Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-262/2024 28.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6488/2023 saylı 06 iyun 2023-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 28 fevral 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əlillik vəziyyəti tibb müəssisəsinin 0175003AACJK nömrəli göndərişi əsasında xx.xx.2017- ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilməklə diaqnoz və ağırlaşmasının əlillik dərəcəsinin təyininə əsas verməməsi barədə qərar qəbul edilmişdir. Daha sonra İddiaçı əlillik vəziyyəti Bakı 12 nömrəli Birləşmiş Şəhər Poliklinikasının 0175003AACQ7 nömrəli göndərişi (Forma 088) əsasında xx.xx.2017-ci il tarixdə elektron qiymətləndirilmiş və “ümumi xəstəlik" səbəbindən beş il müddətinə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. İddiaçının əlillik vəziyyəti tibb müəssisəsinin M00025496GİN nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixində qiymətləndirilmiş və səbəb - diaqnoz əlillik əlaməti təyin etməməsi göstərilməklə imtina barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X1-sosial ekspert komissiyasının xx.xx.2023cü il tarixli, **********0 nömrəli Qərarına əsasən İddiaçı barəsində yenidən qiymətləndirmə aparılmış və diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş forma 88 arayışına əsasən (M00025496GJN) “Əsas diaqnoz: S09. Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə-beyin travmasından (1992) davamlı qalıq əlamətləri, tez-tez təkrarlanan qıcolma tutmaları ilə; Ağırlaşmaları: G93.8 Baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri, postravmatik ensefolopatiya, tez-tez təkrarlanan qıcolma tutmalarla koordimetr pozğunluqlarla; G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizəolunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə; yanakı xəstəliklər: İ10 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; F48.0 Nevrasteniya, kəskin ifadəli asteno-nevrotik vəziyyət. Status localis qrafasına əsasən: bəbəklər D=S fotoreaksiya canlıdır, hər iki tərəfdə göz almalarının hərəkəti bir qədər məhduddur, yaddaşı və yuxusu pozulub, vətər və sümüküstü reflekslər D=S canlıdır. Romberq vəziyyətində göz almalarının və əl barmaqlarının treoru qeyd olunur. Koordimetr sınaqlarını dəqiq yerinə yetirə bilmir. Əsəbidir, emosional həssasdır, tez qıcıqlanır, əhval rühiyyəsi tez-tez dəyişir, sonuncu dəfə stasionarda yatanda (xx.xx.2022-xx.xx.2022) xəstədə 2 dəfə qıcolma tutmaları müşahidə edildi, xəstə daimi karbomezipim 200MQ 1x2 dəfə, femzepin 0.001 1 tab x 1 dəfə qəbul edir. Buna baxmayaraq ayda 7-8 dəfə qıcolma tutmaları baş verir. Xəstə İİ dərəcəli əlilldir, əlillik müddəti xx.xx.2022-ci ildə bitib, aldığı travma hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır.” Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: “Hərbi səbəblə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə məktubunuza Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyində (bundan sonra Agentlik) baxılmışdır. Müəyyən olunmuşdur ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik vəziyyətinizin qiymətləndirilməsi üçün Siz xx.xx.2022-ci il tarixində Agentlikdə komissiyada əyani müayinə olunmuşunuz. Müayinə zamanı müəyyən edilmiş və göndərişdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2016-cı il tarixli 155 nömrəli Qərarında qeyd edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər (diaqnoz: Odlu silah yaralanmasından sonra başın sağ gicgah və alın nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində, alın qabarında bir qədər aşağıda bir ədəd, sağ əlin V barmağının dırnaq falanqasının bayır səthində bir ədəd, sol əlin İ barmağının dırnaq falanqasının arxa-içəri səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumaları, epilepsiya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verməmişdir. Əlilliyin qiymətləndirilməsi və reabilitasiya xidmətləri ilə bağlı əlavə sualınız yaranacağı təqdirdə “142 Çağrı mərkəzi” ilə əlaqə saxlaya və ya Ərazi TSEK-lərinə müraciət edə bilərsiniz. Ərazi TSEK-lərinin ünvanları və qəbul qrafikləri barədə ətraflı məlumat www.dtsera.qov.az saytında qeyd edilmişdir.” Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təkrar əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarının etibarsız hesab edilməsi və əlilliyinin əsassız olaraq kəsildiyi tarixdən orqanizmin funksiyasının 61- 80 faiz pozuntusuna görə təkrar əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmə iddiaçıya hüquqi yardım göstərmiş və iddiaçının ərizəsinə əsasən məhkəmənin 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddia tələbi “iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi və qiymətləndirilməsində xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi” kimi nəzərə alınmışdır. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı birinci Qarabağ müharibəsində N nömrəli hərbi hissədə xx.xx.1992-ci il tarixdən etibarən tağım komandiri kimi milli ordu sıralarında vətəninin ərazi bütövlüyü uğrunda könüllü olaraq döyüşməyə başlamış, xx.xx.1992-ci ildən həmin hərbi hissəyə komandir müavini təyin olunmuş, Başkəndin alınmasında, Mutudərə kəndi və əlverişli yüksəkliklərin ələ keçirilməsində şəxsən iştirak və rəhbərlik etmişdir. xx.xx.1992-ci ildə iddiaçı Hörüklüdaş əməliyyatı zamanı yaxınlıqda partlamış top mərmisinin qəlpələrindən başından və bədəninin digər yerlərindən ağır xəsarət almışdır. İddiaçının aldığı həmin ağır xəsarət hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə alınmışdır. Hərbi xidmətdən tərxis olunduqdan sonra iddiaçı uzun müddət aldığı travma və xəstəlikdən əziyyət çəkmiş, müalicələrdə olmuşdur. Bu səbəbdən xx.xx.2017-ci ildə iddiaçıya Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar olaraq “kəllədaxili travma, keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, koordinator pozğunluqlar. Generalize olunmuş toniko-kloniki qıcolma tutmaları (ayda 8-9 dəfə). Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin asteno-nevrotik sindromudur” diaqnozuna əsasən ikinci dərəcəli əlillik verilmişdir. İddiaçının əlilliyi 2022-ci ilin avqust ayından dayandırılmış, bu səbəbdən iddiaçı əlilliyin təkrarən təyin olunması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının əlillik vəziyyəti sonuncu dəfə cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə cavabdeh qurum tərəfindən ekspertiza keçirilərək əyani formada müayinə edilib qiymətləndirilmiş və xx.xx.2023-cü il tarixində diaqnozun əlillik təyin etməməsi səbəbilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 12 nömrəli Şəhər Poliklinikasının xx.xx.2017-ci il tarixli göndərişi əsasında baxılmış və diaqnoz travmatik ensefalopatiya. Asteno-nevrotik sindrom olmaqla, diaqnozun əlillik əlaməti təyin etməməsi, diaqnoz və xəstəliyin ağırlaşmasının əlillik dərəcəsini təyin etməyə əsas verməməsi səbəbi ilə imtina verilmişdir. Həmin xəstəxananın xx.xx.2017-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və kəllədaxili travma, keçirilmiş kəllə beyin travmasının qalıq əlamətləri, koordinator pozğunluğları, generalize olunmuş toniko-kloniki qicolma tutmaları (ayda 8-9 dəfə). Üzvi mənşəli emosional labil [astenik] pozuntu, kəskin asteno -nevrotik sindrom diaqnozu ilə beş il müddətinə İkinci dərəcə əlillik dərəcəsi verilmişdir. Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və diaqnoz başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə beyin travmasından (1992) davamlı qalıq əlamətləri olmaqla, diaqnozun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6488/2023 saylı 06 iyun 2023-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, İddiaçı qiymətləndirildiyi xx.xx.2022-ci il tarixindən orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlilliyin təyin edliməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2- 1(102)-824/2022 nömrəli qərarına əsasən Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına görə, xx.xx.2017-ci il tarixdə cavabdeh tərəfindən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş, növbəti müayinə tarixi xx.xx.2020-ci il təyin edilmişdir (bu səbəbdən iddiaçı öz tələbində xx.xx.2020-ci il tarixə istinad edir). Təyin edilmiş üçillik müddət başa çatdıqdan sonra - Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Göndərişin natamam doldurulması. Xəstədə demensiya və psixopatabənzər davranış olduğu halda, şagird olduğu qeyd olunub.” Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2020-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2020-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. İxtisaslaşdırılmış müalicəni davam etdirmək məsləhət görülür”. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. Bundan sonra Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixdə Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən imtina etmişdir. Səbəb: “Əlavə müalicəyə ehtiyacın olması. Sənədlərə əsasən xəstənin diaqnozu ilə əlaqədar stasionar müalicəsi yetərli deyil. İxtisaslaşmiş müayinə və müalicə məsləhət görülür”. Həmin imtina iddiaçı tərəfindən mübahisələndirilməyib. Bundan sonra, Sumqayıt uşaq xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli göndərişi əsasında cavabdeh xx.xx.2021-ci il tarixli müayinənin nəticələrinə əsasən Məmmədova Aişə Elmar qızının üç il müddətinə sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinin tələbinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. Yuxarıda qeyd olunduğu kimi, Məmmədova Aişə Elmar qızının sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsindən xx.xx.2020ci il tarixdə, xx.xx.2020-ci il tarixdə və xx.xx.2021-ci il tarixdə imtina edilmiş, A.Məmmədova əlil (sağlamlıq imkanları məhdud uşaq) hesab edilməmiş, həmin imtinalar iddiaçı tərəfindən qanunla müəyyən edilmiş qaydada və müddətdə mübahisələndirməmiş, həmin inzibati aktların məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmışdır (İPM-in 38.2-ci maddəsi). “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və уa bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Həmin Qanunun 64.2-ci maddəsinə əsasən, inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti quna dığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsi li saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Beləliklə, uşağın sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə qərarın qəbul edilməsindən imtina barədə cavabdəhin inzibati aktları qüvvədə olduğu halda, iddiaçının hazırkı məzrmunda tələbinin təmin edilməsi yuxarıda istinad edilən normaların tələblərinə zidd olmuşdur. Qeyd edilən hallar anaoliji işdə də tətbiq olunmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. İddiaçı münasibətdə ikinci dərəcə əlilliyin təyin edilməsindən imtina edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq qiymətləndirilməsinə baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: xx.xx.2024-ci il tarixdə keçirilmiş məhkəmə iclasında bu barədə lazımi qaydada məlumatlandırılmış iş üzrə tərəflər iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə İddiaçı və cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabiliyasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdehin nümayəndələri X3 və X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişlər. Həmin tarixdə keçirilmiş məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “iddiaçıya əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 61- 80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi” barədədir. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinə mürasibətdə hərəkətsizlik göstərilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə (2022-ci il iyulun 1-dən qüvvəyə minmişdir) təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda 6-cı bənd Sinir sistemi xəstəlikləri - S06 Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi diaqnozu (6.1), G40 Epilepsiya; Qan dövranı sisteminin xəstəlikləri (2-ci bənd) İ10 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər (2.1) əlillik (orqanizmin funksiyalarının pozulmasını) təyin edən diaqnoz kimi nəzərdə tutulmasi”na istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların da qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”(ləğv edilmiş)
1. Ümumi müddəalar 1.1-ci bənd. Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir. 1.2-ci bənd. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur. 1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. 2.2-ci bəndinə əsasən, ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir: 2.2.1. ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09, İ11.0, İ13-İ13.2, İ20-İ25, İ30- İ31.9, İ33); 2.2.2 ağır formalı bədxassəli qan xəstəlikləri (C80-C96.9); 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə (A15-A16.9,J96-J96.9); 2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35- J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8); 2.2.5. ümumi qidalanmanın kəskin nəzərəçarpan dərəcədə zəifləməsi ilə müşahidə olunan, həzm sisteminin tez-tez residiv verən (ildə azı 4 dəfə) ağır xroniki xəstəlikləri (ümumi qidalanmanın zəifləməsi əsasən boy-çəki əmsalına və qan azlığının səviyyəsinə görə müəyyən edilir, həzm traktının müxtəlif səviyyələrində bu göstəricilər müxtəlif cür dəyişdiyindən ümumi qidalanmanın zəifləmə dərəcəsini nozoloji vahiddən asılı olaraq ekspert təyin edir) (K20-K22.1, K25-K29.9, K31.0- K31.9, K50-K55.9, K58-K60.5, K62- K63.9, K65.8, K71-K77.0, K85-K86.9); 2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9); 2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər (E00, E07-E07.9, E10, E12, E15-E16.1, E22.0- E22.1, E23.0-E23.2, E23.7, E24-24.9, E25.8, E26.9, E27.1-E27.9, E32-E32.8, E34- E34.1, E34- E35.8); 2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması (G30-G32.9, G80-G80.9); 2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət olunan baş beynin və sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri (G00-G14, G20,G23-G23.9, G25-G26, G35- G37.8, G45-G46.8, G95-G95.9); 2.2.10. hər iki gözdə görmə itiliyinin korreksiya ilə 0,08 və ondan az olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması (H40-H40.9, H47-H47.5, H52- H53.9); 2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla və ya şəxsiyyətin nəzərəçarpan dərəcədə dəyişilməsi ilə (G40-G41.9); 2.2.12. hər iki aşağı ətraf damarlarının xroniki xəstəlikləri, İİ – İİİ dərəcəli arterial və ya venoz çatışmazlığı ilə - (İ70.2, İ73-İ74, İ74.3, İ80-İ80.3, İ83.0-İ83.9); 2.2.13. İİV-infeksiyasının İİİ və İV (QİÇS) mərhələləri - (B20-B24); 2.2.14. lokalizasiyasından asılı olmayaraq, İİİ - İV mərhələ bədxassəli şişlər- (C00- C97); 2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri İş materiallarında olan xx.xx.2022-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu belə olmuşdur: Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəlləbeyin travmasından (1992) davamlı qalıq əlamətləri. Növbəti dəfə Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş forma 88 arayışına əsasən (M00025496GJN) “Əsas diaqnoz: S09. Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə-beyin travmasından (1992) davamlı qalıq əlamətləri, tez-tez təkrarlanan qıcolma tutmaları ilə; Ağırlaşmaları: G93.8 Baş beynin digər dəqiqləşdirilməmiş zədələnmələri, postravmatik ensefolopatiya, tez-tez təkrarlanan qıcolma tutmalarla koordimetr pozğunluqlarla; G40.2 Kompleks parsial qıcolma tutmaları ilə müşahidə olunan lokalizəolunmuş (lokal) (parsial) simptomatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ilə; yanakı xəstəliklər: İ10 Essensial (birincili) hipertenziya, Hipertoniya xəstəliyi İİ mərhələ; F48.0 Nevrasteniya, kəskin ifadəli asteno-nevrotik vəziyyət. Status localis qrafasına əsasən: bəbəklər D=S fotoreaksiya canlıdır, hər iki tərəfdə göz almalarının hərəkəti bir qədər məhduddur, yaddaşı və yuxusu pozulub, vətər və sümüküstü reflekslər D=S canlıdır. Romberq vəziyyətində göz almalarının və əl barmaqlarının treoru qeyd olunur. Koordimetr sınaqlarını dəqiq yerinə yetirə bilmir. Əsəbidir, emosional həssasdır, tez qıcıqlanır, əhval rühiyyəsi tez-tez dəyişir, sonuncu dəfə stasionarda yatanda (xx.xx.2022-xx.xx.2022) xəstədə 2 dəfə qıcolma tutmaları müşahidə edildi, xəstə daimi karbomezipim 200MQ 1x2 dəfə, femzepin 0.001 1 tab x 1 dəfə qəbul edir. Buna baxmayaraq ayda 7-8 dəfə qıcolma tutmaları baş verir. Xəstə İİ dərəcəli əlilldir, əlillik müddəti xx.xx.2022-ci ildə bitib, aldığı travma hərbi travmadır, Azərbaycan Respublikası Müdafiəsi zamanı almışdır.” Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası “TİBBİ Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 12 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçının EEQ və EKQ diaqnostik müayinələrinin sənədləri təqdim edilmişdir. Bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək X7 stasionar müəyinə və müalicə olunmuşdur. Stasionarda yatış müddətində EEQ və EKQ diaqnostik müayinələrdən keçmişdir. EEQ müayinəsinin nəticəsi: “Baş beyin biolektrik aktivliyin difuz dəyişikliyi. HV zamanı paroksizmal müşahidə edilir. Diensefal strukturların disfunksiyası müşahidə edilir. EKQ müayinəsinin nəticəsi: Sol mədəciyin hipertrofiyası. Təyin edilmiş xəstəliklər kodu Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) uyğun olaraq aşağıdakı kimi təyin edilir: S06, S06.0, G40, İ10, F48.0; Xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı 10-cu baxışa (XBT -10) əsasən: S06 Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi; G40 Epilepsiya;İ10 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər.” Bununla da iddiaçının adına tərtib olunmuş forma 88 göndərişində qeyd olunan xəstəliklər iş materiallarında olan iddiaçının təqdim etdiyi tibbi sənədlər və məhkəmə sorğusuna əsasən verilmiş cavab məktublarının məzmununda öz təsdiqini tapmışdır. Buna görə də birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı xx.xx.2023-cü il tarixli qərardadla cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinə edilməsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, İddiaçı dövlət tibb müəssisəsinin M00025496GJN nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, həm Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə, həm də hazırda qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Həmin məktuba əlavə olunan Dövlət Tibbi-Sosial Ekspertiza və X1-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixli 3-17-4/3-3-19652/2023 qərardan görünür ki, Bakı şəhər sakini xx.xx.1956-cı il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti DTSERA-da xx.xx.2022-ci il tarixli M00025496GJN nömrəli göndəriş əsasında əyani müayinə zamanı qiymətləndirilmiş və Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar verilmişdir. (ESDAS: **********3). Vətəndaş məhkəmə qərarı əsasında 3-17-4/1-41785/2023 nömrəli məktub ilə əyani komissiyaya dəvət olunmuşdur. Vətəndaşın məhkəmə qərarı əsasında əlavə əyani müayinəsinin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 155 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Odlu silah yaralanmasından sonrakı başın sağ gicgah nahiyəsində bir ədəd, başın sağ alın nahiyəsində, alın gabarında bir gədər aşağıda bir ədəd, sağ əlin V barmağının dırnaq falanqasının bayır səthində bir ədəd, sol əlin / barmağının dırnaq falanqasının arxa-içəri səthində bir ədəd, sağ baldırın orta 1/3-nin içəri səthində bir ədəd köhnə çapıq toxumaları" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı xəstə təlaş hissi keçirdikdən sonra, baş verən bayılmalardan şikayət etmişdir. Xəstənin təsvir etdiyi tutmalar epileptik tutmalara xarakterik olmamış, epileptik tutmaları təsdiq edən EEQ müayinəsini təqdim etməmişdir. Medikamentoz preparatlardan Fenazepam, Finlepsin qəbul etdiyini bildirmişdir” kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ümumi xarakterli ağrılar, bayılma halları, başında səs olmasından şikayətlənmişdir. Medikamentoz preparatlardan Fenozepam, Kavinton və s. qəbul etdiyini söyləmişdir. Anamnestik olaraq epitutmaları təsvir edə bilməmiş, xəstəliyi haqqında məlumat verə bilməmişdir. Təqdim edilmiş müayinə və müalicə sənədləri 2016-cı ildən sonrakı dövrə aid olmuşdur. Bu xəstəliyin müalicəsi və kontrol üçün əhəmiyyətli olan təqdim edilmiş EEQ müayinəsi yalnız 2019-cu il tarixli olmuşdur. “Baku Clinic”in xx.xx.2019-cu il tarixli Kompyüterli EEG müayinəsinin nəticəsi “Alın-mərkəz paylarının, medio-bazal hissələrinin, sol yarımkürə ifadəsi ilə paroksizmal meyli müşahidə olunur. Gərginlik müddəti paroksizmaların sol yarımkürədə düdənməsi izlənir. Sakit vəziyyətdə, ensefaloqrammanın şəkilində, yüngül orqanik dəyişikliklər müşahidə olunur. Kəllə daxili təzyigin artması istisna edilmir. Paroksizmalara qarşı terapiya, klinikanı nəzərə alaraq, məsləhətdir. B/b MRT-müayinəsi?” kimi qeyd edilmiş, təqdim edilmiş dalğalarda heç bir epikompleks aşkar edilməmiş, normal dalğalar izlənmişdir. 3 nömrəli Kliniki Xəstəxananın xx.xx.2021-ci il tarixli Baş-beyin KT müayinəsinin nəticəsi “Kortikal sulkus və girusların dərinliyi və genişliyi artmışdır (kortiksubkortikal atrofiya)" kimi qeyd edilmiş, yaşla əlaqədar dəyişikliklər kimi dəyərləndirilmişdir. X8 xx.xx.2023-xx.xx.2023-cü il tarixli Çıxarışında diaqnoz “Keçirilmiş QKBT-nın davamlı qalıq əlamətləri. Postravmatik ensefalopatiya, tez-tez təkrarlanan qıcolma tutmaları ilə. Hipertoniya xəstəliyi, İİ mərhələ. Nevrasteniya, asteno- nevrotik sindromla" kimi qeyd edilmiş, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Verdiyi anamnestik məlumatlarda, instrumental və obyektiv müayinə nəticələrində əlillik təyinatına əsas verən nevroloji, patoloji dəyişikliklər aşkar edilməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq dilmiş “Əlilliyin müəyyən olunması meyariarı”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən iddiaçının əyani müayinəsi keçirilsə də, onda mövcud olan xəstəliklər xüsusi tibbi texniki avadanlıqların köməyi ilə, yəni instrumental müayinə aparılmaqla müəyyən olunmamış, cavabdehin imtina qərarında yalnız iddiaçının təqdim etdiyi müvafiq tibb müəssisələri tərəfindən verilmiş tibbi sənədlərin məzmunu ifadə olunmuş, sənədlərin 2016-cı ildən sonraya 2019-cu ilə aid olduğu göstərilmiş, daha sonrakı tarixə iddiaçının heç bir tibbi sənəd təqdim etmədiyi göstərilmişdir. Halbuki həmin sadalanan sənədləri elə məhz iddiaçı özü cavabdeh quruma təqdim etmişdir. Nəzərə alınmalıdır ki, məhkəmə qərardadının icrası ilə bağlı iddiaçının əyani müayinəsi üçün hər hansı tibbi texniki avadanlıqlardan istifadə edilməsi, onun instrumental müayinəsinin aparılması cavabdeh qurum tərəfindən təmin olunmalı idi. Belə bir müayinə aparılmadığı halda yalnız iddiaçının təqdim etdiyi əvvəlki tarixlərə təsadüf edən tibbi sənədlər əsasında əlillik təyin olunması üçün əsasların mövcud olmadığını bildirən cavabdeh qurum ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli göndərişdən (i.v. 47-49) görünür ki, iddiaçının “Əsas diaqnozu: S06.Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə-beyin travmasından (1992) davamlı qalıq əlamətləri. Yanaşı xəstəlikləri: G90.8 Vegetativ sinir sisteminin digər pozğunluqları, hipertonik tipli VDD sindromu. Ağırlaşma: G40.4. Generalizə olunmuş epilepsiyanın və epileptik sindromların digər növləri, generalizə olunmuş toniko-kloniki qıcolma tutmaları (ayda 8-9 dəfə). F06.6. Üzvi mənşəli emosional labil (astenik) pozuntu, kəskin asteno-nevrotik sindrom. G93.4. Dəqiqləşdirilməmiş ensefalopatiya, Postravmatik ensefalopatiya, generalizə olunmuş toniko-kloniki qıcolma tutmaları ayda 8-9 dəfə.” olmuşdur. Həmin diaqnozlar iddiaçı barəsində sonrakı tarixlərdə tərtib olunmuş göndərişlərdə də və iddiaçı ilə bağlı Azərbaycan Respublikası “TİBBİ Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 12 nömrəli Şəhər Poliklinikası tərəfindən təqdim olunmuş tibbi sənədlərdə də öz əksini tapmışdır. Məhkəmə kollegiyası həmçinin onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya “Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə-beyin travmasından (1992) davamlı qalıq əlamətləri.” əsas diaqnozuna görə cavabdeh qurum tərəfindən bundan öncə də bir neçə dəfə ikinci dərəcə əlillik təyin edilmişdir. Sonuncu dəfə həmin əlilliyin təkrar təyin olunmasından imtina edən cavabdeh quruma məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının müayinə olunması ilə onun diaqnozunun müəyyən olunması və müraciəti ilə bağlı müvafiq inzibati aktın qəbul edilməsi üçün müddət təyin edilsə də, yuxarıda da göstərildiyi kimi, cavabdeh qurum tərəfindən iddiaçı əyani müayinəyə dəvət olunarkən onun adına verilmiş göndərişlərdəki əsas diaqnoz xəstəliyinin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq instrumental həkim müayinələri aparılmamış, tibbi texniki avadanlıqların köməyilə baxışdan keçirilməsi ilə bağlı müvafiq sənədlər tərtib olunmamışdır. Bununla da cavabdeh qurum tərəfindən iddiaçıya tələb etdiyi əlilliyin təyin olunmasından müvafiq araşdırmalar aparılmadan formal imtina olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, forma 88 göndərişində əks olunan xəstəlik diaqnozunun iddiaçıda olması həm sonuncu dəfə verilmiş göndərişdə, həm də iddiaçıya aid tibbi sənədlərdə, məhkəmə sorğusuna cavab məktublarında öz əksini tapdığı üçün iddiaçıya onun tələb etdiyi əlilliyin təkrar verilməsi öhdəliyi cavabdeh qurumun üzərinə qoyulmalıdır. Bu barədə nəticəyə gələn məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının “Başın digər və dəqiqləşdirilməmiş travmaları, keçirilmiş kəllə-beyin travmasından (1992) davamlı qalıq əlamətləri.” əsas dioqnozu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 nömrəli 2022-ci il 13 may tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 20 iyul 2023-cü il tarixədək qüvvədə olan redaksiyasında (nəzərə alınmalıdır ki, iddiaçının xx.xx.2022-ci il tarixli göndərişi göndərildiyi və buna xx.xx.2022ci il tarixdə imtina verildiyi zaman həmin redaksiya qüvvədə olmuşdur) “6.1. Kəllə-beyin travması və baş beynin zədələnməsinin nəticələri: baş beynin silkələnməsi, əzilməsi S06-T90”; “TİBBİ Ərazi Bölmələri İdarəetmə Birliyi” X12 “Bakı Baş Səhiyyə Mərkəzi” X11 12 nömrəli Şəhər Poliklinikası tərəfindən iddiaçının EEQ və EKQ diaqnostik müayinələrinin sənədlərinə əsasən müəyyən edilmiş “G40 Epilepsiya ; 10 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” isə Meyarların “G40 Epilepsiya; Qan dövranı sisteminin xəstəlikləri 2.1 Qan təzyiqinin yüksək olması ilə səciyyələnən xəstəliklər” sırasında öz əksini tapmışdır. Həmin xəstəliklərə görə orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlillik təyin olunması nəzərdə tutulmuşdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaçıya qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə əlillik təyin olunması vəzifəsinin cavabdeh qurumun üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Kollegiya onu da qeyd edir ki, cavabdeh əvvəlki mövqeyindən fərqli olaraq təkrar əlilliyin təyini zamanı diaqnozun əlilliyə əsas verməməsi halına istinad etsə də, o, əvvəlki davranışından fərqli qaydada hərəkət etməsinin hüquqi və faktiki əsaslarını göstərə bilməmiş, iddiaçıya münasibətdə eyni halla bağlı fərqli yanaşma sərgiləmiş, imtinasını əsaslandırmamış, bununla da əsassız olaraq iddiaçının konstitusion hüququ olan sosial təminat hüququnu pozmuşdur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Bu baxımdan inzibati orqanlar mövcud inzibati praktikaya bağlıdırlar və həmin praktikaya uyğun davranmağa borcludurlar. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. Eyni zamanda oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-144/2023 saylı xx.xx.2023-cü il tarixli qərarında hüquqi mövqeyi belə əsaslandırılmışdır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı birinci instansiya məhkəməsində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək “ona əlilliyin təyin edilməsindən imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsini və qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 61- 80 faiz pozuntusuna görə əlilliyin təyin edilməsi”ni xahiş etmişdir. Məhkəmənin 13 aprel 2023-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi icraata qəbul olunmuşdur. Lakin iş üzrə yekun məhkəmə aktı qəbul edilərkən iddiaçının yalnız ikinci tələbi, yəni “iddiaçının qiymətləndirildiyi xx.xx.2022-ci il tarixdən orqanizmin funksiyasının 61- 80 faiz pozuntusuna görə ona əlilliyin təyin edilməsi” tələbi təmin olunmuşdur. Belə ki, iş üzrə müəyyən olunur ki, iddiaçıya əlilliyin təyin olunmasından imtina qərarı xx.xx.2022-ci il tarixdə qəbul edilsə də, iddiaçının hüquqi marağı əslində həmin qərarın etibarsızlığına deyil, onun qanunsuz hesab edilərək ona müvafiq əlilliyin təkrar təyin olunmasına yönəlmişdir ki, tələb etdiyi əlillik də orqanizmin funksiyasının 61-80 faiz pozuntusuna görə təyin edilmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının nəticəvi hissəsində əlavə olaraq cavabdeh qurumun iddiaçıya əlillik təyin etməkdən imtina etməsi barədə qərarın ləğv və ya etibarsız hesab olunmasının göstərilməməsi ciddi prosessual pozuntu kimi qiymətləndirilmir və bu səbəbdən də həmin hal birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsas yaratmır. Bu nəticəyə gələn məhkəmə kollegiyası həm də nəzərə alır ki, iş üzrə birinci instansiya məhkəməsinin qərarı yalnız cavabdeh qurum tərəfindən mübahisələndirilmişdir, iddiaçı həmin məhkəmə qərarından (ona əlilliyin təyin olunmasından imtina edilməsi barədə qərarın etibarsız hesab edilməsi ilə bağlı tələbinə münasibətin bildirilməməsindən) şikayət verməmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin 2-1(112)-6488/2023 saylı 06 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6488/2023 saylı 06 iyun 2023-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov