin vaxtını, vergi tutulan dövriyyənin və vergilərin dövriyyədən tam hesablanıb ödənilməsinin müəyyən edilməsi məqsədilə bir sıra istintaq hərəkətləri həyata keçirilir və həmin halların müvafiq izahatlar əsasında araşdırılması nəticəsində əldə ediləcək məlumatlar, iş üzrə məhkəmə tərəfindən əsaslandırılmış qərarın qəbul edilməsi üçün əsas ola bilər. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-1897/2022 saylı qəradadı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair 2-1(112)-1897/2022 saylı inzibati iş üzrə icraatın Nizami rayon Məhkəməsinin icraatında olan 1(007)-22/2022 saylı İddiaçı MMC-nin təsisçisi və direktoru X2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat başa çatana kimi dayandırılması qərara alınmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Nizami Rayon Məhkəməsinə sorğu edərək, cavab məktubu almış, həmin məktub əsasında X2, yəni MMC-nin direktorunun Nizami Rayon Məhkəməsində gedən cinayət işinə heç bir təsirinin olmadığını bildirmişdir. Eyni zamanda, Bakı İnzibati Məhkəməsində İddiaçı MMCnin əsassız yazılmış 195.787,93 manat məbləğində vergi borcuna, əlavə dəyər vergisi və s. əsas olmuş qərarların ləğvi mübahisələndirilmişdir.Lakin Nizami Rayon Məhkəməsində isə MMC-nin 103.429,11 manat vergi orqanı tərəfindən əsassız yazılmış mənfəət vergisi üzrə cinayət işi aparılır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin icraatında olan İddiaçı MMC-nin təsisçisi və direktoru X2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi vardır. İş materiallarına əlavə edilmiş 30 iyun 2021-ci il tarixli İttiham aktının 2-ci vərəqinin 2-ci abzasında qeyd olunanlardan görünür ki, cəmiyyətdə kameral vergi yoxlaması ilə hesablanmış, 2016-cı il üzrə 103429.11 manat mənfəət vergisi və 2017-ci ilin yanvar ayı üzrə 92358,82 manat əlavə dəyər vergisi olmaqla, ümumilikdə külli miqdar təşkil edən, 195787.93 manat məbləğində vergilər dövlət büdcəsinə ödənilməkdən yayındırılmışdır. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 1(007)-22/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə X2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməsi, barəsində hər ay qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 2 (iki) il müddətinə islah işləri cəzasının təyin edilməsi və cəzasını iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının X2 əmək haqqından dövlət nəfinə ilk tutulmanın aparıldığı tarixdən hesablanması, cəzanın icrasının X2 yaşayış yeri üzrə Probasiya şöbəsinə həvalə edilməsi, X2 barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, mülki iddianın təmin edilməsi və X1 103429,10 manat tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının gedişində mübahisənin predmeti və ya mübahisə edilən hüquq münasibəti ilə bağlı cinayətin törədilməsi ilə əlaqədar cinayət təqibinin mübahisənin həllinə təsir edə biləcəyi hallarda, habelə məhkəmənin qərarının cinayət və ya mülki işlər üzrə məsələnin həllindən asılı olduğu hallarda məhkəmə cinayət işi və ya mülki iş üzrə icraat başa çatana kimi məhkəmə baxışını dayandırmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin xx.xx.2017-ci il tarixli, **********497900 nömrəli, xx.xx.2017-ci il tarixli **********338400 nömrəli qərarları mübahisələndirildiyindən və həmin qərarlar üzrə qeyd olunan dövrlər Nizami rayon Məhkəməsi tərəfindən araşdırıldığından hazırki mübahisəyə baxılması həmin işin nəticəsindən asılıdır. Eyni məsələ ilə bağlı gələcəkdə iki fərqli məhkəmə qərarının olması ehtimalı yarandığından hazırki iş üzrə icraatın dayandırılması zərurəti yaranmışdır. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi hazırki inzibati mübahisəyə dair iş üzrə icraatın, Nizami rayon Məhkəməsinin icraatında olan 1(007)-22/2022 saylı İddiaçı MMC-nin təsisçisi və direktoru X2 Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraat başa çatana kimi dayandırılmasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 31 may 2022-ci il tarixli, 2-1(112)-1897/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən Aida Hüseyn Hakimlər Azər Hüseynov Səadət Bəktaşi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar