Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-2631/2024 19.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin cizgisinin verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2121/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, məhəllə-540) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı öhdəyliyin icrası haqqında iddia ərizəsi təqdim edərək, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 375 kv.m torpaq sahəsinə dair cizginin (yerləşmə sxemi) verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir (İPM.m.34.1.). İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən sahəsi 375 kv. m olan torpaq sahəsi Əzizbəyov Rayon XDS İK -mn 17 aprel 1959-ci il tarixli 4 saylı protokol qərarı ilə mərhum Quliyev Hüseynqulu oğluna ayrılmış, ayrılan vaxtdan ailənin daimi istifadəsindədir və hasara alınmışdır. Etibarnamə əsasında nümayəndəm X4 xx.xx.2023-cü il tarixində cavabdehə müraciət etmiş, ərizəsi ölçülər arasında uyğunsuzluq olması əsası ilə təmin edilməmişdir. Cavabdehin hərəkətləri qanunsuzdur, torpaq sahəsi 375 kv.m təşkil edir heç bir uyğunsuzluq yoxdur. Belə ki, torpaq sahəsini ayıran orqan onun cizgisini xəritədən çıxarışı təqdim edilir ki, vətəndaş həmin sənədlərlə reyestr xidmətinə müraciət edərək torpaq üzrərində hüquqlarını dövlət qeydiyyatına aldırsın. Burada da torpaq sahəsini ayıran orqan indiki Xəzər İH -dir, ona görədə cizgini o təqdim etməlidir.Sərəncamın arxiv nüsxəsi alınmış ancaq arxiv nüsxəsi verilərkən qeyd edilmişdir ki, cizgi əlavə edilməmişdir." Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır “... İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə təqdim etdiyi rəsmi sənəddə (qərarda) qeyd olunan ölçülər arasında uyğunsuzluq mövcuddur. Ona görə də sözügedən torpaq sahəsinə yerləşmə sxeminin verilməsi məqsədəuyğun sayılmamışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də rayon icra hakmiyyəti tərəfindən torpaq sahəsinin yerini və koordinatlarını müəyənləşdirmək, cicgilər, xəritədən çıxarış vermək öhdəliyi nəzərədə tutulmamışdır. Hazırkı iş üzrə Cavabdeh inzibati orqan hesab oluna bilməz...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2121/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş və Əzizbəyov RXDS İK-nın xx.xx.1959-cu il tarixli protokoldan çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən 375 kv.m torpaq sahəsinə yerləşmə cizgisinin İddiaçı verilməsi öhdəliyi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır. “... Məhkəmənin qərarı əsassızdır. Belə ki, hər hansı formatda xəritəçəkmə, planaalma və ya mərz nöqtələrinin yerə keçirilməsi fəaliyyəti rayon era Hakimiyyətlərinin səlahiyyətində deyil. Torpaq sahələrinin sənədləşdirilməsi zamanı texniki kadastr sənədi kimi plan-sxem, cizgi-plan, cizgi-sxem və sair terminlər tətbiq olunmur. Bu cür hallarda tələb olunan texniki kadastr sənədi ‘Torpaq sahəsinin yerquruluşu planı” adlanır. Qanunvericiliklə müəyyən edilmiş qaydada yerquruluşu işləri Azərbaycan Respublikası vahid kadastr fondu məlumatlarından istifadə edilərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən həyata keçirilir. “Yerquruluşu işlərinin aparılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinin tələbinə uyğun olaraq yerquruluşu işləri Respublikanın ərazisində torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin sifarişi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən aparılır. "Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 4-cü abzasının tələbinə uyğun olaraq dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul edilməsi üçün əsasdır. Həmin qanunun 10-cu maddəsinin tələbinə uyğun olaraq torpaq kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Başqa sözlə çöl planaalma işlərinin nəticələləri kadastr fondu məlumatları ilə müqayisəli ekspertiza edildikdən sonra müvafiq sənədlər hazırlanır.Həmin qanunun 12-ci maddəsinin 2-ci abzasına uyğun olaraq, Dövlət torpaq kadastr fondu müvafiq icra hakimiyyəti orqanı-Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin sərəncamında olur...” Məhkəmə kollegiyası iclaslarının vaxtı və yeri barədə, habelə məhkəməyə gəlmədiyi halda işə baxılacağı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşə əlavə olunmuş Bakı şəhər 7 saylı Xüsusi Notariat Ofisinin notariusunun 04 noyabr 2021-ci il 875 saylı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış məktundan görünür ki, iddiaçı xx.xx.2010-cu il tarixdə vəfat etmiş X1 vərəsəsidir (oğludur) İş materiallarında olan, keçmiş Əzizbəyov Rayon XDS İK -mn 17 aprel 1959-ci il tarixli 4 saylı protokol qərarından isə görünür ki, iddiaçının mərhum atası X2 fərdi yaşayış evinin tikintisi üçün Xəzər rayonu, Şüvəlan qəsəbəsi ünvanında yerləşən sahəsi 375 kv. m olan torpaq sahəsi ayrılmış, lakin bu zaman ona həmin torpağın yerini müəyyənləşdirməyə imkan verən cizgi-planı hazırlanıb verilməmişdir. Hazırkı cavabdehin qeyd olunan hüquq sələfi dövlət orqanı olaraq torpaqayırma qərarı ilə birlikdə, yerini müəəyyən etməyə imkan verən planını, yəni, ayrıc aktını da tərtib edərək iddiaçıya verməyə borclu olduğu halda, bu öhdəliyini yerinə yetirməmiş, konkret halda da, onun prosessual hüquq varisi olan hazırkı cavabdehin iddia ərizəsinə etirazı və apellyasiya şikayətindən göründüyü kimi, ilk öncə, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin ölçüləri ilə təqdim etdiyi qərarda qeyd olunan ölçülər arasında uyğunsuzluq olduğunu, daha sonra, isə ümumiyyətlə onun cizgi vermək səlahiyyətinin olmadığını bildirərək, dolayısı ilə iddiaçının müvafiq müraciətinin təmin olunmasından imtina edir. Mübahisələndirilən qərar qəbul olunduğu 1959-cu ilə münasibətdə Azərbaycan SSR-in Torpaq Məcəlləsi mövcud olmasa belə, iddiaçının hüquq vəziyyətini yüngülləşdirən, hazırda qüvvədə olan Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 65-ci maddəsinin 5-ci bəndi nəzərədə tutur ki, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Məhkəmə kollegiyası, cavabdehin qeyd olunan əsaslara görə iddiaçıya cizgi verilməsindən imtina olunmasını əsassız sayır. Birincisi, mübahisələndirilən qərarda torpaq sahəsinin ölçüsünün hansı parametrlərdə iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsi ilə uyğunsuzluq təşkil etdiyi əsaslandırılmamışdır. İkincisi, işə əlavə olunmuş «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (PHŞ) 1 saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən müəyyyən olunur ki, torpaq sahəsinin koordinatları verilir və qərarda göstərilən Şüvəlan qəsəbəsi ərazisinin hüdudları daxilində yerləşir və başqa torpaq sahəsi ilə üst-üstə düşmə halı da yoxdur. «Yaşayış məntəqələrinin torpaqları» kateqoriyasına aiddir. Göründüyü kimi, torpaq sahəsinin həm ünvanı, həm də təyinatı mübahisələndirilən qərarın göstəricilərinə uyğundur. Cavabdeh isə, ən azından, nəzərə almır ki, torpaq saəhsinin plan-cizginin yoxluğu iddiaçını həmin torpaq sahəsi üzrində hüquqlarının reallışdırmasını mümkünsüz edir. Halbuki, qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»nin 4.16.6-cı bəndi də nəzərdə tutur ki, torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və istifadəçilərinin hüquqlarının müdafiəsinə kömək göstərmək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Digər tərəfdən, «İnzibati icraat haqqında» Qanunun 24-cü maddəsinin tələblərinə əsasən: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız sayır. Beləliklə də, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin edilməsini mahiyyəti üzrə düzgün nəticə kimi qiymətləndirir. Ona görə də, cavabdehin apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunvericiliyinin tələblərinə uyğun olmadığını və qərarda gəldiyi nəticənin əsassız olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2121/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2121/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-2631/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-2631/2024
19.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver