Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2-1(103)-2629/2025 03.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İsmayılov Rəsul Çingiz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı iş üzrə (Açar sözlər: əlillik dərəcəsinin təyin edilməsi) Hakimlər Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, X4 və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı İsmayılov Rəsul Çingiz oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı «əlillik dərəcəsinin təyin edilməsi» tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARI
1. İddiaçı İsmayılov Rəsul Çingiz oğlu cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində xxxxnə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o ##.##.1973-cü ildə Zəngilan rayonunda doğulmuşdur. X5 iştirak etmişdir və Müharibə veteranıdır. 2020-ci il tarixdə İkinci Qarabağ müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə könüllü olaraq iştirak etmişdir. ##.##.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən atılan atəş nəticəsində “belin küt travması” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra müayinə üçün təxliyə olunmuşdur. ##.##.2020-ci il tarixdə hərbi xidmətdən ehtiyata tərxis olunmuşdur. Həmin müddət ərizndə hərbi qospitalda müalicə almışdır. ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixdək DTX Hərbi Tibb İdarəsində “L5- S1 fəqərəarası disk sağ tərəfli yirtığı, kəskin ağrı sindromu” diaqnozu ilə əməliyyat olunmuşdur. ##.##.2021-ci il tarixdən ##.##.2021-ci il tarixədək M.Ə.Əfəndiyev adına X2 “interlaminektomiya, L5-S1 sağda yirtığının xaric edilməsi əməliyyatından sonrakı vəziyyət” diaqnozu ilə stasionar müalicədə olmuşdur. ##.##.2021-ci il tarixdə Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinələrdə olmuşdur. ##.##.2022ci ildə, ##.##.2022-ci ildə, ##.##.2022-##.##.2022-ci il tarixlərdə SN Respublika Psixiatriya Xəstəxanasında, ##.##.2022-ci il tarixlərdə MN МНР-da müayinə və müalicələrdə olmuşdur. Ona Mərkəzi hərbi həkim komissiyasının qərarı ilə “nadir hallarda residivləşən xroniki diskogen mənşəli bel-oma radikuliti, natamam remissiya mərhələsində L5-S1 disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı bərkimiş dəri çapığı” diaqnozu qoyulmuşdur. “Mülayim dərəcədə ifadə olunmuş üzvü emosional-labil (astnik) pozuntusu, ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 2 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə” hərbi travma olmaqla Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır.” diaqnozu qoyulmuşdur. Həkim Psixiatr komissiyasının ##.##.2023-cü il tarxli rəyi ilə üzvü (II Qarabağ müharibsi zamanı alınmış partlayı travması) affektiv pozuntusu, depressiv əlamətlrlə, anamnezində sui-qəsd fikirləri ilə F06.3 diaqnozu qoyulmuşdur. Göründüyü kimi o hərbi travmanı Azərbaycan Respublikasının müdafiəsi zamanı almış və ona əlillik müəyyən edilməsi üçün cavabdeh təşkilata müraciət etsə də ona xəstəliyinin əlillik təyin edilməsi üçün əsas olmadığı göstərilərək imtina edilmişdir. Həmin imtina əsassız olmaqla hazırda o döyüş zamanı belindən travma almış, başında kəskin ağrılar var, qulaqlarında eşitmə qabiliyyəti məhdudur, sağ ayağında tutulmalar olur. Belə bir vəziyyətdə onun işləməyi qeyri mümkündür və əlliliyin təyin edilməsi labüddür.
3. Bakı İnzibati Məhkəməsinin ##.##.2024-cü il tarixli qərardadı ilə iş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası xxxx ilə əvəz edilmişdir.
4. Cavabdehin iddia tələbinə dair yazılı etirazı məhkəməyə daxil olmuşdur.
5. Bakı İnzibati Məhkəməsinin ##.##.2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
6. Qərardan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ:
7. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinə uyğun olaraq əsaslandırılmışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI:
8. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə kollegiyasının iclasında iştiraklarını təmin etməmişlər.
9. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
10. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 3-17-4/2-İ-25379/2023 nömrəli ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Hərbi xidmətlə əlaqədar əlillik vəziyyətinizin qiymətləndirilməsi barədə daxil olan müraciətə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxndə (bundan sonra - Agentlik) baxılmışdır. Şəxsin əlillik vəziyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2020-ci il tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Müraciəti əsasında o ##.##.2023- cü il tarixdə Agentlikdə qəbulda olmuşdur. Təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyəti obyektiv müayinəsi zamanı müəyyən edilmiş ağırlaşmalar və patofunksional dəyişikliklər, o cümlədən adına rəsmiləşdirilən göndərişdə qeyd edilmiş diaqnozlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlan”na müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində diaqnoz əlillik əlaməti təyin etmir Qərarı qəbul edilmişdir.
11. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin ##.##.2021-ci il tarixli ** nömrəli tramva haqqında arayışından görünür ki, ##.##.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində düşmən tərəfindən atılan atəş nəticəsində “belin küt travması” diaqnozu ilə xəsarət almışdır. İlk tibbi yardım göstərildikdən sonra müayinə üçün təxliyə olunmuşdur. Əsas diaqnoz: G93.4 Dəqiqləşdirilməmiş ensefalopatiya, Travmadan sonrakı ensofalopatiya Bakı * nömrəli X6nın İsmayılov Rəsul Çingiz oğlu haqqında “Forma 88” arayışına əsasən (göndəriş №-si D00120726YTG, göndəriş tarixi ##.##.2023-cü il) göndərişi verən müəssisədə ##.##.2022-ci il tarixdən qeydiyyatdadır. Xəstəliyin başlanılma tarixi ##.##.2020ci il tarixdən (xroniki) müəyyən edilmişdir. Əsas diaqnoz-F06.3-Əhvalın üzvi mənşəli [affektiv] pozuntusu, Üzvi (2 ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Yanaşı xəstəliklər-G83.1- Aşağı ətrafların monoplegiyası, Aşağı ətrafların monoplegiyası Yanaşı xəstəliklər-M51.1- Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə.
12. İsmayılov Rəsul Çingiz oğluna dair əlillik alt sistemindən çıxarışdan görünür ki, *LQQ*X***** saylı ##.##.2022-ci il tarixli göndərişə əsasən Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə Fəqərəarası diskin digər dəqiqləşdirilmiş degenerasiyası.Aşağı ətrafların monoplegiyası Baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliyi nəticəsində yaranan digər psixi pozuntular.Üzvi mənşəli emosional labil [astenik] pozuntu.Yüngül koqnitiv pozuntu. Postkontuzion sindrom Diaqnozu qoyulmuşdur. Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir.
13. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X1in ##.##.2023- cü il tarixli **** nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *-**/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İsmayılov X3 Sağlamlıq Mərkəzinin, ##.##.2023-cü il tarixli bildirişinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində sui-qəsd fikirləri ilə F06.3 diaqnozu qoyulmuşdur.
14. İsmayılov Rəsul Çingiz oğluna dair əlillik alt sistemindən çıxarışdan görünür ki, *LQQ*X***** saylı ##.##.2023-cü il tarixli göndərişə əsasən Üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində sui-qəsd fikirləri ilə. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə. Aşağı ətrafların monoplegiyası diaqnozu qoyulmuşdur. Diaqnoz əlillik əlaməti təyin etməməsi səbəbi ilə əlillik təyin edilməsindən imtina edilmişdir.
15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X8-sosial ekspert komissiyasının *-**-*/*-*- *****/**** saylı ##.##.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ## ### 2022-ci il tarixli *** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.
16. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” X1in ##.##.2024-cü il tarixli **** nömrəli məktubundan görünür ki, vətəndaş İsmayılov Rəsul Çingiz oğlunun iddiası ilə bağlı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının aparılmasından ötrü onun özünün şəxsiyyət vəsiqəsi və tibbi sənədləri ilə Birliyə təqdim edilməsi bildirilməsinə baxmayaraq bu günə qədər gəlmədiyindən ekspertizanı başa çatdırmaq mümkün olmamışdır. Bu səbəbdən də sənədlər ekspertiza aparılmadan icrasız geri qaytarılmışdır.
17. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin “xxxx” publik hüquqi şəxs tərəfindən təqdim edilmiş T-***/**** saylı ekspert rəyindən görünür ki, vətəndaş R.Ç.İsmayılovun əlillik vəziyyətinin qiymətləndirilməsi üçün “Bakı * nömrəli X6 tərəfindən tərtib edilmiş ##.##.2023-cü il tarixli, D********YTG saylı Forma 088-də göndərişində qeyd edilmiş “F06.3-Əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi (2-ci Qarabağ müharibəsi zamanı alınmış partlayış travması; affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə. Yanaşı xəstəliklər: Aşağı ətrafın monoplegiyası, M51.1 -bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə” diaqnozlar ona stasionarda müəyyən edilsə də DTSERA-da şəxsin 2023-cü ildə nevroloq tərəfindən müayinəsi zamanı aşağı ətrafların əzələlərində atrofıya, hipotrofıya izlənilmiş, distal və proksimal qrup əzələ gücü 5 bal kimi müəyyənləşdirilmiş, axil və diz refleksləri canlı çağırılmış, parez əlamətləri qeyd olunmamış, psixi vəziyyəti isə istər 2023- cü il, istərsə də hazırkı əyani müayinələri zamanı mütəxəssis psixiatrlar tərəfindən “Nevrasteniya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən psixoproduktiv əlamətlər, davranış pozuntuları və digər orqanların patofunksional pozuntuları qeyd olunmamış, yekun olaraq baş beyin üzvi patologiyası həm travma haqqında arayış, həm də instrumental müayinə nəticələri ilə təsdiqlənmədiyindən məhz II Qarabağ müharibəsi zamanı alınmış travma nəticəsində psixi pozuntu yaranması qeyri-mümkün olduğundan əlilliyin təyini zamanı ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2022-ci il tarixli, *** №-li qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq meyarların hər-hansı bəndini aid etmək mümkün olmadı. Xəstəliklər remissiya mərhələsində olduğundan hazırda müalicəyə ehtiyacı yoxdur, lakin kəskinləşərkən müvafiq ixtisas sahəsi üzrə həkimdə vəziyyətinin ağırlığından asılı olaraq ambulator ya stasionar müalicəyə cəlb oluna bilər. Vətəndaş R.Ç.İsmayılovun son Forma 088 göndərişində əsas diaqnoz kimi göstərilən “əhvalın üzvi mənşəli (affektiv) pozuntusu, üzvi affektiv pozuntu, depressiv əlamətlərlə” xəstəliyi əyani müayinədə patoloji vəziyyətinə görə Azərbaycan Respublikası Nazirlər Kabinetininin 2022-ci il ## ### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin müəyyən olunması meyarlarında Psixi və davranış pozuntuları bölməsində nəzərdə tutulan hər-hansı xəstəliyin patoloji vəziyyəti ilə uyğunluq təşkil etmədiyindən 7.6.2-ci bəndində nəzərdə tutulan Postkontuzion sindromu ilə eynilik təşkil etmir və ona görə də 7.6.2.1-7.6.2.2. aralığında göstərilən hallardan hər-hansı biri ilə uyğunluq təşkil etmir.
18. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının ##.##.2026-cı il tarixli, *- *(***)-****/**** saylı qərardadı ilə məhkəmə psixiatrik ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1in ## ######## 2025-ci il tarixli, **** saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticəsi aşağıdakı kimi müəyyən olunmuşdur. Nəticə hissəsi: İ Motivləşdirici hissə. Yuxarıda göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlirəm ki, İsmayılov Rəsul Çingiz oğlunda Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Bunu anamnestik məlumatlar – döyüş zonasında hərbi xidmət keçərkən travma alması, MN mərkəzi Hərbi Hospitalında müayinə və müalicədə olarkən "qapalı kəllə-beyin travması" diaqnozunun təyin edilməsi, Respublika Psixiatriya Xəstəxanasında stasionar müayinədə olması, Quba rayon X9 stasionar müalicədə olması, həmçinin hazırki müayinə zamanı - təfəkkürünün torpidliyi, nitqinin ləngiməsi, xarici qıcıqlara qarşı həssaslığının yüksək olması, emosional dayanıqsızlığı, əhvali-ruhiyyəsinin dəyişkənliyi və s. sübut edir. II Yekun hissəsi: İnzibati iş materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci və 2-ci suallara cavab: Yoxlanılan şəxs İsmayılov Rəsul Çingiz oğlunda Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. 3-cü suala cavab: Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İsmayılov Rəsul Çingiz oğlunun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır. 4-cü, 5-ci, 6-cı və 7-ci suallara cavab: Qərarda qoyulmuş suallar şəxsin əmək qabiliyyətinin qiymətləndirilməsinin meyarlarına aid olduğu üçün sualın cavablandırılması məhkəmə psixiatrik ekspertizasının səlahiyyətlərinə aid deyil, göstərilən sualın ekspert qiymətləndirilməsi Cavabdeh X1 səlahiyyətlərinə aiddir.
19. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının ## ###### 2026-cı il tarixli, *** №-li arayışına əsasən müəyyən olunur: Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı: F 07.0 Orta dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə. T 90.5, G 90, G 93.8 Partlayış travması (##.##.2020). Keçirilmiş qapalı kəllə beyin travması, baş beyin silkələnməsinin davamlı vegetativ damar davamsızlığı, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən xroniki posttravmatik ensefalopatiya ilə nəticəsi. M 54.1 Hissi, hərəki və trofiki pozulmalarla müşayiət olunan nadir hallarda kəskinləşən residiv gedişli, posttravmatik xroniki diskogen mənşəli bel-oma radikuliti. H 90.3, H 93.3 İkitərəfli xroniki koxlear nevrit, ikitərəfli neyrosensor ağırlaşma, pıçıltı nitqini sağ qulaqda 2 (iki) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. M 51.8 L -S fəqərəarası diskin sağ S sinir kökünü kompressiya edən yırtığına görə aparılmış interlaminektomiya, L -S disk yırtığının xaric edilməsi əməliyyatından sonrakı (##.##.2021) bərkimiş dəri çapığı. L -L , L -L , L -S fəqərəarası disklərin protruziyası.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
20. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
21. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi təmin edilməlidir.
22. «Əlilliyi olan şəxslərin hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun: 3.1-ci maddəsinə əsasən şəxsin orqanizminin funksiyalarının pozulması faizi, səbəbi və müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi, o cümlədən əlilliyin təkrar qiymətləndirilməsi onun tibbi-sosial ekspertiza müayinəsinə göndərişi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil olduğu tarixdən 10 iş günü müddətində, əlavə araşdırma tələb edildiyi halda isə 15 iş günü müddətinə uzadılmaqla keçirilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir; 3.2-ci maddəsinə əsasən əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3-cü maddəsinə əsasən şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. Maddə 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. Maddə 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər.
23. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş «Əlilliyin qiymətləndirilməsi Qaydası»nın: 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində xxxxnin (bundan sonra – Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir; 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir; 1.6-cı bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır; 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il ## ###### tarixli ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır; 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür; 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir; 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər; 3.1. Əlillik səbəbi Agentlik tərəfindən aşağıdakı hallarda dəyişdirilir: 3.1.1. əlillik müəyyən edildikdən sonra bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb müəyyən olunduqda; 3.1.2. göndərişdə əlillik səbəbinin yanlış qeyd olunması, əlilliyin həqiqi səbəbinin müəyyən edilməsinin mümkün olmaması və ya əlillik səbəbini təsdiq edən sənədlərin mövcud olmaması nəticəsində əlillik bu Qaydanın 1.5-ci bəndində nəzərdə tutulmuş digər səbəb əsas götürülməklə müəyyən edilmiş olduqda. 3.2. Əlillik səbəbinin dəyişdirilməsinə əsas verən sənədlər şəxsin özü (onun qanuni nümayəndəsi) və ya aidiyyəti orqanlar (qurumlar) tərəfindən Agentliyə təqdim olunur (bu Qaydanın 2.11-1-ci bəndinin tələbləri nəzərə alınmaqla). Agentlik daxil olmuş sənədlərə 2 (iki) iş günü müddətində baxaraq, altsistemdə rəsmiləşdirməklə qərar qəbul edir.
24. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının ## ###### 2017-ci il tarixli **-* nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: 2.5. “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.5.1. xəstəlik şəxsin hərbi xidmət (hərbi toplanış) keçməsi, yaxud şəxsin hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına və ya hərbi xidmətə daxil olmasına qədər yaranmış xəstəliyi hərbi xidmət (hərbi toplanış) dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra bir il keçənədək təyin edilmiş xroniki, tədricən proqressivləşən xəstəliklər olduqda, həmin xəstəliklərin başlanğıcını hərbi xidmət (hərbi toplanış) dövrünə aid etmək mümkündürsə; 2.5.2. xəstəlik şəxsin döyüşən ordunun tərkibinə daxil olmayan hərbi hissədə hərbi xidmət (hərbi toplanış) keçməsi dövründə, yaxud onun xaricə, döyüş əməliyyatları aparılan dövlətə getməsinə qədər yaranmışsa və bu dövlətdə xidmətkeçmə onda olan xəstəliyə və onun hərbi xidmətə yararlılıq kateqoriyasına təsir etməmişsə; 2.5.3. şəxs xəsarəti hərbi xidmət dövründə hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) icrası ilə bağlı olmayan bədbəxt hadisə nəticəsində almışsa; 2.5.4. xəsarət hərbi xidmət (hərbi toplanış) dövründə alınmışsa, lakin müraciət anında xəsarətin alınma şəraiti haqqında sənədlər yoxdursa.
3. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış hərbi qulluqçulara, hərbi xidmətdən digər əsaslara görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən edilməsi qaydaları 3.1. Şəxsə hərbi xidmətlə əlaqədar əlillik hərbi xidmətdə aldığı xəsarət, xəstəlik ayrıayrı götürüldükdə ən azı üçüncü dərəcə əlillik təyin etmək üçün əsas vermiş olduqda müəyyən edilir. 3.2. Hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə, yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir. 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetini 2008-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. 3.4. xəstəlik haqqında şəhadətnamədə, arayışda və ya ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarında xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin tələblərinə uyğun göstərilmədikdə, yaxud ştatlı HHK-nın qərarının əsli ilə düz olduğunun yoxlanılması zəruri olduqda, sənədlər baxılmaq üçün müvafiq ştatlı HHK-na göndərilir. 3.5. Hərbi xidmətdən xəstəliyə görə buraxılmış şəxslərə hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Xidmət tərəfindən aşağıdakı qaydada müəyyən edilir: 3.5.1. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir. 3.5.2. Silahlı Qüvvələrdən, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarından (dövlət orqanlarının strukturuna daxil olan qurumlardan) ehtiyata və ya istefaya buraxılmış, habelə hərbi toplanış keçmiş hərbi qulluqçuların hərbi tibbi sənədləri olmadığı və ya habelə həmin sənədlər düzgün tərtib olunmadığı hallarda onlar xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsinin müəyyən edilməsi üçün müvafiq ştatlı HHK-ya göndərilirlər.
25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2008-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” 7.1. Hərbi qulluqçuların, orqanlarda xidmət keçən vətəndaşların, hərbi toplanışa çağırılmış vətəndaşların şəhadətləndirilməsi zamanı, onlara diaqnoz təyin edilmişdirsə, həmin şəxslərin istintaq altında olması və ya barələrindəki cinayət işinin məhkəməyə verilməsi halları istisna olunmaqla, hərbi-həkim komissiyası onların aldıqları xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsini təyin edir. 7.2. Hərbi-həkim komissiyası xəsarətlərin, xəstəliklərin səbəb əlaqəsi haqqında aşağıdakı qərarları çıxarır: a) “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır”; c) “Hərbi travmadır, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən alınmışdır”.
26. “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”ın 2.5-ci bəndində şəxsin “Hərbi xidmət dövrü ilə əlaqədar” əlillik səbəbinin müəyyən edilməsi əsasları təsbit edilmişdir.
27. Təlimata görə hərbi xidmətlə əlaqədar əlillik səbəbi hərbi xidmət zamanı alınmış xəsarətin, xəstəliyin bilavasitə nəticələrinə yaxud fəsadlarına və uzaq nəticələrinə görə müəyyən edilir, əlillik səbəbləri müəyyən edilərkən xəstəlik haqqında şəhadətnamə, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı əsas götürülür. Hərbi xidmət (hərbi toplanış) zamanı alınmış xəsarətin, xəstəliyin hərbi xidmətlə səbəb əlaqəsi göstərilmiş hərbi tibbi sənədi olan şəxslərin əlillik səbəbi təqdim edilən hərbi tibbi sənəd (xəstəlik haqqında şəhadətnamə və ya arayış, yaxud ştatlı HHK tərəfindən tərtib edilmiş qərar) əsasında təyin edilir.
28. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ###### tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.5.2.3- cü bəndinə görə şəxsin əlilliyinin səbəblərdən biri hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar əlilliyə əsasən müəyyən edilir.
29. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; -2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; -2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; -11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. -19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. - 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. - 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır
30. Bundan əlavə qeyd olunmalıdır ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanmalıdır.
31. Doğrudur ki, diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsi cavabdehin diskresion səlahiyyətinə aiddir və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxilə edilə bilməz. Lakin bununla bağlı qeyd olunmalıdır ki, iddiaçıya əlilliyin təyin olunması ilə əlaqədar məsələni həll edərkən, cavabdeh eyni zamanda həm “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və əlaqəli normaların əlilliyin qiymətləndirilməsi və əlillik dərəcəsinin təyin olunması ilə bağlı müddəalarını, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı, o cümlədən diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Bu mənada əlilliyin təyin olunması üzrə səlahiyyətin məzmunu baxımından şəxsin əlillik vəziyyətinin qiymətləndirilməsini və qiymətləndirmənin nəticəsindən asılı olaraq əlilliyin təyin olunmasını fərqləndirmək lazımdır. Fərqləndirmə şəxsin sağlamlıq vəziyyətinə aid faktiki halların dairəsinin müəyyən olunması və müəyyən olunmuş həmin hallara uyğun nəticəyə dair qərarın qəbul edilməsi ilə bağlıdır. Şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə cavabdeh müəyyən qiymətləndirmə azadlığına malikdir və bu məhkəmə tərəfindən təkzib edilmir. Bununla belə, həmin qiymətləndirmə azadlığı, bir tərəfdən tibb müəssisəsi tərəfindən verilmiş göndərişdə təsbit edilmiş xəstəlik və diaqnoz göstəriciləri, digər tərəfdən şəxsin tibbi-instrumental müayinəsinin nəticələri, eləcə də müayinənin keçirilməsi metodikası və meyarları ilə məhdudlaşır. Başqa sözlə, iddiaçının faktiki sağlamlıq vəziyyəti cavabdeh tərəfindən qeyd olunan həmin obyektiv göstəricilər əsasında qiymətləndirilməlidir. Əlilliyin təyin olunması isə iddiaçının sağlamlıq vəziyyətinin qiymətləndirilməsinin nəticələrinə bağlıdır. Qiymətləndirilmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə nəzərdə tutulmuş xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh ona əlillik dərəcəsini təyin etməyə borcludur. Yəni əlilliyin təyin olunması üçün tələb olunan şərtlərin mövcud olduğu halda, əlilliyin təyin edilməsi cavabdehin diskresion deyil, mütləq səlahiyyəti kimi nəzərdə tutulmuşdur.
32. Bu mənada diaqnoz əsasında şəxsin əlilliyinin müəyyən edilib-edilməməsinin cavabdehin diskresion səlahiyyətinə aid olması və məhkəmə tərəfindən həmin səlahiyyətə müdaxiləyə yol verilməməsi ilə bağlı nəzərə alınmalıdır ki, cavabdehin həmin hallarla bağlı arqumenti iddiaçının hüquqlarının əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda biləcəyi üçün onun hazırkı mübahisəyə münasibətdə qəbul etdiyi qərara həm də bu prizmadan qiymət verilməlidir.
33. Odur ki, cavabdeh tərəfindən hazırkı mübahisəyə münasibətdə iddiaçıya əlilliyin təyin edilməsindən imtina olunması qanunsuz və əsassız sayılmalıdır.
34. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin X1in ##.##.2023-cü il tarixli **** nömrəli həkim psixiatr komissiyasının rəyindən görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ## ###### 2023-cü il *- **/*-*-***/**** saylı “Vətən müharibəsi iştirakçılarının psixiatriya müayinələrinin təşkili barədə" əmrinə uyğun olaraq İsmayılov X3 Sağlamlıq Mərkəzinin, ##.##.2023-cü il tarixli bildirişinə əsasən Respublika Psixiatriya Xəstəxanasının nəzdində yaradılmış Həkim Psixiatr Komissiyası tərəfindən müayinə olunmuşdur. Üzvi (II Qarabağ müharibəsi zamanı alınmış partlayış travması) affektiv pozuntu, depressiv əlamətlərlə, anamnezində suiqəsd fikirləri ilə F06.3 diaqnozu qoyulmuşdur.
35. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “xxxx” X1in ## ######## 2025-ci il tarixli, **** saylı ambulator məhkəmə psixiatrik ekspertizasının rəyinin nəticəsi ilə müəyyən olunmuşdur ki, yoxlanılan şəxs İsmayılov Rəsul Çingiz oğlunda Üzvi mənşəli şəxsiyyət pozuntusu, affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, koqnitiv funksiyaların enməsi, nitq qüsuru ilə (F07.0) aşkar olunur. Elmi ədəbiyyatdakı məlumata əsasən, nisbətən uzun zaman ərzində formalaşan bir patologiya olan Üzvi mənşəli şəxsiyyət pozuntusu üzvi xəstəliklərin (kəllə-beyin travması nəticəsində) ağır keçən uzaq nəticələrindən biri hesab olunur. Üzvi mənşəli şəxsiyyət pozuntusunun tam reabilitasiyası mümkün deyil, lakin İsmayılov Rəsul Çingiz oğlunun vəziyyətinin stabil saxlanılması və sosial adaptasiyası məqsədilə əlavə müalicə və psixiatrik nəzarətə ehtiyacı vardır.
36. Diaqnoz və xəsarətin (travmanın, yaralanmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı ilə F 07.0 Orta dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv epizodlar, koqnitiv funksiyaların enməsi ilə diaqnozu müəyyən olunur.
37. Hərçənd ki, məhkəmə ekspertizası tərəfindən iddiaçının ilkin diaqnozu əsasən F07.0 (Üzvi mənşəli şəxsiyyət pozuntusu) kimi kodlaşdırılmışdır, lakin həm ekspertiza rəyinin motivləşdirici hissəsində, həm də HHK-nın rəsmiləşdirdiyi diaqnozda obyektiv olaraq kliniki mənzərənin "affektiv epizodlar, suiqəsd fikirləri və cəhdləri, depressiv epizodlar, xroniki sefalgik və insomnik sindrom, koqnitiv defisit ilə təzahür edən xroniki posttravmatik ensefalopatiya" elementlərindən ibarət olduğu qeyd edilmişdir.
38. Meyarların tətbiqi zamanı yalnız xəstəliyin hərfi kodu deyil, şəxsdə yaratdığı orqanizmin funksiyalarının pozulması faizi və kliniki patologiyanın ağırlığı əsas götürülməlidir. İddiaçıda müşahidə olunan davamlı depressiv və affektiv vəziyyətlər, eləcə də suiqəsd cəhdləri bilavasitə Meyarların 7.6.2-ci bəndinin (baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular- F06, əmək qabiliyyətinin nəzərə çarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) təsir dairəsinə düşür.
39. Həmin Meyarlara əsasən, xəstəliyin gedişatının tezliyi, terapevtik rezistentliyi və sosial adaptasiyanın çətinləşməsi dərəcəsindən asılı olaraq şəxsə orqanizmin funksiyalarının pozulması 35-65 faiz aralığında 2 (iki) il müddətinə əlillik təyin edilməsi tam hüquqi əsasa malikdir. İddiaçının aldığı travmanın xarakteri (müharibə travması) və reabilitasiyasının qeyri-mümkünlüyü barədə ekspert rəyi bu müddət ərzində onun sosialtibbi müdafiəsinin təmin olunmasını mütləq edir.
40. Məhkəmə kollegiyası qeyd edir ki, həm iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə müddətsiz əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər.
41. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
42. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, ##.##.1973-cü il təvəllüdlü İsmayılov Rəsul Çingiz oğluna ##.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulmalıdır.
43. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDI:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *-*(***)-***/**** nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi təmin edilsin. ##.##.1973-cü il təvəllüdlü İsmayılov Rəsul Çingiz oğluna ##.##.2023-cü il tarixdən “Azərbaycan Respublikasının ərazi bütövlüyünün və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar aldığı hərbi travmaya” görə 35-60 faiz dərəcəsi ilə 2 il müddətinə əlilliyin təyin edilməsi barədə qərar qəbul edilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində xxxxnin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov