Məhkəmə qərarları › İş №2-1(103)-2625/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-2625/2022

14.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-2625/2022 14.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Hüseynova Arzu İsrafil qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “ünvan verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından İddiaçı apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Axundov küçəsindəki 10 saylı evin 12 saylı mənzilinin onun mülkiyyətinə verilmiş 1 otaq y/s 17.3 kv.metr, k/s 18.0 kv.metr, eyvan 1.1 kv.metr hissəsinə ayrı ünvan verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayət verərək, Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-1172/2021 saylı qərarının ləğv edilməsini, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3030/2021 saylı,xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Məhkəmənin qərardadı tərəflərə göndərilmiş və xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən rəsmi qaydada qəbul edilmişdir. xx.xx.2022-ci il tarixdə iddiaçı müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, buraxılmış müddətin üzrlü hesab olunaraq bərpa edilməsi və apellyasiya şikayətinə baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarını poçt vasitəsi ilə almamış və hər hansı qəbzə imza atmamışdır. O, həmin qərarı xx.xx.2021-ci il tarixdə məhkəmədən imza edərək almışdır. Sonradan bəlli olmuşdur ki, onun ünvanına göndərilmiş qərar paylı mülkiyyətdə eyni ünvanda yaşayan atası Binnətov Şamil tərəfindən alınaraq gizlədilmişdir.Eyni ünvanda ayrı-ayrı evlərin olması səbəbindən bu hal baş vermişdir.Məhkəmə tərəfindən göndərilmiş qərarı qəbul edənin və onun şəxsiyyət vəsiqəsindəki, iddia ərizəsindəki ona aid imzaları müqayisə olunsa imzanın ona aid olmadığı, onun tərəfindən hər hansı məktub qəbul olunmadığı məlum oluna bilər. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi buraxılmış prosessual müddətin bərpasına dair ərizənin təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və buraxılmış prosessual müddətin bərpasına dair ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından müəyyən edilir ki, məhkəmənin qərarı iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. Apellyasiya şikayəti isə xx.xx.2021-ci il tarixdə, yəni, məhkəmənin qərarından apellyasiya şikayəti verilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş 30 günlük müddət ötürülməklə məhkəməyə təqdim olunmuşdur. Apellyasiya şikayətinin mümkünlüyü yoxlanılarkən məhkəmə tərəfindən iddiaçıya apellyasiya şikayətinin qanunla müəyyən olunmuş müddət ərzində təqdim olunmasına dair sübutları və buraxılmış prosessual müddətin bərpa olunmasına dair ərizənin Bakı Apellyasiya Məhkəməsinə təqdim edilməsi təklif edilsə də, iddiaçı belə bir ərizə (sənəd-sübut) təqdim etməmişdir. Yekun olaraq xx.xx.2021-ci il tarixli qərardad ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti mümkün sayılmamış və şikayətin qəbulundan imtina edilmişdir. Sonradan iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1172/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayətinin buraxılmış prosessual müddət ilə bağlı mümkünlük məsələsinə baxılaraq, şikayət mümkün sayılmadığından və qeyd edilən qərardad qanuni qüvvəyə mindiyindən, iddiaçının sonradan təqdim etdiyi buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İPM-in 78-ci maddəsinin tələbinə görə isə mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Qeyd olunan Məcəllənin 87.4-cü maddəsinə görə apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82,87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1172/2022 saylı, xx.xx.2021-ci il tarixli qərarından apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizəsi mümkün sayılmasın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar