Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2627/2022 14.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu, xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Aytən Pənah qızı Oruczadədən ibarət tərkibdə, Ayşəm Lehsan qızı Əliyevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 57 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4214/2022 saylı 12 may 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 14 dekabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. Azərbaycan SSR X11 Təhsil Komitəsi tərəfindən verilmiş Q seriyalı 605329 saylı 22 iyul 1982-ci il tarixli diplomdan və Azərbaycan Respublikası Təhsil Nazirliyi İlk Peşə-İxtisas Təhsil Müəssisəsi N.Babaşov adına 14 saylı Bakı Peşə Məktəbi tərəfindən verilmiş 23 saylı xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı 01 sentyabr 1979-cu ildə 177 saylı Orta şəhər Texniki peşə məktəbinə daxil olmuş və 19 iyul 1982-ci ildə bitirmişdir. NZ seriyalı ******* saylı noyabr 1982-ci il tarixli hərbi biletdən görünür olunur ki, İddiaçı 20 noyabr 1982-ci il tarixdən 23 noyabr 1984-cü ilədək həqiqi hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus İT-İ seriyalı ******* saylı xx.xx.1982-ci il tarixli əmək kitabçasından görünür ki, İsmayılov X5 adına Duvannı NQÇİ- QPPU 59-a, 4-cü dərəcəli elektrik qaynaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 69 №-li, xx.xx.1982-ci il); xx.xx.1982-ci ildə Sovet Ordusuna xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmişdir (Əmr 101-k №-li, xx.xx.1982-ci il); xx.xx.1985-ci ildə Nərimanov adına Duvannı NQÇİ-nə 4-cü dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 9 k №-li, xx.xx.1985-ci il); xx.xx.1988-ci ildə Neft Sənaye nazirliyinin 220 saylı xx.xx.1988-ci il tarixli əmrinə əsasən Nərimanov adına Duvannı NQÇİ avtonəqliyyat sexinə keçirilmişdir; xx.xx.1996-cı ildə qaynaqçı üçün 5-ci dərəcə verilmişdir (Əmr 537/bn, xx.xx.1996-cı il); xx.xx.1998-ci ildə Dənizdə Neft və X1 tabe olan X6 İdarəsinin yaradılması ilə əlaqədar X6 idarəsinə keçirilmişdir (Əmr 138, xx.xx.1998-cı il); xx.xx.1998-ci ildə Dənizdə neft və X2 116 saylı xx.xx.1998-ci il tarixli ərizəsinə əsasən yeni yaranmış X6 idarəsinin təmir emalatxanasına 5-ci dərəcəli qaynaqçı vəzifəsinə qəbul edilmişdir (Əmr 1/k №-li, xx.xx.1998-cı il); xx.xx.1999-cu ildə Təmir emalatxanasının qaynaqçıları üçün 6-cı dərəcə verilmişdir (Əmr 224/k №-li, xx.xx.1999-cı il); xx.xx.2003-cü ildə işdən azad edilmişdir; xx.xx.2003-cü ildə Duvanni TNİ-si nəqliyyat Sexinin N.Nərimanov adıa NQÇİnin tərkibinə verildiyi üçün təmir emalatxanasına 6-cı dərəcəli qaz qaynaqçısı peşəsinə qəbul edilmişdir (Əmr 43/k №-li xx.xx.2003-cü il); xx.xx.2009-cu ildə əmək müqaviləsinə xitam verilmişdir (Əmr 870 №-li, xx.xx.2009-cu il); xx.xx.2009-cu ildə 2 saylı Təmir Emalatxanalarına 6-cı dərəcəli elektrik qaynaqçısı peşəsinə işə qəbul edilmişdir (Əmr 17 /k №-li, xx.xx.2009-cu il); xx.xx.2011-ci ildə 4 saylı TE-na Yol tikinti maşınları və traktorların təmiri üzrə 6-cı dərəcəli çilingər peşəsinə keçirilmişdir (Əmr 601 /k №-li, xx.xx.2011-ci il); xx.xx.2011-ci ildə 2 saylı Təmir Emalatxanasına 6-cı dərəcəli yol-tikinti maşınları və traktorların təmiri üzrə çilingər peşəsinə keçirilmişdir (Əmr 978/k №-li xx.xx.2011-ci il); xx.xx.2014-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir ( Əmr 64 №-li , xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə ARDNŞ 8 saylı Texnoloji nəqliyyat bölümünün 2 saylı təmir emalatxanasına 6-cı dərəcəli yol tikinti maşınları traktorlarının təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir. (Əmr 465 k №-li, xx.xx.2014-cü il); xx.xx.2014-cü ildə işdən azad olunmuşdur (Əmr 1504 №-li, xx.xx.2014cü il); xx.xx.2014-cü ildə ARDNŞ Nəqliyyat İdarəsi 6 saylı Texnoloji Nəqliyyat Departamenti- 2 saylı təmir emalatxanasına 6-cı dərəcəli yol-tkinti maşınlarının və traktorların təmiri üzrə çilingər peşəsinə təyin edilmişdir ( Əmr 148/k №-li, xx.xx.2014-cü il); xx.xx.2015-ci ildə 2 saylı Təmir emalatxanasına 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir (Əmr SOCAR/15-3500 xx-xx-000226 saylı razılıq məktubu); xx.xx.2015-ci ildə 1 saylı təmir emalatxanasına 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir (Əmr 1548/k №-li xx.xx.2015-ci il); xx.xx.2016-cı ildə 2 saylı təmir emalatxanasına 6-cı dərəcəli elektrik qaz qaynaqçısı peşəsinə keçirilmişdir (Əmr 177/k №li xx.xx.2015-cı il). İddiaçı onun güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququnun olduğuna istinad edərək bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun tələbinin təmin olunmasından imtina etmişdir. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya ünvanlanmış **********6 saylı 26 oktyabr 2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Filiala təqdim edilmiş SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına Neft və qazçıxarma idarəsinin ona dair xx.xx.2021-ci il tarixli 51 nömrəli arayışında xx.xx.1985xx.xx.1998-ci il tarixləri arasındakı dövrlər ərzində adıçəkilən idarənin X6 idarəsində qaynaqçı vəzifəsində işlədiyi qeyd olunmuşdur. Lakin sözügedən arayışda işlədiyi qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçısı vəzifəsinə uyğun olubolmaması barədə hər hansı məlumat qeyd edilməmişdir. Həmin imtinadan narazı alan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona 57 yaşı tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, onun xx.xx.2006-cı il tarixinə kimi 26 il 1 ay 9 gün ümumi iş stajı, 21 il 1 ay 27 gün zərərli iş şəraitində xüsusi stajı vardır. İşlədiyi qaz qaynaqçısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 35. Ümumi peşələr bölməsinin, qaz qaynaqçıları bəndinə aiddir. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən görünür ki, onun güzəştli iş stajı xx.xx.2006-cı il tarixinə kimi yarandığı üçün 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə güzəştli şərtlərlə pensiya hüququ yaranmışdır. Hal-hazırda işlədiyi “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına Neft və qazçıxarma İdarəsi tərəfindən ona güzəştli arayışı verilmişdir. O, 57 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, cavabdehin imtinası qanunidir və iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə təmin edilməməlidir: “Əmək pensiyaları haqqında” AR Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. İstinad olunan Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 55 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa malikdirlər. Həmin Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunun 1-ci bəndinə əsasən bu Qanunun 12, 13, 15, 16, 19, 35, 40, 53-cü maddələrində və 90-cı maddənin üçüncü, dördüncü, beşinci abzaslarında nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. İstinad olunan Qanunun müvafiq maddəsindən də məlum olur ki, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. İş üzrə icraat materiallarına əlavə edilmiş Azərbaycan Respublikası SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına qazçıxarma idarəsinin xx.xx.2021-ci il tarixli arayışında İddiaçı xx.xx.1985-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən idarənin X6 idarəsində qaynaqçı vəzifəsində işlədiyi, ümumilikdə xx.xx.1982-xx.xx.2009-cu illərdə 24 il 09 ay 11 gün güzəştli pensiya üçün stajı olduğu, həmçinin həmin vəzifənin Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın Ümumi peşələr bölməsinə əsasən güzəştli sayıldığı göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı’nın “Ümumi peşələr” adlanan 35-ci bölməsində qaz qaynaqçısı vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən təqdim edilmiş əmək kitabçası və SOCAR-ın “Azneft” İB-nin N.Nərimanov adına qazçıxarma idarəsinin arayışından görünür ki, iddiaçının işlədiyi vəzifə istinad olunan Siyahıda öz əksini tapmamış, həmin arayışda istinad olunan Siyahının müvafiq bəndi ilə iddiaçının işlədiyi vəzifə arasında hər hansı uyğunluq mövcud deyildir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4214/2022 saylı 12 may 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, iddiaçı xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X7 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən edilmir. İddiaçı isə iddia ilə məhkəməyə xx.xx.2021-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verilmiş hesab olunur və mümkündür. İşin mahiyyətinə gəldikdə isə hazırki işdən müəyyən olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “ona 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlıdır. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun “nəqliyyat idarəsində qaynaqçı vəzifəsinin yuxarıda qeyd olunan qaz qaynaqçısı vəzifəsinə uyğun olub-olmaması barədə hər hansı məlumatın qeyd edilməməsi və bu səbəbdən də güzəştli iş stajının olmaması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixədək 25 ildən artıq ümumi iş stajının, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə iş stajının mövcud olmasının iş materialları ilə öz təsdiqini tapmasına istinad edərək iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olmasına əsaslanaraq onun güzəştli şərtlərlə 57 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü məsələsi yoxlanılmalıdır. Həmin Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq edilməli olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajının mövcud olub-olmaması yoxlanılmalıdır. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə hərbi biletini, əmək kitabçasını və müvafiq güzəştli arayışları təqdim etmişdir. İddiaçıya məxsus diplomdan və hərbi biletdən görünür ki, o, müvafiq olaraq 01 sentyabr 1979-cu ildə 177 saylı Orta şəhər Texniki peşə məktəbinə daxil olmuş və 19 iyul 1982-ci ildə bitirmiş, 20 noyabr 1982-ci il tarixdən 23 noyabr 1984-cü ilədək isə həqiqi hərbi xidmətdə olmuşdur. Həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” 67-ci maddəsin “ğ” yarımbəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti işçinin iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin üçüncü bəndinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasından müəyyən olunur ki, onun xx.xx.1979xx.xx.1982-ci illərdə təhsil dövrü, xx.xx.1982-xx.xx.1984-cü illərdə hərbi xidmət dövrü və əmək kitabçasındakı qeydlərə əsasən iş stajı nəzərə alınmaqla, ümumilikdə stajı 25 ildən artıq təşkil edir. Hazırki işdə olan iddiaçıya ünvanlanmış imtina məktubunun, iddiaya dair yazılı etirazın və apellyasiya şikayətinin məzmunundan görünür ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının güzəştli iş stajının kifayət qədər olması mübahisələndirilir. İddiaçı qanunla tələb olunan 12 il 6 aydan çox zərərli iş stajının olduğunu bildirir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Bununla bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq SOCAR “Azneft” İstehsalat Birliyi “Siyəzənneft” NQÇİ-nin **********30020123X00003 saylı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-xx.xx.1982-cı ilə kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X6 idarəsində Elektrik qaz qaynaqçısı peşəsində işləyib (əmr 68/k xx.xx.1982-ci il). İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində məşqul olan elektrik qaz qaynaqçısının işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası NK-nin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) 23200000-19756 şifrəyə əsasən güzəştli sayılır. - xx.xx.1985-xx.xx.1998-ci ilə kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X6 idarəsində Qaynaqçı peşəsində işləyib (əmr 9/k xx.xx.1985-ci il). İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində məşqul olan elektrik qaz qaynaqçısının işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası NK-nin xx.xx.1993cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə(Ümumi peşələr) 23200000-19756 şifrəyə əsasən güzəştli sayılır. - xx.xx.1998-xx.xx.2003-cü ilə kimi “Xəzərdənizneftqazçıxarma” İstehsalat Birliyinə tabe olan X6 idarəsində Qaz qaynaqçısı peşəsində işləyib. Azərbaycan Respublikası NKnin xx.xx.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) 23200000-11620 şifrəyə əsasən güzəştli sayılır. - xx.xx.2003-xx.xx.2009-cu ilə kimi N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X6 sexində Qaz qaynaqçısı peşəsində işləyib.(əmr 43/k xx.xx.2003-ci il). Azərbaycan Respublikası NK-nin 21,06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş bu ixtisas XXXİİİ saylı bölməyə (Ümumi peşələr) 23200000-11620 şifrəyə əsasən güzəştli sayılır. Arayışa əsasən güzəştli əmək stajı 24 il 09 ay 11 gün (iyirmi dörd il doqquz ay on bir gün). Arayış müəssisədə T-2 şəxsi vərəqəsi və kadr əmrlərinə əsasən yazılmışdır. Hazırki işə apellyasiya qaydasında tam və hərətərəfli baxılması üçün məhkəmə kollegiyası tərəfindən İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982- ci il tarixədək N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X6 idarəsində işlədiyi elektrik qaz qaynaqçısı, xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X6 idarəsində işlədiyi qaynaqçı, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək “Xəzərdənizneftqazçıxarma” İstehsalat Birliyinə tabe olan X6 idarəsində işlədiyi qaz qaynaqçısı, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək N.Nərimanov adına Neft və qazçıxarma İdarəsində X6 sexində işlədiyi qaz qaynaqçısı peşələrinin funksiyalarının “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısİ”nda nəzərdə tutulan hansı peşənin funksiyaları ilə eynilik təşkil edibetməməsi, eynilik təşkil etdiyi təqdirdə hansı kod altında olan peşəyə uyğun olması, həmçinin həmin peşələrin vəzifə təlimatı üzrə gördüyü işlər barədə təfərrüatlı arayışın məhkəməyə təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinə məhkəmə sorğusu göndərilmişdir. Həmin sorğuya cavab olaraq xx.xx.2022-ci il tarixdə “Azneft” İB –dən məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, İddiaçı xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək N.Nərİmanov adına NQÇİ-nin X6 idarəsində elektrik qaz qaynaqçısı, xx.xx.1985cİ il tarixdən xx.xx.1998-ci il tarixinədək N.Nərİmanov adına Neft və qazçıxarma idarəsinin X6 idarəsində qaynaqçı peşəsində işləmişdir. İşlədiyi peşənin xüsusiyyətləri kəsməkdə və əl ilə qaynaq işlərində, yarıavtomat və avtomat maşınlarda məşqul olan elektrik qazqaynaqçısı işinin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 33 saylı bölməyə (Ümumi peşələr) 23200000-19756 şifrəyə əsasən güzəştli sayılır. xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixinədək “Xəzərdənizneftqazçıxarma” X3 texnoloji nəqliyyat idarəsində qaz qaynaqçısı, xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək N.Nərİmanov adına NQÇl-nin X6 sexində qaz qaynaqçısı peşəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş bu ixtisas 33 saylı bölməyə (Ümumi peşələr) 23200000-11620 şifrəyə əsasən güzəştli sayılır. Bu peşədə çalışanların əmək funksiyaları konstruksion poladlardan, əlvan metal və ərintilərdən olan sadə detal, qovşaq və konstruksiyaların, karbonlu poladlardan orta mürəkkəbli detal, qovşaq, konstruksiya əl ilə qövsü, plazma, qazla qaynaq, avtomat və yarımavtomat qaynaq edilməsindən ibarətdir. Karbonlu və legirlənmiş poladlardan, əlvan metal və ərintilərdən metalın müxtəlif vəziyyətlərində sadə və orta mürəkkəbli detalların nişanlar üzrə əl ilə keçirici, stasionar və plazmakəsici maşınlarda, qaynaq tikişlərin bütün vəziyyətlərində, oksigen plazma düzxətt və əyrixətt kəsilməsi, əlvan metalların tullantılarını ayırmaqla və maşınların qovşaq və hissələrini saxlamaq və yaxud kəsməklə verilmiş ölçülərdə əl ilə oksigen kəsilməsi və benzin-kəsici, neft-kəsici aparatlarla kəsilməsini və sairə işləri həyata keçirir. Qeyd edilənlər nəzərə alınaraq İddiaçı topladığı staja görə ona yaşa görə güzəşrli şərtlərlə əmək pensiyası təyin edilməsi məqsədəuyğundur. Beləliklə, apellyasiya baxışı zamanı bir daha müəyyən olundu ki, cavabdeh tərəfindən mübahisələndirilən iddiaçının güzəştli iş stajının kifayət qədər olması ilə bağlı iş yerinin təqdim etdiyi arayışlar, həmçinin məhkəmənin sorğusuna cavab məktublarına əsasən iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1998-ci il tarixədək işlədiyi “qaynaqçı” peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısında XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—19756 şifrəsi altında göstərilən “kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları” peşəsinə, xx.xx.1998-ci il tarixdən xx.xx.2003-cü il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi “qaz qaynaqçısı” peşəsi isə adı çəkilən Siyahıda XXXİİİ. Ümumi peşələr bölməsinin 23200000—11620 şifrəsi altında göstərilən “qaz qaynaqçıları” peşəsinə uyğundur və həmin dövrlər üzrə onun güzəştli iş stajı 12 il 6 aydan artıq təşkil edir. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 25 ildən az olmayan ümumi, 12 il 6 aydan az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı isə işlədiyi müəssisə (işəgötürən) tərəfindən təsdiq olunur. Cavabdeh isə həmin dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçıya 57 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, həmin dəlillər iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4214/2022 saylı 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4214/2022 saylı 12 may 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-2627/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2627/2022
14.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver