Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2618/2025 09.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehlər Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X19 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X14 və X11 ibarət tərkibdə, X16-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs "xxxx" ASC) “çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3297/2025 saylı 14 mart 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehlər Cavabdeh1 MMCyə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilə dair "xxxx" ASCnin mülkiyyət hüquqlarının qeydə alınması və bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi; cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona vurulmuş mənəvi zərərə görə 10000 (on min manat) pul məbləğində kompensasiyanın ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-14304/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə "xxxx" ASC iş üzrə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3297/2025 saylı 14 mart 2025-ci il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən şikayət verilərək, qərardadın ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Şikayətin dəlilləri Şikayət onunla əsaslandırılmışdır ki, ünvan 3 iddiaçının mülkiyyətində olmuşdur. Daha sonra X15 ona verdiyi etibarnamədən sui-istifadə edərək "xxxx" ASC ilə xx.xx.2012-ci il tarixli 3117 saylı kredit Müqaviləsi bağlamışdır. Həmin müqaviləyə əsasən X9 120 ay müddətinə, illik 13% hesablanmaqla 50000 manat məbləğində kredit verilmişdir. Kreditin təminatı olaraq X15 ilə "Azərbaycan Beynəlxalq onun mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m. yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilinə dair xx.xx.2012-ci il tarixli 025/12 nömrəli İpoteka Müqaviləsi bağlanmışdır. Lakin, X15 müqavilə üzrə öhdəliyini icra etməmişdir, bu səbəbdən "xxxx" ASC məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə, X5 19558.09 manat, faiz borcu üzrə 11161.99 manat olmaqla cəmi 30720.08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi cavabdehdən tutulmalı olan məbləğin X15 və ona məxsus olan ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaitinin hesabına borcun "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sonra birinci instansiya məhkəməsinə qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin apellyasiya şikayəti təmin edilməmiş və qətnamə dəyişdirilmədən saxlanılmışdır. Belə ki, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra iş üzrə icra vərəqəsi verilmiş və Binəqədi Rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilmişdir və hərrac nəticəsində mənzili "xxxx" ASC almışdır. Hərracın keçirilməsi tamamilə qanunsuz olmuşdur. Belə ki, cavabdeh “Əmlak Hərrac Mərkəzi" MMC ilkin açıq hərracın keçirilməsinə dair 2076/22 saylı 19 oktyabr 2022-ci il tarixli bildirişi 27 oktyabr tarixində təqdim edilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, ilkin hərrac 11 noyabr 2022-ci il tarixdə saat 11:00-da keçiriləcəkdir və ilkin hərrac keçirilməsi ilə bağlı elan xx.xx.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X4 dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində (“E-herrac.com") yerləşdirilmişdir. Lakin, iddiaçı "birjanews.az" portalına daxil olub bununla bağlı ətraflı məlumat almaq istədikdə tələbkar qismində "xxxx" ASC deyil, "xxxx" BOKT ASC-nin olduğunu gördü və bu səbəbdən həmin hərracın bildirişdə göstərilən hərracın olmadığını düşünərək risk edib hərracda iştirak etmədi. Göstərilən tarixə təyin edilmiş hərrac iştirakçılar olmaması səbəbindən baş tutmamışdır. Daha sonra, cavabdeh “Əmlak Hərrac Mərkəzi" MMC təkrar hərracın keçirilməsinə dair 2250/22 saylı 14 noyabr 2022-ci il tarixli bildirişi 18 noyabr 2022-ci il tarixdə təqdim edilmişdir. Həmin bildirişdə göstərilmişdir ki, təkrar hərrac 29 noyabr 2022-ci il tarixinə təyin edilmişdir və bununla bağlı elan 14.1 1.2022-ci il tarixində kütləvi informasiya vasitəsi statuslu "Birjanyus" X4 dərc olunmuş və həmin elan eyni tarixdə hərrac təşkilatçısının rəsmi internet səhifəsində ("E-herrac.com") yerlədirilmişdir. Lakin, iddiaçı səhhətimdə yaranmış problemlər ilə əlaqədar həmin hərracda iştirak edə bilmədi, həmçinin hərrac iştirakçı olmaması səbəbindən baş tutmamışdır. Bir müddət keçdikdən sonra, cavabdeh Binəqədi Rayon İcra Şöbəsi tərəfindən sözügedən mənzil hərracda "xxxx" ASC tərəfindən alındığını bildirimiş bununla bağlı protokol tərtib edilmiş və bu səbəbdən mənzilin tərəfindən boşaldılmasını tələb elmişlər. Bundan sonra, iddiaçı ərizə ilə cavabdeh Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, iddiaçının ümumiyyətlə həmin mənzilin hərracda "xxxx" ASC-yə satıldığından məlumatı olmamış, bununla bağlı tərtib edilmiş protokol ona təqdim edilməmiş, bu səbəbdən hərracın yenidən keçirilməsini tələb etmiş, həmçinin iddiaçı həmin protokol ilə tanış olmadığını bildirdi. Lakin, onun müraciətinə baxmayaraq cavabehlər qanunsuz hərracın nəticələrini ləğv etməmişlər, yenidən hərrac keçirməmiş və onun mülkiyyətində olan əmlakın hərracda satılması zamanı onu hərracda iştirak etmək hüququndan məhrum etmişlər. Buna səbəb isə odur ki, cavabdeh "xxxx" ASC- nin marağında hərracda heç kim iştirak etməməsi və ucuz qiymətə həmin mənzili əldə edərək, gələcəkdə baha qiymətə satılmasına nail olub gəlir əldə etməsi olmuşdur. Həmçinin cavabdeh "xxxx" MMC tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət olunmamışdır. Cavabdeh "xxxx" MMC 29 noyabr 2022-ci il tarixli təkrar hərracın keçirilməsi barədə bildirişi ona 14 noyabr 2022-ci il tarixdə göndərmişdir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən, hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gcc olmayaraq keçirilir. Bu maddənin müddəalarından da göründüyü kimi, 20 gündən gec olmaqla hərracın keçirilməsi ilə bağlı elan və bildiriş verilməsi zəruridir. Lakin, cavabdeh tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli bildiriş, bununla bağlı elan ilə hərracın keçirilməsi tarixi arasında 15 təqvim günü vardır. Beləliklə, cavabdeh tərəfindən hərracın keçirilməsi qaydası pozulmuş, bu isə öz növbəsində, hərracın nəticələrinin etibarsız sayılması üçün əsasdır. Qeyd edir ki, "xxxx" ASC qanunsuz keçirilmiş hərrac nəticəsində ona məxsus mənzili əldə etmiş, daha sonra mənzil üzrə mülkiyyət hüquqlarının Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsində qeydə alınmasına nail olmuşdur. Cavabdeh DƏDRK tərəfindən keçirilmiş hərracın qanuni olub-olmaması yoxlanılmadan bankın mülkiyyət hüquqları mənzil üzrə qeydə alınmışdır. Bu səbəbdən, mənzil üzrə banka verilmiş çıxarış etibarsız hesab edilməlidir. Həmçinin, cavabdehlərin və “Azərbaycan Beynəlxalq Bank" ASC-nin qanunsuz hərəkətləri nəticəsində o, mənəvi iztirablar çəkmişdir. İlkin olaraq, onun səhhətində problemlər yaranmışdır. İkinci olaraq isə o, həmin mənzildə qızı və nəvələri ilə yaşayır. Birinci instansiya məhkəməsi tərəfindən zəruri araşdırma aparılmamış, cavabdeh orqanların fəaliyyətindəki qanunsuzluqlar görməzdən gəlinmiş, bu hərəkətlərə kifayət qədər hüquqi qiymət verilməmişdir. Digər cavabdeh orqan, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən isə keçirilmiş hərracın qanuniliyi araşdırılmadan "xxxx" ASC-nin əmlak üzərində mülkiyyət hüquqları qeydə almışdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hərracın keçirilməsi ilə bağlı şəffaflıq və rəqabətlilik prinsiplərinə əməl olunub-olunmaması araşdırılmayıb. Hərracın rəsmi şəkildə elan olunub-olunmadığı, üçüncü şəxslərin iştirakının mümkünlüyü və real rəqabətin olub- olmaması məhkəmə tərəfindən qiymətləndirilməmişdir. İddiaçının (şikayətçinin) hərrac haqqında əvvəlcədən məlumatlandırılıb-məlumatlandırılmadığına dair heç bir sübut araşdırılmamışdır. İddiaçı ərizə ilə Binəqədi Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, iddiaçının ümumiyyətlə həmin mənzilin hərracda "xxxx" ASC-yə satıldığından məlumatı olmamış, bununla bağlı tərtib edilmiş protokol ona təqdim edilməmiş, bu səbəbdən hərracın yenidən keçirilməsini tələb etmiş, həmçinin iddiaçı həmin protokol ilə tanış olmadığını bilmişdir. Lakin, onun müraciətinə baxmayaraq cavabdehlər qanunsuz hərracın nəticələrini ləğv etməmişlər, yenidən hərrac keçirməmiş və İddiaçı mülkiyyətində olan əmlakın hərracda satılması zamanı onun hərracda iştirak etmək hüququndan məhrum etmişlər. Buna səbəb isə odur ki, cavabdeh "xxxx" ASC- nin marağında hərracda heç kim iştirak etməməsi və ucuz qiymətə həmin mənzili əldə edərək, gələcəkdə baha qiymətə satılmasına nail olub gəlir əldə etməsi olmuşdur. Hərrac qanunsuz olaraq keçirildiyi üçün onun nəticələri əsassız hesab edilməli və hərrac nəticəsində qeydə alınan mülkiyyət hüquqları ləğv edilməlidir. Əlavə olaraq qeyd edir ki, hərracda müəyyən edilmiş satış qiymətinin bazar dəyərinə uyğun olub-olmaması araşdırılmayıb. Əmlak real dəyərindən aşağı qiymətə satılmış və bununla da iddiaçının hüquqlarına zərər vurulmuşdur. Buradan da görünür ki, məhkəmə işin hallarını hərtərəfli araşdırmadan, təqdim olunmuş dəlilləri qiymətləndirmədən qərar qəbul etmişdir. Tərəflərin izahatları xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasının vaxtı və yeri haqqında İddiaçı, Cavabdeh1 MMC və üçüncü şəxs "xxxx" ASC lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişlər. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə "Elektron Məhkəmə" mobil tətbiqi vasitəsilə ərizə verərək səhhətində ciddi problem olduğundan nümayəndəsinin Bakıda olmadığından iclasda iştirak edə bilməyəcəyini və ona görə də məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Lakin iddiaçı həmin halları təsdiq edəcək subutları ərizəyə əlavə etməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə İddiaçı, Cavabdeh1 MMC-nin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı, Cavabdeh1 MMC-nin və üçüncü şəxs "xxxx" ASC-nin nümayəndələrinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və qərardadın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki işdə İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı tələbi “Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilə dair "xxxx" ASC-nin mülkiyyət hüquqlarının qeydə alınması və bununla bağlı verilmiş çıxarışın etibarsız hesab edilməsi; cavabdehlər "xxxx" MMC və Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ona vurulmuş mənəvi zərərə görə 10000 (on min manat) pul məbləğində kompensasiyanın ona ödənilməsi” barədədir. Bununla bağlı o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə bağlı gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Əvvəla qeyd olunmalıdır ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlüyün yoxlanılması zamanı məhkəmə səlahiyyətli məhkəməyə müraciət olunması, doğru iddia növünün və cavabdehin seçilməsi və s. bu kimi formal şərtləri araşdırdığı halda, iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə əvvəlcə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr də, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin təfsirinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri - iddia tələbinin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli 5 №-li qərarında göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (qərarın 1.1, 1.3, 1.4 və 2.1-ci bəndləri). İş materiallarından görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil paylı mülkiyyət kimi İddiaçı və İsmayılovİbrahim Tofiq oğlunun adına xx.xx.2009-cu il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli 2(001)-75/2021 saylı qətnaməsinin surətindən görünür ki, "xxxx" ASC-nin cavabdehlər İddiaçı, X9 və X22 qarşı “kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin edilmiş, X5 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49,54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutuma yönəldikdən və satıldıqdan sonra X15, İddiaçı, TörökTimea Tibor qızı, X12, X6, X10, X2 və X3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması, "xxxx" ASC-nin iddia tələbinin qalan hissədə təmin edilməməsi, iddiaçı X20 X9 və İddiaçı qarşı “kompensasiya məbləğinin müəyyən edilməsi və mənzilin satışından tutulması” barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1484/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə qarşı “Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Qətnamədən verilmiş apellyasiya şikayəti prosessual müddətin ötürülməsi əsası ilə geri qaytarılmış və qətnamə xx.xx.2023-cü il tarixdə qanuni qüvvəsini almışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-743/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı və X13 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə, Cavabdeh1nə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və X9 qarşı Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi" tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qətnaməsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni X13 Azərbaycan Respublikası Əlliyyə Nazirliyinə, Cavabdeh1 MMC-yə, "xxxx" ASC-yə və X9 qarşı “hərrac nəticələrinin etibarsız hesab edilməsi tələblərinin rədd olunması hissədə ləğv olunmuş, həmin iddia tələbləri qətnamənin əsaslandırıcı hissəsində əks olanan hüquqi mövqeyə (iddiaçı Rəna İsmayılovanın hərracın nəticələrini mübahisələndirmək üçün subyektiv (tələb) hüququnun olmadığından) görə təmin olunmamış, eyni zamanda, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)- 2561/2024 nömrəli qərardadı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 743/2024 nömrəli, 30 yanvar 2024-cü il tarixli qətnaməsi qismən, yəni İddiaçı iddiasının rədd olunması hissədə ləğv edilmiş, həmin hissədə mülki iş üzrə icraata xitam verilmişdir (eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan). Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 avqust 2024-cü il tarixli, e-2(001)- 5237/2024 nömrəli qərardadı ilə İddiaçı və X13 Cavabdeh1 MMC-yə, Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsinə və "xxxx" ASC-yə Cavabdeh1 MMC tərəfindən Bakı şəhəri, 8-ci mikrorayon, Ş.Məmmədova küçəsi, ev 11, 108 saylı mənzilin hərracda satılmasının nəticələri haqqında 279/22 nömrəli, 16 dekabr 2022-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 16 dekabr 2022-ci il tarixli müqavilənin etibarsız hesab edilərək ləğv edilməsi tələbinə dair iddia ərizəsinin icraata qəbulundan imtina edilmişdir. Qərardaddan verilmiş apellyasiya şikayəti təmin edilməmişdir Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil "xxxx" ASC-nin adına xx.xx.2023-cü il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Beləliklə, işin fatiki hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil İddiaçı və X8 paylı mülkiyyətində olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(001)-75/2021 saylı qətnaməsi ilə X5 əsas borcu üzrə 19558,09 manat, faiz borcu üzrə 11161,99 manat olmaqla, cəmi 30720,08 manat məbləğində pul vəsaitinin və 30 manat dövlət rüsumunun tutularaq "xxxx" ASC-yə ödənilməsi, cavabdehdən tutulmalı olan məbləğin ipoteka ilə yüklü edilmiş ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49,54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, mənzilin ilkin satış qiymətinin 90000 manat müəyyən edilməsi və əldə edilmiş pul vəsaiti hesabına borcun "xxxx" ASC-yə ödənilməsi, mənzilə tutulma yönəldikdən və satıldıqdan sonra X15, İddiaçı, TörökTimea Tibor qızı, X12, X6, X10, X2 və X3 həmin mənzildən çıxarılması və mənzilin boşaldılması qət edilmişdir. Qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə xx.xx.2022-ci il tarixdə qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. İcra vərəqəsi verilmiş, icra məmuru tərəfindən müvafiq icra tədbirləri həyata keçirilmiş, icra məmurunun təqdimatına əsasən borcluya məxsus ünvan 5 ünvanında yerləşən 49.54 kv.m sahəsi olan 108 nömrəli mənzil üzərinə həbs qoyulmuş, Cavabdeh1 MMC tərəfindən əmlakın açıq hərracdan satışı təşkil olunmuş, xx.xx.2022-ci il tarixdə hərrac nəticəsində ipoteka predmeti olan ünvan 4 ünvanında yerləşən ümumi sahəsi 49.54 kv.m, yaşayış sahəsi 30.14 kv.m olan 2 otaqlı mənzil "xxxx" ASC tərəfindən əldə olunmuş və onun adına qeydiyyata alınmışdıır. Bununla da, iş üzrə müəyyən olunur ki, mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsas hərrac təşkilatının hərracın yekunları barədə protokolu olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli 5 nömrəli Qərarının 17-ci bəndində qeyd olunmuşdur ki, “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, iddiaçının ləğv edilməsini tələb etdiyi 3-cü şəxsin adına aparılmış reyestrdəki qeydiyyat müvafiq əqd əsasında aparıldığından əvvəlcə həmin əqd mübahisələndirilməli, hazırki vəziyyətdə isə həmin əqd qüvvədə ola-ola reyestrdəki qeydin ləğvindən söhbət gedə bilməz. Buna görə də iddiaçının hazırki tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün deyil. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 15.3-cü bəndində qeyd edilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən, iddia mümkünsüz sayılmalıdır. Beləliklə, məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmaması barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, həmin dəlillər qərardadın ləğv edilib, iddianın inzibati məhkəmə icraatı qaydasında mahiyyəti üzrə baxılması üçün əsas vermir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş şikayət təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3297/2025 saylı 14 mart 2025-ci tarixli qərardadı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3297/2025 saylı 14 mart 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X25 Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-2618/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2618/2025
09.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver