Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2619/2025 22.05.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Ceyhun Bəşir oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Əliyeva Səmimə Elşad qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı “zərərin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Sabunçu rayonu Maştağa bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2007-ci il tarixi icarə müqaviləsinə əsasən ona Ləhiş bağlar Massivində ayrılmış 12 sot torpaq sahəsində tikilmiş evin sökülməsi nəticəsində dəymiş 50.000 (əlli min) manat ziyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 87.2-ci maddəsinin tələbinə görə apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Məcəllənin qeyd olunan tələbi nəzərə alınmaqla, iş materialları araşdırıldıqda müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin həmin qərarından apellyasiya şikayəti vermə müddəti buraxılmaqla verilmişdir. Ona görə də bu barədə məhkəmə bildirişi göndərilməklə xx.xx.2025-ci il tarixinə, yəni, hazırkı günə apellyasiyanın mümkünlük iclası təyin edilmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti üçün nəzərədə tutulmuş prosessual müddətin ötürülməməsini bildirmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı xx.xx.2024cü ildə elektron kabinetə yerləşdirilsə də texniki baxımdan izləmək mümkün olmamışdır. Qeyd olunanlara əsasən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin icraata götürülərək mahiyyəti üzrə baxılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda iddiaçının nümayəndəsi və vəkili vəsatət təqdim edərək bildirimişdir ki, qərarın iddiaçıya təqdim edilməməsi səbəbindən, o, hüquqlarının pozulması faktını yalnız qərarın surətini 04 aprel 2025-ci il tarixdə Bakı İnzibati Məhkəməsinə müraciət etməklə əldə etdikdən sonra müəyyən edə bilmişdir. Həmin tarixdən dərhal sonra – yəni 15 aprel 2025-ci il tarixdə apellyasiya şikayəti təqdim olunmuşdur. Göründüyü kimi, buraxılmış müddətin səbəbi iddiaçının səhlənkarlığı və ya passiv davranışı deyil, məhz məhkəmənin prosessual vəzifəsinin icra olunmaması – yəni qətnamənin tərəfə təqdim edilməməsidir. Odur ki, Bakı İnzibati Məhkəməsinin 25 noyabr 2024-cü il tarixli qərarından apellyasiya şikayəti vermək üçün buraxılmış prosessual müddətin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştrak edən cavabdehin nümayəndəsi müddətin bərpasına dair vəsatətə etiraz edərək, bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü ildə tərəfin elektron kabinetinə yerləşdirilmiş və apellyasiya şikayəti nəzərdə tutulmuş prosessual müddət ötürülməklə verilmişdir. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etdi. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Həmin Məcəllənin 9-1.3-cü maddəsinin tələbinə görə inzibati məhkəmə icraatı elektron qaydada aparıldıqda həmin icraat, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. İş materiallarından görünür ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarı xx.xx.2024-cü il tarixdə iddiaçının vəkili və nümayəndəsinin şəxsi elektron kabinetinə yerləşdirilmişdir.(i.v.185). İddiaçı tərəfindən məhkəmənin qərarı xx.xx.2024-cü il tarixdə alındığı vaxtdan hesablandıqda, İPM-in 85.1-ci 22.1-ci maddələrinə müvafiq olaraq 30 günlük şikayət vermə müddətinin son günü xx.xx.2025-ci il tarixinə düşür. Lakin, iddiaçı tərəfindən işə əlavə olunmuş apellyasiya şikayətindən görünür ki, apellyasiya şikayəti məhkəməyə 15 aprel 2025-ci il tarixdə verilmişdir. Yəni, 02 ay 23 gün apellyasiya şikayəti vermə müddətini ötürmüşdür. Çünki İPM-in 1.2-ci və 81.2 maddəlrinin göstərişləri baxımından, MPM-in 130.1-ci maddəsinin tələbinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Eləcə də, iş materiallarından görünür ki, müddətin ötürülməsinin üzürlü səbəblərinin mövcudluğuna dair hər hansı sənəd-sübut ərizəsinə əlavə etməmiş, hazırkı məhkəmə iclasında da belə sübutlar məhkəməyə təqdim edilməmişdir. “X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 08 may 2008-ci il tarixli qərarında da Plenum məhz qeyd etmişdir ki, «… qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.» İPM-in 87.3-cü maddəs isə nəzərədə tutur ki, apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Beləliklə də, iddiaçının apellyasiya şikayətinin mümkün sayılması üçün prosessual əsasların mövcudluğu müəyyən edilmir. Bu baxımdan, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, prosessual müddətin bərpa edilməsi barədə vəsatətin təmin edilməməsi, apellyasiya şikayəti üzrə apelyasiyanın mümkün sayılmaması, icraata qəbul edilməsindən imtina olunması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1518/2024 nömrəli, 25 noyabr 2024-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsi barədə vəsatət təmin edilməsin. Apellyasiya şikayəti mümkün sayılmasın və icraata qəbul edilməsindən imtina edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2619/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2619/2025
22.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver