Məhkəmə qərarları › İş №2-1(103)-2623/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2623/2025

28.04.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2623/2025 28.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “əlilliyin təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), X3 və X5 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı İddiaçı və onun vəkili (nümayəndəsi) Vəkil iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya ##.##.2016-cı il tarixli göndərişinə əsasən 1 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. (Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L4-L5, L5-S1 disk yırtığına görə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət LS-L4 diskin yırtığı.)

2. İddiaçıya ##.##.2017-ci il tarixli göndərişinə əsasən 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcə əlillik təyin olunmuşdur. (Meyar 2.2. ikinci dərəcə əlillik => DİGƏR: L4-L5, L5-S1 disk yırtığına görə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət LS-L4 diskin yırtığı.)

3. Bakı Nərimanov Tibb Mərkəzinin * nömrəli Şəhər Poliklinikasının ##.##.2022-ci il tarixli göndərişinə əsasən iddiaçıya diaqnoz və ağırlaşmasının əlilliyin təyininə əsas vermir səbəbi ilə əlilliyin təyin olunmasından imtina olunmuşdur.

4. Bakı Nərimanov Tibb Mərkəzinin * nömrəli Şəhər Poliklinikasının ##.##.2022-ci il tarixli göndərişinə əsasən iddiaçı ##.##.2022-ci il tarixdə müayinə olunmuşdur. Fəqərəarası diskin digər dəqiqləşdirilmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. L4-L5.L5-S1 hemilaminoektomiya Diaqnozun mətni: əməl.sonrakı vəziyyət. L4-L5, L5-S1 f/a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5,L5- S1 hemilamlnoektomiya (##.##.2015, ##.##.2015) Səbəb: “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

5. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X6-sosial ekspert komissiyasının *********** nömrəli ## ###### 2022-ci il tarixli qərarından müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli **** nömrəli Xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5, L5-S1 disk yırtığına görə ##.##.2015 və ##.##.2015 tarixlərdə “Hemilanminektomiya” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir Kökcüyünün sıxılması ilə L4-L5, L5- S1 disklərin residiv gedişli yırtıqları. L4-L5, L5-S1 diskogen L5-S1 radikulopatiya, davamlı ağrı sindromu ilə, hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması” diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı yeriyə bilmədiyindən, sol ayağda hissiyatsızlıqdan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, trofik pozuntu, parez izlənilməmiş, diz reflekslər canlı çağrılmış, pəncələrini gərgin saxladığı üçün axil refleksləri çağrılmamış, əzələ gücü və tonusu bərabər və normal olmuş, klonus izlənilməmiş, hərəkətlər tam həcmdə olmuşdur. Nərimanov Tibb Mərkəzinin ##.##.2022-##.##.2022-ci il tarixli ****/*** nömrəli Çıxarışında diaqnoz “Diskogen beloma radikulopatiya L4-L5. L5-S1 hemilanminektomiya əməliyyatından sonrakı nəticələri L4-L5, L5-Si disklərin yırtıqları. Sol aşağı ətrafın süst parezi. Hissi-hərəki funksiya pozulması” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. X1 ##.##.2022-ci il tarixli Bel fəqərələrinin MRT müayinəsinin nəticəsi “Fizioloji lumbal lordoz düzləşib. Lumbal spondilyozun və faset oynaqlarında artrozun MRT əlamətləri mövcuddur. L5.-S1 fəqərələrdə keçirilmiş sol tərəfli hemilaminektomlya əməliyyatına post op dəyişikliklər qeyd edilir. L4-L5, L5-S1 səviyyələrində sol lateral resessi daraldan post op fibroz dəyişikliklər qeyd edilir. L3- L4 intervertebral diskdə 6mm ölçülü geniş əsaslı sentral protruziya təyin edilir. L4-L5 intervertebral diskdə sirkutyar protruziya fonunda sol lateral resessi daraldan və sol L5- sinir kökcüyünü kompressiya edən 8 mm ölçülü sol subartikulyar yırtıq aşkar edilir. L5-S1 intervertebral diskdə ön epidural sahəni daraldan kalsifikasiya olunmuş sentral protruzya fonunda sol lateral resessi daraldan və sol sinir kökcüyünü kompressiya edən 7 mm ölçülü minimal kaudal miqrasiyalı sekvestrasiya olunmuş sol subartikulyar yırtıq qeyd edilir” kimi qeyd olunmuşdur. Təqdim etdiyi, ##.##.2022ci il tarixli EMQ müayinəsinin nəticəsi “Bu müayinə zamanı əldə olunan elektrofizioioji göstəricilər sol ayaqda L5 daha ifadəli olmaqla L4, L5, S1 sağda S1 innervasiyalı əzələlərdə xroniki dövr radikulopatiyaya işarət edir” kimi qeyd olunmuşdur. Anamnestik məlumatlarda, obyektiv və instrumental müayinələrin nəticələrində əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq оIaraq Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

6. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X2 ##.##.2023-cü il tarixli T***/**** saylı ekspert rəyindən görünür ki, İddiaçı tibbi sənədlərinə əsasən onun hazırkı sağlamlıq vəziyyəti ilə əlaqədar iş materiallarında əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Fəqərə arası diskin digər dəqiqləşdirilməmiş yerdəyişməsi, Diskogen bel-oma radikulopatiya. Keçirilmiş poliradikulopatiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 hemilaminoektomiyadan sonrakı vəziyyət. L4-L5; L5-S1 f\a disklərin residivləşən yırtıqları. Sol sinir kökünün L5-S1 sıxılması. Digər dəqiqləşdirilməmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər. L4-L5; L5-S1 hemilaminoektomiya (##.##.2015; ##.##.2015).” diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2015-ci il *** nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də müəyyən olunan maddələrin hər hansı birinə aid etmək mümkün olmadı.

7. Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2023-cü il tarixli “Vətəndaşın əyani müayinə olunması haqqında” məktubundan görünür ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə Nərimanov Tibb Mərkəzinin A********XCU nömrəli göndərişi əsasında ##.##.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 3-17-4/3-3- ****/**** saylı ## #### 2024-cü il tarixli qərarından görünür ki, məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən ##.##.2015-ci il tarixli **** nömrəli xəstəlik haqqında Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “L4-L5, L5-S1 disk yırtığına görə 03.04.15 və 30.04.15 tarixlərdə “Hemilanminektomiva” əməliyyatından sonrakı vəziyyət. L3-L4 diskin yırtığı. Dural kisənin və sol sinir kökcüyünün sıxılması ilə L4-L5, L5-S1 disklərin residiv gedişli yırtıqları.(M51.2) L4-L5, L5-S1 diskogen L5-S1 radikulopatiya, davamlı ağrı sindromu ilə, hərəki, hissi və trofiki pozulmalarla, funksiyaların mülayim dərəcədə pozulması diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qeyd etməliyik ki, vətəndaş ##.##.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafda hərəkət məhdudluğu, mədə qanaxması, qarabasmalardan şikayətlənmişdir. Anamnestik məlumatlarında paraşütdən yıxılaraq xəsarət aldığını, onurğa sütununda cərrahi əməliyyat keçirildiyini, qarabasmaları olduğunu, gözünə görünən məxluqların onu müxtəlif yerlərə çağırdıqlarını, evdən qaçıb getdiyini ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində təxminən 3- 4 sm ölçülü əməliyyat çapığı izlənilmişdir. Nevroloji statusda aşağı ətraflarda hipotrofiva və parez əlamətləri izlənilməmiş, reflekslər, gərgin saxladığı üçün alınmamış, əzələ gücünün müayinəsi zamanı aqrovasiya davranış nümayiş etdirmişdir. Vətəndaşın bildirdiyi şikayətlərdə, həmçinin təqdim etdiyi epikrizlərdə də sol aşağı ətrafında parez olduğu qeyd edilsə də, hərəkət zamanı sağtərəfli “parez” göstərməyə çalışmışdır. Psixi statusda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli olmuş, ünsiyyətə həvəslə daxil olmuş, verilən sualları ətraflı cavablandırmışdır. Qəbul etdiyi medikamentoz preparatların reseptlərini təgdim etsə də, heç birinin adlarını xatırlamamışdır. Emosional labil, intellektual-mnestik funksiyaları yaşına və təhsilinə uyğun olmuş, əhval-ruhiyyəsi “normal” kimi dəyərləndirilmişdir. Beləliklə, vətəndaş ekspertizaya təqdim etdiyi müalicə və instrumental müayinə nəticələrinə uyğun şikayətlər bildirməmiş, “Orta dərəcəli depressiv epizoda" uyğun klinik əlamətlər müşahidə edilməmiş, nümayişkar xarakterli davranış sərgiləməyə çalışmışdır. Bütün sadalananları nəzərə alaraq hal-hazırda əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv pozuntular aşkar edilməmişdir" kimi qeyd olunmuş, Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Növbəti dəfə vətəndaş ##.##.2023-cü il tarixdə DTSERA-da əyani müayinədə olmuş “xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı yeriyə bilmədiyindən sol ayaqda hissiyatsızlıqdan şikayət etmişdir. Müayinə zamanı hər iki aşağı ətrafda atrofiya, trofik pozuntu, parez izlənilməmiş, diz reflekslər canlı çağırılmış, pəncələrini gərgin saxladığı üçün axil refleksləri çağırılmamış, əzələ gücü və tonusu bərabər və normal olmuş, klonus izlənilməmiş. Hərəkətlər tam həcmdə olmuşdur” kimi qeyd olunmuş Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul etmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sol aşağı ətrafa irradiasiya edən bel nahiyəsində ağrılardan şikayətlənmişdir. Anamnestik məlumatlarında 2 dəfə fəqərəarası disk yırtığının xaric edilməsi əməliyyatı keçirdiyini, bəzi hallarda evi özbaşına tərk etdiyini, həmin vaxt anlaqsız vəziyyətdə olduğunu, həmçinin qarabasmaları olduğunu, kimlərinsə onu müxtəlif yerlərə çağırdıqlarını ifadə etmişdir. Müayinə zamanı onurğanın bel hissəsində boylama istiqamətdə təxmini olaraq 3-4 sm ölçüdə, boylama istiqamətdə 2 paralel çapıq izlənilmişdir. Nevroloji statusda kranial sinirlər tərəfindən ocaqlı patologiya aşkar edilməmiş, refleksləri canlı çağrılmış D=S, sol Axil refleksi abs, sağ Axil refleksi zəif alınmış, əzələ gücü və tonus norma daxilində olmuş, atrofiya, parez, iflic aşkar edilməmişdir. Psixi statusunda bələdliyi bütün istiqamətlərdə saxlanılmış, zahirən geyimi səliqəli, mimikası canlı, ünsiyyətə həvəslə daxil olmuşdur. İntellektual mnestik funksiyaları yaşam tərzinə uyğun, emosional labil kimi dəyərləndirilmişdir. Respublika Psixiatriya Xəstəxanasının ##.##.2023-##.##.2023-cü il tarixli *****/** nömrəli Çıxarışında diaqnoz “Orta dərəcəli depressiv epizod” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2024- ##.##.2024-cü il tarixli **** nömrəli Çıxarışında diaqnoz “L4-L5 və L5-S1 fəqərəarası diskin yırtığının çıxarılması əməliyyatlarından sonrakı vəziyyət. Soltərəfli koxlear ağrı sindromu, sol pəncənin parezi. L3-L4, L4-L5 və L5-S1 fəqərəarası diskin yırtıqları (residiv)” kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2024-cü il tarixli Bel-oma fəqərələri MRT müayinəsinin nəticəsi “L3, S1-fəqərə cisimlərində subxondral sklerotik dəyişiklik mövcuddur. L1-S1-səviyyəsində fəqərə arası disklərin degenerativ dəyişikliyi nəticəsində İntensivlikləri T2-ağırlıglı sekanslarda zəifləmişdir. L3-L4-fəqərəarası diskin arxa median sola meyilli yırtığı (5.5x11.0), dural kisənin və sol sinir kökcüyünün sıxılması (7.0x16.0 mm), dural kisənin və sol sinir kökcüyünün sıxılması, bu səviyyədə sol tərəfli əməliyyatdan sonrakı vəziyyət, L5-S1-fəgərəarası diskin arxa median geniş əsaslı yırtığı (4.0 mm), dural kisənin və hər iki lateral sinir kökcüyünün sıxılması, bu səviyyədə əməliyyatdan sonrakı vəziyyət diqqəti cəlb etmişdir" kimi qeyd edilsə də, əlillik təyinatına əsas verməmişdir. Respublika Neyrocərrahiyyə Xəstəxanasının ##.##.2024-cü il tarixli Kompyuter EMQ müayinəsinin nəticəsi “Sol peroneal sinirin aksonal zədələnməsi leyhinədir” kimi qeyd edilmiş, klinik olaraq öz təsdiqini tapmamış, əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qəran ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ona xəstəliyinə və əlilliyinə görə pensiya təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Bakı İnzibati Məhkəməsinin ##.##.2023-cü il tarixli qərardadı ilə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək iddia tələbi “iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi göstərilmişdir.

11. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ## ####### 2007-ci il tarixindən etibarən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamış, ## ####### 2008-ci il tarixli 1425 ş/h nömrəli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə keçirilmişdir. Nümunəvi xidməti ilə əlaqədar dəfələrlə orden və medallarla təltif edilmiş və ona mənzil də verilmişdir. 2015ci ilin əvvəllərində **** saylı “Zəfər hərəkət dəstəsi”ndə təlim-döyüş tapşırıqlarının icrası zamanı bədəninin onurğa-bel nahiyyəsindən zədə almış və Dövlət Sərhəd Xidmətinin Mərkəzi hospitalında müayinə və müalicə olunmuşdur. Aparılmış konservativ müalicələr effekt verməmiş və hospital ## #### 2015-ci ildə “Bel fəqərələrinin osteoxondrozu, polidiskoz L.4-L.5,L5-S1 fəqərəarası disklərin sol tərəfli yırtıqları, Sol tərtəfli kəskin ağrılı bel-oma radikulyar sindromu” diaqnozu ilə ona Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Neyrocərrahiyyə xəstəxanasına göndəriş vermişdir. Neyrocərrahiyyə xəstəxanasında ## ##### 2015-ci il tarixdə üzərində cərrahi əməliyyat aparılmış, cərrahi müdaxilə nəticəsində L4-L5 fəqərələrinin soldan hissəvi hemilaminektomiyası, L4-L5 fəqərəarası disk yırtığının çıxarılması icra olunmuşdur. Lakin əməliyyatdan sonrakı reabilitasiya dövründə bel nahiyyəsində ağrılar davamlı olaraq narahat etməyə başlamışdır. MRT müayinəsində səviyyədə əməliyyat sahəsində ödem yaranması, L5-S1 səviyyədə sol paramedian disk ekstruziyası aşkar olunmuşdur. Neyrocərrahiyyə xəstəxanasında ağrılarının keçməməsi nəzərə alınaraq ## ##### 2015-ci il tarixdə təkrar cərrahi əməliyyata məruz qalmışdır. Əməliyyat zamanı cərrahi yaranan təftiş, L5 fəqərəsinin soldan hemilaminektomiyası, meninqoradikuloliz, L5-S1 fəqərəarası disk yırtığının çıxarılması, sol L5-S1 kökcüklərinin dekompressiyası icra edilmişdir. Bir ay ərzində aparılmış hər iki əməliyyat uğursuz olmuş, nəticədə əlavə olaraq sol pəncədə parez və hipesteziya kimi fəsadlar yaranmışdır. Ağrılar nəticədə bel sütununun əyilməsinə gətirib çıxarmışdır. ## ###### 2015-ci il tarixdə yenidən MRT müayinəsinə göndərilmiş, xidmət dövründə sağlamlığında yaranan xəstəlik səbəbindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Xəstəliklər Cədvəlinin 66 “b” və 26 “b” maddələrinin III qrafasına əsasən “Sıradankənar hərbi xidmətə yararlı” olmağı barədə qərar qəbul olunmuşdur. Sonrakı dövrdə ağrılar səbəbindən hərbi xidmətini davam etdirməyi mümkün olmadığından DSX-nin Kadrlar İdarəsinin ## ######## 2015-ci il tarixli */**-*** nömrəli göndərişinə əsasən DSX-nin Mərkəzi Hərbi-Həkim komissiyasında müayinədən keçirilmişdir. ## ###### 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (indi Agentliyi) tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar ona 2ci dərəcəli ilkin, ## ###### 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edilmişdir. Lakin həmin tarixdən indiyə qədər mütəmadi olaraq müayinə və müalicələrini davam etdirməyinə baxmayaraq, sağlamlığında əsaslı irəliləyiş baş verməmiş, əksinə davamlı olaraq qəbul etdiyi ağrıkəsici dərmanlar sağlamlığında əlavə fəsadlar yaratmış, onda mədə qanaxması ilə müşayiət olunan mədə xorası xəstəliyi əmələ gəlmişdir. O, növbəti hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupunun təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. ## ### 2022-ci il tarixli *********** №-li məktubla bildirilmişdir ki, onun əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Lakin ## #### 2022ci il tarixdə ona SMS vasitəsi ilə bildirilmişdir ki, ## ### 2022-ci il tarixli göndərişə (Forma 088) Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir. ## ### 2022-ci il tarixində Agentliyə dəvət edilsə də heç bir müayinə aparılmadan, sağlamlığımın mövcud vəziyyəti obyektiv araşdırılmadan, vizual baxış keçirildi və ona bildirildi ki, hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupu təyin edilmir. Agentlikdən verilmiş ## #### 2022-ci il tarixli *********** nömrəli elektron sənədin çıxarışında qeyd edilmişdir ki, Agentlikdə nəzarət qaydasında əyani müayinə nəticəsində Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2015-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnaməyə uyğun olaraq “Diaqnoz və ağırlaşması əlilliyin təyinatına əsas vermədiyi” barədə əsaslı və düzgün qərar verilmişdir. ##.##.2022-ci il tarixli forma 88 arayışına əsasən iddiaçıya əlilliyin növbəti müddətə təyin olunmasından imtina edilmiş, səbəb isə “Diaqnoz əlillik əlaməti təyin etmir” olmuşdur.

12. Cavabdeh inzibati orqan tərəfindən təqdim olunmuş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2020-ci il tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları"na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, IV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır.

13. Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ilə iddia rədd edilmişdir.

14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının əlilliyinin müəyyən olunmasından imtina haqqında qərarın tamamilə əsaslı olması iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən Nərimanov Tibb Mərkəzində tərtib olunmuş A********XCU saylı göndərişdə qeyd edilən iddiaçının səhhətini əks etdirən diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyini zamanı ona Nazirlər Kabinetinin ##.##.2015-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin və ##.##.2022-ci il tarixli *** nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların hər hansı birini aid etmək mümkün olmadı.

15. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

16. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin *-*(***)-****/**** saylı ## #### 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıda bundan öncə ona 2-ci dərəcə əlilliyin verilməsi üçün əsas olan diaqnoz – “XIII Sinif- Sümük əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri- M95-M99- Sümük-əzələ sisteminin və birləşdirici toxumanın digər pozgunluqları- M96- sümük-əzələ sisteminin pros... Digər rubrikalarda təsnif olunmayan postlaminektomik sindrom, Bel fəqərələrin osteoxondrozu. Polidiskoz. L4-L5, L5-S1, F\diskinin sol tərəfli yırtığı. Sol tərəfli kəskin ağrılı bel-oma radikulyar sindromu ilə. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Fəqərəarası disklərin zədələnməsi zamanı sinir köklərinin və daimi kəskin kökcük ağrıları. Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5,L5-S1 f/diskinin sol tərəfli yırtığı” olmuşdur. Hazırki vəziyyətdə onda müşahidə olunan diaqnoz – “sinir sistemi xəstəlikləri- G50-G59- Ayrı-ayrı sinirlərin, sinir köklərinin və kələflərinin zədələnməsi- G54 – sinir köklərinin və kələflərinin zədələnməsiG54.8sinir köklərin L4-L5, L5-S1 disk yırtığına görə "Hemilanminektomiya" əməliyyatından sonrakı vəziyyət LS- L4 diskin yırtığı.” Diaqnozu həm ekspert rəyinə əsasən, həm də cavabdeh qurumun məhkəmə qərardadına əsasən apardığı müayinəsinə əsasən təsdiqlənmiş, lakin həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** nömrəli 2022-ci il ## ### tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda göstərilən ağırlaşmalarının mövcudluğu öz təsdiqini tapmamışdır. Halbuki iddiaçıya əlilliyin təyin olunması üçün onda təkcə müvafiq diaqnozun mövcudluğu deyil, həm də onun ağırlaşmasının da mövcud olması şərtdir.

18. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2024-cü il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təyin edilərək ona əlillik dərəcəsinin təyin edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli Qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının *-*(***)-***/**** nömrəli, ## #### 2024-cü il tarixli qərarı ləğv edilməsi, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayəti qalan hissədə təmin edilməməsi qərara alınmışdır.

c) Apellyasiya instansiya məhkəməsində ikinci icraat

20. Təkrar apellyasiya baxışı zamanı iddiaçı Nərimanov Tibb Mərkəzi tərəfindən verilmiş Z********FBH nömrəli, ##.##.2025-ci il tarixli yeni Forma 88 əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmişdir. Z********FBH nömrəli, ##.##.2025-ci il tarixli yeni Forma 88-də Sol aşağı ətrafın süst monoparezi əzələ gücü 3 bal yerişin pozulması sol baldırın hipotrofiyası, çanaq orqanlarının funksiyasının pozulması, qeyri-iradi sidik ifrazatı diskogen radikultopiya, davamlı ağrı sindromu diaqnozu müəyyən edilmişdir.

21. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarı ilə (##.##.2025-ci il tarixdə elektron sistemə daxil olmuşdur.) əlilliyin təyin olunmasından imtina olunmuşdur.

22. İddiaçı həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli Qərarında qeyd edilənləri (Qərarın bəndləri-38. Məhkəmə kollegiyası qeyd edir ki, formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, şəxs barəsində bir neçə göndərişin verilməsinə baxmayaraq hər dəfə əlillik müəyyən edilməsindən imtina olunmasına dair qərarın verilməsi və maraqlı şəxsin yalnız sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarından sonra məhkəməyə müraciət etdikdə əvvəlki imtinalar mübahisələndirilmədiyindən və məhkəmədə baxılan iddianın predmetini sonuncu göndəriş əsasında qəbul edilmiş imtina qərarı təşkil etdiyindən müvafiq olaraq əlilliyin təyinat tarixi də əvvəlki göndərişlərə görə deyil, məhz sonuncu göndəriş üzrə cavabdehin imtina tarixi nəzərə alınmaqla müəyyən edilməlidir. 39. İddiaçı cavabdeh tərəfindən ##.##.2022-cü il tarixli göndəriş əsasında verilmiş ##.##.2022-ci il tarixli imtinadan sonra ##.##.2023cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmədə baxılan iddianın predmetini ##.##.2022-cü il tarixli imtina qərarı təşkil etmişdir.) nəzərə alaraq iddia tələbini “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir.(İ/v-173).

23. İddia tələbinin dəqiqləşdirilməsi ərizəsi protokol qaydasında icraata qəbul olunmuşdur.

ç) Apellyasiya şikayətinin dəlilləri

24. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əsaslandırılmışdır.

ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Təkrar apellyasiya baxışı zamanı apellyasiya şikayətinə yazılı etiraz daxil olmayıb.

d) Prosses iştirakçılarının izahatları

26. Məhkəmə kollegiyasının iclasında iddiaçı və onun vəkili (nümayəndəsi) apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdirlər.

27. Məhkəmə kollegiyasının sonuncu iclasında cavabdehin nümayəndəsi iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

28. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

29. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** saylı qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”

1. Ümumi müddəalar ... 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. ...

2. TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında aparılır.

3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur. Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir. 3.3. Əlillik səbəbinin dəyişdirilməsi bu Qaydanın 3.1.2-ci yarımbəndinə əsasən həyata keçirildikdə, əlilliyin səbəbi əlilliyin müəyyən edildiyi tarixdən tez olmamaqla, əlilliyin həqiqi səbəbini təsdiq edən sənədin verildiyi tarixdən müəyyən edilmiş hesab olunur. 3.4. Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5. Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. ... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları. 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-). 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” 1.1 əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 2.1 insanın həyat fəaliyyətinin əsas kateqoriyaları aşağıdakılardır: 2.1.1. özünəqulluq bacarığı; 2.1.2. sərbəst hərəkətetmə bacarığı; 2.1.3. istiqamətseçmə bacarığı; 2.1.4. ünsiyyət bacarığı; 2.1.5. davranışına nəzarətetmə bacarığı; 2.1.6. öyrənmə bacarığı; 2.1.7. əmək fəaliyyəti bacarığı. 3.1 anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin III dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin II dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. 7.6.2. üzvi mənşəli şəxsiyyət pozuntusu (F07.0) 2.1.1. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının mülayim pozulması (zədələnməsi) ilə - 35-60% - 1 il 2.1.2. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ciddi pozulması (zədələnməsi) ilə - 65-80% - 2 il 2.1.3. arterial hipertenziya İ-III dərəcə, hipertoniya xəstəliyi III mərhələ, hədəf orqanların funksiyalarının ağır pozulması (zədələnməsi) ilə - 85-100% - müddətsiz 6.1... Vegetativ (avtonom) sinir sisteminin pozuntuları (G90) 6.1.10. Müvazinətin və koordinasiyanın pozulması, vestibulopatiya ilə nəticələnən mərkəzi sinir sisteminin üzvi mənşəli zədələnməsi (posttravmatik, damar, degenerativdistrofik). Hentinqton xəstəliyi (G10). İrsi ataksiya (G11)

31. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”a əsasən : 2.1. Tibbi sosial ekspert komissiyasının (TSEK) funksiyalarını həyata keçirən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (bundan sonra –Xidmət) tərəfindən hərbi xidmətdən ehtiyata və istefaya buraxılmış hərbi qulluqçulara Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq aşağıda göstərilən əlillik səbəbləri müəyyən edilir: ... 2.1.4. Hərbi xidmət dövrü ilə əlaqədar əlillik; 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə əlillik müəyyən etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); ... 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.

32. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12.1 məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan diger materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

33. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

34. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

36. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı ## ####### 2007-ci il tarixindən etibarən Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətə başlamış, ## ####### 2008-ci il tarixli 1425 ş/h nömrəli əmrlə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu heyətinə keçirilmişdir. 2015-ci ilin əvvəllərində **** saylı “Zəfər hərəkət dəstəsi”ndə təlim-döyüş tapşırıqlarının icrası zamanı bədəninin onurğa-bel nahiyyəsindən zədə almış və Dövlət Sərhəd Xidmətinin Mərkəzi hospitalında müayinə və müalicə olunmuşdur.

37. Sonrakı dövrdə ağrılar səbəbindən hərbi xidmətini davam etdirməyi mümkün olmadığından DSX-nin Kadrlar İdarəsinin ## ######## 2015-ci il tarixli */**-*** nömrəli göndərişinə əsasən DSX-nin Mərkəzi Hərbi-Həkim komissiyasında müayinədən keçirilmişdir. ## ###### 2016-cı il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti (indi Agentliyi) tərəfindən hərbi xidmət dövrü ilə əlaqədar ona 2ci dərəcəli ilkin, ## ###### 2017-ci il tarixdə isə 5 il müddətinə təkrar əlillik qrupu təyin edilmişdir.

38. İddiaçı növbəti hərbi xidmət dövrü ilə əlaqədar 2-ci dərəcəli əlillik qrupunun təyin olunması üçün Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etmişdir. ## ### 2022-ci il tarixli *********** №-li məktubla bildirilmişdir ki, onun əlillik vəziyyətinin obyektiv qiymətləndirilməsi məqsədi ilə növbəlilik əsasında Agentliyə əyani müayinəyə dəvət ediləcəkdir. Lakin ## #### 2022-ci il tarixdə ona SMS vasitəsi ilə bildirilmişdir ki, ## ### 2022-ci il tarixli göndərişə (Forma 088) Diaqnoz əlillik dərəcəsi təyin etməməsi səbəbindən əlillik təyinatından imtina edilmişdir.

39. Yuxarıda qeyd olunduğu kimi, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı məhkəməyə iddia ərizəsi ilə, sonradan isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək “iddiaçının əlillik dərəcəsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”nı xahiş etmişdir.

40. İddiaçı həmçinin, təkrar apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2025-ci il tarixli, *-*(***)-**/**** nömrəli Qərarında qeyd edilənləri nəzərə alaraq iddia tələbini “iddiaçıya əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” kimi dəqiqləşdirmişdir və iddia tələbinin dəqiqləşdirilməsi ərizəsi protokol qaydasında icraata qəbul olunmuşdur.

41. Təkrar apellyasiya baxışı zamanı iddiaçı Nərimanov Tibb Mərkəzi tərəfindən verilmiş Z********FBH nömrəli, ##.##.2025-ci il tarixli yeni Forma 88 əsasında ##.##.2025-ci il tarixdə qiymətləndirilmişdir. Z********FBH nömrəli, ##.##.2025-ci il tarixli yeni Forma 88-də Sol aşağı ətrafın süst monoparezi əzələ gücü 3 bal yerişin pozulması sol baldırın hipotrofiyası, çanaq orqanlarının funksiyasının pozulması, qeyri-iradi sidik ifrazatı diskogen radikultopiya, davamlı ağrı sindromu diaqnozu müəyyən edilmişdir.

42. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ##.##.2025-ci il tarixli qərarı ilə (##.##.2025-ci il tarixdə elektron sistemə daxil olmuşdur.) əlilliyin təyin olunmasından imtina olunmuşdur.

43. Təkrar apellyasiya baxışı zamanı həmçinin, məhkəmə Kollegiyasının ##.##.2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertiza təyin olunmuşdur.Məhkəməyə ##.##.2026-cı il tarixdə ##.##.2026-cı il tarixli ekspert rəyi daxil olmuşdur.Ekspert rəyi ilə iddiaçıda canlı müayinəsi nəticəsində sol aşağı ətrafın süst parezi, sol aşıq-baldır oynağında hərəkət məhdudluğu, əsanın köməyi ilə axsayaraq yeridiyi, iddiaçının düçar olduğu xəstəliklər tam reablitasiya olunmadığı müəyyən edilmişdir.

44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Məhkəmə Kollegiyası ekspert rəyini digər sübutlarla yanaşı qiymətləndirərək (İPM-in 1.2-ci və MPM-in 88-ci maddəsinə əsasən) məhkəmə tibbi ekspertizasının **** nömrəli rəyi ilə razılaşmamağa əsaslar görmür.

47. Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın G83. bəndinə əsasən sol aşağı ətrafın süst monoparezi və 6.5.1.2-ci alt bəndinə əsasən sol aşağı ətrafın süst monoparezi əzələ gücü 3 bal yerişin pozulması, sol baldırın hipotrofiyası, çanaq orqanlarının funksiyasının pozulması, qeyri-iradi sidik ifrazatı diskogen radikultopiya, davamlı ağrı sindromu diaqnozu müəyyən edilmişdir və bu diaqnoz iddiaçıya orqanizmin 40-60 % pozulması ilə 2 il müddətinə son imtina tarixi ##.##.2025-ci il tarixdən əlillik təyin olunması üçün əsasdır.

48. Həmçinin, məhkəmə Kollegiyası qeyd edir ki, işin halları ilə və əvvəlki dövrlərdə iddiaçıya təyin olunmuş əlilliklərlə (1-ci cild İ/v-28-29) müəyən olunur ki, iddiaçının əlilliyi hərbi xidmət dövrü ilə əlaqədar təyin edilməlidir.

49. Göstərilən bütün halları nəzərə aldıqda, iddiaçıda olan xəstəliklər ona əlilliyin təyininə əsas versə də, cavabdeh inzibati orqan bu halı nəzərə almamış, iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Başqa sözlə desək, cavabdeh orqan səlahiyyətlərinin icrası ilə əlaqədar vəzifələrini tam yerinə yetirməmiş, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, təqdim olunmuş sübutlar yetərli olmadıqda, öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borclu olduğu halda bunu etməmişdir.

50. Məhkəmə Kollegiyası işin yuxarıda istinad olunan hallarından və tətbiq olunan normalardan çıxış edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslıdır, odur ki, təmin olunmalıdır.

51. Odur ki, Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, qərar ləğv edilərək iddiaçıya orqanizmin 40-60 % pozulması ilə 2 il müddətinə, hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2025-ci il tarixdən (əlilliyin təyin olunmasından imtina tarixindən) əlillik təyin olunması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## #### 2023-cü il tarixli, *-*(***)-****/**** nömrəli qərarı ləğv edilsin. İddiaçı İddiaçı orqanizmin 40-60 % pozulması ilə 2 il müddətinə, hərbi xidmət dövrü ilə əlaqədar ##.##.2025-ci il tarixdən əlillik təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar