Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2619/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, Qaraşarlı Layla Çingiz qızının katibliyi ilə, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları 1.Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0425 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin rəisi polkovnik İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmışdır.
2. Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin rəisinin xx.xx.2017-ci il tarixli 74 saylı əmrindən çıxarışdan müəyyən olunur ki, polkovnik İddiaçı, Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin rəisi, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “b” bəndinə (yaşa görə) və 164-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli 0425 nömrəli əmri ilə hərbi geyim formasını daşımaq hüququ verilməklə hərbi xidmətdən ehtiyata buraxılmış hesab edilmiş, xx.xx.2017-ci il tarixdən Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin şəxsi heyətinin siyahısından, bütün növ təminatlarından çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinə göndərilmişdir.
3. İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ərizə ilə müraciət edərək, Azərbaycan Respublikasş Müdafiə Nazirliyindən daxil olan yeni məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir.
4. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 22 aprel 2023-cü il tarixli, 3-17-1/2-M-191336/2023 nömrəli cavab məktubunda göstərmişdir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan məlumatlara əsasən yenidən xidmətə qayıtdıqdan sonra 72 ay işləmədiyindən, həmin məlumat vərəqi üzrə əmək pensiyasının yenidən hesablanması mümkün deyildir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxılarkən tutduğu “Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin rəisi” vəzifəsinin bu günə mövcud olan təminat xərcliyinin (Azərbaycan Ordusunun Hərb Oyunları Mərkəzinin rəisi vəzifəsinin vəzifə maaşı - 980 manat, polkovnik hərbi rütbəsinə görə - 159 manat, xidmət illərinə görə 30% əlavə - 341,70 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə - 343 manat və ərzaq payı əvəzinə pul kompensasiyası - 64 manat) əks etdirən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə göndərilmiş ZE-58049 nömrəli “məlumat vərəqi”nə əsasən və «Əmək pensiyaları haqqında» Qanuna 1 yanvar 2023-cü il tarixədək edilmiş dəyişiklər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1992-2006-cı illərdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyində müxtəlif zabit vəzifələrində xidmət keçmiş və 4 avqust 2006-cı il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirinin müvafiq əmri ilə «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən Silahlı Qüvvələrdə hərbi xidmətdən polkovnik-leytenant rütbəsində ehtiyata buraxılmışdır. Ona 5 avqust 2006-cı il tarixdən sonuncu xidmət keçdiyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən əmək pensiyası təyin edilmişdir. Daha sonra o, 29 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinə təkrarən hərbi xidmətə çağırılmış və müxtəlif vəzifələrdə xidmət keçdikdən sonra Nazirliyin 16 iyun 2017-ci il tarixli 0425 nömrəli müvafiq əmri ilə 30 iyun 2017-ci il tarixdə şəxsi heyətin siyahısından çıxarılmaqla xidmət müddəti başa çatdığına görə ehtiyata buraxılmışdır. 2-ci xidmət müddəti ərzində (29 noyabr 2013-cü il tarixdən 30 iyun 2017-ci il tarixədək) ona polkovnik hərbi rütbəsi və “usta” məharət dərəcəsi verilmişdir. İddiaçı 10 iyul 2023-cü il tarixdə (nümayəndə vasitəsilə) Müdafiə Nazirliyinə ərizə ilə müraciət edərək, «Əmək pensiyaları haqqında» Qanuna 1 yanvar 2023-cü il tarixədək edilmiş dəyişikliklər nəzərə alınmaqla onun 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxılarkən aldığı aylıq pul təminatı növlərinin bu günə mövcud olan təminat xərcliyinin normaları (vəzifə maaşı, rütbə maaşı, “usta” məharət dərəcəsinə görə əlavə, xidmət illərinə əlavə, ərzaq payı əvəzinə kompensasiya və s) göstərilməklə yeni məlumat vərəqinin tərtib edilərək DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin 17 iyul 2023-cü il tarixli cavab məktubda göstərilmişdir ki, Nazirlik xətti ilə yaşa görə əmək pensiyasının yenidən təyin olunması məqsədi ilə onun tutduğu sonuncu vəzifəsinin təminat xərcliyini (Azərbaycan Ordusunun Hərbi Oyunları Mərkəzinin rəisi vəzifəsinin vəzifə maaşı-980 manat, polkovnik hərbi rütbəsinə görə-159 manat, xidmət illərinə görə 30% əlavə-341,70 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə- 343 manat və ərzaq payı əvəzinə pul kompensasiyası-64 manat) əks etdirən ZE58049 nömrəli 17 iyul 2023-cü il tarixli “məlumat vərəqi” DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilmişdir. Yeni məlumat vərəqi DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərildikdən sonra 27 iyul 2023-cü il tarixdə o, həmin quruma ərizə ilə müraciət edərək, həmin məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Lakin, cavabdeh ona 25 avqust 2023-cü il tarixdə imtina cavabı vermişdir. İmtina onunla əsaslandırılmışdır ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; ali zabit heyətinə aid şəxslər. Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan məlumatlara əsasən yenidən xidmətə qayıtdıqdan sonra 72 ay işləmədiyindən, həmin məlumat vərəqi üzrə əmək pensiyasının yenidən hesablanması mümkün deyil. O, cavabdehin imtinası ilə razılaşmır. Belə ki, cavabdehin imtina cavabında istinad etdiyi «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin bu günə qüvvədə olan redaksiyası ona şamil edilə bilməz. Cavabdeh həmin Qanunun 9.6-cı maddəsini səhv təvsir edir. Çünki, həmin maddənin bu gün qüvvədə olan tələbləri 2022-ci ildə qəbul edilmişdir. O isə, 30 iyun 2017-ci il tarixdə hərbi xidmətdən ehtiyata buraxılmışdır. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixə qüvvədə olan redaksiyası onun əmək pensiyasının yenidən hesablanmasını qadağan etmirdi. Əmək pensiyasının yenidən hesablanması isə «Əmək pensiyaları haqqında» Qanuna edilmiş müvafiq dəyişikliyə əsasən yalnız 1 iyul 2017-ci il tarixdən qadağan edilmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İİV hissəsinə əsaslanaraq, ona yaşa görə əmək pensiyasının təyin olunması məqsədi ilə 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxılarkən tutduğu “Silahlı Qüvvələrin Hərb Oyunları Mərkəzinin rəisi” vəzifəsinin bu günə mövcud olan təminat xərcliyini (Azərbaycan Ordusunun Hərb Oyunları Mərkəzinin rəisi vəzifəsinin vəzifə maaşı- 980 manat, polkovnik hərbi rütbəsinə görə-159 manat, xidmət illərinə görə 30% əlavə- 341,70 manat, “usta” məharət dərəcəsinə görə 35% əlavə-343 manat və ərzaq payı əvəzinə pul kompensasiyası-64 manat) əks etdirən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsi tərəfindən cavabdehə göndərilmiş ZE-58049 nömrəli “məlumat vərəqi”nə əsasən və «Əmək pensiyaları haqqında» Qanuna 1 yanvar 2023-cü il tarixədək edilmiş dəyişiklər nəzərə alınmaqla yenidən hesablanması öhdəliyinin cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş olunur.
7. Cavabdehin iddiaçının iddia ərizəsinə qarşı verdiyi yazılı etirazında bildirilmişdir ki, İddiaçı iddia tələbi əsassızdır və təmin edilməməlidir. İddiaçı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış cavab məktubunda yeni məlumat vərəqi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. «Əmək pensiyaları haqqında» Qanunun 9.6-cı maddəsinin əvvəlki redaksiyasıda tələblərinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərciliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. Həmin maddənin hazırda qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: (9.6.1) hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər, (9.6.2) məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər, (9.6.3) hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər, (9.6.4) ali zabit heyətinə aid şəxslər. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya aid olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan məlumatlara əsasən yenidən xitmətə qayıtdıqdan sonra 72 ay işləmədiyindən, həmin məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Göstərilənlər nəzərə alaraq hesab olunur ki, iddiaçının əmək pensiyasının sonuncu təminat xərcliyinə əsasən yenidən hesablanması qanunvericiliyin tələblərinə uyğun hesab edilmir. Odur ki, məhkəmədən iddianın təmin edilməməsi xahiş olunur.
8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarına əsasən, iddia tələbi təmin edilərək İddiaçı əmək pensiyasının Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən göndərilmiş ZE-58049 nömrəli 17 iyul 2023-cü il tarixli məlumat vərəqi (mövcud təminat xərcliyini əks etdirən) əsasında yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarını ləğv edib, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyi üçün ləğv olunmalıdır. İddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına müraciət edərək, əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı verilmiş cavab məktubunda yeni məlumat vərəqəsi əsasında əmək pensiyasının yenidən hesablanaraq ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun əvvəlki redaksiyasının 9.6-cı maddəsinə əsasən Hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.6-cı maddəsinin qüvvədə olan redaksiyasına əsasən hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1-hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2.-məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3-hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər 9.6.4-ali zabit heyətinə aid şəxslər. Qeyd edilənləri nəzərə alaraq, iddiaçıya aid olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş yeni məlumat vərəqində qeyd olunan məlumatlara əsasən yenidən xitmətə qayıtdıqdan sonra 72 ay işləmədiyindən, həmin məlumat vərəqinə əsasən əmək pensiyasının yenidən hesablanması mümkün olmamışdır. İş materiallarından görünür ki, İddiaçı 05 avqust 2006cı il tarixdən əmək pensiyası təyin edilmişdir. O, 29 noyabr 2013-cü il tarixdə təkrarən hərbi xidmətə çağırılmış və 30 iyun 2017-ci il tarixədək xidmətdə olduqdan sonra yenidən ehtiyata buraxılmışdır. Məhkəmə qərarını əsaslandırmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan müddəalarında (9.6-cı maddəsi) yenidən işləyən hərbi qulluqçulara münasibətdə ehtiyata buraxıldıqdan sonra yeni məlumat vərəqinin verilməsini istisna edən müddəa olmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsində hərbi qulluqçuların əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidən hesablanmasının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən pensiya təminatı hüququ olan hərbi qulluqçulara pensiya onlar hərbi xidmətdən buraxıldıqdan sonra bu Qanuna müvafiq surətdə təyin edilir və ödənilir. Hərbi qulluqçulara əmək pensiyası ehtiyata buraxıldıqdan sonra təyin edilir eyni zamanda yenidən hesablanır, İddiaçı 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxıldığından onun pensiyanın yenidən hesablanma hüququ 01 iyul 2017-ci il tarixdən, yəni “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.6-cı maddəsinin qüvvədə olduğu tarixdən yaranmışdır. Beləki, əmək pensiyası-“Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Yəni pensiya müəyyən qrup insanların həyati tələbatlarının təmin olunmasına, onların itirdikləri əmək haqqı və digər gəlirlərin kompensasiya olunmasına yönəlmişdir. Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsinin inzibati orqan tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiya və digər normativ hüquqi aktlarda qeyd olunduğu kimi hüquqa və haqq ədalətə əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Yuxarıda göstərilən hallar birinci instansiya məhkəməsi tərəfindən düzgün araşdırılmamış və əsaslı hüquqi qiymət verilmədən yekun qərar çıxarılmışdır. Ona görə də Bakı İnzibati Məhkəməsinin 28 mart 2024-cü il tarixli 2-1(112)-2494/2024 nömrəli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş olunur.
Apellyasiya şikayətinə etirazın dəlilləri
11. İddiaçı apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etməmişdir.
Tərəflərin izahatları
12. Məhkəmə kollegiyasının iclasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası 14.Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
15. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 16.Maddə 149. Vİİ. Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Əmək pensiyaları haqqında Azərbaycan Respublikasının Qanunu
17. Maddə 1.0.1. əmək pensiyası – bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.3. hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5. təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir.
18. Maddə 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; (9.6.4) ali zabit heyətinə aid şəxslər. Həmin Qanunun 9.6-cı maddəsinin 1 iyul 2017-ci il tarixədək qüvvədə olan tələblərinə görə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur.
19. Maddə 22.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
20. Maddə 30.1. Əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. 21.Maddə 30.2. Əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər.
22. Maddə 32.1. Yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir.
23. Maddə 37.3. İşləyən əmək pensiyaçılarına: 37.3.1. yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalar»ı
24. Bənd 1. Bu Qaydalar «Əmək pensiyaları haqqında» Qanunun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Hərbi Prokurorluğunda, Dövlət Təhlükəsizliyi Xidmətində, Xarici Kəşfiyyat Xidmətində, Dövlət Sərhəd Xidmətində, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və X1 Xidmətində, X2 Dövlət Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir;
25. Bənd 2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır;
26. Bənd 3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu 27.Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 28.Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 29.Maddə 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur.
30. Maddə 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.
31. Maddə 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
32. Maddə 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.
33. Maddə 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.
34. Maddə 24.5. İnzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. 35.Maddə 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi
36. Maddə 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia);
37. Maddə 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
38. Maddə 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 39.Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
40. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
41. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.
42. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
43. Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 44.Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
45. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər.
46. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
47. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati Kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi» 48.Bənd 1.1.Dövlət Sosial Müdafiə Fondu məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.
49. Avropa İnsan hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
Apellyasiyanın mümkünlüyü, apellyasiya baxışının hədləri:
50. Apellyasiya şikayəti vaxtında verilmiş, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
51. Birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya Məhkəməsinin mövqeyi
52. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Eyni zamanda, Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normalarının tətbiqini qanuni və əsaslı sayır. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
53. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 54.İnzibati işin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 2006-cı ildə hərbi xidmətdən xəstəliyi ilə əlaqədar ehtiyata buraxılmış və 5 avqust 2006-cı il tarxdə ona əmək pensiyası təyin edilmiş, 29 noyabr 2013-cü il tarixdən o, təkrarən hərbi xidmətə çağırılmş və 30 iyun 2017-ci il tarixədək xidmətdə olduqdan sonra yenidən ehtiyata buraxılmışdır. 55.Kollegiya qeyd edir ki, Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixədək qüvvədə olan müddəaları (9.6-cı maddəsi) yenidən işləyən hərbi qulluqçulara münasibətdə ehtiyata buraxıldıqdan sonra yeni məlumat vərəqinin verilməsini istisna edən müddəa olmamışdır. 56.«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.6-cı maddəsinə hərbi qulluqçuların əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidən hesablanmasının qadağan edilməsini nəzərdə tutan dəyişikliklər isə 1 iyul 2017-ci il tarixdən qüvvəyə minmişdir. 57.İddiaçı 30 iyun 2017-ci il tarixdə ehtiyata buraxıldığından, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinin tələblərinə görə iddiaçıya münasibətdə həmin dəyişikliklər tətbiq oluna bilməz. Bu səbəbdən cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yeni məlumat vərəqi əsasında yenidən hesablanmasından imtinası qanunun tələblərinə ziddir. Ona görə də cavabdeh tərəfindən mübahisələndirilən məhkəmə aktı apellyasiya şikayəti verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanmalıdır.
58. Şərh olunanlara əsasən, Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq,
qərara aldı
Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2494/2024 saylı, 28 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.