Məhkəmə qərarları › İş №2-1(103)-2630/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2630/2022

01.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2630/2022 01.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Qurbanovun sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-662/2022 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçıya xx.xx.2020-ci il tarixdən 1-ci dərəcəli əlilliyə görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-662/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətində işin faktiki halları göstərilmiş və əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozmuş, işin hallarını tam və hərtərəfli araşdırmamış və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, iddiaçının nümayəndəsi və vəkili Vəkil isə apellyasiya şikayətinə etiraz etdi. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi - “Ümumi xəstəliklə əlaqədar” (gözdən əlil) olmaqla İddiaçı müddətsiz İ dərəcəli əlillik müəyyən edilmiş və o, əlillik statusu qazanmışdır. İddiaçı əlilliyə görə əmək pensiyasının təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və sonuncu tərəfindən iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin olunmasından imtina edilmişdir. Səbəb kimi 20 yanvar 2021-ci il tarixli məktubda bildirilmişdir ki, ümumi iş stajı 11 il olmaqla (əmək kitabçasında qeyd olunmuş "xxxx" kiçik müəssisəsinin və "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlandığı ünvan məlum olmadığından sözügedən dövrün sığorta stajına əlavə edilməsi mümkün hesab olunmur) qanunla nəzərdə tutulmuş müddətdən (16 il) az olduğuna görə ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından düzgün hesab edilmir. İddiaçı bildirir ki, cavabdeh tərəfindən onun xx.xx.1991-ci ildən xx.xx.1994-cü ilədək Maştağa SRK-da əmtəəşünas, sonra xx.xx.1994-cü ildən xx.xx.1998-ci ilədək "xxxx" kiçik müəssisəsində baş mühasib vəzifələrində çalışdığı müddət nəzərə alınmamış, həmin müəssisə hal-hazırda Əmlak Komitəsi tərəfindən yol genişləndirilməsi səbəbilə ləğv edildiyindən sənədləri itmiş və arxivi mövcud deyil. Sənədlərin itməsi əsas kimi göstərilsə də, bu onun günahı deyil. Nəticədə 7 il 8 ay stajı əsassız yerə itirilmişdir. Cavabdeh iddiaya etiraz edir və öz etirazını onunla əsaslandırır ki, “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Qeyd edilən normanın məzmunundan göründüyü kimi İ qrup əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyasının təyin olunması üçün 10 mart 2017-ci il tarixindən etibarən (bu tarixdə maddəyə dəyişiklik edilərək yeni redaksiyada verilib) müvafiq şərtə uyğun gəlməsi tələb olunur: 5 ildən az olmamaq şərtilə və əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda. Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən, on beş yasına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinə əsasən, bu Qanunun məqsədləri üçün əmək pensiyasının minimum məbləği 2017-ci il 1 iyul tarixindən 110 manat məbləğində müəyyən olunur. Sözügedən Qanunun müvafiq normasının tələblərinə müvafiq olaraq iddiaçıya münasibətdə qanunla tələb olunan sosial sığorta stajı aşağıdakı kimidir: 1. 63 il (yas) - 15 il (əmək qabiliyyəti olmadığı yas dövrü) = 48 il (əmək qabiliyyətli yaş dövrü), 2. 48 il x 4 ay (əmək qabiliyyətli yas dövrünün hər tam ili üçün) = 192 ay, 3. 192 ay: 12ay= 16 il. Qeyd edilən hesablamadan da göründüyü kimi iddiaçıya əlilliyə görə əmək pensiyası hüququnun yaranması üçün sözügedən qanuna müvafiq olaraq tələb olunan sosial sığorta stajı 16 ildir. İş materiallarına əlavə edilən iddiaçıya məxsus ******* №li əmək kitabçasından göründüyü kimi iddiaçının qeyd edilən müəssisələrdə işlədiyi bütün dövrlər nəzərə alındıqda onun sosial sığorta stajı ümumilikdə 25 il 09 av 15 gündür. İddiaçının sosial sığorta stajı ilə bağlı işin mübahisələndirilməyən halları aşağıdakılardan ibarətdir: 1. İddiaçının xx.xx.1975-xx.xx.1977, xx.xx.1977xx.xx.1979, xx.xx.1980-xx.xx.1980, xx.xx.1980-xx.xx.1981, xx.xx.1981-xx.xx.1982, xx.xx.1986-xx.xx.1991, xx.xx.1991xx.xx.1994-cü illər ərzində işlədiyi dövrlər. İddiaçının mübahisələndirilməyən sosial sığorta stajı ümumilikdə 15 il 03 ay 08 gündür. İddiaçının sosial sığorta stajı ilə bağlı isin mübahisələndirilən halları aşağıdakılardan ibarətdir: 1. İddiaçının xx.xx.1994-xx.xx.1998-ci (04 il 02 ay 15 gün) illər ərzində “X5”ndə işlədiyi dövr; 2. İddiaçının xx.xx.1998-xx.xx.2005ci (06 il 03 ay 22 gün) illər ərzində "xxxx" MMC-də işlədiyi dövr. İddiaçının mübahisələndirilən sosial sığorta stajı ümumilikdə 10 il 06 ay 07 gündür. İşin mübahisələndirilən halları ilə bağlı qeyd edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 yanvar 2021-ci il tarixli, **********9 nömrəli imtina məktubunda “X5” və "xxxx" MMC-nin faktiki və arxiv sənədlərinin saxlanıldığı ünvan məlum olmadığından iddiaçının sözügedən müəssisələrdə işlədiyi illərin sosial sığorta stajına daxil edilməsinin mümkün olmadığı qeyd edilmişdir. Pensiya hüququnun yaranıb-yaranmadığı məsələsinə həmin vaxt qüvvədə olan qanunvericiliyə görə qiymət verilməlidir. İddiaçı əlillik statusunu xx.xx.2020-ci il tarixində “qazanmışdır”. Belə ki, 01 iyul 2017-ci il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, iddiaçıya İ dərəcə əlilliyə görə əmək pensiyasının təyin olunması qanunaziddir. Əlilliyin səbəbini TSEK-in müvafiq qərarı ilə müəyyən edildiyindən və əlilliyin təyinolunma tarixi TSEK-in qərarının qəbul edildiyi tarixdən hesablandığından cavabdehin İ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət imtinası əsaslı olmuşdur. İddiaçıya münasibətdə TSEK-in xx.xx.2020-ci il tarixli Qərarında, həmin qərarın qüvvəsinin ondan əvvəlki dövrə şamil edilməsi də qeyd edilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia əsaslıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun qüvvədə olan 12.1-ci maddəsinə görə əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 4.3.1-ci bəndinə görə əlilliyə görə əmək pensiyaları Qanunla müəyyən edilmiş aşağıdakı şərtlərlə təyin edilir. Həmin Qaydaların 4.3.2-ci bəndinə əsasən əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. İşdən müəyyən olunur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi Sosial Ekspert Komissiyası tərəfindən İddiaçı xx.xx.2020-ci il tarixdən İ qrup müddətsiz əlillik dərəcəsi verilmişdir. İddiaçı xx.xx.1957-ci il təvəllüdlü olmaqla əlillik təyin olunan zaman 63 yaşı olmuşdur. Qaydaların 4.3.1-ci bəndinə uyğun olaraq əlilliyə görə əmək pensiyası təyin edilməsi üçün 63 yaşlı sığortaolunan üçün 16 il (ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olmaqla (63 yaş -15 yaş əmək qabiliyyəti olmayan yaş dövrü = 48) x 4 ay = 192 ay/12 = 16 il ) sığorta stajı tələb olunur. Qaydaları”ın 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş 23 sentyabr 1992-ci il tarixli "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindikdən sonra əldə edilən sosial sığorta stajı müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusuna əsasən əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınır. “Vətəndaşların pensiya təminatı haqqında” “Qanunun qüvvədə olduğu dövrdə sığortaolunanların sığorta stajını əhatə etdiyi dövr onun ümumi iş stajı ilə müəyyən edilir. Kollegiya cavabdehin imtinası ilə razılaşmayaraq qeyd edir ki, yuxarıda qeyd olunan qanun normalarına əsasən 2006-cı il tarixədək pensiya təyin edilməsi üçün tələb olunan iş stajı əmək kitabçası ilə müəyyən edilən dövr üzrə hesablandığından və iddiaçının əmək kitabçasında onun xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək "xxxx" kiçik müəssisəsində baş mühasib, xx.xx.1998-ci il tarixdən xx.xx.2005-ci il tarixədək "xxxx" MMC-də mühasib vəzifələrində işləməsi barədə qeydlər edildiyindən, həmin qeydlər iddiaçının işlədiyi təşkilatın kadrlar şöbəsi tərəfindən imzalanmaqla və təşkilatın möhürü ilə təsdiq edilməklə, həmin qeydlərdə düzəlişlərin olması və əmək kitabçasının tamlığının pozulması halı müəyyən edilmədiyindən, bəhs edilən dövrün ümumi iş stajına daxil edilməməsi qanuni və əsaslı hesab edilə bilməz. Beləliklə, iddiaçının qanunla tələb olunan 16 ildən artıq iş stajına malik olması ona məxsus əmək kitabçasında öz əksini tapmışdır. Digər tərəfdən, əmək kitabçasının həqiqətə uyğun olmadığı cavabdeh tərəfindən bildirilməmiş və sübuta yetirilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsində də təsbit olunmuşdur ki, inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 19.2-ci maddəsinə görə təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Bundan başqa birinci instansiya məhkəməsi tərəfindən həmin müəssisələrin dövlət qeydiyyatına alınıb-alınmamasını yoxlamaq məqsədilə müvafiq sorğular verilmişdir. Həmin sorğuların cavabları ilə "xxxx" Kiçik Müəssisəsinin və "xxxx" MMC-nin dövlət qeydiyyatına alınması öz təsdqini tapmışdır. Belə ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin xx.xx.2021-ci il tarixli **********610900 saylı məktubu ilə "xxxx" MMC-nin (VÖEN **********) xx.xx.2001-ci il tarixdə dövlət qeydiyyatına alındığı, xx.xx.2021-ci il tarixli **********27000 saylı məktubu ilə "xxxx" Kiçik Müəssisəsinin xx.xx.1995-ci il tarixdə 24193 nömrə ilə dövlət qeydiyyatına alındıgı bildirilmişdir. Bunları nəzərə alaraq, məhkəmə qeyd etmişdir ki, həmin müəssisələrin dövlət qeydiyyatına alındığı vaxta qədər iddiaçının işlədiyi müddət (3 il 04 ay 19 gün) nəzərə alınmasa belə iddiaçı tələb olunan 16 ildən stajı toplanmış olur (25 il 05 gün – 3 il 04 ay 19 gün = 21 il 07 ay 16 gün). İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtına edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olmaqla işin hallarına uyğundur, apellyasiya şikayətində irəli sürülən dəlillər isə əsassızdır və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas ola bilməz. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəlləsinin 68, 69, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-662/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Vidadi Məmmədov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar