Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2621/2023 13.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 55 yaşdan, yəni xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Orxan Həsənov) e-2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 55 yaşdan, yəni xx.xx.2022ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi və pensiya hüququnun yarandığı həmin tarixdən ödənilməyən pensiya məbləğinin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. İnzibati orqan tərəfindən ərizəçinin müraciətinə baxılaraq imtina məktubu ilə qanunvericiliklə tələb olunan güzəştli iş stajının olmadığı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. İddiaçının güzəştli şərtlərlə pensiya hüququ xx.xx.2022-ci il tarixində yarandığı üçün ona həmin vaxt mövcud olan “Əmək pensiyları haqqında” Qanunun 9.1-ci maddəsi ilə imtina verilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin xx.xx.2022-ci il tarixədək olan redaksiyasının məzmunundan göründüyü kimi İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün Qanunda göstərilmiş aşağıdakı şərtlər ödənilməlidir: 1. 20 il ümumi iş stajının və 10 il güzəştli stajının olması; 2. fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı olması. Lakin İddiaçı münasibətdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsində müəyyən edilmiş şərtlər ödənilmir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsinə aid deyil. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi işlərinə baxılarkən məhkəmə tərəfindən iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu müəyyənləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirmə, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubunda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğun olmalıdır. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Göstərilənlərə əsasən qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı məxsus AZE seriyalı 02186069 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1967ci il tarixdə doğulmuşdur, 55 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur. İş materiallarında olan Xətai rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1992-ci ildə verilmiş İ-JQ seriyalı 268625 nömrəli Familiyanın, adın, ata adının dəyişilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X7 adını «Mətanət» adına dəyişmişdir. İş materiallarında olan iddiaçıya məxsus MT-İ seriyalı 296690 nömrəli diplomun surətindən görünür ki, Ağayeva Məxrufa (Mətanət) Gülbudaq qızı 1986-cı ildə Bakı Baza Energetika Texnikumuna daxil olmuş və 1989-cu ildə tam kursu bitirmişdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nın Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı bölməsinin (24) fəhlələr bəndində (a) qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.1989-xx.xx.2009-cu il tarixləri arasındakı dövr ərzində "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyi vəzifə yuxarıda qeyd olunan qaz-turbin qurğularının qazan maşinistləri vəzifəsinə aid deyil. Bu səbəbdən onun güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* nömrəli əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı xx.xx.1984-cü ildə Bakı Radio Zavodu Montajçı şagirdi qismində 6 saylı yığım sexinə qəbul edilib, xx.xx.1985-ci ildə 1-ci dərəcəli r/a montajçısı dərəcəsi verilib, xx.xx.1985-ci ildə 2-ci dərəcəli r/a montajçısı dərəcəsi verilib, xx.xx.1986-cı ildə işdən azad edilib, 1986-1989-cu illərdə BİT təhsil almışdır, xx.xx.1989-cu ildə İstilik şəbəkələrinin və suqızdırıcı qazanxanalarının İdarəsinə RTŞ - 6 KST aparatının şagirdi qismində qəbul edilib, xx.xx.1989-cu ildə RTŞ - 6 KST aparatına keçirilib, xx.xx.1990-cı ildə RİŞ - 6 qazanlarının maşinisti şagirdi keçirilib, xx.xx.1990-cı ildə RİŞ - 6 qazanlarının maşinisti keçirilib, xx.xx.1997-ci ildə 6 saylı RİŞ-də qazanxana maşinisti kimi sərbəst işə buraxılıb, xx.xx.2009-cu ildə işdən azad edilib, xx.xx.2012-ci ildə "xxxx" 6 saylı istilik sistemləri istismar sahəsi RİQ-6-ya əsas işçinin xəstə olduğu müddətli olaraq 6-cı dərəcəli böyük əməliyyatçı peşəsinə qəbul edilib, xx.xx.2012-ci ildə 6 saylı istilik sistemləri istismar sahəsi RİQ-6-ya müddətsiz olaraq 6-cı dərəcəli böyük əməliyyatçı keçirilib. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı (Maxrufa) Gülbudaq qızı "xxxx" Səhmdar Cəmiyyəti, İstilik Şəbəkəsi və X9 Müəssisəsi, 6 saylı Rayon İstilik Qazanxanasına əmək müqaviləsinə əsasən xx.xx.1989cu il tarixli 40/k saylı əmr ilə xx.xx.1989-cu il tarixindən öyrənmək məqsədi ilə aparatçı peşəsinə qəbul edilmişdir. İstilik Şəbəkəsi və X9 Müəssisəsinin xx.xx.1989-cu il tarixli 59/k saylı əmri ilə xx.xx.1989-cu il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasında aparatçı peşəsi üzrə sərbəst işə buraxılmışdır. İstilik Şəbəkəsi və X9 Müəssisəsinin xx.xx.1990-ci il tarixli 68/k saylı əmri ilə xx.xx.1990-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasına öyrənmək məqsədi ilə qazan maşinisti peşəsinə keçirilmişdir. İstilik Şəbəkəsi və X9 Müəssisəsinin xx.xx.1990-cı il tarixli 70/k saylı əmri ilə xx.xx.1990-cı il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasına qazan maşinisti peşəsinə sərbəst işə buraxılmışdır. İstilik Şəbəkəsi və X9 Müəssisəsinin xx.xx.1997-ci il tarixli 17/ş saylı əmri ilə xx.xx.1997-ci il tarixindən əmək müqaviləsinə əsasən 6 saylı Rayon İstilik Qazanxanasına qazanxana maşinisti peşəsinə sərbəst işə buraxılmışdır. "xxxx"ASC-nin xx.xx.2009-cu il tarixli 06/853 saylı əmri ilə xx.xx.2009-cu il tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) işdən azad edilmişdir. 1. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı fərmanına əsasən "xxxx" Səhmdar Cəmiyyətinin İstilik Şəbəkələri və X9 Müəssisəsi Bakı şəhər İcra Hakimiyyətinin tabeçiliyinə verilmişdir. 2. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 941 saylı sərəncamına əsasən İstilik Şəbəkələri və X9 Müəssisəsi daxil olmaqla Bakı şəhər X6 Birliyi yaradılmışdır. 3. Bakı X6 Birliyinin 02 aprel 2001-ci il tarixli 14/H saylı əmrinə əsasən İstilik Şəbəkələri və X9 Müəssisəsinin adı dəyişdirilərək 2 saylı İstilik İdarəsi adlandırılmışdır. 4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 456 saylı sərəncamına əsasən Bakı şəhər X6 Birliyi ləğv edilmiş və Birliyin tərkibində fəaliyyət göstərən 1 və 2 saylı İstilik idarələri müstəqil hüquqi şəxs qismində öz fəaliyyətlərini davam etdirmişdir. 5. Bakı şəhəri İcra Hakimiyyətinin Başçısının xx.xx.2004cü il tarixli 285 saylı sərəncamı ilə 1 və 2 saylı İstilik İdarələrinin bazasında Bakı Şəhəri İstilik İdarəsi yaradılmışdır. 6. Azərbaycan Respublikası Prezidentinin 847 saylı xx.xx.2005-ci il tarixli sərəncamına əsasən Bakı şəhər İstilik İdarəsi ləğv edilərək, "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. İddiaçı (Maxrufa) Gülbudaq qızının çalışdığı qazanxana maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007 ci il tarixli 12 saylı qərarına əsasən zərərli sahə hesab edilir. 24. a) qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər 19 il 5 ay 4 gün, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası üçün iş stajı 19 il 5 ay 4 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (xx.xx.2022-ci ilədək olan redaksiyası). Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir (xx.xx.2022-ci ilədək olan redaksiyası). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ümumi iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İddiaçı xx.xx.1967-ci il tarixdə doğulmuşdur, 55 yaşı xx.xx.2022-ci ildə tamam olmuşdur, həmin tarixdən də ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etsə də, güzəştli iş stajının olmadığı qeyd edilməklə müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı təhsil müddəti də daxil olmaqla 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək 25 ildən artıq ümumi sığorta stajına malikdir (xx.xx.1984-xx.xx.1986, xx.xx.1989-xx.xx.2009, xx.xx.2012-xx.xx.2022-ci illər iş stajı və 1986-1989-cu illər təhsil aldığı dövr). Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı xx.xx.1990-cı ildən xx.xx.2009-cu ilədək (19 il 05 ay 04 gün) "xxxx" ASC-nin İstilik Şəbəkəsi və X1 maşinisti vəzifəsində işləmişdir. İddiaçının işlədiyi peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmuşdur: Bölmə 24. Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, işəgötürən tərəfindən verilən arayışda da iddiaçının işlədiyi sahə və vəzifənin həmin sahə və vəzifəyə aid olduğu təsdiq edilmişdir. Belə ki, “Azəristiliktəchizat" ASC tərəfindən məhkəmə sorğusuna əsasən Bakı Apellyasiya Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilir: Sizin “Azəristiliktəchizat" ASC-yə ünvanladığınız 03 noyabr 2023-cü il tarixli 2-1(103)-2621/2023 nömrəli müraciətinizə baxılmışdır. İcraatınızda olan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2- 1(103)- 2621/2023 nömrəli inzibati işlə bağlı nəzərinizə çatdırırıq ki, İddiaçı xx.xx.1990-xx.xx.2009cu illərdə 6 saylı Rayon istilik Qazanxanasında əmək müqaviləsinə əsasən çalışdığı qazanxana maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 24.(a) yarımbəndinə (qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər) əsasən zərərli sahə hesab edilmişdir. Qazanxana maşinisti peşəsinin vəzifə təlimatına aşağıdakılar aiddir; Qazanxana avadanlıqlarının etibarlı, fasiləsiz, iqtisadi cəhətdən səmərəli və normal iş rejimində işləməsini təmin etmək; Avadanlıqların saz vəziyyətdə saxlamasını təmin etmək: Texniki istehsalat Qaydaları (TİQ). X4 (TTQ) və X3 riayət etmək; Qazanxanada avadanlıqların iş rejimində pozuntular və avadanlıqda nasazlıq yaranarsa onun aradan qaldırılması üçün tədbir görmək və eyni zamanda qazanxana və İSİS rəisinə və dispetçerə məlumat vermək; Qazanxana avadanlığının işəsalma dayandırma, müəyyən edilmiş təzyiq altında sınaqdan keçirmə əməliyyatlarını yerinə yetirmək; Nəzarət ölçü cihazlarının, avtomatika tənzimləyicilərinin və siqnalizasiya sistemlərinin işinə nəzarət etmək; Qəza vəziyyətini aradan qaldırmaq; Qazanxana avadanlığının təmirə çıxarılması üçün tədbirlər hazırlamaq və yerinə yetirmək; iş yerinə verilmiş qrafiklə növbəyə çıxmaq, növbəni müstəsna hallarda ancaq qazanxana və ya İSİS rəisinin icazəsi ilə dəyişmək; Növbənin başlamasına 20-30 dəqiqə qalmış iş yerinə gəlmək, əvvəlk növbələrdə olan dəyişikliklərlə və operativ jurnaldakı qeydlərlə tanış olmaq; Növbəni təhvil verən maşinistdən keçmiş növbədə olan bütün dəyişikliklər barədə məlumat almaq; Növbənin qəbulu barədə operativ jurnalda qeyd aparmaqla rəsmiləşdirmək; Növbənin təhvil verilməsi və qəbul edilməsini tələb olunan qaydada rəsmiləşdirməmiş iş yerini tərk etməmək; Qəza ləğvi, məsuliyyətli əməliyyatlar aparılan zaman və avadanlıqlarda nasazlıq olan hallarda növbəni təhvil-qəbul etməmək; Bu və digər səbəbdən işə gəlməli olan maşinist işə gəlmədiyi halda işdə olan maşinist növbəni davam etdirməli və bu barədə qazanxana və İSİS rəisinə, lazım olarsa dispetçerə məlumat vermək; Növbə ərzində aparılan əməliyyatların vaxtını göstərməklə elektrik enerjisi, qaz və su sayğaclarının göstəricilərinin operativ jurnalda qeydiyyatını aparmaq; Növbə ərzində verilən qrafikə uyğun təzyiq və temperatur rejimini saxlamaq, xam su, yanacaq və elektrik enerjisinin sərfinə qənaət etmək; Növbə ərzində bütün qazanxananın avadanlıqlarına baxış keçirmək və yaranan nasazlıqları aradan qaldırmaq və məlumat vermək; Ən azı 15 (on beş) gündən bir ehtiyyatda olan avadanlığın işə qoşub, işdə olanların ehtiyyata saxlanılmasını təmin etmək; Qazanxananın təmiz saxlanılmasını və yanğına qarşı vasitələrin qaydada olmasını təmin etmək; Qazanxana rəisi və ya ustası ilə birlikdə qazanlarda partlayış klapanlarının işlək vəziyyətdə olmasına əmin olmaq; Qazanxananın tüstü borularından çıxan tüstü qazlarının rənginin şəffaf olmasını təmin etmək; Xüsusilə su yumşaldıcı qurğu və süzgəclərin işinə nəzarət etmək və işləmədiyi halda məsul şəxslərə məlumat vermək və tədbir görülmədiyi halda dispetçer xidmətini məlumatlandırmalı; Kimyəvi yumşaltma qurğusunun işləmədiyi barədə vaxtında məlumat verilməzsə dəymiş ziyana görə məsuliyyət daşıyır. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışında da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahıda göstərilən sahə və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. İddiaçının 55 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixədək cəmi 19 il 05 ay 04 gün güzəştli şərtlərlə əmək pensiyası hüququ verən iş stajı vardır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı 55 yaşının tamam olduğu xx.xx.2022-ci ilədək 20 ildən artıq ümumi iş stajına, o cümlədən 10 artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş stajına malik olduğundan iddiaçının həmin tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Qeyd olunan Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2186/2023 nömrəli 13 fevral 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2621/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2621/2023
13.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver