Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2618/2023 29.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiya məbləğinin hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə Şəki İnzibati Məhkəməsinə müraciət edərək cavabdehdən ona hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şəki İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(116)-633/2021 nömrəli qərardadı ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı (bundan sonra – cavabdeh) ilə əvəz edilmişdir. Şəki İnzibati Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2-1(116)-633/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanması” tələbinə dair inzibati iş Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Bakı İnzibati Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2-1(112)-7315/2021 nömrəli qərardadı ilə İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərardadından apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(103)-2617/2021 nömrəli qərardadı ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7315/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 fevral 2022-ci il tarixli, 2-1(102)-373/2022 nömrəli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 2617/2021 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2- 1(103)-1811/2022 nömrəli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2-1(112)-7315/2021 nömrəli qərardadı ləğv olunmuşdur, inzibati iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 16 iyun 1958-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə iclas katibi vəzifəsinə qəbul olunmuşdur. 1960-cı ilin avqust ayının 2nə qədər orada işləmiş və oradan ordu sıralarına çağırılmışdır. Ordu sıralarında olarkən Azərbaycan Politexnik İnstitutuna qəbul olmaq üçün ərizə ilə müraciət etmişdir. İmtahanlar başlayarkən ordu sıralarının rəhbərliyinə institut tərəfindən müraciət olunmuş və onu bir neçə ay vaxtından qabaq əsgərlikdən təxris edib imtahan verməyə göndərmişlər. İmtahanları müvəffəqiyyətlə verib institutun əyani şöbəsində təhsilini davam etdirmişdir. 1968-ci ildə mühəndis peşəsinə yiyələnmiş və təyinatla işləməyə göndərilmişdir. 2006-cı il 14 iyul tarixli 74 nömrəli X3 Mingəçevir şəhər Şöbəsinin qərarı ilə ona 240,11 manat yaşa görə pensiya təyin olunmuşdur. O vaxtlar pensiyaya 60 yaşında çıxarılırdılar. Nə qədər müraciət etsə də, pensiya təyinini 5 il uzatdılar və izah etdilər ki, rəhbərlik etdiyi müəssisənin Sosial Müdafiə Fonduna borcu var. İş olmadığı üçün Sosial Müdafiə Fonduna pul köçürə bilmirdi. Pensiya təyin olunarkən məhkəmədə işlədiyi dövr, əsgərlikdə olduğu 3 ili, institutda olduğu 5 ili iş stajına hesablamadılar. Avqust 2017-ci ildə pensiyasının düzgün hesablanmaması barədə DSMF-nin Mingəçevir Şöbəsinə müraciət etdi və bildirdi ki, pensiya hesablanarkən 10 il iş stajı, 5 il pensiya gecikdirilməsi nəzərə alınmamışdır. Pensiya təyin olunarkən aşağıdakı kimi hesablanmalıdır: 1.5 il pensiyasını gecikdirdikləri üçün 5x1,94=9,7 manat 2.10 il iş stajına görə 10x1,94=19,4 manat, cəmi 9,7+19,4=29,1 manat. Pensiya məbləği xx.xx.2017-ci il tarixdən aşağıdakı kimi hesablanmalıdır. 240,11+29,1=269,21 manat. Hal-hazırda alacaq olduğu pensiya 339,77 manatdır. xx.xx.2017-ci ildə pensiya artımının faizi: 240,11:339,77=70,668%. Ona görə pensiya hesablanmalıdır: 269,2 lx70,668%=269,21 + 190,25=459.46 manat. Yanvar-fevral 2021-ci ildə az aldığı pensiyanın məbləği: (459.16 339,77)x2=239,38 manat edir. xx.xx.2017-ci il tarixdən azaldılmış 29,1 manat pensiyanın üstünə 2021-ci ilə kimi artım faizi 70,668 əlavə olunsa 29, 1x70,668%=29,1+20,56=49,66 manat təşkil edər. Hər ay azaldılan pensiya məbləği 49,66 manat təşkil edir. Ümumi xx.xx.2017-ci il larixinədək pensiya almamışdır. 