Məhkəmə qərarları › İş №2-1(103)-2621/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2621/2022

28.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2621/2022 28.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltan Həmid oğlunun sədrliyi ilə (məruzəçi), Bəktaşi Səadət İnayət qızı və Aida Hüseyn Əli qızından ibarət tərkibdə, Aslanova Gülnar Faiq qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq, m ü ə y y ən e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “iddiaçıya şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında Şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardadla razılaşmayan iddiaçı ondan apellyasiya şikayəti vermişdir. Məhkəmə iclasında iştirk edən iddiaçı şikayətin təmin eilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan cavavbdehin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə birlikdə yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı, iş iddianın mümkünlüyü məsələsinə baxılması üçün Bakı İnzibati Məhkəməsinə qaytarılmalıdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı onun şəxsiyyətini təsdiq edən sənədi (pasport və ya şəxsiyyət vəsiqəsini) təqdim edə bilmir. Belə ki, belə bir sənəd onda mövcud deyil. Belə olan halda məhkəmə iddianın mümkünlük şərtlərini yoxlayaraq müəyyən etmişdir ki, Cavabdeh tərəfindən iddiaçının hər hansı bir subyektiv hüquqlarının pozulması iddia ərizəsində göstərilməmiş və əsaslandırılmamışdır .Bu səbəbdən də iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərt mövcud olmadığından, iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən, iddiaçının Cavabdehnə qarşı iddiaçıya şəxsiyyət vəsiqəsi olmadan təkrar doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia mümkün sayılmamalıdır. Məhkəmə araşdırması nəticəsiində müəyyən edilmişdir ki, iddiaçı 11 fevral 1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Valideynləri doğum qeydini Bakı şəhəri Cavabdehndə qeydə aldıraraq bu barədə doğum haqqında şəhadətnamə almışlar. Sonradan valideynləri Bakı şəhəri, ünvan 1 ünvana qeydiyyata düşmüşlər. İddiaçı həmin ünvanda 15 avqust 1974-cü ildən 27 mart 1999-cu il tarixədək qeydiyyatda olmuşdur. Qeydiyyatdan çıxdıqdan sonra iddiaçı heç bir ünvana qeydiyyata düşməmiş və şəxsiyyət vəsiqəsi almamışdır. Doğum haqqında şəhadətnaməni və köhnə SSRİ pasportunu naməlum şəraitdə itirmişdir. Hal-hazırda şəxsiyyət vəsiqəsi almaq üçün iddiaçıdan doğum haqqında şəhadətnamə tələb olunduğu üçün Bakı şəhər Cavabdehnə müraciət etmişdir. Lakin həmin qeydiyyat şöbəsi 19 yanvar 2022-ci il tarixli məktubu ilə şəxsiyyətini təsdiq edən sənəd olmadığına görə təkrar doğum haqqında şəhadətnamənin verilməsi imkan xaricində olduğunu və məhkəməyə müraciət edilməsini tövsiyyə olunmuşdur. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, iş materiallarında iddiaçının doğum aktı öz əksini tapır. Həmin sənəddə ilkin olaraq verilmiş doğum haqqında şəhadətnamənin seriya və nömərsi qeyd olunmuşdur. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, iddiaçıya bu sənəd əsasında doğum haqqında şəhadətnamə verilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinin ll hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6175/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ləğv olunsun. İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsinə dair iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar