Məhkəmə qərarları › İş №2-1(103)-2625/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2625/2024

05.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2625/2024 05.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “yaşa görə əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədovdan və X3 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçıya məxsus AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1960-cı il təvəllülü İddiaçı ünvan 1 ünvanında pasport qeydiyyatındadır.

2. 02 iyul 1984-cü ildə verilmiş LB seriyalı 012463 №li (qeydiyyat nömrəsi 20088) diplomun notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, Useinova (hazırda Mehtiyeva –İİİ JQ seriyalı 291727 №li nikahın bağlanması haqqında şəhadətnaməyə əsasən) Şüküfə İsaxan qızı 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Pedoqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olmuş və 1984-cü ildə həmin institutu rus dili və ədəbiyyatı ixtisası üzrə tam kursu bitimişdir.Dövlət İmtahan komissiyasının 1984-cü il 29 iyun tarixli qərarı ilə ona rus dili və ədəbiyyatı müəllimi ixtisası verilmişdir.

3. 10.02.1978-ci ildə tərtib olunmuş kitabçasında (notarial qaydada təsdiq olunmuş surəti) aparılan qeydlərdən müəyyən olunur ki, 1960-cı il təvəllüdlü X2 əmək stajı aşağıdakı kimi olmuşdur: xx.xx.1978-ci ildə Cəlilabad RXMŞ-sı üzrə ehtiyaca görə Prişib RXMŞ-nın şəhər orta məktəbinə pioner baş dəstə rəhbəri təyin edilmişdir (xx.xx.1978-ci il tarixli 78 №li əmr); xx.xx.1982-ci ildə Prişib şəhər 1 №li orta məktəbin pioner baş dəstə rəhbəri vəzifəsindən azad edilib həmin məktəbdə ixtisası üzrə dərs aparmasına icazə verilmişdir (xx.xx.1982-ci il tarixli 710 №li əmr); xx.xx.1996-cı il tarixdə Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbinə tədris işləri üzrə direktor müavini təyin edilmişdir (xx.xx.1996-cı il tarixli 325 №li əmr);. xx.xx.2005-ci il tarixdə tədris işləri üzrə direktor müavini ilə bağlanmış əmək müqaviləsi ərizəsi nəzərə alınmaqla AR ƏM 69-cu maddəsinə əsasən xx.xx.2005-ci il tarixdən ləğv edilmişdir (xx.xx.2005-ci il tarixli 80 №li əmr).

4. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq:

5. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Lənkəran-Astara Regional Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-35/2-1151/2023 №-li məktubu ilə məhkəməyə təqdim edilmiş Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbinin xx.xx.2023-cü il tarixli, 237 №-li məktubunda göstərilmişdir ki, məktəbin arxiv sənədləri araşdırıldı və Mehtiyeva (Useinova) Şükufə İsaxan qızının işə qəbul və işdən azad edilməsi barədə heç bir sənəd aşkar edilməmişdir.

6. Cəlilabad rayon Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-48-12RA/1-01 №-li “Arxiv arayışı”nda Cəlilabad rayon Dövlət Arxivində mühafizə olunan “Göytəpə şəhər V.Mürsəlov adına 1 nömrəli” orta məktəbinin 1978- 2005-ci illərə aid şəxsi heyət üzrə əmək haqqı kitablarında (Hüseynova) İddiaçı iş fəlaiyyəti qeyd olunmuşdur. Arxiv arayışının “Qeyd” hissəsində göstərilmişdir ki, Cəlilabad rayon Təhsil şöbəsinin əmək haqqı cədvəlləri 2000-ci ildən sonrakı illər öz arxivlərində saxlanılır. Cəlilabad rayon Təhsil şöbəsinin əmrləri Cəlilabad rayon Dövlət Arxivinə təhvil verilməmişdir.

7. İddiaçı hazırki tələblə bağlı Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və sonuncunun xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-188760/2023 saylı cavab məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilib. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1- dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1979-cu il tarixindən xx.xx.1984-cü il tarixinədək əyani təhsil illəri nəzərə alınmaqla) 20 il 01 ay 29 gün təşkil edir. Həmçinin xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının Cəlilabad rayonu Dövlət arxivi ilə xx.xx.2023-cü il tarixli, Cəlilabad rayon Təhsil Şöbəsi ilə xx.xx.2023-cü il tarixli, Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəblə xx.xx.2023-cü il tarixli aktlarına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixindən xx.xx.2005- ci il tarixinədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər üzrə əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay adına əmək haqqı hesablanmadığı aylar sığorta stajına daxil edilməmişdir. Sözügedən dövrlər üzrə əmək fəaliyyətini təsdiq edən zəruri sənədləri (əmək haqqı cədvəlləri və əmr kitablarından çıxarış) DOST Mərkəzlərinə təqdim etməklə təkrar müraciəti əsasında həmin dövrlərin sığorta stajına daxil edilməsinə qanunvericiliyə uyğun olaraq baxılacaqdır. Qeyd olunanları nəzərə alaraq, ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir və xx.xx.2023-cü il tarixindən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Müavinət kartını əldə etmək üçün "xxxx" ASC-yə müraciət etməsi tövsiyə olunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ izah olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona yaşa görə əmək pensiyasının təmin edilməsindən imtina olunması barədə hərəkətlərinin qanunsuz sayılmasını və Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə çalışdığı 1978-1983-cü illər üzrə və 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək ona yaşa görə əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir.

9. Sonradan İddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona yəni xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 63 yaşının tamam olduğu tarixdən yəni, xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir.

10. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 1979-cu ildə M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və ədəbiyyatı İnstitutuna daxil olaraq rus dili və ədəbiyyatı ixtisası üzrə təhsil almış və ona İnstitut tərəfindən 29 iyul 1984-cü il tarixdə № 012463 saylı diplom təqdim olunmuşdur. 1978-ci il tarixdən əmək fəaliyyətinə başlamış və həmin dövrdən əmək kitabçasında qeydiyyat aparılmışdır. O, əmək fəaliyyətinə başladığı dövrdən fasiləsiz olaraq orta məktəbdə müəllim olaraq çalışmış, sonradan direktor müavini vəzifəsinə təyin edilmişdir. Hətta iki övladı doğularkən belə o, qismən ödənişli məzuniyyət hüququndan istifadə etməmişdir. Buna baxmayaraq, cavabdeh orqan onun işlədiyi bəzi dövrlər barədə əmək haqqı cədvəllərinin Dövlət arxivinə təhvil verilmədiyini əsas gətirərək ona yaşa görə pensiya təyin etməkdən imtina etmişdir. Hesab edir ki, cavabdehin ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunması barədə hərəkətləri qanunsuz hesab edilməli və 1978- 1983-cü illər üzrə işlədiyi dövrün və 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ayın sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul olunmalıdır. Belə ki, cavabdeh imtinasında bildirir ki, xx.xx.1978-ci il tarixindən xx.xx.2005-ci il tarixinədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər və yuxarıda qeyd edilmiş dövrlər üzrə əmək haqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən qanunvericiliyin tələbinə görə pensiya təyini zamanı həmin dövr nəzərə alına bilməz.

11. Cavabdeh Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın adından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialı tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-247599/2023 saylı iddia tələbinə dair yazılı etirazda göstərilmişdir ki, iddiaçı müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin İddiaçı sığorta stajının 20 il 11 ay 29 gün olmaqla qanunvericiliklə tələb olunan müddətdən (25 ildən) az olması səbəbindən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı X1 məhkəməyə təqdim etdiyi iddia ərizəsində Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə çalışdığı 1978-1983-cü illər üzrə və 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilməklə yaşa görə pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir. Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunana yaşa görə əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018- ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2019-2025-ci illərdə həmin Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana (bu Qanunun 8-ci maddəsinin müddəaları nəzərə alınaraq həmin maddədə göstərilən şəxslər də daxil olmaqla) 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2026-cı ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 20 il 11 ay 29 gün təşkil etmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran- Astara regional filialının Cəlilabad rayonu Dövlət Arxivi ilə xx.xx.2023-cü il tarixli, Cəlilabad rayon Təhsil şöbəsi ilə xx.xx.2023-cü il tarixli, Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəblə xx.xx.2023-cü il tarixli aktlarına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər üzrə əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən 1984-cü ildə 5 ay, 1986- cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay adına əmək haqqı hesablanmadığı aylar sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-2-ci maddəsinə uyğun olaraq ötən dövr üçün hesablanan müavinətin ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq müavinətin üzərinə əlavə edilməklə ödəniləcəkdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(102)- 1838/2023 nömrəli qərarında oxşar iş üzrə iddiaçının əməkhaqqı aldığı dövrlər staja daxil edilmiş, əməkhaqqı cədvəlində göstərilməyən dövrlərin staja daxil edilməsinin hər hansı hüquqi əsasının olmaması səbəbiylə iddiaçının əməkhaqqı almadığı dövrlər staja daxil edilməmişdir. İnzibati orqanın da mövqeyi Ali Məhkəmənin mövqeyi ilə eynilik təşkil etmiş, İddiaçı 1978-1983-cü illərdə əməkhaqqı alması arayışda göstərilmədiyindən həmin dövrlərin staja daxil edilməsindən imtina edilmişdir. Belə ki, Ali Məhkəmənin inzibati kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman hazırkı qərarın 32-ci bəndində qeyd olunan prosessual hüquq normalarının tələblərinə riayət edilməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Apellyasiya instansiyası məhkəməsi də öz qərarını əsaslandırarkən iddiaçının mübahisələndirilən müəssisədəki 1996-2000-ci illər üzrə əmək stajını 5 il olaraq nəzərə almış, lakin gəldiyi nəticənin hüquqi əsaslarını göstərməmişdir. Halbuki iş materiallarına əlavə edilmiş iddiaçının “Star LLC” firmasında 1996-2000-ci illər üzrə əməkhaqqı ödəniş cədvəllərindən müəyyən edilir ki, iddiaçı 1996-cı ilin may- dekabr ayları üzrə, 1997-1998-ci illər üzrə tam, 1999-cu ilin yanvar-iyul və oktyabr ayları üzrə, 2000-ci ilin yanvar-aprel ayları üzrə əməkhaqqı almışdır. Əməkhaqqı alınan ayların cəmi 03 il 09 aya bərabərdir. Göründüyü kimi apellyasiya instansiya məhkəməsi işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmadan, istinad etdiyi sübutlara hüquqi qiymət vermədən iş üzrə düzgün olmayan yekun nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati mübahisə üzrə iddiaçının sosial təminat hüququnun təmin edilməsi istiqamətində məhkəmə tərəfindən onun mübahisəli iş illərinə dair xüsusatlar hərtərəfli araşdırılmalı və əldə edilən mötəbər sübutların qiymətləndirilməsi nəticəsində yekun nəticəyə gəlinməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən hallarını - iddiaçının mübahisəli 1996- 2000-ci iş illəri üzrə tam və hərtərəfli araşdırma aparılmasını təmin etməmiş, iddiaçının işdən azad edilmədiyi halda ona əmək haqqının hansı səbəblərdən hesablanmadığını aydınlaşdırmamış, əmək haqqı almadığı aylar üzrə dövrün pensiya hüququ verən əmək stajına daxil edilməsi barədə gəlmiş olduğu nəticəni tam əsaslandırmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, işə apellyasiya instansiyası məhkəməsində təkrar baxılan zaman yuxarıda qeyd edilən hallar iddiaçının 1996-2000-ci illərdə olan iş stajı dəqiq araşdırılmalı, qəbul edilən və qəbul edilməyən iş illərinin (aylarının) hüquqi əsasları məhkəmə qərarında dəqiq göstərilməlidir. Eyni zamanda, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən iddiaçının sığorta stajının 25 ildən az olması müəyyən edilərsə, onun fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı ilə bağlı xüsusatlar da araşdırımalı, yığılan pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan veribverməməsi yoxlanılmalıdır. Buradan aydın olur ki, iddiaçıya özünün faktiki sığorta stajına əsasən yaşa görə əmək pensiyası təyin edilə bilmir. Belə ki, qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının ən azı 25 il sosial sığorta stajı olmalıdır ki, ona yaşa görə əmək pensiyası təyin edilsin, lakin cavabdeh orqan tərəfindən iddiaçının sosial sığorta stajının 25 ildən az olduğu müəyyən edilmişdir və bu səbəbdən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Yuxarıda qeyd olunalara əsasən iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur.

12. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı xx.xx.1960-cı il təvəllüdlü İddiaçı 63 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, işin faktiki hallarının araşdırılması zamanı məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlər əsasında iş stajı xx.xx.1984-xx.xx.2005-ci illəri əhatə edir yəni ümumilikdə əmək kitabçasındakı qeydllər əsasında 21 il, 09 ay, 28 gün təşkil edir.

14. İddiaçının mübahisəli dövrlərdə və müvafiq olaraq ondan əvvəlki və sonrakı dövrlərdə (xx.xx.2005-ci ilədək) eyni təhsil müəssisəsində eyni vəzifələri davamlı olaraq yerinə yetirdiyini və həmin dövrlər istisna olmaqla qalan dövrlərin cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qaydada sığorta stajı kimi qəbul olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, arxiv arayışlarına əsasən iddiaçıya əmək haqqının ödənilməsi barədə məlumat aşkar olunmadığı dövrlərin (1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay) sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun deyil.

15. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən qeyd olunan hal (arxiv arayışlarında iddiaçıya bəzi dövrlərdə əmək haqqının ödənilməsi barədə məlumatın aşkar edilməməsi) iddiaçının həmin dövrlərdə işlədiyini və ona əmək haqqının ödənildiyini təkzib edən sübut kimi qəbul oluna bilməz.

16. Məhkəmə qanunvericiliyin müddəalarını diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı (26 il, 02 ay, 26 gündür (21 il, 09 ay, 28+04 il, 09 ay, 28 gün=26 il, 02 ay, 26 gün). Beləliklə iddiaçının iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox təşkil edir.

17. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki mümkün şərtdən hər ikisi də ödənmiş hesab olunmalıdır.

b) Apellyasiya instansiya məhkəməsində icraat

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

18. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-2502/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

c) Apellyasiya şikayətinin dəlilləri

19. Apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar olmaqla əlavə onunla əsaslandırılmışdır ki, təqdim edilmiş əmək kitabçasının və digər sənədlərin surətlərinə əsasən sığorta stajı (xx.xx.1979-cu il tarixdən xx.xx.1984-cü il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla) 20 il 11 ay 29 gün təşkil etmişdir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran-Astara regional filialının Cəlilabad rayonu Dövlət Arxivi ilə xx.xx.2023-cü il tarixli, Cəlilabad rayon Təhsil şöbəsi ilə xx.xx.2023-cü il tarixli, Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəblə xx.xx.2023-cü il tarixli aktlarına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər üzrə əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən 1984-cü ildə 5 ay, 1986- cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay adına əmək haqqı hesablanmadığı aylar sığorta stajına daxil edilməmişdir. Qeyd olunanları nəzərə alaraq ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmiş və xx.xx.2023-cü il tarixdən 220 manat məbləğində yaşa görə müavinət təyin edilmişdir.

ç)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

20. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır.

d) Proses iştirakçılarının izahatları

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir.

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Konstitusiyasının: 26-cı maddəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. 60-cı maddəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

24. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.

25. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli 618-İQ nömrəli Qanunu ilə təsdiq edilmişdir): 87-ci maddəsinə görə işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.

26. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığorta olunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası. - 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. 22-1.2.1-ci maddəsinə əsasən 2019-2020-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2021-ci ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir.

27. 01 yanvar 2006-cı il tarixədək (iddiaçının mübahisələndirilən illər üzrə əmək fəaliyyəti dövründə) qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununda aşağıdakılar müəyyən olunmuşdur: Maddə 67. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1- məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

Apellyasiya baxışının hədləri

29. Qərardan cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin aktı bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin qərarı tam hissədə yoxlanılır.

30. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

31. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə və ərazi aidiyyəti baxımından düzgün verilmiş, həmçinin, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

32. Məhkəmə kollegiyası daha sonra işin faktiki hallarına tətbiq edilən hüquq normalarına əsaslanaraq qeyd edir ki, aşağıdakı səbəblərə əsasən apellyasiya şikayəti əsassızdır, odur ki, təmin edilməməlidir.

33. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci bəndinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

34. Tətbiq olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir.

35. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyət etməlidir.

36. Məhkəmə ilk öncə iddiaçıya əmək pensiyasının təyin olunması ilə bağlı vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, yaşa əmək pensiyasının təyin olunması üçün iki şərtdən birinə əməl olunmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda.

37. Yaşa görə əmək pensiyasının təyin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş yaş həddi ilə bağlı şərt (xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş müəyyən edilmişdir) iddiaçı tərəfindən ödənilmişdir.

38. Belə ki, işin faktiki hallarından da göründüyü kimi, xx.xx.1960-cı il təvəllüdlü iddiaçının xx.xx.2023-cü il tarixində, yəni 63 yaşında pensiya yaşına çatması işin mübahisəsiz hallarına aiddir.

39. Belə olan halda isə iddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı yaş şərtini ödəmişdir. İddiaçı yaşa əmək pensiyasının təyin olunması üçün ikinci şərtə (azı 25 il sığorta stajı olduqda) əməl olunduğuna istinad edir.

40. Cavabdeh inzibati orqan 1978-1983-cü illər üzrə əmək haqqı cədvəllərinin Dövlət Arxivinə təhvil verilmədiyinə, 1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay əmək haqqı hesablanmadığına istinad edərək, həmin dövrləri sığorta stajına daxil etməmişdir.

41. Məhkəmə Kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçının təqdim etdiyi sənədlərlə və məlumatlarla, o cümlədən iddiaçının əmək kitabçasında qeyd olunmuş dövr üzrə əmək stajı nəzərə alınmaqla əmək pensiyasının təyin olunmasından imtina edərkən istinad etdiyi hallarla bağlı hərtərəfli yoxlamanın aparılması, bununla əlaqədar aidiyyəti qurumlara müvafiq sorğuların göndərilməsi və sənədlərin tələb olunması, obyektiv qərarın qəbulunu təmin edən həcmdə araşdırmanın həyata keçirilməsi əslində və ilk növbədə şəxsə pensiya təyinatı üzrə inzibati icraatı həyata keçirən cavabdehin xidməti vəzifəsidir.

42. Cavabdeh xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan icraat çərçivəsində həmçinin aydın olmayan halların araşdırılması məqsədi ilə müvafiq sorğuların göndərilməsini, arayışların tələb olunmasını təmin etmək öhdəliyi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. Cavabdehin həmçinin formalaşmış məhkəmə təcrübəsini nəzərə almağa və analoji işlərdə həmin təcrübəni tətbiq etməyə borclu olduğu da nəzərə alınmalıdır.

43. Məhkəmə bununla yanaşı qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər.

44. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.

45. Yuxarıda istinad olunan normalara görə inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların inzibati orqan tərəfindən tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bu mənada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmalı, iddiaçı tərəfindən təqdim olunan arayışlardakı məlumatlar mötəbər hesab olunmalı və qəbul edilməlidir. Cavabdeh tərəfindən iddiaçının iş stajını təsdiq edən əlavə sübutların tələb edilməsi qeyd olunan normanın tələblərinin pozulması kimi qiymətləndirilməlidir.

46. Məhkəmə cavabdeh inzibati orqanın imtinasında qeyd olunan əsaslar ilə razılaşmayaraq qeyd etməyi zəruri hesab edir ki, istinad olunan normaların müddəaları baxımından iddiaçının iş illəri onun əmək kitabçası ilə təsdiq olunduğu və əmək kitabçasının mötəbərliyini şübhə altına alan hallar müəyyən edilmədiyi üçün, digər sənədlərlə yenidən sübut olunması zərurəti mövcud deyildir.

47. Qeyd olunanlar baxımından, konkret mübahisəyə münasibətdə məhkəmə Kollegiyası qeyd edir ki, iş üzrə materiallara əlavə edilmiş iddiaçıya məxsus əmək kitabçasının mötəbərliyini şübhə altına alan hər hansı bir dəlilə istinad olunduğu müəyyən edilməmişdir. Beləliklə, iddiaçının əmək kitabçası ilə müəyyən olunmuş iş stajı yuxarıda istinad olunan normalara əsasən və həmin normalarda təsbit edilmiş qazanılmış pensiya hüququ konsepsiyasına uyğun olaraq sosial sığorta stajı kimi nəzərə alınmalıdır.

48. Həmçinin nəzərə alınmalıdır ki, Ali Məhkəmənin oxşar işlər üzrə formalaşmış hüquqi mövqeyinə görə, iddiaçının müvafiq müəssisələrdə əmək fəaliyyəti və müvafiq stajı onun əmək kitabçası ilə təsdiq olunduğundan, digər sənədlərlə yenidən sübut olunmasına ehtiyac yoxdur (bax: Ali Məhkəmənin İnzibati Kollegiyasının 14 iyul 2020ci il tarixli, 2- 1(102)-1431/2020 nömrəli, 28 yanvar 2021-ci il tarixli, 2-1(102)-45/2021 nömrəli qərarları).

49. Belə ki, Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir.

50. Həmin Qanunun 67-ci maddəsinə əsasən g) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoruntada və klinik ordinaturada təhsil müddəti ümumi iş stajına daxil edilir.

51. Göründüyü kimi iş materiallarına əlavə edilmiş diplom əsasında iddiaçının təhsil müddəti xx.xx.1979-xx.xx.1984-cü illəri əhatə etməklə, ümumilikdə 04 il, 09 ay, 28 gün təşkil edir ki, bu da iddiaçının sosial sığorta stajına daxil edilməlidir.

52. İşin faktiki hallarının araşdırılması zamanı məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlər əsasında iş stajı xx.xx.1984-xx.xx.2005-ci illəri əhatə edir yəni ümumilikdə əmək kitabçasındakı qeydllər əsasında 21 il, 09 ay, 28 gün təşkil edir.

53. İddiaçının mübahisəli dövrlərdə və müvafiq olaraq ondan əvvəlki və sonrakı dövrlərdə (xx.xx.2005-ci ilədək) eyni təhsil müəssisəsində eyni vəzifələri davamlı olaraq yerinə yetirdiyini və həmin dövrlər istisna olmaqla qalan dövrlərin cavabdeh inzibati orqan tərəfindən mübahisəsiz qaydada sığorta stajı kimi qəbul olunduğunu nəzərə alaraq məhkəmə hesab edir ki, arxiv arayışlarına əsasən iddiaçıya əmək haqqının ödənilməsi barədə məlumat aşkar olunmadığı dövrlərin (1984-cü ildə 5 ay, 1986-cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay) sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə uyğun deyil.

54. Belə ki, əmək kitabçasındakı qeydlərə əsasən qeyd olunan hal (arxiv arayışlarında iddiaçıya bəzi dövrlərdə əmək haqqının ödənilməsi barədə məlumatın aşkar edilməməsi) iddiaçının həmin dövrlərdə işlədiyini və ona əmək haqqının ödənildiyini təkzib edən sübut kimi qəbul oluna bilməz.

55. Məhkəmə qanunvericiliyin müddəalarını diplomda və əmək kitabçasında olan qeydlər ilə birgə qiymətləndirdikdə müəyyən etdi ki, iddiaçının ümumi iş stajı (26 il, 02 ay, 26 gündür (21 il, 09 ay, 28+04 il, 09 ay, 28 gün=26 il, 02 ay, 26 gün).

56. Cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmuş mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti dövrünün araşdırılması zərurəti yaranmışdır. Fondun 2 saylı Lənkəran- Astara regional filialının Cəlilabad rayonu Dövlət Arxivi ilə xx.xx.2023-cü il tarixli, Cəlilabad rayon Təhsil şöbəsi ilə xx.xx.2023-cü il tarixli, Göytəpə şəhəri V.Mürsəlov adına 1 saylı orta məktəblə xx.xx.2023-cü il tarixli aktlarına əsasən əmək kitabçasının surətində qeyd olunmuş xx.xx.1978-ci il tarixdən xx.xx.2005-ci il tarixədək Göytəpə şəhər V.Mürsəlov adına 1 saylı orta məktəbdə əmək fəaliyyəti zamanı 1978-1983-cü illər üzrə əməkhaqqı cədvəlləri Dövlət Arxivinə təhvil verilmədiyindən 1984-cü ildə 5 ay, 1986- cı ildə 1 ay, 1987-ci ildə 2 ay, 1988-ci ildə 1 ay, 1991-ci ildə 7 ay, 1992-ci ildə 5 ay, 1994-cü ildə 8 ay, 1995-ci ildə 12 ay, 1996-cı ildə 5 ay, 1998-ci ildə 7 ay, 1999-cu ildə 5 ay, 2000-ci ildə 5 ay, 2006-cı ildə 6 ay adına əmək haqqı hesablanmadığı aylar sığorta stajına daxil edilməmişdir.

57. Məhkəmə Kollegiyası şikayətin göstərilən dəlillərinə münasibətdə yuxarıda qeyd olunanlardan əlavə diqqətə şəkir ki, formalaşmış məhkəmə təcrübəsinə, o cümlədən Ali Məhkəmənin hüquqi mövqeyinə görə, ümumiyyətlə, formalaşmış məhkəmə təcrübəsi nəzərə alınmalı və cavabdeh tərəfindən həmin təcrübəyə birmənalı əməl edilməlidir. Nəzərə alınmalıdır ki, inzibati məhkəmələr inzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarətini həyata keçirməklə bərabər, həm də onların fəaliyyətinin legitimləşdirilməsini, yəni qanunauyğunluğunu təmin edirlər. Başqa sözlə, inzibati orqanların fəaliyyəti (onların qəbul etdiyi qərarlar, hərəkət və ya hərəkətsizliyi) qanunauyğun olduğu hallarda inzibati məhkəmələr onun qanuniliyini təsdiq edir, qanunsuz olduğu hallarda isə məhkəmə nəzarəti çərçivəsində həmin fəaliyyətin qanuna uyğunlaşdırılması barədə inzibati orqanların üzərinə vəzifə qoyurlar. Bu yanaşma əmək pensiyaları haqqında qanunvericiliyin məqsədlərinə də uyğundur. Eyni zamanda nəzərə alınmalıdır ki, həm arxiv arayışındakı məlumatlar, həm də əmək kitabçasında qeyd edilən məlumatlar eyni sənədlərə (məsələn, müvafiq qurumun əmrlərinə) əsaslanır, yəni hər iki sənəddə nəzərdə tutulan məlumatların mənbəyi eyni ilkin sənədlərdir (Ali Məhkəmənin İnzibati Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2- 1(102)- 2197/2020 nömrəli qərarı)

58. Beləliklə iddiaçının iş stajı qanunvericilikdə nəzərdə tutulmuş 25 ildən çox təşkil edir. Odur ki, yaşa görə əmək pensiyasının təyin olunması üçün tələb olunan iki mümkün şərtdən hər ikisi də ödənmiş hesab olunmalıdır.

59. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasındakı məlumatların həqiqəti əks etdirmədiyi qənaətinə gəlmək üçün hər hansı əsaslar müəyyən edilməmiş, bu hala dair cavabdeh tərəfindən hər hansı mötəbər sübutlar təqdim edilməmişdir. Hazırkı mübahisə üzrə istinad edilmiş qanunvericiliyin müddəaları, eləcə oxşar işlər üzrə Ali Məhkəmənin formalaşmış təcrübəsinə görə, kifayət qədər mötəbər və ciddi sübutlarla dəstəklənən əks hal müəyyən olunmayıbsa, “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək (xx.xx.2006-cı il tarixədək) sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Hazırkı işdə cavabdeh kifayət qədər mötəbər və ciddi sübutlara əsaslanmaqla əks halı, yəni iddiaçının həmin dövrlərdə müvafiq müəssislələrdə işləməməsini sübuta yetirə bilməmişdir.

60. İPM-nin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.

61. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.

62. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır.

63. İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

64. Göründüyü kimi, birinci instansiya məhkəməsi işə baxakən yuxarıda qeyd olunan məsələlər araşdırılmış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirərək əsaslı nəticəyə gəlmişdir.

65. Beləliklə, apellyasiya şikayətinin dəlilləri əsassızdır və odur ki, təmin olunmamalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2502/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar