Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2620/2022 19.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçılar İddiaçı1 və İddiaçı2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) Cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı “3-cü şəxs Azər Meydanovun mənzildən qeydiyyatdan çıxarılması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, X10-Yusiflinin katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (atası) X3 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 (qanuni nümayəndəsi Qanuni nümayəndə) cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı “X8 mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2198/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarından 3-cü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrinin ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışına əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 60.63 kv.m. olan mənzil X4 adına qeydiyyatdan keçmişdir. AZ-İİ seriyalı 150296 saylı xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnaməyə əsasən X17 öğlu xx.xx.2020-ci ildə ölmüşdür. 259342 və 486798 saylı doğum haqqında şəhadətnamələrə müvafiq olaraq İddiaçı1 xx.xx.2008-ci ildə, İddiaçı2 xx.xx.2010-cu ildə doğulmuş və onların valideynləri X11 və X5r. Qanun üzrə vərəsəlik hüququ haqqında V-7\2021 saylı xx.xx.2021-ci il şəhadətnaməyə əsasən xx.xx.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri: Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Abşeron meyve tingliyi ünvanında qeydiyyatda olan qızı İddiaçı1, İddiaçı2 və onların hər biri miras əmlakdan ½ irs almalıdır. Miras əmlak ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə X7 verilmiş **********36-05101-093030 reyest nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi, ev 29, mənzil 6 ünvanında yerləşən ümumi sahəsi 60.63 kv/m olan mənzildən ibarətdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 59.80 kv.m. olan mənzil xüsusi mülkiyyət kimi ½ hissə payı İddiaçı1 və ½ hissə payı İddiaçı2 adına qeydiyyatdan keçmişdir. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2010-cu il təvəllüdlü İddiaçı2, xx.xx.2008-ci il təvəllüdlü İddiaçı1 və xx.xx.1988-ci il təvəllüdlü X14 ünvan 3 ünvanında qeydiyyatdadırlar. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü X14 (mərhumun bacısı oğlu) xx.xx.2018-ci il tarixdən ünvan 3 ünvanında qeydiyyatdadır. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə iddiaçılara məxsus mənzildən X8 qeydiyyatdan çıxarılması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina olunmuşdur. Belə ki, cavabdeh Sabunçu rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 073-28936Q saylı xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, X8 qeydiyyatdan çıxarılması onların səlahiyyətləri daxilində deyildir. Qeyd olunan faktla əlaqədar məhkəməyə müraciət edilməsi məqsədəmüvafiqdir. Qeyd olunan imtina məktubundan narazı qalan iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “X8 ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, sözügedən mənzil mülkiyyət hüququ əsasında iddiaçıların mərhum atasına məxsus olmuş, sonradan iddiaçıların atası vəfat etdiyi üçün mənzil vərəsəlik qaydasında iki azyaşlı qızın, yəni iddiaçıların adına keçmiş, sonuncuların adına mülkiyyət haqqında sənəd verilmişdir. Sonradan iddiaçılara (qanuni nümayəndəyə) məlum olmuşdur ki, sözügedən mənzildə ailə üzvləri olmayan və həmin mənzildə heç vaxt yaşamayan kənar şəxs, yəni Azər Meydanov pasport qeydiyyatındadır. Bundan sonra iddiaçıların qanuni nümayəndəsi həmin şəxsin iddiaçılara məxsus mənzildən pasport qeydiyyatından çıxarılması ilə bağlı Polis İdarəsinə müraciət etmiş, lakin tələbi təmin olunmamışdır. Hesab edir ki, cavabdehin imtinası əsassız olmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2198/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, X8 iddiaçılar İddiaçı1 və İddiaçı2 məxsus ünvan 3 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan 3-cü şəxs X14 tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, onlar düzgün tətbiq edilməmişdir. Onun qeydiyyyatda olduğu evdə yaşamaması tam yalandır. Məhkəmənin bu nəticəni hansı fakta əsaslanaraq yazdığı məlum deyildir. O, həmin mənzildə yaşamış və yaşayır. Məhkəmə səhv nəticəyə gəlmişdir. Onun mənzilə rəsmi qeydiyyat tarixi X1 olmuşdur. O, həmin mənzilə nənəsinin və dayısı X1 köçərək yaşamışdır. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı cavabdeh və 3-cü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş məktubun məzmunundan görünür ki, işə onların nümayəndəsinin iştirakı olmadan baxılması xahiş edilmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı hazırki işə cavabdehin nümayəndəsinin və 3-cü şəxsin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Sabunçu rayon Polis İdarəsinin nümayəndəsinin və 3-cü şəxs X8 iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə nümayəndəsi (atası) X9 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Azər Meydanov hazırki iş üzrə zəruri cəlbedilmiş 3-cü şəxs qismində tanınmışdır. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda iddiaçılar İddiaçı1 və İddiaçı2 qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Sabunçu rayon Polis İdarəsinə qarşı tələbi “X8 ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması” barədədir. Qeyd olunan tələblə iddiaçıların adından qanuni nümayəndə cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçılar hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onların iddiası məhkəmə tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə mübahisəli mənzilin iddiaçıların mülkiyyətində olmasına, mülkiyyətçilərin onlara məxsus mənzildə qeydiyyatda olan, lakin faktiki olaraq həmin mənzildə yaşamayan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasını tələb etmək hüququna malik olmalarına, mübahisəli mənzildə qeydiyyatda olan üçüncü şəxsin həmin mənzildə yaşamadığına, eləcə də onun həmin mənzildə istifadə hüququnun hazırda mövcudluğuna dair cavabdeh tərəfindən hər hansı sübutun məhkəmə icraatına təqdim edilməməsinə, həmin şəxsin iddiaçıya məxsus mənzildən qeydiyyatdan çıxarılmaması qanuna zidd və mülkiyyətçi kimi iddiaçıların hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməsinə istinad edərək iddianın təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsindən daxil olmuş **********07 saylı xx.xx.2021-ci il tarixli məktubda bildirilmişdir ki, ünvan 3 ünvanının ½ hissəsi İddiaçı2, digər ½ hissəsi isə İddiaçı1 adlarına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. ünvan 3 ünvanı üzərində istifadə hüququnun dövlət reyestrində qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin 2(008)-1071/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən müəyyən olundu ki, iddiaçı Qanuni nümayəndə cavabdeh X12 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması” tələbinə dair iddiası təmin edilmişdir. Həmin qətnamə icraya yönəldilmiş və Bakı şəhəri Sabunçu rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə adı çəkilən qətnamə tam şəkildə icra olunduğu üçün icra icraatına xitam verilmişdir. Hazırda iddiaçılar göstərir ki, X2 mənzildə yaşamır. Belə olan halda iddiaçılar onlarla birgə yaşamayan üçüncü şəxsin onlara məxsus mənzildən qeydiyyatdan çıxarılmasını tələb etməkdə haqlı olmuşlar, cavabdeh Sabunçu rayon Polis İdarəsinin isə həmin şəxsin qeydiyyatdan çıxarılmasından imtinası iddiaçıların hüquqlarının pozulmasına səbəb olmuşdur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu madddəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun müddəalarının təhlilindən göründüyü kimi, qanun hazırki iş üzrə faktiki hallar əsasında üçüncü şəxsin iddiaçının evindən qeydiyyatdan çıxarılmasını tənzimləmir. Qanunda eyni zamanda bu vəziyyətdə qeydiyyatdan çıxarılmanı qadağan edən norma da yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «“Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarında məhz bu məsələləri araşdırmış və qərara almışdır ki:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.
2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.
3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin bu qərarının hazırki işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, əvvəla hazırki işdə iddiaçılar mübahisəli mənzilin mülkiyyətçiləridirlər və bununla yanaşı, üçüncü şəxsin iddiaçılara məxsus mübahisəli mənzildə iddiaçıların (və yaxud da əvvəlki mülkiyyətçi olan mərhum atalarının) razılıq ərizəsi əsasında qeydiyyata alınması müəyyən olunmur. Buna görə də məhkəmə hazırki iddianın həllində Konstitusiya Məhkəməsinin qərarının 3-cü bəndindən hərəkət etməlidir. Konstitusiya Məhkəməsi eyni zamanda bununla bağlı da hüquqi mövqeyini bildirərək göstərmişdir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması hallarında qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Bu, o deməkdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanuna əsasən üçüncü şəxsin mübahisəli evdə qeydiyyatı üçün zəruri olan şərt (daimi və ya daha çox həmin evdə yaşaması) mövcud deyildir. Şəxsin bir ünvanda qeydiyyatda olub başqa yerdə faktiki olaraq yaşaması, qanunun yuxarıda göstərilən məqsədlərinin həyata keçirilməsini nəinki təmin etmir, əksinə mümkünsüz edir. Qeydiyyat haqqında qanunun məqsədləri və müəyyən etdiyi şərtlər baxımından üçüncü şəxsin iddiaçıların mənzilində qeydiyyatda qalması üçün qanuni əsaslar yoxdur. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümumi və xüsusi məhdudiyyətlərinin hüdudları (hədləri) müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi və 71-ci maddəsinin İİ hissəsi, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). 43. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunan mülkiyyət hüququ üzrə oxşar hüquqi mövqelər ifadə etmişdir. Belə ki, Məhkəmənin presedent hüququna əsasən, 1 saylı Protokolun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır... Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır... 1 saylı Protokolun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur... Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir... Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır. (Broniovski Polşaya qarşı iş üzrə Böyük 9 palatanın 22 iyun 2004-cü il tarixli Qərarı, §147- 148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük palatanın 29 mart 2006-cı il tarixli Qərarı, § 93). 45. Baxılan iş üzrə üçüncü şəxsin iddiaçının evində qeydiyyatda qalmasını şərtləndirən cəmiyyətin üstün maraqları mövcud deyil. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə həmin dəlillər birinci instansiya məhkəməsinin qanuni və əsaslı olan qərarının ləğv edilməsi üçün əsas yaratmır. Nəzərə alınmaladır ki, apelyantın artıq sözügedən mənzildən istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması barədə mövcud qətnamə olmuş və həmin qətnamə də artıq icra olunduğu üçün həmin mülki iş üzrə icra icraatına xitam verilmişdir ki, bu faktın özü də hazırki qərarın yuxarıda göstərilən əsaslandırıcı hissəsində qeyd olunanlarla bağlı onun mübahisəli mənzildən qeydiyyatdan çıxarılması üçün birbaşa əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, 3-cü şəxs X14 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2198/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
3-cü şəxs X14 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2198/2022 saylı 06 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə