Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2619/2022 21.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi) X1 Baxışovanın sədrliyi və məruzəsi ilə, Raqib Əliddin oğlu Qurbanov və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Nigar Vahid qızı Həşimlinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı (təvəllüd: xx.xx.1979, FİN: xxxxxxx) Cavabdehnə (üçüncü şəxslər: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi) qarşı “yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.MH seriyalı, ******* nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2008-ci il qeydiyyat tarixli, **********93 reyestr nömrəli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində 134 nömrəli binanın 1-ci mərtəbəsində 66,6 kv.m ümumi sahəsi olan, 3 otaqlı 57 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 4099 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. 2003-cü il 22 oktyabr tarixdə Bakı şəhəri Cavabdeh Başçısının (bundan sonra Yasamal RİH) 662 nömrəli sərəncamı ilə Şərifzadə küçəsi 134 saylı evin 57-ci mənzilində mövcud pəncərənin giriş qapısı və həyət tərəfdə olan mövcud balkonun 18,8 kv.m ölçüdə genişləndirilməsi faktı təsdiq edilmişdir.
3. 2019-cu ildə lisenziyalı təşkilat (№ 089867, tarix xx.xx.2016) "xxxx" MMC tərəfindən mənzilin eskiz layihəsi tərtib edilmişdir.
4. Mənzilin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdehə edilmiş müraciətin təmin edilməsindən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlərin tam şəkildə təqdim edilmədiyi əsası ilə xx.xx.2019-cu il tarixli M-85-162 saylı məktubla imtina edilmişdir.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazin İdarəsi tərəfindən iddiaçının ərizəsinə cavab olaraq 08 yanvar 2019-cu il tarixdə bildirilmişdir ki, qeyri-yaşayış sahəsi kimi istifadə olunan mənzil dövlət reyestrindən ümumi sahəsi 66.6 kv.m kimi qeydiyyatdan keçsə də, faktiki ümumi sahəsi 82.0 kv.m istifadə olunmaqdadır, faktiki istifadə olunan sahələrin dəqiqləşdirilməsi haqqında hüquqmüəyyənedici sənədlər təqdim edilməyib. Bundan başqa, mənzilin daxilində rekonstruksiya işləri aparılıb, küçə istiqamətində 2 ədəd qapı açılmışdır. Bu səbəblərdən texniki pasportu tərtib etmək mümkün olmamışdır.
6. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 16 may 2021-ci il tarixdə daxil olmuş sorğuya cavab məktubunda bildirilmişdir ki, Mənzil Məcəlləsinin 20-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə həmin Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla) yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmçinin sözügedən mənzilə yerində baxış keçirilərkən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadə olunduğu müəyyən edilmişdir. Bundan başqa həmin mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsi yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyi qeyd edilmişdir
Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı 25 iyun 2019-cu il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv.m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli iddiaçıya məxsus olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.
8. İddiа onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 134 saylı evin birinci mərtəbəsində yerləşən 57 saylı 3 (üç) otaqlı ümumi sahəsi 66,6 kv.m sahəsi olan mənzil DƏDRX-in Bakı şəhəri Ərazi İdarəsinin MH-0170701 saylı xx.xx.2008ci il tarixli Çıxarışına əsasən onun mülkiyyətindədir. Cavabdehə xx.xx.2018-ci il tarixdə müraciət etmiş və yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə çevrilməsinə icazə istəmiş, bu zaman qanunla müəyyən edilmiş sənədləri ərizəsinə əlavə etmişdir. Məqsədinin gələcəkdə məişət obyekti kimi mülkiyyəti olan daşınmaz əmlakdan istifadə etmək olduğunu, daşınmaz əmlakda heç bir yenidən qurma və ya planlaşdırma işinin aparılmayacağı barəsində məlumat vermiş, qeyri-yaşayış sahəsi kimi daşınmaz əmlakdan istifadə edilərsə, hər hansı bir formada digər mülkiyyətçilərin marağına zidd olmamasına və sair faktları məlum etmişdir. Buna baxmayaraq, 2 aya yaxın bir müddət kəçsə də, cavabdeh müraciətini cavabsız qoymuşdur. Bu isə artıq inzibati orqanın hərəkətsizliyidir və belə olan halda onun hüquqları pozulmuşdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
9. Cavabdeh iddiaya dair etiraz təqdim edərək göstərmişdir ki, Cavabdeh Başçısının 662 saylı xx.xx.2003-cü il tarixli Sərəncamının İ bəndində qeyd olunan həyət tərəfdə olan mövcud balkonun 10,8 kv.m ölçüdə tikilmiş hissəsi iddiaçı tərəfindən qanunsuz olaraq zəbt edildiyindən həmin ərazi dövlət mülkiyyətindədir.
10. Ekspertiza təyin edilməsi barədə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 25 sentyabr 2019-cu il tarixli, 2-1(81)- 2902/2019-cu il nömrəli qərardadı əsasında, Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 fevral 2020-ci il tarixli, 25401 nömrəli ekspert rəyində göstərilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli iddiaçıya məxsus yaşayış sahəsinin qeyriyaşayış sahəsinə keçirilməsi Mənzil Məcəlləsinin 20.3-cü maddəsində nəzərdə tutulmuş tələblərə cavab verdiyi müəyyən edilir. Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312.ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 57 nömrəli iddiaçıya məxsus tikililərə giriş-çıxış yoluküçədən olduğunu (blokdan olan giriş çıxış yolunun bağlandığı) nəzərə alaraq həmin sahənin üzərində yerləşən digər mərtəbələrə gediş-gəliş yoluna maneə yaratmadığı müəyyən olunur.
11. Bakı İnzibati Məhkəməsinin 19 iyun 2020-ci il tarixli, 2-1(112)139/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı ilə (hakim Aytən Oruczadə) iddia tələbi rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi iddianı rədd etməsini onunla əsaslandırmışdır ki, iddiaçının yaşayış sahəsindən qeyri-yaşayış sahəsinə keçirilməsini tələb etdiyi mənzil ümumi sahəsi 66,6 kv.m olmaqla iddiaçının mülkiyyətində olsa da, iş üzrə araşdırma zamanı müəyyən edilmişdir ki, faktiki olaraq istifadədə olan sahə 82 kv.m təşkil edir, istifadə olunan digər sahələrə münasibətdə hüquqmüəyyənedici sənəd təqdim edilməmişdir. Həmçinin mənzilin daxilində yenidənqurma və (və ya) yenidən planlaşdırma işləri qanunvericiliyin tələblərinə uyğun icra edilməmişdir. Bundan əlavə, keçirilən sahənin texniki təsviri göstərilməklə planının (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportun), keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı təqdim edilməmişdir. Həmçinin şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi məhkəmənin sorğusuna əsasən mənzilin qeyri-yaşayış sahəsi kimi istifadəsinin yaşayış binasının fasad elementlərinin birgə ahənginə, ümumi görünüşünə, kompozisiyasına və dizaynına xələl gətirdiyinə dair müvafiq rəy təqdim etmişdir.
14. İş üzrə verilmiş ekspert rəyinə münasibətdə isə bildirilmişdir ki, ekspert rəyində iş üzrə mübahisələndirilməyən məsələlərə toxunulmuşdur. Belə ki, sözügedən mənzilin birinci mərtəbədə olması, altında yaşayış sahəsinin olmaması, giriş-çıxış yolunun küçədən olması mübahisələndirilməyən haldır. Cavabdeh inzibati orqanın etirazı ondan ibarətdir ki, iddiaçı mülkiyyətdə olan sahədən əlavə sahə zəbt edərək, qanunvericiliklə müəyyən edilməmiş qaydada mənzil daxilində yenidənqurma işləri görərək mənzildən qeyri-yaşayış sahəsi kimi istifadə edir. Belə olan halda, ekspert rəyi hazırki halda iddianın təmininə əsas olan sübut kimi nəzərə alına bilməz.
15. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-391/2022 nömrəli, 03 fevral 2022-ci il tarixli qərarı ilə (hakimlər A.Ə.X3 (sədrlik edən və məruzəçi, İ.Ə.Kərimli və S.İ.Bəktaşi) apellyasiya şikayəti təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 25 avqust 2021-ci il tarixli, 2-1(112)-201/2021 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək, iddia təmin edilmiş, iddiaçıya məxsus olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində istifadədə olan 0,11312 ha torpaq sahəsində yerləşən 134 nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində olan 66,6 kv.m ümumi sahəsi olan, 3 otaq 57 nömrəli yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncam vermək vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur.
17. Apellyasiya instansiyası məhkəməsi iddianı təmin etməsini onunla əsaslandırmışdır ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırkı məhkəmə araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir.
18. Apellyasiya instansiyası məhkəməsi yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi ilə əlaqədar qeyd etmişdir ki, Mənzil Məcəlləsinin 20.3-cü maddəsinə görə çoxmənzilli binalarda mənzillərin qeyri-yaşayış sahələrinə keçirilməsinə o halda yol verilir ki, belə mənzil həmin binanın birinci mərtəbəsində yerləşsin. İddiaçının mülkiyyətində olan mənzilin binanı birinci mərtəbəsində yerləşməsi mübahisə doğurmur və həmin sahə qeyriyaşayış sahəsi kimi uzun müddətdir ki, iddiaçının faktiki istifadəsindədir.
19. Ekspert rəyində müəyyən edilənlərin (bax 10-cu bəndə) təkzib olunmadığını qeyd edərək, rəyi mötəbər sübut kimi qəbul etmişdir.
20. İddiaçının mənzili ilə qonşu olan 16 saylı mənzilin eyni qaydada genişləndirilməsi barədə Yasamal RİH-nin xx.xx.2018-ci il tarixli, 208 saylı sərəncamına, foto şəkillərə istinad edən apellyasiya instansiyası məhkəməsi, cavabdehin imtinasını həm də Azərbaycan Respublikası Konstitusiyasının 25-ci, İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə zidd hesab etmişdir.
c) kassasiya instansiyası məhkəməsində birinci icraat
21. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
22. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, işə baxmış apellyasiya instansiyası məhkəməsi qərarında iddiaçının mənzilinin qeyri-yaşayış sahəsinə keçirilməsi barədə sərəncamın verilməsinə əsas kimi, Yasamal RİH-nin 2003-cü il 22 oktyabr tarixli 662 saylı sərəncamına, ekspert rəyinə və qonşu mənzilə dair eyni sərəncamın verildiyinə istinad etsə də, qanunvericiliklə müəyyən edilmiş sənədlərin cavabdeh inzibati orqana, işin məhkəmə icraatı zamanı isə məhkəməyə təqdim edilməməsinə münasibət bildirməmişdir. Qeyd edilmişdir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi şərtləri və qaydası, bu zaman tələb olunan sənədlərin siyahısı Mənzil Məcəlləsinin 21-ci maddəsində əks olunmuşdur. Qanunda yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün cavabdeh inzibati orqana müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs tərəfindən aşağıdakı sənədlər təqdim edilməlidir: 1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı.
23. İşə məhkəmələr tərəfindən baxılarkən iş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı cavabdeh inzibati orqana müvafiq ərizə ilə müraciət etmiş, ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədi göstərilmiş, keçirilən sahə üzərində hüquqlarını müəyyənləşdirən sənəd (MH seriyalı, ******* nömrəli çıxarış) və sərəncam təqdim edilmişdir (i.v. 3-5). Göründüyü kimi, yalnız ilk 2 tələbə əməl edilməsi iş materialları ilə öz təsdiqini tapmışdır.
24. Apellyasiya instansiyası məhkəməsinin qərarında Mənzil Məcəlləsinin bir neçə, o cümlədən 21.2-ci maddəsinə istinad edilməklə, iddianın əsaslı olduğu hesab edilsə də, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.2.3, 21.2.4-cü maddələrinə riayət edilmədiyi, yəni, iddiaçının müvafiq ərizəsinə keçirilən sahənin texniki pasportu və yerləşdiyi binanın mərtəbəli planı cavabdehə təqdim edilməmiş, işdə də bu sənəd yoxdur.
25. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6-cı və 21.7-ci maddələrinin tələblərinin pozulduğuna da qiymət verməmişdir. Belə ki, Mənzil Məcəlləsinin 21.6-cı maddəsinə görə keçirilən sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. 26.Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır.
27. Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən Mənzil Məcəlləsinin 21.6, 21.7-ci maddələrində müəyyən edilmiş hər hansı hərəkətlər edilməmiş, lakin apelyasiya instansiyası məhkəməsi işin bu mühüm hallarını araşdırmamış, nəticə etibarı ilə də onlara hüquqi qiymət verməmişdir.
28. Eyni zamanda qeyd edilməlidir ki, cavabdehin iddiaçıya ünvanladığı 23 may 2019-ci il tarixli M-85-162 saylı cavab məktubunda iddiaçının xahişinin yerinə yetirilməsi üçün konkret şərt göstərilmiş, lakin iddiaçı həmin məktubda yazılanlarla bağlı cavabdehə öz münasibətini bildirməmiş, birbaşa məhkəməyə iddia vermişdir, halbuki iddiaçının bu şərtlərə riayət edilməsini təsdiq edən sənədlər iş materiallarında da mövcud deyildir və apelyasiya instansiyası məhkəməsi sözügedən məsələni araşdırmamışdır
Məhkəmə icraatı iştirakçılarının izahatları:
29. İşə baxılması sonuncu dəfə xx.xx.2022-ci il tarixə təyin edilmiş, cavabdehin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq sonuncu məhkəmə iclasında iştirak etməmişlər, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsini rəhbər tutaraq işə baxılmasını mümkün hesab etmişdir.
30. İddiaçı məhkəmə iclaslarında apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.
31. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Sərxan Rzayev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.
32. TƏTBİQ EDİLƏN HÜQUQ
Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 20.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsinə bu Məcəllənin və şəhərsalma haqqında qanunvericiliyin tələblərinin nəzərə alınması şərti ilə yol verilir. Həmin Məcəllənin 20.2-ci maddəsinə əsasən yaşayış sahəsindən qeyriyaşayış sahəsinə keçirilən sahəyə gediş-gəliş yaşayış sahələrinə gediş-gəlişi təmin edən sahələrdən istifadə etmədən mümkün olmadıqda və ya belə gediş-gəlişi qurmağa texniki imkan olmadıqda, keçirilən sahə eyni zamanda, mənzilin tərkib hissəsi kimi qaldıqda, yaxud həmin sahənin mülkiyyətçisi və ya başqa şəxs tərəfindən daimi yaşayış yeri kimi istifadə edildikdə, habelə keçirilən sahəyə mülkiyyət hüquqları digər şəxslərin hüquqları ilə yüklü edilmiş olduqda (xeyrinə yüklülük qeydə alınmış şəxslərin yazılı razılığı olduğu hallar istisna olmaqla), yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun (bundan sonra – keçirilməni həyata keçirən orqan) qərarı əsasında həyata keçirilir. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsi üçün müvafiq sahənin mülkiyyətçisi və ya onun tərəfindən səlahiyyət verilmiş şəxs (bundan sonra bu fəsildə ərizəçi) keçirilən sahənin yerləşdiyi ərazi üzrə keçirilməni həyata keçirən orqana aşağıdakı sənədləri təqdim edir: 21.2.1. sahənin keçirilməsi haqqında ərizə (ərizədə yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsinin məqsədləri göstərilməlidir); 21.2.2. keçirilən sahə üzərinə hüquqları müəyyənləşdirən sənədlər (əsli və ya notariat qaydasında təsdiqlənmiş surəti); 21.2.3. keçirilən sahənin texniki təsviri göstərilməklə planı (keçirilən sahə yaşayış sahəsi olduqda onun texniki pasportu); 21.2.4. keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən sahənin keçirilməsini həyata keçirən orqan bu Məcəllənin 21.2-ci maddəsində göstəriləndən başqa, digər sənədləri tələb edə bilməz. Sahənin keçirilməsini həyata keçirən orqan tərəfindən sənədlərin qəbul edilməsi barədə onların siyahısı, qəbul edilmə tarixi göstərilməklə qəbz verilir. Həmin Məcəllənin 21.6-cı maddəsinə əsasən keçirilən sahənin yaşayış və ya qeyriyaşayış sahəsi kimi istifadə edilməsini təmin etmək üçün həmin sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və ya digər işlərin aparılması zəruri olan hallarda bu Məcəllənin 21.5-ci maddəsində göstərilən sənəddə belə işlərin aparılmasına dair tələblər, aparılması zəruri olan digər işlərin siyahısı göstərilməlidir. Həmin Məcəllənin 21.7-ci maddəsinə əsasən əgər keçirilən sahədə yenidənqurma və (və ya) yenidən planlaşdırma və (və ya) digər işlərin görülməsi tələb edilmirsə, bu Məcəllənin 21.5-ci maddəsində nəzərdə tutulmuş sənəd sahənin keçirilməsini təsdiq edir və həmin sahənin yaşayış və ya qeyri-yaşayış sahəsi kimi istifadə edilməsi üçün əsasdır. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən yaşayış sahəsinin qeyriyaşayış sahəsinə və qeyri-yaşayış sahəsinin yaşayış sahəsinə keçirilməsindən imtinaya aşağıdakı hallarda yol verilir: 22.1.1. bu Məcəllənin 21.2-ci maddəsi ilə müəyyən edilmiş sənədlər təqdim edilmədikdə; 22.1.2. bu Məcəllənin 20-ci maddəsində nəzərdə tutulmuş sahənin keçirilməsi şərtlərinə riayət edilmədikdə; 22.1.3. yaşayış sahəsinin yenidən qurulması və (və ya) yenidən planlaşdırılması layihəsi tikinti norma və qaydalarına uyğun olmadıqda. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən sahənin keçirilməsindən imtina haqqında qərar bu Məcəllənin 22.1-ci maddəsində nəzərdə tutulmuş pozuntulara mütləq istinad edilməklə və həmin pozuntuların mahiyyətinin nədən ibarət olduğunu göstərməklə əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (İPM) 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
Apellyasiya Məhkəməsinin hüquqi mövqeyi:
33. Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
34. Məhkəmə kollegiyası izahatları dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
35. İşə apellyasiya qaydasında baxan məhkəmə iddianın təmin edilməli olmamasına dair birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçı tərəfindən mülkiyyətində olan yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədlər tam həcmdə təqdim edilmədiyindən (texniki pasportu və keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı) ərizənin təmin edilməsindən cavabdehin imtinası qanuni və əsaslı olmuşdur.
36. İşə apellyasiya qaydasında yenidən baxılarkən iddiaçı keçirilən sahənin yerləşdiyi binanın mərtəbəli planı əldə edərək məhkəməyə təqdim etmiş, lakin sahənin texniki pasportunun onda olmadığını bildirmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçıya məxsus Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin 57 nömrəli mənzilinin texniki pasportunun arxivdə olan nüsxəsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə sorğu verilmiş, sorğuya xx.xx.2022-ci il tarixli cavab məktubunda qeyd edilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 134 saylı evin 57 nömrəli mənzilə dair texniki pasportun tərtib edilməsi barədə məlumat arxiv qovluğunda aşkar edilməmişdir.
38. Məhkəmə qeyd edilənlərə əsasən izah edir ki, yaşayış sahəsinin qeyri-yaşayış sahəsinə keçirilməsi üçün sahənin texniki pasportunun təqdim edilməsi zəruri olduğundan, iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin isə hal-hazıradək texniki pasportu tərtib edilmədiyindən hazırda tələbin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar mövcud deyil. Məhkəmə izah edir ki, iddiaçı ilk növbədə qeyd edilən yaşayış sahəsinin texniki pasportunun tərtib edilməsi üçün müraciət etməli, həmin sənəd tərtib edildikdən sonra Mənzil Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulmuş sənədləri təqdim etməklə cavabdeh orqana hazırkı tələblə bağlı ərizə verməlidir. 39.Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
Nəticə hissəsi: 40.Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı:
İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-201/2021 nömrəli, 25 avqust 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.