49,66 manat x 12 ay x 4 il = 2383,68 manat. Cəmi: xx.xx.2017-ci il tarixdən almadığı pensiyanın məbləği 2383,68+239,38=2623,06 manat. Beləliklə, Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsindən ona hesablanmış xx.xx.2021-ci il tarixə kimi almadığı pensiyanın qaytarılması və mart 2021-ci ildən pensiya məbləğinin 459,46 manat hesablanmasını xahiş etmişdir. İddiaçı daha sonra ona pensiya təyin olunarkən almadığı pensiyanın xx.xx.2017-ci il tarixə hansı qaydada hesablanmasına dair bir sıra mülahizələrini məhkəməyə təqdim etmiş, sonuncu xx.xx.2023-cü il tarixdə məhkəmə dəftərxanası vasitəsi ilə daxil olmuş ərizəsində ona ödəniləcək pensiya fərqinin 5142,25 manat, 10 noyabr 2022-ci il tarixdən pensiyasının 470.69 manat olmalı olduğunu göstərmiş, həmin məbləğin ona ödənilməsini xahiş etmiş, məhkəmə tərəfindən ərizə icraata qəbul edilmişdir. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və bildirilmişdir ki, qanunvericiliyin tələblərinə əsasən, şəxsin işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. Əmək haqqının alınmadığı aylar işçinin həmin dövrdə sosial sığorta münasibətlərinin iştirakçısı olmadığını göstərir. İddiaçı xx.xx.2006-cı il tarixdə həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq 39 il 5 ay 2 gün sığorta stajı və orta aylıq əmək haqqına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı əmək pensiyası təyin edilərkən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2001-ci il tarixli, 357 nömrəli arayışın surətinə əsasən xx.xx.1958-ci il tarixdən xx.xx.1960-cı il tarixədək əmək fəaliyyəti dövrü, hərbi biletin surətinə əsasən xx.xx.1960-ci il tarixdən xx.xx.1963-cü il tarixədək hərbi xidmət dövrü, diplomun surətinə əsasən xx.xx.1963-cü il tarixdən xx.xx.1968-ci il tarixədək təhsil illəri, əmək kitabçasının surətinə əsasən xx.xx.1968-ci il tarixdən xx.xx.1982-ci il tarixədək, xx.xx.1982-cı il tarixdən xx.xx.1998-ci il tarixədək əmək fəaliyyəti dövrü üzrə ümumilikdə xx.xx.2006-cı il tarixədək 39 il 5 ay 2 gün sığorta stajı nəzərə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixədək qüvvədə olan 27.2 və 27.3-cü maddələrinə əsasən 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək olan dövrdə pensiyaya çıxmış şəxslərin (bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş şəxslər istisna olmaqla) əmək pensiyaları, 2006-cı il yanvarın 1-dək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat (il tamam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) sığorta hissəsi müəyyən edilməklə 2011-ci il 01 iyul tarixdən yenidən hesablanır. 2006-cı il yanvarın 1-dən 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda, daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İddiaçı 39 il 5 ay 2 gün sığorta stajının hər ili 1,94 manatla hesablandığı təqdirdə pensiyanın məbləği pensiya təyin edilərkən orta aylıq əmək haqqına əsasən hesablanan pensiyanın məbləğindən aşağı olduğundan qeyd olunan maddənin tələbinə əsasən daha yüksək məbləğ pensiya təyinatı üçün əsas götürülmüşdür. Cavabdeh göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 03 mart 2023-cü il tarixli, 2-1(112)-290/2023 nömrəli qərarı ilə (hakim S.Salahova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Konstitusyasının 38-ci bəndinə istinad edərək bu işə ədalətlə baxıb təqdim etdiyi pensiya hesabatının təsdiq edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarına əsasən onun iş stajı 39 il 5 aydır. Onun əmək kitabçasında iş stajı 53 il 6 aydır. Üstünə məhkəmədə işlədiyi, hərbi hissədə olduğu və əyani oxuduğu illəri gəldikdə 63 il 6 ay edir. Məhkəmə iclasına çağırılmadığı, orada iştirak etmədiyi halda hakimin qərarında iddiaçının məhkəmə iclasında iştirak etməsi qeyd olunmuşdur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından müəyyən olunur ki, iddiaçı xx.xx.2006-cı il tarixdə DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmiş, ona xx.xx.2006-cı il tarixdə 74 nömrəli qərara əsasən xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsinə müraciət edərək, ona təyin edilmiş yaşa görə əmək pensiyasının təqdim edilmiş sənədlər əsasında yenidən hesablanmasını xahiş etmişdir. İddiaçı ona pensiyanın 5 il gec təyin edilməsini və pensiya təyin edilərkən onun sığorta stajının düzgün hesablanmamasını iddia edir. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, iddiaçının cavabdehə müraciət etdiyi tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 32.1-ci maddəsinə görə yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Göründüyü kimi, iddiaçının pensiya hüququ 60 deyil 62 yaşının tamam olduğu xx.xx.2003-cü il tarixdə yaransa da, qanunvericilik yaşa görə əmək pensiyasının “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla təyin edilməsini nəzərdə tutduğundan iddiaçının tələbi bu hissədə əsaslı sayıla bilməz. İddiaçının tələbinin iş stajı ilə bağlı hissəsinə gəldikdə, birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya pensiya təyin edilərkən onun 39 il 5 ay 2 gün iş stajı nəzərə alınsa da, həmin tarixə onun 47 il 3 ay 5 gün iş stajı olmuşdur. İddiaçı hazırda iş stajının düzgün hesablanmaması nəticəsində ona hesablanmış pensiya məbləğinin az olmasına istinad edərək, həmin məbləğin ona ödənilməsini xahiş edir. İddiaçı xx.xx.2006-cı il tarixdə DSMF-nin Mingəçevir şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən pensiya hüququnun yarandığı xx.xx.2006-cı il tarixdən 39 il 25 gün sığorta stajına və 100,00 manat orta aylıq əmək haqqına görə işləyən pensiyaçı kimi iddiaçıya aylıq 25,00 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə əsasən Qanun qüvvəyə mindikdə, yəni xx.xx.2006-cı il tarixdən əmək haqqı məhdudiyyəti (minimum əmək haqqının üç misli: 85000 AZN x 3 = 255000 AZN=51,00 AZN) tətbiq edilməklə pensiya təyin edilmiş şəxslərə xx.xx.2007-ci il tarixdən həmin məhdudiyyətin ləğv olunması və işləyən yaşa görə əmək pensiyaçılarının pensiyasının tam məbləğdə ödənilməsi şərtinə əsasən İddiaçı pensiyası xx.xx.2007-ci il tarixdən orta aylıq 100,00 manat əmək haqqı ilə yenidən hesablanmışdır. Sözügedən Qanunun 10-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə əsasən yaşa görə əmək pensiyasının məbləği aşağıdakı düsturla müəyyən edilir: P=BH+SH+PS(PSK/T), burada: P - Pensiyanın əsas məbləği; BH - yaşa görə əmək pensiyasının baza hissəsi; SH - yaşa görə əmək pensiyasının sığorta hissəsidir; PS - bu Qanunun 27-ci maddəsinə uyğun hesablanmış əmək pensiyasının sığorta hissəsi; PSK-sığortaolunanın fərdi hesabının sığorta hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə qeydə alınmış pensiya kapitalı; T-gözlənilən pensiya ödənişi müddətinin aylarının sayıdır. Eyni zamanda, Qanunun 27-ci maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə görə bu Qanunun qüvvəyə minməsindən əvvəl qüvvədə olmuş qanunvericilik üzrə hər bir sığortaolunanın bu Qanunun qüvvəyə mindiyi tarixə qazanılmış əmək pensiyası hüququnun (əmək stajı, əmək haqqı və sosial sığorta göstəriciləri) bu Qanunun müddəalarına uyğun şərti çevrilməsi aparılır. Bu zaman bu Qanun qüvvəyə minənədək qüvvədə olmuş qanunvericiliyə uyğun şərti qaydada hesablanan əmək pensiyasının ümumi məbləğindən əmək pensiyasının baza hissəsi çıxıldıqan sonra yerdə qalan məbləğ qanun qüvvəyə minənədək qazanılmış əmək pensiyasının sığorta hissəsi kimi müəyyənləşdirilir. Sözügedən Qanun qüvvəyə minənədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna uyğun olaraq pensiyanın əsas məbləği orta aylıq əmək haqqının məbləğinin 85%-dən artıq ola bilməz. Vətəndaşın orta aylıq əmək haqqının məbləği isə 100,00 manat müəyyən edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən hesablanan əmək pensiyasının məbləğindən baza hissəsi çıxıldıqdan sonra yerdə qalan məbləğin xx.xx.2007-ci il tarixinə indeksləşdirilməsi aparılır. SH=100,00x85%=85,00-25,0 (BH)=60,00+8,3%=64,98 manat (Qanunun 27-ci maddəsinə uyğun olaraq hesablanmış əmək pensiyasının sığorta hissəsi). İddiaçının xx.xx.2006-cı il tarixindən hal hazıradək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olmamışdır. Qeyd olunanlara əsasən xx.xx.2007-ci il tarixində pensiyanın ümumi məbləği BH=40,00+SH- 64,98=104,98 manat hesablanmışdır. Sonrakı illərdə iddiaçının pensiyasının məbləği illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında” fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2011-ci il tarixindən BH=85,00+SH-98,27=183,27 manat olmaqla ödənilmişdir. Qanunun 2011-ci il tarixdə qüvvədə olmuş 27.2-ci maddəsinə əsasən xx.xx.2006-cı il tarixdən xx.xx.2010-cu il tarixədək olan dövrdə pensiyaya çıxmış şəxslərin əmək pensiyaları 01 01.2006-cı il tarixədək nəzərə alınmış sığorta stajının hər ili üçün 1,94 manat sığorta hissəsi müəyyən edilməklə xx.xx.2011-ci il tarixdən yenidən hesablanır. Qanunun 27.3-cü maddəsinə əsasən həmin şəxslərin əmək pensiyalarının yenidən hesablanması zamanı yenidən hesablanmış pensiya məbləği ilə mövcud pensiya məbləği arasında fərq yarandıqda daha yüksək olan məbləğ pensiya təyinatı üçün əsas götürülür. İddiaçının Qanunun 27.2-ci maddəsinə əsasən pensiyası 47 il 3 ay 5 gün iş stajı nəzərə alınmaqla hesablandıqda onun pensiyasının məbləği xx.xx.2011-ci il tarixdən BH- 85,00+SH-91,69 (47 il 3 ay 5 gün x 1,94 = 91,69) = 176,69 manat təşkil edir ki, bu da iddiaçının 2011-ci il tarixində aldığı 183,27 manat əmək pensiyasından azdır. Belə olan olan halda, müəyyən olunur ki, iddiaçının 47 il 3 ay 5 gün iş stajı nəzərə alınmaqla pensiyasının yenidən hesablanması və bununla ona əlavə pensiya məbləğinin ödənilməsi barədə tələbi də əsaslı olmamışdır. Məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçıya ödənilən pensiya ödənişlərindən görünür ki, sonrakı illərdə iddiaçının pensiyasının məbləği (183,27 manat) illər üzrə “Pensiyaların baza hissəsinin artırılması haqqında” və “Pensiyaların sığorta hissəsinin istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsi haqqında fərman və sərəncamlara uyğun olaraq artırılaraq xx.xx.2022-ci il tarixindən 351,10 manat olmaqla ödənilmişdir. Beləliklə, işin halları ilə iddiaçıya ödənilən pensiya məbləğinin düzgün hesablanması və az ödənilməməsi müəyyən edildiyindən birinci instansiya məhkəməsi düzgün olaraq iddianın təmin olunmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Hazırda iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, onun iş stajı 39 il 5 aydır, onun əmək kitabçasında iş stajı 53 il 6 aydır. Üstünə məhkəmədə işlədiyi, hərbi hissədə olduğu və əyani oxuduğu illəri gəldikdə 63 il 6 ay olması və beləliklə birinci instansiya məhkəməsi tərəfindən onun iş stajının az hesablanmasından və məhkəmə tərəfindən çağırılmadığı, orada iştirak etmədiyi halda hakimin öz qərarında onun iştirak etməsinin qeyd olunmasından ibarətdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdə olan iddiaçıya məxsus şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1941-ci ildə anadan olmuş, onun 62 yaşı xx.xx.2003-cü il tarixdə tamam olmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin arayışının, hərbi biletin, diplomun və əmək kitabçasının surətlərindən görünür ki, iddiaçı xx.xx.1958-ci il tarixdən xx.xx.1960-cı il tarixədək Mingəçevir şəhər məhkəməsində iclas katibi işləmiş, xx.xx.1960-xx.xx.1963-cü il tarixlərdə hərbi xidmətdə olmuş, xx.xx.1963-cü ildən xx.xx.1968-ci il tarixədək Azərbaycan Politexnik institutunda əyani təhsil almış, xx.xx.1968-ci il tarixdən xx.xx.1982-ci il tarixədək “Kür-Araz Su Tikintisi” Baş İdarəsində, xx.xx.1982-ci il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləmişdir (keçmiş “Qlavkolxozsovxozstroy”). xx.xx.1998-ci il tarixdə isə Mingəçevir Aqrartikinti filialına rəis təyin edilmişdir. Bundan başqa, 05 dekabr 2022-ci il tarixə, 16 yanvar 2023-cü il tarixə və 03 mart 2023-cü il tarixə təyin olunan məhkəmə iclaslarında iştirak etmiş, iclasın növbəti tarixə təyin olunmasına dair məhkəmə qəbzlərinə imza etmişdir. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə Kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə əlaqədar gəldiyi nəticə düzgündür, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-290/2023 saylı, 03 mart 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2618/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2618/2023
29.08.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver