Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2623/2021 06.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X10, Cavabdehin nümayəndəsi X13 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə (üçüncü şəxslər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi) qarşı yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınma tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5747/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Qazax rayonunun Qızıl Hacılı kənd sakini olmuş, məcburi köçkün, 17.09.1990-cı il təvəllüdlü iddiaçının mərhum əri, şəhid X14 12.12.2016-cı il tarixdən 28.09.2020-ci il tarixə kimi Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi döyüş bölgələrində yerləşən bir neçə hərbi hissələrdə kəşfiyyatçı kimi xidmət etmişdir. 27.09.2020-ci il tarixdən başlayan İİ Qarabağ Müharibəsinin ilk günlərindən mərhum əri Daşkəsən-Murov-Kəlbəcər istiqamətlərində gedən döyüş əməliyyatlarında fəal iştirak edərək, 28.09.2020-ci il tarixdə Kəlbəcərin azadlığı uğrunda gedən qızğın döyüşlərdə son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuşdur. Mərhum əri T.E.Məmmədov nümunəvi xidmətlərinə görə 2018-ci ildə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə, 15 dekabr 2020-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azadlığı uğrunda" və "İİ Qarabağ Müharibəsi iştirakçısı" medalları ilə təltif olunmuşdur. Hal-hazırda iddiaçı Azərbaycan Respublikası Dövlət İqtisad Universitetinin "Dövlət və bələdiyyə idarəedilməsi" ixtisası üzrə ödənişli əsaslarla İİ kurs tələbəsidir. Ailə vəziyyətləri ilə əlaqədar məcburi köçkün olduqlarından və şəxsi mənzilləri olmadığı ucbatından, o cümlədən tələbə olduğu üçün məcburiyyət qarşısında qalaraq 2019-cu ildən Bakı şəhərində yuxarıda qeyd etdiyi ünvanda kirayə müqaviləsi əsasında 4 yaşlarında olan iki əkiz övladlarıyla (bir qız, bir oğlan) birlikdə çətin durumda yaşayır. Maddi vəziyyətləri olduqca ağırdır. 26.02.2021-ci il tarixdən etibarən həmin mənzilin qeydiyyatına alınmışdır. İndiki vəziyyətdə "Covid-19" pandemiyası ilə bağlı İ Qarabağ Müharibəsi iştirakçısı olan atası X4 yaşadığı Qazax şəhəri, H.Arif küçəsi, 4 saylı evin 4 nömrəli 1 otaqlı mənzilində müvəqqəti olaraq yaşayır. Hal-hazırdakı durumuyla və şəhid ailəsi olmağıyla, habelə iki azyaşlı körpə övladlarının olması və Bakı şəhərində ödənişli əsaslarla təhsil almağıyla bağlı, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22-də qeydiyyatda olmağını nəzərə alaraq sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacı olduğundan, 2021-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri Cavabdehə müraciət edərək, onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağını xahiş etmişdir. Buna baxmayaraq Bakı şəhəri Cavabdehin 29 mart 2021-ci il tarixli, M-55-068 nömrəli məktubu ilə onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından əsassız olaraq imtina edilmişdir. Azərbaycan Respublikasının mənzil qanunvericiliyinin vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması qaydalarını tənzimləyən normaları bu uçotun həyata keçirilməsi vəzifəsinin müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyə orqanının üzərinə düşdüyünü müəyyən etmişdir. Belə olduğu halda iddiaçı hesab etmişdir ki, Bakı şəhəri Cavabdehin onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmağından imtinası tamamilə əsassız və qanunsuzdur. Ona görə də həmin vəzifənin Bakı şəhəri Cavabdehin üzərinə qoyulması barədə məhkəmə qərarı qəbul edilməsini xahiş etmişdir. Cavabdeh orqan iddia tələbinə dair etirazını təqdim edərək bildirmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” AR Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-cı ildə aparılan hərbi əməliyyatlar zamanı AR-nin ərazibütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Bu məsələ ilə əlaqədar, AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) 25.01.2021-ci il tarixdə **********9 №-li məktubla müraciət edərək, sərəncamının icrası ilə əlaqədar, AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinin və mövcud qanunvericliyin tələbləri qaydasında həmin şəxslərin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməklə mənzil növbəliliyinə qəbul edilməsini xahiş etmişdir. İş üzrə iddiaçı 26 fevral 2021-ci il tarixdə ünvan 2 ünvanda daimi qeydiyyata düşdükdən sonra, yeni yaşayış yeri üzrə ünvan 3inə götürülməsi barədə ərizə ilə müraciət etmiş və mahiyyəti üzrə ona 29.03.2021-ci il tarixli məktubla imtina edilmişdir. İmtina üçun onun Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan qismində hesab edilməsi üçün əsasların AR Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə və Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydalarının 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə zidd olması olmuşdur. Mənzil növbəliliyinə alınması üçün iddiaçının Qazax Rayon İcra Hakimiyyətinə müraciət etməsi ona tövsiyə edilmişdir. Qeyd edilənlərə əsasən cavabdeh orqan məhkəmədən iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5747/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən, əri X7 şəhid olmasını, nümunəvi xidmətlərinə görə 2018-ci ildə AR Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi münasibətilə, 15 dekabr 2020-ci ildə isə AR Prezidentinin müvafiq sərəncamı ilə ölümündən sonra “Vətən uğunda”, “Kəlbəcərin azadlığı uğrunda” və “İİ Qarabağ Müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, iki azyaşlı körpə övladlarının olmasını, Bakı şəhərində ödənişli əsaslarla təhsil alması ilə yanaşı, eyni zamanda Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, mənzil 22də qeydiyatda olması ilə əlaqədər sosial-məişət şəraitinin yaxşılaşdırılmasına və yaşayış sahəsinə ehtiyacının olmasını nəzərə almamış və “Azərbaycan SSRİ ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüdürülməsi Qaydaları”-na əsaslanaraq qərar qəbul etmişdir. Halbuki, AR Mənzil Məcəlləsinin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqularının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraza uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin nümayəndəsi izahatında bilddirmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının icrası ilə əlaqədar olaraq yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin mənzil və ya fərdi evlərlə təmin edilməsi vəzifəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir. Bununla əlaqədar yerli icra hakimiyyəti orqanları tərəfindən adları çəkilən şəxslərin mənzil növbəliliyinə qəbul edilməsi müvafiq yerli icra hakimiyyəti orqanının səlahiyyətinə aid olmaqla onlar tərəfindən baxıldıqdan sonra Nazirliyə həmin ailələrin adlı siyahısı təqdim edilir. Qeyd olunanları nəzərə alaraq nümayəndə hazırki iddia üzrə iddiaçının cavabdeh Nərimanov İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınması ilə bağlı tələbinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - AA seriyalı 366991 nömrəli, 27.07.2016-cı il tarixli məcburi köçkün vəsiqəsinin surətinə əsasən 1990-cı il təvəllüdlü Qazax rayonu Qızıl Hacılı kəndində doğulmuş X3 rayonunda müvəqqəti məskunlaşmışdır. - 05.08.2016-cı il tarixdə Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ İİ № 126797 saylı nikah haqqında şəhadətnaməyə əsasən 17.09.1990-cı il təvəllüdlü X14 ilə xx.xx.1994-cü il təvəllüdlü İddiaçı 05.08.2016-cı ildə nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 258 nömrə ilə qeyd edilmişdir. - 10.11.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 837082 saylı doğum haqqında şəhadətnaməyə əsasən X15 27.10.2016-cı ildə Tovuz rayonunda doğulmuşdur. - 10.11.2016-cı il tarixdə verilmiş AZ-İİİ № 837083 saylı doğum haqqında şəhadətnaməyə əsasən X16 27.10.2016-cı ildə Tovuz rayonunda doğulmuşdur. - Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən 15.12.2020-ci il tarixdə verilmiş AZ-İİ № 122741 saylı ölüm haqqında şəhadətnaməyə əsasən X14 28.09.2020-ci ildə Kəlbəcər rayonunda ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 15.12.2020-ci il tarixdə 574 nömrə ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin 31.03.2021-ci il tarixli, 320 nömrəli arayışında göstərilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, onun mərhum həyat yoldaşı 1990-cı il təvəllüdlü N saylı hərbi hissənin MAHHXHQ əsgər X14 28.09.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı həlak olmuşdur. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 28.09.2020-ci il tarixdən X14 “Şəhid”, onun ailəsi isə “Şəhid ailəsi” hesab edilir. Əsas AZ-İİ № 122741 nömrəli ölüm haqqında şəhadətnamə. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsi tərəfindən verilmiş 22.02.2021-ci il tarixli, 2261 nömrəli daşınmaz əmlakın dövlət reyestrindən arayışda göstərilmişdir ki, verilir İddiaçı, X11 ondan ötrü ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, keçmiş Tİ və MHQ idarələrinin arxiv məlumatlarında, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron məlumat bazasında məlumat yoxdur. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 3 saylı Bakı “Asan xidmət” X5 26.02.2021-ci il tarixli, 996 nömrəli arayışına əsasən Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1994-cü il tarixində Azərbaycan, Qazax şəhərində anadan olmuş İddiaçı barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama 26.02.2021-ci ilədək aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir: ər - X14 (ölüb - 28.09.2020); uşaq - X16 (27.10.2016), X15 (27.10.2016). Qeyd: “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə Azərbaycan Respublikasının qeydiyyat orqanları tərəfindən tərtib edilmiş vətəndaşlıq vəziyyəti aktlarına dair məlumatlar daxildir. Eyni zamanda bildirilir ki, arayışda yalnız ərizəçinin tələb etdiyi şəxslər barədə məlumatlar göstərilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında 26.02.2021-ci il tarixli, ******* nömrəli arayışından müəyyən olunur ki, İddiaçı ünvan 4 ünvanında 26 fevral 2021-ci il tarixdən qeydiyyatdadır. Tələbə kartı xx.xx.1994- cü il təvəllüdlü İddiaçı adına verilmiş, qəbul olma tarixi 2019-cu il, bitirmə tarixi 2024-cü il göstərilmişdir. - 004192 nömrəli vəsiqəyə əsasən İddiaçı şəhid ailəsi üzvü statusu verilmişdir. - Azərbaycan Respublikası Qazax rayonu İcra Hakimiyyətinin başçısının Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01.04.2021-ci il tarixli, 11-21/679 nömrəli arayışda göstərilmişdir ki, İ Qarabağ Müharibəsi X1 ünvan 5 ünvanında qeydiyyatdadır və yaşayır. Həmin ev 1 otaqlı olmaqla, yaşayış sahəsi 20 kv.metrdir. - Azərbaycan Respublikası Bakı şəhəri Cavabdeh tərəfindən İddiaçı müraciətinə cavab olaraq verilmiş 29.03.2021-ci il tarixli, M-55-068 nömrəli imtina məktubunda bildirilmişdir ki, yaşayış yeri üzrə Cavabdehdə (RİH) güzəştli şərtlərlə mənzil növbəsinə götürülməsi barədə Nərimanov RİH-ə ünvanladığı ərizəyə baxılmış və bildirilmişdir ki, iddiaçı 26.02 2021-ci il tarixdə Bakı şəhərinə qeydiyyata düşdüyündən (Nərimanov rayonu, Qarabağ küçəsi, ev 44, 46, 48, 48 A mənzillər) onun mənzil şəraitini yaxşılaşdırilmağa ehtiyacı olanlarin uçotuna götürülməsi qanuna ziddir. Belə ki, “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”nın İİ fəslinin 8-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son 5 il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərinə bu Qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. Bakı şəhərində qeydiyyatının məhdudluğu ilə əlaqədar iddiaçıya mənzil şəraitinin yaxşılaşdırılması qismində mənzil növbəsinə götürülməsi barədə müraciətindən imtina edilmiş və aidiyyəti üzrə Qazax Rayon İcra Hakimiyyətinə müraciət edilməsi tövsiyə olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhəri Cavabdehə ünvanlanmış 25.01.2021-ci il tarixli, **********9 nömrəli “2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması haqqında” məktubda bildirilmişdir ki, "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2021-ci il tarixli Sərəncamının 1.2-ci bəndinə əsasən yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzil və ya fərdi evlərlə təmin edilməsi nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan Sərəncamı nəzərə alaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən olunmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslər hesab edilməsi və növbəyə alınması Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə daxil olduğu üçün mövcud qanunvericiliyə uyğun olaraq həmin şəxslərin mənzil növbəliliyinə qəbul edilməsinə Rayon İcra Hakimiyyətinin səlahiyyətləri daxilində baxılmasını və ilkin adlı siyahını cari ilin yanvar ayının sonunadək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmasını sizdən xahiş olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə iddiaçının Bakı şəhəri Cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində azı son 5 il ərzində daimi yaşaması və bu yaşamanı təsdiq edən həmin müddətə pasport qeydiyyatında olması tələb olunduğu halda iddiaçının sözügedən ünvanda 26.02.2021-ci il tarixdən qeydiyyata düşməsini və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»na əsasən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən vaxt ərzində daimi yaşayan şəxslərin götürülməsini əsas kimi göstərərək cavabdehin imtinasını qanuni və əsaslı hesab etmiş və iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin 2021–2025-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla tədbirlər planını təsdiq edib həyata keçirməsi tapşırılmışdır. Həmin Sərəncamın 2.1-ci bəndinə əsasən bu Sərəncamın 1.1-ci və 1.2-ci bəndlərində göstərilən şəxslər barədə məlumatların Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etməsi yerli icra hakimiyyəti orqanlarına tapşırılmışdır Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 51.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. Həmin Məcəllənin 51.2-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. Həmin Məcəllənin 51.3-cü maddəsinə görə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”nın: -1-ci bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürmək, növbə müəyyən etmək və yaşayış sahələri vermək məsələlərinə dair komissiyanın təklifləri müvafiq yerli xalq deputatları Sovetinin icraiyyə komitəsi tərəfindən müzakirə və təsdiq edilir. -2-ci bəndinə əsasən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar - mənzil-tikinti kooperativlərinin üzvləri, şəxsi mülkiyyətində yaşayış evi olan vətəndaşlar və bu evlərdə yaşayan başqa vətəndaşlar ümumi əsaslarla uçota götürülür və yaşayış sahələri ilə təmin edilirlər. -4-cü bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetləri tərəfindən müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. -5-ci bəndinə əsasən aşağıdakılar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanlar sayılır: a) həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailəsinin hər üzvünün mənzil sahəsi ilə təminatı rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyənləşdirilmiş səviyyədən aşağı olan vətəndaşlar; b) dövlət və ictimai mənzil fondu evlərində əsas kirayəçidən kirayəyə götürmək şərtilə və ya mənzil-tikinti kooperativlərinə məxsus evlərdə, yaxud da fərdi mənzil fondu evlərində kirayə müqaviləsi ilə uzun müddət yaşayan və başqa yaşayış sahəsinə malik olmayan vətəndaşlar. Bu müddəti rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Soveti həmin rayonun, şəhərin və ya digər yaşayış məntəqəsinin şəraitini əsas götürməklə müəyyən edir; v) mövsümi və müvəqqəti işçilər, habelə təhsillə əlaqədar olaraq, yataqxanaya köçən vətəndaşlar istisna edilməklə, yataqxanada yaşayan vətəndaşlar; q) müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən yaşayış evində (yaşayış sahəsində) yaşayan vətəndaşlar. Müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılır: zirzəmilər, yarımzirzəmilər, baraklar, əsaslı təmir edilməli olmayan avariyalı və çox köhnə evlər, hüdudları rayon, şəhər (respublika tabeli şəhər) xalq deputatları Sovetləri icraiyyə komitələrinin qərarları ilə müəyyənləşdirilən neft mədənləri ərazisində və havası qazlı zonada yerləşən evlər, sanitariya nəzarəti və ya dövlət tikinti-arxitektura nəzarəti orqanlarının rəyinə görə, müəyyən edilmiş sanitariya tələblərinə və texniki tələblərə cavab verməyən sayılmış digər yaşayış sahələri; d) bir otaqda və ya, ayırmaq mümkün deyilsə bir neçə bitişik-aralıq otaqda yaşayan, qohumluqda olmayan iki və daha çox ailə; e) 18 yaşınadək uşaqların yaşadığı çoxsakinli mənzillərdə yaşayan və yoluxucu formalarda vərəm xəstəliyi olan vətəndaşlar; j) tərkibində xəstəliklərin SSR İttifaqı qanunvericiliyi ilə qoyulmuş qaydada təsdiq edilən siyahısında göstərilən bəzi xronik xəstəliklərin ağır formalarını keçirən xəstələr olan ailələr -əgər xəstəyə ayrıca otaq və ya əlavə mənzil sahəsi ayrıldıqda ailənin qalan üzvləri bu bəndin «a» yarımbəndinə əsasən, müəyyən edilmiş norma üzrə mənzil sahəsi ilə təmin edilməyəcəklərsə; z) fabriklərin, zavodların, başqa istehsal müəssisə və təşkilatlarının, habelə məktəblərin və xəstəxanaların ərazisindəki yaşayış sahələrində yaşayanlar. -6-cı bəndinə görə mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər. Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş «Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları»nın 7-ci bəndində Bakı şəhərində daimi yaşayan mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların kateqoriyaları sadalanmışdır. Həmin Qayadaların 8-ci bəndinə görə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan hesab edilmiş vətəndaşlar yaşayış yerində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna bu şərtlə götürülürlər ki, azı son beş il ərzində Bakı şəhərində yaşamış olsunlar və daimi pasport qeydiyyatında olsunlar. Yaşayışın müddəti Bakı şəhərində pasport qeydiyyatının olması ilə müəyyən edilir. Bakı şəhərində bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar Bakı şəhərində pasport qeydiyyatının təsdiq etdiyi kimi yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülürlər. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 25 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar olaraq 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar şəhid ailələrinin adlı siyahısının yerli icra hakimiyyəti orqanları tərəfindən tərtib edilərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsi nəzərdə tutulmuşdur. Sərəncamın 1.2-ci bəndinin özündə yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin mənzil və fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Mənzil Məcəlləsinin 51.7-ci maddəsi ilə vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyini nəzərdə tutulsa da hazırki halda uçota alınma ilə bağlı yeganə və mövcud qüvvədə olan qanunvericilik yuxarıda adı çəkilən “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları” və “Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və mənzillərin bölüşdürülməsi Qaydaları”dan ibarətdir. Adları çəkilən Qaydaların yuxarıda qeyd edilən müddəalarından da müəyyən olunur ki, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotuna həmin yaşayış məntəqəsində müəyyən edilən vaxt ərzində daimi yaşayan şəxslər götürülürlər. Bakı şəhərində mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşlar azı son 5 il ərzində Bakı şəhərində yaşamış olduqları halda, Bakı şəhərinə bu qaydalar qəbul edildikdən sonra gələn vətəndaşlar isə yeddi il yaşadıqdan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olanların uçotuna götürülə bilərlər. Daimi yaşamağın müddəti isə Bakı şəhərində pasport qeydiyyatının tarixi ilə müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı Qazax rayonunda doğulmuş, mərhum əri şəhid X14 məcburi köçkün kimi Qazax rayonunda müvəqqəti məskunlaşmış, nikahları Qazax rayonu Qeydiyyat Şöbəsi tərəfindən qeydiyyata alınmış, birgə nikahdan olan övladları Tovuz rayonunda doğulmuşlar. İddiaçı Azərbaycan Respublikası Dövlət İqtisad Universitetində İİ kurs tələbəsi olaraq qiyabi formada ali təhsil alır və atası X6 məxsus ünvan 5 ünvanında yaşayır. İddiaçı ünvan 8nında 26.02.2021-ci il tarixdən pasport qeydiyyatına alınmışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Bakı şəhəri Cavabdeh tərəfindən yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün onun yerli icra hakimiyyəti ərazisində azı son 5 il ərzində daimi yaşaması və bu yaşamanı təsdiq edən həmin müddətə pasport qeydiyyatında olması tələb olunduğu halda iddiaçı həmin ünvanda 26.02.2021-ci il tarixdən qeydiyyata düşmüşdür. Bu səbəbdən cavabdeh inzibati orqan tərəfindən iddiaçının qeydiyyatda olduğu yer üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasından imtinası qanunazidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının əsassız olduğunu göstərsə də, bunu təsdiq edən hər hansı sübutu və ya sənədi məhkəmə kollegiyasına təqdim etməmiş, məhkəmə kollegiyasının araşdırması zamanı belə hal müəyyən edilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5747/2021 saylı, 14 iyul 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2623/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2623/2021
06.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver