Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-263/2023 22.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X13 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X9 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının nümayəndəsi (həyat yoldaşı) X4, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4475/2022 saylı 29 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi Tibb Xidmətinin X7 tərtib etdiyi xx.xx.2008-ci il tarixli epikrizə əsasən xx.xx.2007-ci il təvəllüdlü Əliyev Əliəkbər (iddiaçının oğlu) xx.xx.2008-ci il tarixdə xəstəxanaya daxil olmuş, xx.xx.2008-ci il tarixdə evə yazılmış və ona “Spinal meninqomiolosele” diaqnozu qoyulmuşdur. xx.xx.2008-ci il tarixdə “Spinal meninqomioloselenin ləğvi” əməliyyatı olunmuşdur. Əməliyyatdan sonra nevroloji statusunda müsbət dinamikanın olması və yaşayış yerində nevropatoloqun müşahidəsinə yazılması qeyd olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatına əsasən xx.xx.2007-ci il təvəllüdlü X11 müayinədən keçmiş və ona “Spina bifida [onurğa kanalının tam bağlanmaması], Spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Spina bifida. Çanaq orqanlarının disfunksiyası (qeyri-iradi sidik və nəcis ifrazı); Yanaşı xəstəliklər N31.2 Sidik kisəsinin başqa rubrikalarda təsnif olunmayan neyrogen zərifliyi, Neyrogen sidik kisəsi, spinal forma (adaptasiyasız). Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit. Yanaşı xəstəliklər E66.9 Dəqiqləşdirilməmiş piylənmə. Yanaşı xəstəliklər N39.4 Qeyri-iradi sidik ifrazının digər dəqiqləşdirilmiş formaları, Xroniki sidik saxlamamazlığı. Yanaşı xəstəliklər N30.9 Dəqiqləşdirilməmiş sistit, Xroniki sistit. Yanaşı xəstəliklər Çəpgözlüyün digər formaları” diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti – “xx.xx.2025”, əlillik səbəbi isə - “Sağlamlıq imkanları məhdud uşaqlar” kimi göstərilmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş inzibati icraat materiallarında olan 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli məlumatına əsasən xx.xx.2007-ci il təvəllüdlü X11 ilkin müayinədən keçmiş və ona “Spina bifida spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Çanaq orqanlarının disfunksiyası” diaqnozu qoyulmuşdur. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı “2.1. Altı aydan iki ilə qədər müddətə: =˃ cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” kimi qeyd olunmuşdur. İddiaçı xəstə uşağa görə təqaüdün təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən tələbinin təmin edilməsindən imtina olunmuşdur. Belə ki, sonuncu tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, onun övladının xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və qeyd edilən tarixdən X1 Sisteminin Sosial Ödənişlər altsistemində proaktiv olaraq təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il aixinədək ona övladına qulluğa görə 50 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Agentliyinin elektron məlumat bazasında övladı Ə.C.Əliyevin xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmədiyindən sözügedən Prezident təqaüdünün təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün olmamışdır. Həmin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək “21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, ona xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət təyin edilərək, ödənilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinə aktına əsasən ona xx.xx.2021-ci il tarixindən xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət müəyyən edilmişdir. Müdafiə Fonduna müraciət edib sağlamlıq imkanın məhdud olması ilə əlaqədar olaraq X6 xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və qeyd edilən tarixdən X1 sisteminin Sosial Ödənişlər altsistemində proaktiv olaraq təyin edilmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək onun övladına qulluğa görə 50 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. Qanuna görə əgər təkrar xəstəliklə əlaqədar olaraq məhdudluq təsdiq olunubsa əvvəlki 6 ay qabaq ödənilməmiş sosial müavinət və qulluğa görə 50 manat Prezident təqaüdü Dövlət Sosial Müdafiə Fondu tərəfindən ödənilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı oğlu Əliəkbər Əliyevin 2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmişdir. Həmin tarixədək sağlamlıq imkanlarının məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinət və ona qulluğa görə anası İddiaçı Prezident təqaüdü təyin edilmişdir. Sağlamlıq imkanlarının məhdudluğu müddəti xx.xx.2020-ci il tarixdə bitmiş və təyin olunan sosial müavinətin və təqaüdün ödənişi dayandırılmışdır. Daha sonra xx.xx.2021-ci il tarixdə Əliyev Əliəkbərin sağlamlıq imkanlarının məhdudluğu bərpa edilərək sosial müavinət və ona qulluğa görə Prezident təqaüdü təyin edilmişdir. İddiaçı ödənilməmiş aylar üzrə sosial müavinətin və Prezident təqaüdünün ödənilməsi barədə xx.xx.2021-ci il tarixdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində 1 saylı Bakı DOST Mərkəzi vasitəsilə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etmişdir. Mərkəzi filialın xx.xx.2021-ci il tarixli **********0 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, Əliyev Əliəkbərin əlillik dərəcəsi xx.xx.2021-ci il tarixdə müəyyən edildiyi üçün sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir. Tibbi Sosial Ekspert Komissiyasının sonuncu müayinə aktına əsasən Əliyev Əliəkbərin xx.xx.2021-ci il tarixdən xx.xx.2025-ci il tarixədək sağlamlıq imkanları məhdudluğu müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021ci il tarixədək isə Ə.Əliyevin sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı məlumat qeyd olunmamışdır. “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356 nömrəli Qanunu ilə 3.3.1-ci maddə əlavə edilmişdir. Həmin maddəyə uyğun olaraq əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. Bu dəyişiklik 25 iyul 2021-ci il tarixindən qüvvəyə minmişdir. X5 əlilliyi xx.xx.2021-ci il tarixində müəyyən olunduğu üçün sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara verilən sosial müavinətin müvafiq qaydada ödənilməsi qanunvericiliyin tələbləri baxımından düzgün təyin edilmişdir. Sağlamlıq imkanları məhdudluğunun müəyyən edilmədiyi dövrlər üzrə isə sosial müavinətin və təqaüdün ödənilməsi qanunvericiliyə əsasən mümkün deyildir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4475/2022 saylı 29 aprel 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, 21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün iddiaçıya ödənilməsi vəzifəsininin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (həyat yoldaşı) X12 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi xx.xx.2021-ci il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “sağlamlıq imkanı məhdud olan uşağına görə 21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək ödənilməmiş sosial müavinətin və 50 manat məbləğində Prezident təqaüdünün ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən qanun normasının iddiaçının övladına əlilliyin müəyyən edildikdən -xx.xx.2021-ci il tarixindən sonra qüvvəyə minməsi əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İnzibati icraat materiallarında olan 1 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli məlumatına əsasən xx.xx.2007-ci il təvəllüdlü X11 ilkin müayinədən keçmiş və ona “Spina bifida spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Çanaq orqanlarının disfunksiyası” diaqnozu qoyulmuşdur. Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarı “2.1. Altı aydan iki ilə qədər müddətə: =˃ cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar” kimi qeyd olunmuşdur. İddiaçı xx.xx.2015-ci il tarixdə xəstə uşağa görə müavinətin təyin edilməsini xahiş etmiş və ona Müavinət təyinatı üzrə Əhalinin Sosial Müdafiəsi Mərkəzinin 573 nömrəli qərarı ilə xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 67 manat məbləğində müavinət təyin olunmuşdur. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin xx.xx.2016-cı il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2018-ci il tarixədək xəstə uşağa 74 manat məbləğində müavinət təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2017-ci il tarixli məlumatına əsasən xx.xx.2007-ci il təvəllüdlü X11 müayinədən keçmiş və ona “Spina bifida spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Çanaq orqanlarının disfunksiyası” diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti – “xx.xx.2020”, əlillik səbəbi isə - “Sağlamlıq imkanları məhdud uşaqlar” kimi göstərilmişdir. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin xx.xx.2017-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə uşağa görə 74 manat məbləğində müavinət təyin olunmuşdur. Sosial müavinətin dəyişdirilməsi haqqında şöbənin xx.xx.2018-ci il tarixli sərəncamına əsasən İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2020-ci il tarixədək xəstə uşağa görə 82 manat məbləğində müavinət təyin olunmuşdur. İddiaçı xx.xx.2019-cu il tarixdə sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdün təyin edilməsini xahiş etmiş və ona Müavinət təyinatı üzrə Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2019-cu il tarixli, 580584 nömrəli qərarı ilə xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 50 manat məbləğində Prezident təqaüdü təyin olunmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair xx.xx.2021-ci il tarixli məlumatına əsasən xx.xx.2007-ci il təvəllüdlü X11 müayinədən keçmiş və ona “Spina bifida [onurğa kanalının tam bağlanmaması], Spinal meninqomieloselenin cərrahi ləğvindən sonraki vəziyyət. Spina bifida. Çanaq orqanlarının disfunksiyası (qeyri-iradi sidik və nəcis ifrazı); Yanaşı xəstəliklər N31.2 Sidik kisəsinin başqa rubrikalarda təsnif olunmayan neyrogen zərifliyi, Neyrogen sidik kisəsi, spinal forma (adaptasiyasız). Yanaşı xəstəliklər J35.0 Xroniki tonzillit. Yanaşı xəstəliklər E66.9 Dəqiqləşdirilməmiş piylənmə. Yanaşı xəstəliklər N39.4 Qeyri-iradi sidik ifrazının digər dəqiqləşdirilmiş formaları, Xroniki sidik saxlamamazlığı. Yanaşı xəstəliklər N30.9 Dəqiqləşdirilməmiş sistit, Xroniki sistit. Yanaşı xəstəliklər Çəpgözlüyün digər formaları” diaqnozu qoyulmuşdur. Əlillik və ya sağlamlıq imkanlarının məhdudluq müddəti – “xx.xx.2025”, əlillik səbəbi isə - “Sağlamlıq imkanları məhdud uşaqlar” kimi göstərilmişdir. Hazırda İddiaçı 21 dekabr 2020-ci ildən 12 aprel 2021-ci ilədək almadığı sosial müavinətin və sağlamlıq imkanları məhdud övladına baxmaq üçün 50 manat məbləğində Prezident təqaüdünün ona ödənilməsini tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat almaq hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında sosial müavinətlərin təyin olunması və verilməsinin hüquqi əsaslarını müəyyən edir və bu sahədə yaranan digər münasibətləri tənzimləyir. Həmin Qanunun 1.0-cı maddəsinə əsasən bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunla müəyyən olunmuş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 4.0-ci maddəsinə əsasən bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1.4. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət; Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 643 nömrəli “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanının 1-ci bəndinə əsasən “İ dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” təsis edilmiş və onun aylıq məbləği 50 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. İşin faktiki hallarına görə, iddiaçının xx.xx.2007-ci il təvəllüdlü oğlu X8 2008-ci ildə “spinal meninqomiosele” diaqnozu qoyulmuş, Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin qərarına əsasən 2015-ci ildən xx.xx.2020- ci il tarixədək onun həmin xəstəliklə bağlı sağlamlıq imkanları məhdud uşaq olması səbəbi ilə əlilliyi müəyyən edilmiş, bununla bağlı İddiaçı uşağına qulluqla bağlı cavabdeh tərəfindən sosial müavinət və təqaüd təyin olunmuş və ödənilmişdir. Sonuncu müayinəyə əsasən xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək eyni diaqnoz ilə bağlı iddiaçının övladına əlillik “ 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması” səbəbi ilə müəyyən edilmişdir. xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Ə.Əliyevin sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi ilə bağlı məlumat qeyd olunmadığından cavabdeh həmin dövr üzrə müvafiq müavinət və təqaudü ödəməkdən imtina edir. Halbuki “Əlilliyi olan şəxslərin hüquqları haqqında Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli 356-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 3.3-1-ci maddə əlavə edilmişdir: “3..3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” Cavabdeh xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət üçün iddiaçıya müavinət və təqaüd ödəməkdən imtinasını yuxarıda göstərilən qanun normasının iddiaçının övladına əlilliyin müəyyən edilməsindən (xx.xx.2021-ci il tarixindən) sonra qüvvəyə minməsi ilə əsaslandırmışdır. Hazırki işə apellyasiya qaydasında baxılarkən 2020-ci ilin dekabr ayında xx.xx.2007-ci il təvəllüdlü X8 əlilliyin təyin edilməsi barədə yenidən müraciət edilməsi ilə bağlı aparılan inzibati icraat materiallarının məhkəməyə təqdim edilməsi barədə cavabdeh inzibati orqana sorğu məktubu göndərilmişdir. Həmin sorğuya xx.xx.2023-cü il tarixdə cavab verilərək məktuba əlavə edilmiş qiymətləndirmə məlumatından görünür ki, X11 ilk dəfə xx.xx.2011-ci il tarixdə Bakı 19 nömrəli Uşaq Poliklinikasında tibbi nəzarətə götürülmüş, sonra ilkin olaraq xx.xx.2015-ci il tarixli göndəriş əsasında xx.xx.2015-ci ildə müayinədən keçmiş və ona 2 il müddətinə müavinət təyin edilmiş və növbəti qiymətləndirilmə tarixi xx.xx.2017-ci il göstərilmişdir. xx.xx.2017-ci il tarixdə təkrar müayinənin nəticəsi olaraq ona 3 il müddətinə müavinət təyin edilmiş və növbəti qiymətləndirilmə tarixi xx.xx.2020-ci il göstərilmişdir. Bundan sonra isə xx.xx.2020, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə göndərişlər əsasında müvafiq olaraq iddiaçınn övladı xx.xx.2021, xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə müayinə olunsa da, ona yalnız xx.xx.2021-ci il tarixdə təkrar qiymətləndirilmə nəticəsində 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq kimi müavinət təyin edilmiş və növbəti qiymətləndirilmə tarixi xx.xx.2025-ci il göstərilmişdir. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli göndərişlərin “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”ndə qeydiyyatı ilə bağlı bildirişlərdən görünür ki, hər bir göndəriş reyestrdə qeydiyyata alınmaqla yanaşı, həmin göndərişlərdə iddiaçının 18 yaşınadək sağlamlıq imkanları məhdud uşağının diaqnozu dəyişməz olmuşdur. Buna görə də sonuncu dəfə iddiaçının övladına xx.xx.2021-ci ildən xx.xx.2025-ci ilədək eyni diaqnoz ilə bağlı əlillik “ 18 yaşınadək sağlamlıq imkanları məhdud uşaq olması” səbəbi ilə müəyyən edilmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçı sözügedən övladına xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək oan dövr üzrə həm müvafiq myüavinətin, həm də təqaüdün verilməsini tələb etməkdə haqlı olmuşdur. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən X16ın qüvvəsi geriyə şamil edilir. Başqa X16ın qüvvəsi geriyə şamil edilmir». “X16 Haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 87.1-ci maddəsinə əsasən «Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsi ilə tənzimlənir». Həmin Qanunun 87.2.maddəsinə əsasən «Fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktın qüvvəsi həmin normativ hüquqi aktda və ya onun qüvvəyə minməsi haqqında aktda birbaşa göstərilibgöstərilməməsindən asılı olmayaraq onun qüvvəyə minməsindən əvvəl əmələ gələn münasibətlərə şamil edilir». Bu barədə Kollegiya hesab edir ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə” xx.xx.2021-ci il tarixli Qanunla əlavə edilmiş 3.3-1-ci maddəsində göstərilmiş hal iddiaçının “hüquqi vəziyyətini yaxşılaşdıran” hal kimi qəbul edilməlidir və göstərilən qanun norması iddiaçıya münasibətdə şamil edilməlidir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci madəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.3. sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət - 18 yaşınadək uşaqların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş sağlamlıq imkanlarının məhdudluğu müddətinə; Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırki işdə cavabdeh inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilmir. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin olunması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4475/2022 saylı 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4475/2022 saylı 29 aprel 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-263/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-263/2023
22.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver